Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2270/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi2 və ərizəçi1 maraqlı şəxs2 qarşı (maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Ərizəçilər ərizəçi2 və ərizəçi1 maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər ərizəçi2, ərizəçi1 və eləcədə maraqlı şəxs maraqlı şəxs2 aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin mediasiya vasitəsi ilə həlli üçün Bakı şəhəri ** saylı Mediasiya təşkilatına müraciət etmişlər. ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı şəhəri ** saylı Mediasiya təşkilatının mediatoru X13 mediatorluğu ilə keçirilmiş mediasiya prosesi nəticəsində ##.##.2025-ci il tarixli MŞB/**/****- ***** saylı "Barışıq Sazişi" hazırlanaraq hər iki tərəfin iştirakı ilə imzalanmışdır. Qeyd olunan ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** saylı "Barışıq Sazişi"-dən görünür ki, tərəflər, yəni və hazırki ərizə üzrə ərizəçilər olan ərizəçi2, ərizəçi1 bir tərəfdən və eləcədə maraqlı şəxs maraqlı şəxs2 qarşı tərəfdən aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: “1.Tərəflər - (ərizəçi1, ərizəçi2 və maraqlı şəxs2) razılığa gəldilər ki, maraqlı şəxs2 anası ərizəçi1 və atası ərizəçi2 saxlanılması üçün, onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədi ilə ilk ödəniş ##.##.2025-ci il tarixdə ödəməklə, hər ayın 25- dən 30-u aralığında əmək haqqının 90 faizini həcmində aliment ödəməyi öhdəsinə götürür. 2. Tərəflər razılaşırlar ki, maraqlı şəxs2 sazişin 1-ci bəndində qeyd olunanları bir ay icra etmədiyi təqdirdə barışıq sazişinin icrası ilə əlaqədar olaraq yaranacaq bütün hüquqi problemlərin həlli üçün şikayət və ərizələrlə (iddia ərizəsi) Suraxanı rayon Məhkəməsinə müraciət ediləcəkdir. 3. Tərəflər bu sazişin şərtlərini könüllü, sərbəst imzaladıqlarını təsdiq edirlər”. ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** saylı "Barışıq Sazişi"-nin şərtlərinə uyğun olaraq maraqlı şəxs maraqlı şəxs2 tərəfindən hər hansı addım atılmayaraq, ##.##.2025-ci il tarixdə ödənilməli olan aliment məbləği ərizəçilərə ödəməmişdir. Bu səbəbdən, sözü gedən "Barışıq Sazişin"-nin müvafiq məhkəmə aktı ilə təsdiq edilməsinə zərurət yaranıb.
3. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) ərizə qismən təmin edilmiş, ərizəçi2, ərizəçi1 və maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilmiş: “1.Tərəflər - ərizəçi2, ərizəçi1 və maraqlı şəxs2 razılığa gəldilər ki, maraqlı şəxs2 anası ərizəçi1 və atası ərizəçi2 saxlanılması üçün onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədilə ilk ödənişi ##.##.2025-ci il tarixdə ödəməklə, hər ayın 25dən 30-u aralığında əmək haqqının 90%-i həcmində aliment ödəməyi öhdəsinə götürür”, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs2 tutularaq ərizəçi2 və ərizəçi1 müştərək qaydada ödənilməsi müəyyən edilmişdir.
4. Ərizəçilər və maraqlı şəxs maraqlı şəxs2 qətnaməni mübahisələndirməmiş, maraqlı şəxs maraqlı şəxs1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Maraqlı şəxs maraqlı şəxs1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, maraqlarına toxununa şəxs maraqlı şəxs1, maraqlı şəxs2 ilə ##.##.2023-ci il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş və birgə nikahlarından bir oğul övladları ##.##.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olub ailə qurduqdan sonra fiziki və mənəvi iztirablar, əzablar çəkmiş, hamiləlik dövründə travmalar almışdır, ailənin dağılmaması üçün bir müddət bu iztirablara dözüb otursa da, heç bir nəticəsi olmamış, ailə münasibətləri düzəlməmiş və birgə yaşayışları çətinləşib dözülməz hala gəlmişdir. Beləliklə, 2025-ci ilin avqust ayından etibarən ailə münasibətləri daha da pozulmağa başlamış, gün keçdikcə daha da kəskinləşmiş və ##.##.2025-ci il tarixdə maraqlı şəxs2 artıq boşanmaq qərarına gəldiyini açıq şəkildə maraqlı şəxs1 bildirmişdir. Gülay körpə uşağı Renat ilə birlikdə küçəyə atıldıqdan sonra o məcburiyyət qarşısında qalıb polis idarəsinə sığınmışdır.Bu səbəbdən Xətai RPI-nin məktubu əsasında ##.##.2025-ci il tarixdə o, körpə uşağı ilə birlikdə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi sığınacağına yerləşdirilmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə maraqlı şəxs1 ilə maraqlı şəxs2 arasında nikahın pozulmasına dair Mediasiya sessiyası keçirilmiş və tərəflərə məhkəməyə müraciət etməsi üçün arayış verilmişdir. Lakin, nədənsə maraqlı şəxs2 mediasiya arayışın (##.##.2025-ci il tarixdə) aldıqdan sonra boşanmaq üçün məhkəmədə iddia qaldırmamış, vaxt udmaq üçün işi bir müddət qəsdən gözləmiş və beləliklə bu müddət ərzində “aliment məsələsini öz xeyrinə həll etmək” üçün boşanma haqqında iddianı gözləmədə saxlayıb, arxa planda öz valideyinləri ilə əlbir olub aliment məsələsini öz xeyrinə həll etmişdir. Bütün bunlardan xəbərsiz olan maraqlı şəxs1 bir müddət gözlədikdən sonra maraqlı şəxs2 boşanmaq üçün iddia vermədiyini görüb, sonradan özü boşanma və aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda iddiaçı maraqlı şəxs1 cavabdeh maraqlı şəxs2 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinə e-*(*-***)-**/**** saylı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin icraatında baxılır. Yuxarı Məhkəmənin diqqətinə çatdırırıq ki, Gülay və Rəşad arasında ailə münasibətlərinin pozulduğu tarixlərə və eyni zamanda maraqlı şəxs2 öz valideyinləri ilə bağladığı “X6”nin bağlanma (24.11.20205-ci il) tarixinə diqqət yetirdikdə artıq bu saxta sənədin hansı məqsədlə “düzəldildiyi” açıq aydın şəkildə məlum olur. Belə ki, ailə münasibətləri pozulduğu və faktiki olaraq ailənin dağıldığı ərəfədə maraqlı şəxs2 uşağa aliment verməmək və o pulu mənimsəmək üçün öz valideyinləri ilə əlbir olub belə bir saxtakarlığa əl atmışdır. Beləliklə, boşanma ərəfəsində maraqlı şəxs2 tez-tələsik belə bir saxta sənəd düzəltdirib icraya yönləndirilməsi üçün Məhkəmə qətnaməsi ilə təsdiq edilməsinə nail olmuşdur. Halbuki, artıq ##.##.2025-ci il tarixdə maraqlı şəxs2, maraqlı şəxs1 boşanmaq qərarına gəldiyini və bununla bağlı məhkəməyə müraciət edəcəyini açıq şəkildə bildirmişdir. Əslində isə maraqlı şəxs2, maraqlı şəxs1 aldadaraq arxa planda bu hiyləgərliyə əl atmış və lakin məqsədli şəkildə Gülaydan gizlətdiyi bu işin üstü sonradan açılmışdır. Həmçinin, həmin ərəfədə maraqlı şəxs2 arxa plandan gördüyü bu gizli işlərdən maraqlı şəxs1 heç bir məlumatı olmadığına görə belə bir qətnamənin mövcudluğundan sonradan xəbər tutmuşdur. Göründüyü kimi işə baxan məhkəmə iş üçün əhəmiyyətli halları göz ardı etməklə mülki qanunvericiliyin bir sıra maddələrini qanunsuz olaraq birbiri ilə əlbir olan tərəflərin xeyrinə tətbiq etməklə onların maraqlarına xidmət edən, saxta (uydurma) barışıq sazişini təsdiq etməklə hüquq pozuntusu ilə nəticələnən qətnamə qəbul etmiş və nəticədə azyaşlı uşağın huquq mənafeyini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən qətnamənin qismən – ərizənin təmin edilən hissəsində ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xhaiş etmişdir.
6. Maraqlı şəxs maraqlı şəxs2 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, onun məhkəmə qətnaməsi əsasında doğma atası və anasına aliment ödəməyi heç bir halda maraqlı şəxs maraqlı şəxs1 ilə birgə nikahdan dünyaya gəlmiş övladına baxmayacağı və ya onların hər hansısa formada maddi təminatında məhdudiyyətlər yaradacağı anlamına gəlmir. Hər ay maraqlı şəxs maraqlı şəxs1 övladına baxmağı üçün ödədiyi alimentə ödəniş qəbzlərindən də müəyyən olur ki, 2025-ci ilin noyabr ayından bu günədək maraqlı şəxs maraqlı şəxs1 bank hesabına ümumilikdə 5000 azn aliment ödəyib. (hər ay üçün orta hesabla 700 azndən çox aliment ödəmişdir). Həmçinin onu da qeyd edir ki, bu pullardan başqa o, hər dəfə övladını görməyə gedəndə maraqlı şəxs1 əlavə pullar da verir. Lakin qeyri-rəsmi ödənişləri hər hansı formada sübut edə bilmir. Əgər maraqlı şəxs1 ilə arasında hər hansı gərginlik və narazılıq varsa bu heç bir halda onun övladının hüquqlarının pozulması ilə nəticələnməməli və o, bir ata olaraq övladının aylıq təminatını ödəməyi özünə mənəvi borc bilir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, maraqlı şəxs1 apellyasiya şikayəti tam əsassız və səbəbsizdir. Göstərilənləri nəzərə alaraq və qüvvədə olan qanunvericilik aktlarının tələblərini rəhbər tutaraq məhkəmə prosesini mənim iştirakım olmadan keçirərək maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs maraqlı şəxs2 apellyasiya şikayətinə etiraz ərizəsində iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Belə olan halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Mülki iş materialarında olan ##.##.1988-ci il tarixli, IV-JQ seriyalı, ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ərizəçi2 və X7 arasında ##.##.1988-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Zamanov, arvada Zamanova soyadı verilmişdir.
10. ##.##.1988-ci il tarixli, XIV-JQ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, maraqlı şəxs2 (atası ərizəçi2, anası ərizəçi1) ##.##.1988-ci il tarixdə Yevlax rayonunda doğulmuşdur.
11. ərizəçi2 və ərizəçi1 (birinci tərəf) və maraqlı şəxs2 (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişi bağlanmışdır:
12. “1. Tərəflər - (ərizəçi1, ərizəçi2 və maraqlı şəxs2) razılığa gəldilər ki, maraqlı şəxs2 anası ərizəçi1 və atası ərizəçi2 saxlanılması üçün, onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədi ilə ilk ödəniş ##.##.2025-ci il tarixdə ödəməklə, hər ayın 25-dən 30-u aralığında əmək haqqının 90%-i həcmində aliment ödəməyi öhdəsinə götürür.
13. 2. Tərəflər razılaşırlar ki, maraqlı şəxs2 sazişin 1-ci bəndində qeyd olunanları bir ay icra etmədiyi təqdirdə barışıq sazişinin icrası ilə əlaqədar olaraq yaranacaq bütün hüquqi problemlərin həlli üçün şikayət və ərizələrlə (iddia ərizəsi) Suraxanı rayon Məhkəməsinə müraciət ediləcəkdir.
14. 3. Tərəflər bu sazişin şərtlərini könüllü, sərbəst imzaladıqlarını təsdiq edirlər”.
15. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçilər tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. AZ-II № ****** ##.##.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, maraqlı şəxs2 ilə X1 arasında ##.##.2023-cü ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2275 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Zamanov, arvada Zamanova soyadı verilmişdir.
17. AZ-V № ******, ##.##.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X3 ##.##.2024-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası maraqlı şəxs2, anası maraqlı şəxs1dır.
18. Göyçay * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞG/MT***-****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından müəyyən olur ki, IMS üçün ərizənin tarixi ##.##.2025-ci ildir. IMS barədə bildiriş tərəflərə ##.##.2025-ci il tarixdə çatdırılmışdır, maraqlı şəxs2 nümayəndəsi Nümayəndə IMS-də iştirak etmiş, maraqlı şəxs1 iştirak etməmişdir.
19. “Azərbaycan Uşaqları” Ictimai Birliyinin sədri Kəmalə Ağazadənin imzası ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli aktdan müəyyən olur ki, ##.##.2025-ci il tarixdə maraqlı şəxs1 və övladı X3 RPI-nin məktubu əsasında hüquqlarının qorunması, təhlükəsizliklərinin təmin edilməsi və reabilitasiya keçmələri məqsədilə müvəqqəti olaraq “Azərbaycan Uşaqları” X2 Sığınacağı – Reinteqrasiya Mərkəzinə yerləşdirilmişlər. Adı qeyd edilən şəxs və övladı sığınacaqda yaşadıqları müddət ərzində ilkin ehtiyacları qarşılanmış, qida, geyim əşyaları ilə təmin olunmuş, hüquqi, sosial, psixoloji, tibbi və s. dəstək göstərilmişdir. ##.##.2025-ci il tarixdə maraqlı şəxs1 öz yazılı müraciəti ilə qohumlarının yanına getmək istədiyini bildirmiş, övladı X3 ilə birgə xalası – X4 iştirakı ilə sığınacağı tərk etmişlər.
20. “AZEMIS”xxxx“xxxx” MMC-də Operator, radioavadanlıq/uçuşlar / IL-76 HG-nin təlimatçı bortradisti kimi işləyir, aylıq əmək haqqı 840 manatdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətinə əsasən ərizənin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
25. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, ərizə təmin edilməməlidir.
26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
27. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.
28. Hazırkı halda Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı tələb müqaviləyə əsasən irəli sürülən tələb yox, birbaşa tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi olduğundan, həmin əqdin etibarlı olub-olmaması məsələsi də yoxlanmalıdır.
29. Ərizəni qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, qanuna zidd olmadığından, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından həmin barışıq sazişinin birinci bəndi təsdiq edilməlidir.
30. Qətnamə ilə maraqlarına toxunan maraqlı şəxs1 qətnamə barədə məlumatı olduqdan sonra ##.##.2026-cı ildə ərizə ilə rayon məhkəməsinə müraciət etmiş və rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs qismində mülki işə cəlb edilmişdir.
31. Qətnamədən apellyasiya şikayəti verən maraqlı şəxs1 dəlilləri ondan ibarətdir ki, qətnamə ilə təsdiqlənən ##.##.2025-ci il tarixli barışıq sazişi ata-ana-oğul arasında bağlanmış “X6”dir, həmin barışıq sazişinin bağlanmasında əsas məqsəd maraqlı şəxs2 aliment öhdəliyindən yayınmasını pərdələməkdir.
32. Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il # ###### tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## ##### tarixli Qərarlarında göstərilmişdir ki, “Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.”
33. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
34. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Beləliklə də hazırki işin müəyyən olunmuş faktiki halları və istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış barışıq sazişi üçüncü şəxsin hüquqlarına və mənafelərinə toxunur.
35. MPM-in 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
36. Məhkəmə ərizəni qismən təmin edən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, beləliklə də tətbiq edilməli maddi hüquq normasını tətbiq etməyərək səhvə yol vermişdir.
37. Belə ki, ərizəçilərin təsdiq edilməsini xahiş etdiyi ##.##.2025-ci il tarixli barışıq sazişinin bağlandığı tarixə nəzər yetirdikdə, müəyyən olur ki, maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətində qeyd etdiyi kimi maraqlı şəxs2la onun arasında həmin vaxt ailə münasibətləri pozulmuşdu.
38. Mülki iş materiallarında olan IMS haqqında ##.##.2025-ci il tarixli arayışdan da müəyyən edildiyi kimi maraqlı şəxs2 IMS üçün ərizəni ##.##.2025-ci il tarixində vermişdir. Eləcə də, ##.##.2025-ci il tarixli aktdan müəyyən olur ki, maraqlı şəxs1 övladı ilə birlikdə 20-## ###### 2025-ci il tarixdə “Azərbaycan Uşaqları” Ictimai Birliyin uşaq sığınacağında məskunlaşmışdır. Bu da tərəflər arasında faktiki nikah münasibətlərinin pozulduğunu, onların ayrı yaşadığını göstərir. Eyni zamanda iddiaçı maraqlı şəxs1 cavabdeh maraqlı şəxs2 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi Yevlax Rayon Məhkəməsinin icraatındadır.
39. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli maraqlı şəxs2 tərəfindən rayon məhkəməsinə ünvanlanmış ərizədə (səh. 21) maraqlı şəxs2 ərizəçilərin barışıq sazişinin təsdiq edilməsi barədə ərizədə qeyd etdikləri bütün hallarla tam razı olduğunu, ərizəyə etirazının olmadığını bildirmiş, ərizənin tam təmin edilməsini xahiş etmişdir.
40. Bu faktın özü də işə baxmış rayon məhkəməsi tərəfindən məsələyə daha diqqətli yanaşılmasını tələb edirdi. Belə ki, əmək haqqının 90 faizi həcmində ata və anasına aliment ödəməyə könüllü razılıq verən maraqlı şəxs2 hansı səbəbdən həmin razılaşmanı könüllü icra etməməsi, ərizəçilərin də bu səbəbdən onun icrasına nail olmaq üçün barışıq sazişinin təsdiqi üçün, həm də əlavə məsrəflər çəkərək məhkəməyə müraciət etmələri çox ciddi suallar və ehtimallar doğurmalı haldır. Rayon məhkəməsi hazırkı işin qeyd edilən hallarına zəruri diqqət və əhəmiyyət verməmiş, nəticədə də aşkar şəkildə üçüncü şəxsin hüquqlarına toxunan və uydurma olduğu “gözlə görünən” sazişin təsdiq edilməsinə dair əsassız qətnamə qəbul etmişdir.
41. Bu baxımdan bütün qeyd edilənlər ##.##.2025-ci il tarixli barışıq sazişinin həqiqi münasibətlərlə bağlı olmadığı, tərəflərin gizli niyyətlərini pərdələmək, maraqlı şəxs2 gələcəkdə yaranacaq aliment öhdəliyindən yayınmasını təmin etmək məqsədilə bağlandığını sübut etməklə, hazırkı iş üzrə ərizəçilər ərizəçi2, Ə.Zamanov və maraqlı şəxs maraqlı şəxs2 hüquqdan sui-istifadə etdiyini aşkar şəkildə göstərir.
42. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
43. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
44. Beləliklə, Məhkəmə işin müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmadığından üçüncü şəxsin hüquqlarına toxunan “barışıq sazişinin” uydurma əqd olmasını müəyyənləşdirə bilməmiş, MPM-in 355-26.1.2-ci maddəsinin tələblərini gözləmədən əsassız olaraq barışıq sazişini təsdiqlədiyindən, maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia ərizəsi rədd edilməlidir.
45. Məhkəmə maraqlı şəxs maraqlı şəxs2 apellyasiya şikayətinə etirazının dəlillərinə münasibətdə qeyd edir ki, etirazda qeyd edilən hallar hazırkı işin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, etirazda 2025-ci ilin noyabr ayından hər ay maraqlı şəxs1 500-700 manat arası pul verdiyi bildirilir. “AZEMIS” elektron məhkəmə sistemindən maraqlı şəxs2 rəsmi gəlirinin 840 manat olduğu görünür, həmin əmək haqqının 90 %-i ata-anası üçün aliment kimi tutulacağı halda qalan 84 manatla (840 manatın 90%-i 756 manat edir, 840-756=84) minimum aliment məbləğini ödəməyi qeyri-mümkün olur, hansı ki maraqlı şəxs2 etiraz ərizəsində əlavə gəlirlərinin olmasını qeyd etməmiş, buna dair sübutlar da verməmişdir. Odur ki, etirazın dəlilləri əsassızdır.
46. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
47. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığından və tətbiq edilməli maddi və prosessual hüquq normasını tətbiq etmədiyindən, bu isə düzgün olmayan qətnamənin qəbuluna səbəb olduğundan, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
49. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçilərdən alınaraq maraqlı şəxs maraqlı şəxs1 verilməlidir.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizəçilər ərizəçi2, ərizəçi1 ilə maraqlı şəxs2 arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçilər ərizəçi2 və ərizəçi1 müştərək qaydada alınaraq maraqlı şəxs maraqlı şəxs1 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.