Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-267/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əmlak) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Evlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 tərəfindən ünvan 1 ünvanında yerləşən qaraj alıcı İddiaçı (AZE №********) satılmışdır, mənzilin ümumi qiyməti 5000 azn təşkil edir. Həmin müqaviləyə əlavə edilmiş aktdan görünür ki, X1 rayonu, Yavər Səfərov küçəsi, ev 9, mənzil 5 ünvanında yerləşən qarajı 5000 azn müqabilində İddiaçı satmış, alıcı İddiaçı (AZE №********), satıcı X5 (AZE ********), X16 və X2 (AA2796814) şahid olmuşlar.
2. İş materiallarında olan Xətai bələdiyyəsi tərəfindən verilmiş Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ünvan 3 ünvanında xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır.
3. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 3636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 və X12 xx.xx.2010-cu ildə nikaha daxil olmuşlar, onlar arasında olan nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. ünvan 4 ünvanda yerləşən qarajın qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa daha əvvəl aparılmış məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qarajın yerləşdiyi ünvandakı daşınmaz əmlak - ünvan 5ili - xx.xx.2002-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh1 həmin mənzilə istifadə hüququ yaranmamışdır. Sonuncunun həmin mənzildən çıxarılması barədə mülkiyyətçi İddiaçı iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Bundan başqa, cavabdehlər tərəfindən təqdim edilən xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, ünvan 4 ünvanda yerləşən qaraj X5 tərəfindən 5.000 manat müqabilində cavabdeh İddiaçı satılmışdır. İddiaçı Cavabdeh1 cavabdehlər X9, İddiaçı və X13 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X20 cəlb edilməklə) - Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən bağ evinin, ünvan 7 ünvanında yerləşən mənzilin, ünvan 8 ünvanında mənzilin və ünvan 9əşdiyi həyətdəki avtomobil saxlamaq üçün qarajın cavabdeh X12 ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edilməsi və iddiaçının həmin əmlakların üzərində ½ hissədə payının müəyyən edilməsi, mediasiya sessiyası üçün ödənilmiş 50 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması barəsində iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
4. İş materiallarında olan Bakı Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6621/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Xətai rayon məhkəməsinin 2(011)-3636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-964/2025 nömrəli qərarından görünür ki, Bakı Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6621/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 və Cavabdeh2 hərəkətləri qanunsuz hesab edilmələ faktiki sahibliyimdə və mülkiyyətimdə olan Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi, ev 9, mənzil 5 ünvanında yerləşən binanın həyətində olan avtomobil saxlamaq üçün qarajın cavabdehlərin qanunsuz sahibliyindən alınması, cavabdehlər tərəfindən qarajın arxa və giriş qapısının arxa və ön tərəfində qanunsuz inşa edilmiş tikili hasarların sökülməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi, ev 9, mənzil 5 ünvanında yerləşən binanın həyətində olan avtomobil saxlamaq üçün qaraj faktiki olaraq 2003- cü il tarixdən etibarən mənə məxsusdur. Qaraj sahəsi xx.xx.2003-cü il tarixdə avtomobil saxlamaq üçün müvafiq qaydada tərəflər arasında Akt imzalanma yolu ilə mənim tərəfimdən 5.000 manata X5 adında şəxsdən almışam. Qaraj sahəsinə dair tərəfimdən Xətai rayon Bələdiyyəsinə illik olaraq 60 manat məbləğində rüsum ödənilir və qaraj Bələdiyyədə mənim adıma faktiki olaraq hüquqi qaydada sənədləşdirilmişdir. Cavabdeh2 həmin binanın 1-ci mərtəbəsində özünə ev almış, həmin evin həyəti mənim faktiki sahibliyimdə olan qarajın arxa tərəfində yerləşdiyindən mənim kecmiş gəlinin digər cavabdeh X6 anası ilə birləşərək faktiki sahibliyimdə olan qarajın arxa divarını qanunsuz şəkildə sökərək qarajın icərisinə daxil olaraq qarajın icindən çölə, küçəyə açılan darvazasının arxasından kərpic və mişar daşı ilə qanunsuz şəkildə hasar hörərək faktiki olaraq qaraj sahəsini zəbt etməklə mülkiyyət hüququmu pozmuş, qarajın icində yerləşən zəruri avadanlıq və şəxsi əşyalarımı məhv etmişlər. Onların bu hərəkətləri qanunsuzluqdur. Mülkiyyət və sahiblik hüququmun pozulmasıdır. Onların bu əməlləri və hərəkətləri ilə əlaqədar tərəfimdən onlara ciddi şəkildə xəbərdarlıq edilmiş, heç bir nəticə olmadığı üçün tərəfimdən müvafiq qaydada yerli polis və icra orqanına rəsmi ərizə ilə müraciət edilmiş, polis və icra orqanı əraziyə baxış kecirmiş, cavabdehlərin barəsində hec bir hüquqi tədbir görə bilməmiş, bundan sonra tərəfimdən daha yuxarı orqanlara nazirlik və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilərək mülkiyyət hüququmun qorunnması üçün təbdir görülməsi və cavabdehlərin qanunsuz hərəkətləri ilə əlaqədar qanuni tədbirlərin görülməsi xahiş və tələb olunmuşdur. Etdiyim bütün müraciətlər hec bir hüququi nəticəyə səbəb olmamışdır. Ona görə də məcbur olub hüquqlarımın təmini və marağımın qorunması üçün məhkəməyə müraciət edirəm.”
8. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “iddianı qəbul etmirəm. İşin mahiyyəti üzrə bildirirəm ki, iddiaçının öz iddia ərizəsində qeyd etmiş olduğu hallar, yəni guya qarajın ona məxsus olmasına baxmayaraq mənim tərəfimdən götürülməsi barədə qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinin məzmununda qeyd edilmiş məlumatlar yalnız şifahi sözlərdən ibarətdir və heç bir rəsmi hüquq müəyyənedici sənədlə təsdiqini tapmır. İddiaçının həmin qaraja dair vergi ödəməsini göstərən qəbz isə heç də onun həmin qaraj üzərində mülkiyyət hüququnun olması demək deyil. Belə ki, əmlaka dair vergi ödənilməsi mülkiyyətin olmasını əks etdirirsə, onda mənim də həmin əmlak üzərində mülkiyyət hüququmun olması deməkdir. Çünki 2025-ci il üzrə vergini mən ödəmişəm. Mübahisəli qaraj valideyinlərimə məxsus evin həyətində yerləşir və onların istifadəsində olmuşdur. İndi isə yetkinlik yaşına çatmayan 18 fevral 2010–cu ildə anadan olmuş X11 adlı uşağımla birlikdə həmin qarajdan yaşayış sahəsi kimi istifadə edirik. Qarajın işıq və qaz xətləri valideynlərimə məxsus olan evdən çəkilmişdir. Qarajın valideyinlərimə məxsus olan həyətə isə əvvəlcədən qapısı olmuş, iddiaçının bu barədə yazıqları həqiqəti əks etdirmir. Bizim yaşamağa başqa yerimiz yoxdur. Bir daha qeyd edirəm ki, iddiaçının mübahisə predmeti olan qaraja dair heç bir hüququ yoxdur. Belə olan halda da onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmır.”
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin rədd edilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 157.2, 157.4, 157.5, 157.8, 170.1, 170.2, 176.1, 176.2, 176.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-197/2025 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə bu iş üzrə iddia ərizəsi ilə müraciət edərkən qaraj faktiki olaraq cavabdehlər tərəfindən yaşayış otağı şəklinə salınmamış, iş məhkəmə baxışı zamanı uzandıqdan sonra cavabdehlər qarajda köklü dəyişiklik edərək qarajı yaşayış otağı formasına salaraq ondan istifadə etməyə başlamışlar. Buna əyani sübut olaraq iddia tələbi veriləndən sonra Xətai rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş e-16(011)-755/2024 saylı xx.xx.2024-cü il tarixli qərar mövcud olmuş, həmin qərardadın əsasında Xətai rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərar olmuş, həmin qərarın əsasında Xətai rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən və digər şəxslərin (tələbkar və borcluların iştirakı ilə) tərtib edilmiş Akt olmuşdur ki, həmin akt tərtib olunduğu zaman qaraj faktiki olaraq boş vəziyyətdə olmuşdur. (MTT İcra işinin içində akt tərtib olunduğu vaxt qaraja dair fotoşəkillər çəkilmişdir.) Burada nə baş vermişdir ki, məhkəmə qətnaməni qəbul etdiyi zaman qaraj artıq yaşayış otağı şəklində cavabdehlər tərəfindən istifadə olunmuşdur, belə olan halda onda məhkəmə tərəfindən MMT barədə qəradadın qəbuluna nə ehtiyac var idi ki, sonra onun icrası gözdən pərdə asmaq şəkilə düşməklə nəticəsiz bir sənəd kimi işdə heç biri hüquqi nəticəsi olmayacaqdır. Nəticəsiz və icrası yalandan qurulan məhkəmə sənədi əslində insanların gözündə məhkəmə ədalətinin nüfuzdan salan bir aktından ibarət yazılı vərəq toplusundan başqa bir şey deyildir. Hansı ki, bütün bu qurulan epizodik səhnələr əvvəlcədən ona məlum idi sadəcə iş üzrə məhkəmənin ədalətli qərarını gözləyirmiş ki, bu da olmadı. Məhkəmə qurduğu səhnələri bildiyi qaydada həyata keçirməklə iş üzrə qanunsuz nəticəni qəbul etmişdir. Məhkəmə bu işə nail olmaqdan ötəri iş üzrə icraatın dayandırılması barədə e-2(011)-5142/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad qəbul etmiş həmin qərardadla - İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair e-2(011)-5142/2024 saylı mülki iş üzrə icraat, iddiaçı X3 cavabdehlər İddiaçı və digərlərinə qarşı “əmlakların birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və onun həmin əmlaklar üzərində ½ hissədə payının tanınması” tələbinə dair 2(011)-3636/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bütün proseslər bundan sonra başlanılmış cavabdehlər bundan sonra qarajı yaşayış otağı şəklinə salmış, tikinti aparmağa qadağa olduğu halda bütün işlər görülmüş məhkəmə və icra orqanı qəbul etdiyi mtt qərarının icrasına göz yummuş cavabdehlərin qanunsuz hərəkətlərinə əhəmiyyət verməmişdir. Bu isə cavabdehlərin məhkəmə və icra orqanı ilə birlikdə bu işin onların xeyrinə nəticələnməsinə səbəb olan işin acıq görünən halıdır. Qeyd edir ki, 86 yaşı var, həmin ünvanda mənzil sahibi olduğu zaman orada cavabdehlər ümumiyyətlə olmamış, Cavabdeh1 evinə gəlin gələndən sonra onlar həmin ünvanda mənzil sahibi olmuşlar, belə olan halda onların bu ünvanda qarajlarının olması ağlabatan deyildir, həmçinin həmin qarajda oğlu Əhmədov Vüqar avtomobilini saxlamış, Vüqar və Ülviyyənin nikahları pozulduğu zaman aralarında əmlak bölgüsü barədə məhkəmə qərarı olmuş, avtomobilin əmlak bölgüsü zamanı qiymətləndirilməsi işi həyata keçirilərkən icra məmuru avtomobili qarajda müəyyən etmiş və avtomobili qarajda saxlamaq öhdəliyi oğlu Vüqara həvalə edilmişdir. Sadaladığı bu kimi faktları və iş üçün zəruri ciddi əsasları məhkəmə nəyə görə görməzdən gələrək bütün bu hallara hüquqi qiymət vermədən qanunsuz qətnaməni qəbul edir. Bu iş üzrə bütün baş vermiş münasibətlər çərcivəsində tərəflər arasında baş tutan məhkəmə çəkişmələri zəminində qəbul edilmiş qətnamələr üzrə bütün hallara hüquqi qiymət verilməli, iş düzgün araşdırılmalı, hazırki qətnamə qanunsuz olduğundan ləğv olunmalı və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır. Qaraj faktiki 30 ildən çoxdur ki, sahibliyində və istifadəsində olmuşdur. Bütün bu halları məhkəmə qətnamələri və icra vərəqləri üzrə aparılmış işlər müəyyən etmişdir. (X23 əmlak bölgüsü üzrə məhkəmə aktı işə əlavə olunacaq.) Məhkəmə belə mötəbər sübutları bir qırağa qoyaraq qanunsuz qətnaməni qəbul etmişdir. Bu da mülkiyyət və sahiblik hüququna müdaxilə və əmlakının qanunsuz yolla əlindən alınmasıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. İddiaçının öz iddia ərizəsində qeyd etmiş olduğu hallar, yəni guya qarajın ona məxsus olmasına baxmayaraq cavabdeh tərəfindən götürülməsi barədə qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinin məzmununda qeyd edilmiş məlumatlar yalnız şifahi sözlərdən ibarətdir və heç bir rəsmi hüquq müəyyənedici sənədlə təsdiqini tapmır. İddiaçının həmin qaraja dair vergi ödəməsini göstərən qəbz isə heç də onun həmin qaraj üzərində mülkiyyət hüququnun olması demək deyil. Belə ki, əmlaka dair vergi ödənilməsi mülkiyyətin olmasını əks etdirirsə, onda cavabdehin də həmin əmlak üzərində mülkiyyət hüququmun olması deməkdir. Çünki 2025-ci il üzrə vergini cavabdeh olaraq o ödəmişdir. Mübahisəli qaraj valideyinlərinə məxsus evin həyətində yerləşir və onların istifadəsində olmuşdur. İndi isə yetkinlik yaşına çatmayan 18 fevral 2010–cu ildə anadan olmuş X11 adlı uşağı ilə birlikdə həmin qarajdan yaşayış sahəsi kimi istifadə edirlər. Qarajın işıq və qaz xətləri valideynlərinə məxsus olan evdən çəkilmişdir. Qarajın valideyinlərinə məxsus olan həyətə isə əvvəlcədən qapısı olmuş, iddiaçının bu barədə yazıqları həqiqəti əks etdirmir. Yaşamağa başqa yeri yoxdur. İddiaçının mübahisə predmeti olan qaraja dair heç bir hüququ yoxdur. Belə olan halda da onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Hazrki iş üzrə də iddiaçının subyektiv hüququnu yaranması üçün ilk növbədə mübahisə predmeti olan qaraja dair Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışının olması zəruri şərtdir. Lakin iddiaçının bu hüququnun olmasını təsdiqləyən hüquq müəyyənedici sənədi mövcud deyil. Belə olan halda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamış olur ki, bu da onu deməyə əsas verir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur.
19. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
20. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
23. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
25. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
26. 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
27. 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
28. 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
46. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
47. İşin halları ilə müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən qarajdan iddiaçının oğlu Vüqar Əhmədov və Cavabdeh1 birgə nikah dövründə birgə istifadə etmiş, qarajın qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir. Bununla belə, ünvan 4 ünvanda yerləşən qaraja dair iddiaçının hər hansı əmlak hüquqlarının olmasına və qarajın cavabdehlərin qanunsuz sahibliliyində olmasına dair hallar müəyyən edilmir.
48. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı qarajın onun tərəfindən alqı-satqı əsasında alınması qeyd etsə də, iddiaçının həmin dəlilin təsdiqi kimi təqdim etdiyi alqı-satqı müqaviləsi mötəbər sübut kimi nəzərə alına bilməz. Belə ki, həmin müqaviləyə əlavə edilmiş aktdan görünür ki, aktın tarixi xx.xx.2003-cü il, satıcının (X5) vəsiqəsinin nömrəsi AZE 09968323, şahidin (X2) vəsiqəsinin nömrəsi AA2796814 kimi göstərilmişdir. Lakin EMİS-dən çıxarışlardan görünür ki, satıcı kimi göstərilən şəxsin AZE 09968323 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2012-ci il tarixdə, AA2796814 nömrəli şəxsiyyət vəsiqəsi isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Qeyd edilənlər isə Aktın və müqavilənin xx.xx.2003-cü il tarixdə bağlanmasını təsdiq etməməklə onun həqiqiliyini şübhə altına alır. İddiaçı həmçinin bu dəlilini “Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində qarajın ona məxsus olmasının təsbit edilməsiilə əsaslandırsa da, qeyd olunan qətnamədə mübahisə predmeti olan qarajın iddiaçıya alqı-satqı müqaviləsi əsasında satıldığının görünməsi kimi” qeydin olması onun məhz iddiaçıya məxsus olması kimi başa düşülmür.
49. İddiaçı həmin əsaslarla Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi, ev 9, mənzil 5 ünvanında yerləşən qarajın X3 və Cavabdeh2 qanunsuz sahibliyindən alınmasını və qarajın arxa və giriş qapısının arxa və ön tərəfində qanunsuz inşa edilmiş tikili hasarların sökülməsini tələb etsə də, kollegiya hesab edir ki, əmlak özgəsinin qanunsuz sahibliyindən o halda geri tələb edilə bilər ki, tələb edən həmin əmlakın mülkiyyətçisi olsun, hazırki işdə isə ünvan 4 ünvanda yerləşən qarajın qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumat aşkar edilməmiş, qarajın iddiaçının oğlu Vüqar Əhmədov və Cavabdeh1 nikah dövründə birgə istifadə etmələri müəyyən olunmaqla bərabər, iddiaçının həmin tikiliyə hər hansı əmlak hüquqlarının olması və ya ondan istifadə etməsi halları müəyyən edilmir. İddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı hasarların onun maraqlarına toxunması, cavabdehlər tərəfindən onun öz mülkiyyətində olan əmlakından istifadə edilməsi hallarına dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı, buna dair mötəbər, əsaslı şübhədən kənar sübutları məhkəməyə təqdim etməmiş, hasarların iddiaçının maraqlarına toxunmasına dair hallar müəyyən olunmamışdır.
50. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının həmin tikiliyə hər hansı əmlak hüquqlarının olması və ya ondan istifadə etməsi halları müəyyən edilmədiyindən, qeyd edilən qarajın cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edilməsi iddiaçının subyektiv hüququ olmadığından və iddiaçının maraqlarına toxunmasını sübut edə bilmədiyindən iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
51. Mülki prosessual qanunvericiliyin sübut etmə üzrə vəzifə bölgüsünü müəyyən edən normalarına istinadən qeyd edilməsi zəruridir ki, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
53. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
54. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93)
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun idddiaçıya aid edilməsində məhkəmə haqlı olmuşdur. Hazırkı halda da apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-197/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.