Məhkəmə qərarları › İş №2(3-6)-2273/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2273/2026

01.07.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2273/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Ərizəçi Ərizəçi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Ərizəçi Maraqlı şəxs maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. Ərizəçi onunla Maraqlı şəxs arasında bağlanmış ## ###### 2025- ci il tarixli MŞB\*- **** nömrəli barışıq sazişinin birgə nikahdan dünyaya gəlmiş ##.##.2019-cu il təvəllüdlü X2 üçün hər ay rəsmi əmək haqqının ¼ hissəsində alimentin tutularaq ərizəçi Ərizəçi ödənilməsi hissəsində təsdiq edilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə ##.##.2018ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2019- cu il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahdan olan uşaq ərizəçinin himayəsindədir. Mediasiyaya müraciət zamanı Bakı * saylı Mediasiya təşkilatında ##.##.2025-ci il tarixli, MŞB\*-**** nömrəli Barışıq Sazişi imzalamışlar.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/*-**** nömrəli barışıq sazişinin aşağıdakı bəndi (3-cü bəndi) bu məzmunda təsdiq edilsin: "Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş ##.##.2019- cu il təvəllüdlü X2 üçün hər ay rəsmi əmək haqqının 1/4 (dörddə biri) qədər aliment ödəməyi öhdəsinə götürür." (Alimentin tutulmasının başlanğıcı ##.##.2026-cı il tarixdən hesablansın) qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin “Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş ##.##.2019-cu il təvəllüdlü X2 üçün hər ay rəsmi əmək haqqının 1/4 (dörddə biri) miqdarında aliment ödəməyi öhdəsinə götürür” hissəsi qanunvericiliyin tələblərinə uyğun olmaqla uşağın hüquq və mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 49.3, 58.2, 75.1,75.3,75.4, 76.1, 77, 78-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 34.1,34.3,34.4-cü maddələrinə, MPM-nin 305.1.17, 335-23 maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

3. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsinin alimentin ##.##.2026cı il tarixdən hesablanması hissəsində ləğv edilməsini, alimentin ##.##.2025-ci il tarixdən hesablanaraq tutulması və ödənilmiş 50 manat dövlət rüsumunun maraqlı şəxs Maraqlı şəxs ərizəçi Ərizəçi xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə alimentin tutulmasının başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanmasını məhkəmə sübut etməmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində bununla bağlı heç bir müddəa və ya cümləyə belə rast gəlinmir. Digər tərəfdən isə maraqlı şəxs Maraqlı şəxs tərəfindən aliment ödənişləri ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə olan halda isə alimentin Barışıq Sazişinin imzalandığı ##.##.2025-ci il tarixindən tutulmaması anlaşılan deyil. Halbuki, bu tələb Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərindən irəli gəlir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

4. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

6. AZ- II ****** №-li nikah haqqında şəhadətnaməyə əsasən, Bayramova (Orucova) Minayə Elşad qızı və Maraqlı şəxs ##.##.2018-ci il tarixdə * saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar və bu barədə **** №-li akt qeydi aparılmışdır.

7. AZ-IV 349818 №li Doğum haqqında şəhadətnaməyə əsasən ##.##.2019-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli Qətnaməsinə əsasən, Ərizəçi və Maraqlı şəxs arasında ##.##.2018-ci il tarixində **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.

9. MŞB\*-**** saylı, ##.##.2025-ci il tarixli barışıq sazişinə əsasən, - Tərəflər Ərizəçi və Maraqlı şəxs ##.##.2018-ci il * saylı Bakı "ASAN XİDMƏT" mərkəzinin Qeydiyyat şöbəsində **** nömrəli ilə qeydiyyata alınmış nikahın pozulmasına dair razılığa gəldilər. - Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılığına əsasən tərəflərin birgə nikahından dünyaya gəlmiş ##.##.2019-cu il təvəllüdlü X3 X1 yanında saxlanılır. - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş ##.##.2019-cu il təvəllüdlü X2 üçün hər ay rəsmi əmək haqqının 1\4 (dörddə biri) qədər aliment ödəməyi öhdəsinə götürür. - Tərəflər Ərizəçi və X4 qarşılıqlı razılığına əsasən Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş ##.##.2019-cu il təvəllüdlü X2 ilə sərbəst şəkildə görüşə bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin alimentin tutulmasının başlanması hissəsində ləğv edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin alimentin tutulmasının başlanması hissəsində yoxlanılması təşkil edir.

12. İş materiallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesin nəticəsində ##.##.2025-ci il tarixdə MŞB\*-**** saylı barışıq sazişi imzalamışlar.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: - 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

14. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayaraq hesab edir ki, şikayət alimentin tutulmasının başlanğıc tarixinə dair hissədə əsaslı olduğundan təmin edilməli, qətnamə həmin hissədə dəyişdirilməlidir.

16. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında mediasiya prosesində ## ###### 2025-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin sazişlə maraqlı şəxs yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. İşdə olan sübutlarla həmin sazişin etibarsız hesab edilməsi, ləğv olunması və ya dəyişdirilməsi müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, dövlət uşaqların hüquqlarının müdafiəsini təmin edir, valideynlər isə uşaqlarına qayğı göstərmək və onları saxlamaq vəzifəsini daşıyırlar. Bu konstitusion öhdəlik ailə qanunvericiliyində nəzərdə tutulmuş aliment institutunun əsas məqsədini təşkil edir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. -94-cü maddəsinə görə, alimentin ödənilməsi haqqında saziş qanunvericiliyin tələblərinə uyğun bağlandıqda tərəflər üçün məcburidir və sazişdə başqa müddət nəzərdə tutulmadıqda, ondan irəli gələn hüquq və vəzifələr saziş bağlandığı andan yaranır.

19. Bundan əlavə, Mülki Məcəllənin: - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda sərbəstdirlər. - 405.1-ci maddəyə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri üzrə razılığa gəldikdə müqavilə bağlanmış hesab edilir. - 425.1-ci maddə isə müəyyən edir ki, bağlanmış müqavilə tərəflər üçün məcburidir və vicdanla icra edilməlidir (pacta sunt servanda prinsipi). Mediasiya prosesində bağlanmış barışıq sazişi də tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsində yaranmış hüquqi əqd olduğundan, onun şərtləri tərəflər üçün məcburidir.

19. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlarla bağlı bütün tədbirlərdə uşağın ən üstün maraqları əsas götürülməlidir. Konvensiyanın 27-ci maddəsi isə valideynlərin uşağın inkişafı üçün zəruri həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıdıqlarını müəyyən edir. Aliment öhdəliyinin vaxtında və tam həcmdə icrası uşağın sosial müdafiəsinin və layiqli inkişafının təmin edilməsinin mühüm təminatlarından biridir. Eyni zamanda, İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 8-ci maddəsi ailə həyatına hörmət hüququnu təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, dövlət ailə münasibətlərinə dair mübahisələrdə, xüsusilə uşaqların mənafeyinə toxunan işlərdə effektiv hüquqi müdafiə vasitələrini təmin etməli və qəbul etdiyi qərarlarda uşağın üstün maraqlarına prioritet verməlidir.

20. Birinci instansiya məhkəməsi alimentin ## #### 2026-cı il tarixdən tutulmasını müəyyən etsə də, həmin tarixin seçilməsinin hüquqi və faktiki əsaslarını qətnamədə göstərməmiş, mediasiya barışıq sazişinin hüquqi nəticələrinə qiymət verməmişdir. İş materiallarında aliment öhdəliyinin ## ###### 2025-ci il tarixindən sonrakı dövr üzrə icra edildiyini təsdiq edən hər hansı sübut da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə hər bir sübutu tam, hərtərəfli və obyektiv qiymətləndirməlidir. Həmin Məcəllənin 217.1, 217.3 və 217.4-cü maddələrinin tələblərinə görə, qətnamə qanuni və əsaslı olmalı, məhkəmənin gəldiyi nəticələr müəyyən edilmiş hallara, qiymətləndirilmiş sübutlara və tətbiq olunan hüquq normalarına əsaslanmalıdır.

21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mediasiya qaydasında bağlanmış barışıq sazişinin hüquqi qüvvəsini və ondan irəli gələn aliment öhdəliyinin başlanğıc tarixini nəzərə almamışdır. Aliment öhdəliyinin daha gec tarixdən hesablanmasını əsaslandıran hər hansı hüquqi və ya faktiki əsas müəyyən edilmədiyindən, alimentin ## ###### 2025-ci il tarixdən, yəni mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalandığı gündən hesablanması Ailə Məcəlləsinin, Mülki Məcəllənin və beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının başlanğıc tarixinə dair hissədə dəyişdirilərək alimentin ## ###### 2025-ci il tarixdən hesablanması müəyyən edilməlidir. Qətnamə qalan hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılır. 22.MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 23.Apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu MPM-nin 119.2-ci maddəsinin tələbinə görə maraqlı şəxsdən tutularaq iddiaçıya ödənilməlidir. 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsi “alimentin tutulmasının başlanğıcı ##.##.2026-cı il tarixdən hesablansın” hissəsində dəyişdirilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/*-**** nömrəli barışıq sazişinə əsasən “alimentin tutulmasının başlanğıcı ##.##.2025-ci il tarixdən hesablansın”. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün 50 (əlli) manat maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar