Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3095/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi, onunla maraqlı şəxs Maraqlı şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli, MŞB/*-*****/**** nömrəli X6 təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ərizəçi Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Maraqlı şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli, MŞB/*-*****/**** nömrəli X6 təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından müvafiq icra sənədi verilməklə icraya yönəldilmişdir.
4. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Iddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsində göstərilmiş alimentin tutulması hissəsində alimentin hansı tarixdən hesablanması barədə qətnaməyə izahın verilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Iddiaçı Ərizəçi ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “Maraqlı şəxs öhdəsinə götürür ki , övladı ##.##.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 300 (üç yüz) manat alimenti Ərizəçi ödəyəcəkdir” ifadələri - “Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli, MŞB/2-02015/2022 Barışıq sazişi alimentin tutulması hissəsində barışıq sazişinin bağlandığı gündən, yəni ##.##.2023-cü il tarixdən hesablanmaqla ödənilsin.” kimi başa düşülməsi qərara alınmışdır.
6. Cavabdeh Maraqlı şəxs ##.##.2026-cı il tarixdə həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadından şikayət verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla borclu arasında bağlanmış ##.##.2023-cü il tarixli, MŞB/*-*****/**** nömrəli X6 təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Iddiaçı Ərizəçi ərizəsi təmin edilməyi barədə ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardad qəbul edilmişdir. Borclu bu qərardadın qəbul edilməsindən xəbərsiz olmuş, hər hansı SMS bildiriş, xəbərdarlıq və ya məktub almamışdır. Yalnız Yasamal rayon Icra şöbəsinə çağırıldığı zaman bilmişdir ki, belə bir qərardad qəbul olunub. Bundan sonra ##.##.2026-cı ildə məhkəməyə müraciət edərək imza etməklə və dövlət rüsumu ödəməklə qərardadı əldə etmişdir. Qərardadın mövcudluğundan və məzmunundan yalnız həmin tarixdə məlumatlı olmuşdur. Ona görə qərardaddan şikayət vermək üçün nəzərdə tutulan müddəti üzürlü səbəblərdən ötürmüşdür.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə, ərizənin təmin edilməməsi, cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadından verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. Maraqlı şəxs Maraqlı şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə bilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 10.Şikayət onunla əsaslandırlır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən şikayət vermək müddətinin ötürülməsini üzürlü hesab edərək, müddətin bərpası haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə ərizəni təmin etməmiş ##.##.2026-ci il tarixli, 2(004)- 3413/2025 qərardadla sənədləri geri qaytarmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, prosessual müddətin ötürülməsini üzürlü hesab edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Maraqlı şəxs qeyd etmişdi ki, həmin qətnamədən Icra şöbəsinə çağırılarkən xəbər tutmuş və sonradan məhkəməyə yaxınlaşaraq 10 manat dövlət rüsumu ödəməklə qətnaməni əldə etmiş və yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə bu faktı araşdırmağa maraqlı olsaydı, dəftərxanaya sorğu verməklə bu məlumatı əldə edə bilərdi. Amma belə bir araşdırılma aparılmamış və şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Maraqlı şəxs qeyd edir ki, bu qərardaddan narazıdır və ötürülmüş prosessual müddətin bərpa edilərək işə yenidən baxılmasını xahiş edir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
14. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
17. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(004) ****/**** nömrəli qərardadı elektron imza ilə təsdiq edilməklə ##.##.2025-ci il tarixdə cavabdeh Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə təkrarən rəsmi qaydada alınmışdır.
22. Prosessual qanunvericiliyin tələblərinə əsasən qərardad ##.##.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, maraqlı şəxs həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verməiklə qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür.
23. Müddətin ötürülməsinin hər hansı bir üzrlü səbəbi qeyd edilməmiş, yalnız qərardadın ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edilərək təkrarən əldə edilməsi qeyd edilmişdir.
24. Kollegiya qeyd edir ki, məhkəmə aktı iş üzrə tərəflərin elektron məhkəmə informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş hesab edildiyindən maraqlı şəxsin qərardadı təkrarkən əldə edilməsi prosessual müddətin bərpa edilməsinə səbəb olmur.
25. Beləliklə, Maraqlı şəxs qərardaddan şikayəti elektron kabinetinə yerləşdirilən vaxtdan 9 aydan artıq müddət keçdikdən sonra, ##.##.2026-cı il tarixdə verməklə, qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddəti ötürdüyündən və müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.
27. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli