Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2336/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Həsənova Səbinə İlqarovnaya qarşı mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ərizəçi Ərizəçi nümayəndəsi-vəkili İbrahimov Qanqa Cavanşir oğlunun iştirakı ilə, ərizəçi Ərizəçi Ərizəçi Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı * saylı Mediasiya Təşkilatında Ərizəçi ilə Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış ## ###### 2025ci il1.tarixli, MŞB/*-***** saylı barışıq sazişindən görünür ki, “2.1. Birinci tərəf - Həsənova Səbinə İlqarovna və ikinci tərəf - Ərizəçi, ##.##.2020-ci il tarixli №*** nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2.2. İkinci tərəf - Ərizəçi, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - ##.##.2020-ci il təvəllüdlü X3 anası, birinci tərəf - Həsənova Səbinə İlqarovnanın yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 2.3. Birinci tərəf Həsənova Səbinə İlqarovna uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Ərizəçi aliment tələb etmir. 2.4. Birinci tərəf - Həsənova Səbinə İlqarovna, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı – ##.##.2020-ci il təvəllüdlü X3, atası – ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir. 2.5 Tərəflər razılığa gəlirlər ki, Ərizəçi ##.##.2025-ci il tarixində “Leobank”dan götürdüyü AGPE*********** nömrəli, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə Həsənova Səbinə İlqarovnaya aid edir və Həsənova Səbinə İlqarovna həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür.” Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Ərizəçi maraqlı şəxs Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Gasanova Sabina (Həsənova Səbinə İlqarovna) arasında bağlanmış və Bakı * saylı Mediasiya təşkilatında təsdiq olunmuş ##.##.2025-ci il tarixli MŞB/*-**** nömrəli barışıq sazişinin məcburi icra edilməsi üçün, həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Gasanova Sabina (Həsənova Səbinə İlqarovna) arasında bağlanmış və Bakı * saylı Mediasiya təşkilatında təsdiqlənmiş ##.##.2025ci il tarixli MŞB/*-**** nömrəli barışıq sazişində aşağıdakı şərtləri razılaşdırmışıq: “1. Birinci tərəf - Həsənova Səbinə İlqarovna və ikinci tərəf - Ərizəçi, ##.##.2020-ci il tarixli №*** nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2. İkinci tərəf - Ərizəçi, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - ##.##.2020-ci il təvəllüdlü X3 anası, birinci tərəf - Həsənova Səbinə İlqarovnanın yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 3. Birinci tərəf Həsənova Səbinə İlqarovna uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Ərizəçi aliment tələb etmir. 4. Birinci tərəf- Həsənova Səbinə İlqarovna, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - ##.##.2020-ci il təvəllüdlü X3, atası - ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir. 5. Tərəflər razılığa gəlirlər ki, Ərizəçi Əmirbala oğlunun ##.##.2025-ci il tarixində Leobankdan götürdüyü AGPE*********** nömrəli, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə Həsənova Səbinə İlqarovnaya aid edir və Həsənova Səbinə İlqarovna həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür”. Barışıq sazişindən sonra bu günədək olan müddətdə maraqlı şəxs həmin sazişlə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir: o, “Leobank”da olan 15.000 manatlıq kredit müqaviləsi üzrə heç bir ödəniş etməmiş, eləcə də, qızının onunla ünsiyyətinə şərait yaratmamışdır. Belə olan halda hesab edir ki, sözügedən saziş məhkəmə tərəfindən təsdiq olunmalı və sazişin şərtlərinin məcburi icrası təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, onunla Gasanova Sabina (Həsənova Səbinə İlqarovna) arasında bağlanmış və Bakı * saylı Mediasiya təşkilatında təsdiq olunmuş ##.##.2025-ci il tarixli MŞB/*-**** nömrəli barışıq sazişinin məcburi icra edilməsi üçün, həmin barışıq sazişini təsdiq edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, Ərizəçi ilə Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri * saylı Mediasiya Təşkilatında bağlanmış ## ###### 2025-ci il tarixli MŞB/*-***** saylı aşağıdakı məzmunlu barışıq sazişinin 2.4 və 2.5-ci bəndləri: “2.4 Birinci tərəf - Həsənova Səbinə İlqarovna, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı – ##.##.2020-ci il təvəllüdlü X3, atası – ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir.” “2.5 Tərəflər razılığa gəlirlər ki, Ərizəçi ##.##.2025-ci il tarixində “Leobank”dan götürdüyü AGPE*********** nömrəli, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə Həsənova Səbinə İlqarovnaya aid edir və Həsənova Səbinə İlqarovna həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür” təsdiq edilmişdir:
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi bu hissədə qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir.
6. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 305.1.17, 355-23.1, 355-24, 355- 25.1, 355-25.2, 355-25.3, 355-26 və 355-26.2-ci maddələrinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il, e-*(*-***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, Ərizəçi ilə Həsənova Səbinə İlqarovna (Gasanova Sabina İlqarovna) arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri * saylı Mediasiya Təşkilatında bağlanmış ## ###### 2025-ci il tarixli MŞB/*-***** saylı aşağıdakı məzmunlu barışıq sazişinin "2.5 Tərəflər razılığa gəlirlər ki, Ərizəçi ##.##.2025-ci il tarixində “Leobank”dan götürdüyü AGPE*********** nömrəli, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə Həsənova Səbinə İlqarovnaya aid edir və Həsənova Səbinə İlqarovna həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür" hissədə təmin edilməməsi barədə qətnaə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il, e-*(*-***)-****/**** nömrəli qətnaməsinin barışıq sazişinin 2.5ci bəndinin təsdiq edilməsi hissəsində əsassız olaraq qərar vermişdir. İlk öncə qeyd edilməlidir ki, barışıq sazişində onun iradə ifadəsini olaraq əks etdirilməmiş və onun maraqlarına zidd olaraq bağlanmışdır. Bunun nəticəsi olaraq o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və bunun nəticəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Ərizəçi onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan başqa, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Belə ki, ərizəçi Ərizəçi ##.##.2025-ci il tarixində “Leobank” ilə AGPE*********** nömrəli kredit müqaviləsi bağlayaq 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti götürmüşdür. Müqavilə tərəfləri kimi borclu qismində Ərizəçi, kreditor qismində “Leobank” çıxış edir. Lakin məhkəmə nəzərə almamışdır ki, müqavilə tərəflərindən kreditorun razılığı olmadan borclunun üçüncü şəxslərlə öhdəliyin başqa şəxsə keçməsi barədə müqavilə bağlaması əsassızdır və bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.2 və 522.3-ccü maddələrində bu hal qeyd edilir. Qanuni əsas olmadan bağlanılan müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən etibarsız hesab edilən müqavilələrdir. Etibarsız hesab edilən müqavilələr tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. Kredit müqaviləsi üzrə ödənişlərin tərəfindən ödənilməsi barədə “Leobank” xəbərdar edilsə və barışıq sazişində ödənişin onun tərəfindən həyata keçirilməsi barədə razılığını bildirdiyi halda barışıq sazişi qanuni və əsaslı olardı. Məhkəmə bundan başqa nəzərə almayıb ki, barışıq sazişini imzalayan şəxs Rusiya Federasiyasının vətəndaşıdır, həmin saziş ümumiyyətlə rus dilində şəxsə təqdim edilməmiş və xarici ölkənin vətəndaşı ümumiyyətlə sazişin bəndlərinin mahiyyətini belə anlamamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi nümayəndəsi-vəkili İbrahimov Qanqa Cavanşir oğlu apellyasiya şikayətinə etiraz edərək təmin ounmamasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsə məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin “barışıq sazişinin 2.5-ci bəndinin təsdiq edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə ərizənin rədd olunmaması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. 522.1-522.3-cü maddələrinin məzmununa görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
19.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 20.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
23. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 24.305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 25.355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundamüəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 26.355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
27. 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun
28.1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 29.9.3.1-ci maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. 30.33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. 31.33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 32.34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 33.34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 35.34.5-ci maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, ərizəçi, mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq sazişinin şərtlərinin sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir.
38. “Mediasiya haqqında” Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
39. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
40. İşin hallarının istinad olunan qanun normasının dispozisiya şərtlərinə uyğunluğunu yoxlayan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, maraqlı şəxs qanunla müəyyən edilmiş müddətdə barışıq sazişini könüllü qaydada icra etməmiş, barışıq sazişi yoxlanılan hissədə qanunun tələblərinə uyğun olmuş və onun təsdiq edilməsi hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamışdır. Bu əsasla məhkəmə ərizənin əsaslı olması nəticəsinə gəlmişdir.
41. Birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayan maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ilə barışıq sazişinin 2.5-ci bəndi əsassız olaraq təsdiq
48. edilmişdir. Belə ki, həmin bənd onun həqiqi iradəsini əks etdirməmiş, maraqlarına zidd olaraq razılaşdırılmışdır. Bundan əlavə, şikayətçi hesab edir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin qanunvericiliyin tələblərinə uyğunluğunu lazımi qaydada yoxlamamış, xüsusilə də "Leobank" ilə bağlanmış kredit müqaviləsi üzrə kreditorun razılığı olmadan öhdəliyin üçüncü şəxsə keçirilməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.2, 522.3 və 337.1-ci maddələrinin tələblərinə zidd olmasını nəzərə almamışdır. Həmçinin şikayətdə göstərilmişdir ki, barışıq sazişini imzalayan şəxs Rusiya Federasiyasının vətəndaşı olduğundan, saziş ona rus dilində təqdim edilməmiş və nəticədə o, sənədin məzmununu və hüquqi nəticələrini tam dərk etməmişdir.
42. Maraqlı şəxsin istinad etdiyi Mülki Məcəllənin 522.1-522.3-cü maddələrinin məzmununa görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.
43. Maraqlı şəxsin barışıq sazişinin müvafiq şərtlərinin istinad olunan maddənin dispozisiyasına uyğunluğu ilə bağlı dəlillərini qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsinin mənasında Ərizəçi ilə "Leobank" arasında ##.##.2025-ci il tarixdə bağlanmış AGPE*********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin maraqlı şəxsə keçirilməsi baş verməmişdir. Mübahisə predmeti olan barışıq sazişi maraqlı şəxs üçün Bank qarşısında hər hansı hüquq və ya öhdəlik yaratmır. Kredit müqaviləsi üzrə borclu qismində bank tərəfindən tanınan şəxs ərizəçi Ərizəçidur və öhdəliyin icra edilməməsi ilə bağlı hüquqi nəticələr, o cümlədən məcburi icra tədbirləri də məhz ona münasibətdə tətbiq oluna bilər.
44. Barışıq sazişi yalnız onun tərəfləri arasında hüquqi nəticələr doğurur və onların qarşılıqlı hüquq və vəzifələrinin tənzimlənməsinə xidmət edir. Həmin sazişlə onun tərəfi olmayan şəxslərin hüquqlarının dəyişdirilməsi, onların üzərinə yeni vəzifələrin qoyulması və ya hüquqlarının məhdudlaşdırılması mümkün deyildir. Buna görə də, kreditorun razılığı olmadan barışıq sazişində üçüncü şəxsin kredit öhdəliyini öz üzərinə götürməsinə dair razılaşmanın nəzərdə tutulması Mülki Məcəllənin 522-ci maddəsinin mənasında borcun başqa şəxsə keçirilməsi kimi qiymətləndirilə bilməz.
45. Maraqlı şəxsin bu razılaşmadan irəli gələn hüquq və vəzifələri yalnız barışıq sazişinin tərəfi qismində ərizəçi ilə münasibətlər çərçivəsində mövcuddur. Bu səbəbdən, barışıq sazişinin şərtlərinin pozulması nəticəsində yarana biləcək məsuliyyət də yalnız saziş tərəfləri arasında, yəni ərizəçi qarşısında tətbiq oluna bilər.
46. Apellyasiya şikayətinin barışıq sazişinin maraqlı şəxsə rus dilində təqdim edilməməsi ilə bağlı dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, həmin dəlilin yoxlanılması məqsədilə ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, maraqlı şəxs Azərbaycan dilində sərbəst danışır, ona verilən sualları düzgün başa düşür və onlara ardıcıl, məntiqli cavablar verir. Barışıq sazişi bağlanarkən o, tərcüməçinin iştirakına, sazişin məzmununun əlavə izah edilməsinə və ya sənədin başqa dilə tərcümə olunmasına ehtiyac duyduğu halda bunu tələb etmək imkanına malik olmuş, lakin onun belə bir müraciəti olmamışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin barışıq sazişini imzalayarkən onun məzmununu və hüquqi nəticələrini anlamadığını, yaxud bu məsələdə yanıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Onun Rusiya Federasiyasının vətəndaşı olması özlüyündə Azərbaycan dilini bilmədiyini və ya barışıq sazişinin məzmununu anlamadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə də, işdə olan materiallara əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin müvafiq şərtlərinin maraqlı şəxs tərəfindən tam həcmdə icra edilmədiyini nəzərə almaqla yanaşı, tərəflər arasında bağlanmış barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun formada tərtib edilibedilmədiyini, sazişin təsdiqi zamanı subyekt tərkibi və məzmun baxımından qanunun tələblərinə cavab verib-vermədiyini, tərəflərin həqiqi iradəsini əks etdirib-etdirmədiyini, şəxsiyyət hüquqlarına, imperativ hüquq normalarına, ictimai qaydaya və əxlaqa zidd olubolmadığını, habelə etimad və vicdanlılıq prinsiplərini pozaraq tərəflərdən birinin hüquq və qanuni mənafelərinə zərər vurub-vurmadığını yoxlamışdır.
49. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə barışıq sazişinin təsdiqindən imtina edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək üçün hüquqi əsas müəyyən etmir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
50. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Rəna Qafarova