Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-828/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər ##.##.2019-cu il tarixdə rəsmin niakaha dxail olmuşlar; tərəflərin birgə nikahlarından ##.##.2021-ci il ltəvəllüdlü X4 dünyaya gəlmişdir.
2. Şamaxı rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı ##.##.2019-cu il tarixli * saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində **** saylı akt ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ##.##.2021-ci il ltəvəllüdlü X4 İddiaçı himayəsində saxlanması və Cavabdeh İddiaçı xeyrinə ##.##.2024-cü il tarixdən ##.##.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay 200 manat pul məbləğində aliment tutlması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 qapılı vitrin (2 ədəd) - 980 manat, 1 qapılı vitrin (1 ədəd) - 282 manat, TV altlığı (1 ədəd) - 225 manat, Komputer stolu- 380 manat, Yemək solu - 650 manat, Stul (6 ədəd) - 540 manat, Jurnal stolu - 300 manat, Güzgülü komod - 482 manat, Künc divanı - 1800 manat, Taxt - 325 manat, Taxt döşəyi - 300 manat, Tumboçka (2 ədəd) - 356 manat, Tryumo (yataq komodu) - 415 manat, Paltar dolabı - 1080 manat, Uşaq çarpayısı - 380 manat, Mətbəx mebeli - 1500 manat, Mətbəx stolu - 150 manat, Mətbəx stulu (4 ədəd) - 200 manat, Televizor - 720 manat, Soyuducu LG - 1250 manat, Paltaryuyan LG - 850 manat, Tozsoran - 180 manat, Ütü- 75 manat, Xalça (5m*3,5m) - 480 manat, Xalça (1,5m*2) - 250 manat, Xalça (3m*2,5m) - 350 manat, Pərdə qalın, qonaq - 2 ədəd - 150 manat, Pərdə qalın, yataq - 2 ədəd - 180 manat, Tül (qonaq) - 160 manat, Tül (yataq) -150 manat, Yataqüstlüyü - 350 manat, Ütü stolu - 65 manat, Çilçıraq (qonaq) - 300 manat, Çılçıraq (yataq) - 280 manat, Saat (Divar) - 40 manat, Ət maşını - 280 manat, Sok çəkən- 250 manat, Mikser-55 manat, Elektrik soba- 230 manat, Samovar (çaynikli)- 120 manat, Termos-25 manat, Padnos (3 ədəd) - 45 manat, Dopu (qaz) - 75 manat, Polsilən-22 man, Süpürgə (tozyığan) - 15 manat, Ev süpürgəsi - 13 manat, Vanna (3 ədəd)- 12 manat, Uşaq vannası (1 ədəd)- 20 manat, Çuğun qazan dəsti (5 ədəd)- 95 manat, Nikel qazan dəsti (3 ədəd)- 160 manat, Qranit qazan dəsti (5 ədəd) 258 manat, Tefal qazan dəsti (3 ədəd)- 150 manat, Qazan dəsti (qutu)- 300 manat, Qranit tava (3 ədəd)- 75 manat, Şüşə qazan(1 ədəd)-25 manat, Düyüqabı- 80 manat, Çaydan (çuğun) - 35 manat, Çaydan (çuğun)- 25 manat, Vedrə (çuğun-2 ədəd) - 54manat, Vedrə (plastikə2 ədəd)- 20 manat, Vedr (alüminium 2 ədəd) - 16 manat, Tas (alminium-3 ədəd)- 105 manat, Tas (çuğun-4 ədəd)- 120 manat, Taz (plastik- 4 ədəd)- 12 manat, Südqabı (çuğun)-25 manat, Çörəkqabı - 19 manat, Kofemolka -14 manat, Qaz plitəsi-200 manat, Aspirator- 90 manat, Qaşıq çamadanı- 320 manat, Bıçaq çamadanı- 150 manat, Dəm çaydanı (5 ədəd)-100 manat, Dördayaq-12 manat, oxlov-6 manat, Ələk-3 manat, Aşsüzən (2 ədəd)-40 manat, Boşqab dəsti (xırdagüllü-36 ədəd)- 250 manat, Abqələm boşqab dəsti (36 ədəd)- 350 manat, Madonna serviz(nahar)- 450 manat, Madonna serviz(çaynı)- 750 manat, Boşqab dəsti (güllü-36 ədəd)- 120 manat, Sadə çuğun qazanlar (6 ədəd)- 300 manat, Ağ lepkalı güldan (1 ədəd) və meyvəqabı (2 ədəd)-240 manat, Sadə şirə qabı (dəst) - 25 manat, Dovğa qabı (dəst)-25 manat, Kasa (6 ədəd)- 42 manat , Billur böyük güldan- 120 manat, Billur bogema güldan- 150 manat, Billur bogema güldan-2 ədəd) 180 manat, Göy billur bogema güldan (kiçik) - 250 manat, Nazik uzun billur güldan- 60 manat, Böyük billur meyvəqabı (2 ədəd)- 200 manat, Kiçik billur meyvəqabı (2 ədəd)- 180 manat, Qara sadə güldan(1 ədəd)- 50 manat, Ağ-qara şirə qabı (dəst-1 ədəd)- 250 manat, Ağ-sarızərli şirə qabı (dəst-1 ədəd)- 270 manat, Boz-sarızərli şirə qabı(dəst-1 ədəd)- 300 manat, Yaşil billur meyvəqabı (dəst-1 ədəd)- 75 manat, Qara sarıgüllü dolça (1 ədəd)- 50 manat, Ağzıenli bohema stəkan (6 ədəd)- 250 manat, Billur konfet qabı (2 ədəd)- 130 manat, Ayaqlı billur mürəbbəqabı (2 ədəd)- 100 manat, Billur lodka (2 ədəd)- 150 manat, Hündür qara güldan- 20 manat, Billur fujer (6 ədəd)- 90 manat, Billur fujer (6 ədəd)- 120 manat, Kiçik billur fujer- 60 manat, Billur stəkan (18 ədəd)- 140 manat, Billur stəkan (6 ədəd)- 60 manat, Billur stəkan (6 ədəd)- 70 manat, Çini sarızərli çay dəsti- 400 manat, kiçik xrustal stəkan (12 ədəd)- 60 manat, Abqələm çay nəlbəkisi (12 ədəd)- 80 manat, Abqələm armudu stəkan nəlbəkisi (12 ədəd)- 75 manat, Sadə çay nəlbəkisi (18 ədəd)-30 manat, Sadə armudu stəkan nəlbəkisi (18 ədəd)-20 manat ,Sada sok stəkanı (12 ədəd) 25 manat, Şirniyyat qabı (2 qutu)-30 manat, Tort qabı (1 ədəd)- 20 manat, Paltar səbəti (1 ədəd)- 5 manat, Tərəvəz rəfi- 15 manat, Qaşıq(24 ədəd)- 30 manat ,Çəngəl(24 ədəd)- 30 manat, Ədviyyat qabları-40 manat, Plastik asma qaşıq- 25 manat, Nikel asma qaşıq- 45 manat, Qaşıqlı kasa dəsti (2 ədəd)- 15 manat, 3 mərtəbə şirniyyat qabı (2ədəd)-30 manat, Taxt döşəyi (1 ədəd)- 150 manat,Taxt yorğanı (1 ədəd)-100 manat, Yorğan(2 ədəd)-70 manat, Döşək (2 ədəd)-100 manat, Böyük balış (4 ədəd)-50 man, Kiçik balış (2 ədəd)-25, Nazik adyal(1 ədəd)-15 manat, Qalın adyal (1 ədəd)- 65 manat, Pambıq yorğan (2 ədəd)-50 manat, Dəvə yunu yorğan-75 manat, Pastel( 6 qutu)- 300 manat, Pastel (açıq salafanda-6 ədəd)- 180 manat, Qətv (8 ədəd)- 160 manat, Çay dəsmalı (6 ədəd)-48 manat, Əl-üz dəsmalı (5 qutu)- 225 manat, Əl-üz dəsmalı (açıq-12 ədəd)-120 manat, Süfrə (4 qutu)- 280 manat, Süfrə açıq-2 ədəd)- 60 manat, Hamam dəsti- 40 manat, Uşaq adyalı-30 manat, Çərəzqabı (2 ədəd)- 30 manat, Sadə meyvəqabı- 25 manat, Ayaqlı sadə şirniyyat qabı- 20 mana, Tava (qızartma üçün-3 ədəd)- 80 manat, Mişka (3 ədəd)- 60 manat, Dovşa n(1 ədəd)- 30 manat, Ayı-50 manat Ayı-25 manat, Pendir boşqabı (24 ədəd)- 24 manat ,Çexski dərin boşqab (12 ədəd)- 160 manat, Sadə dərin boşqab (12 ədəd)- 60 manat, Düz şəffaf boşqab (12 ədəd)-40 manat, Qutuda güllü boşqab dəsti (şirniyyat üçün)- 75 manat, Boşqab dəsti (2 qutu)- 50 manat, Sünbül boyunbağı (italyan qızılı)-6000 manat, Komplekt (üzük, sırğa-italyan qızılı)- 7500 manat, Sünbül qolbaq(italyan qızılı)-3000 manat, Uşaq sırğası- 120 manat olmaqla, cəmi 46.100 manat məbləğində əmlaklarının naturada və ya dəyərinin və ödədiyi 228.30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ## ######## 2019-cu il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir uşaqları var. Nikahının ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdilər. Hal-hazırda iş məhkəmədə baxılır. İddiasında təkidlidir. Nikahı ləğv etdirəcəkdir. Hazırda onun cehiz əşyaları və qızıl zinət əşyaları cavabdehdədir. Belə ki, o, ## ###### 2024-cü il tarixdə evdən çıxarılmışdır. Polislər də orada olub. Heç nə götürməmişdir. Bir neçə gün sonra bir-iki dəst paltar götürmək üçün ora getmişdir. Anası ilə bacısı bir-iki dəst paltar verib onları oradan çıxarıblar. Qızıllarını, əmlaklarını tələb edəndə deyiblər ki, məhkəməyə ver orada qərar verilsin.
5. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, qızıl-zinyət əşyalarından başqa digər cehiz əmlakını cavabdehdən geri götürdüyünə görə hazırda cavabdehdən yalnız qızıl-zinyət əşyalarının geri qaytarııması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O həmçinin cehiz əmlak hissəsində iddia tələbindən imtina barədə ərizəni məhkəməyə təqdim etmişdir.
6. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavbabdehin anasıdır, oğlugil ondan ayrı qalırdılar. Nəvəsini xəstəxanadan çıxarandan 3 yaşına kimi o saxlamışdır. Hadisə olan gün iddiaçı dedi ki, uşağı gətirəcək, yuyundurmağa, amma gördü ki, gəlmirlər durub özü getdi. Onlara gedəndə Aydan dedi anasıgil onlara gəlir. Amma onlara gedəndə oğlugilin dava etdiklərini görmədi. X7 gedəndə o qızı ilə oğlugildə qaldı. Polis Bölməsinə gedilməzdən əvvəl ondan qızıl istənilməmişdir. Aydangil gəlib paltarlarını yığıb apardı, nəvəsinin paltarlarından da o, biraz yığdı. Aydan evdən gedərkən özünün və uşaqların geyimlərini, şkafdakı pencəyin cibindən nəsə götürdü. Aydanın yanında idi, götürdüklərini görürdü. Aydanın hansısa qabın içindən nəsə götürdüyünü görmədi. Oğlugilin evindəki qızıl qoyduqları sandığı görməmişdir. Aydanın stulun üstə çıxıb yuxarıdan nəsə götürməsini görmədi. Aydan evdən gedəndə ondan qızıl istəmədi, o an qızıl vaxtı deyildi. Oğlugilə qızını və oğlanlarını özü çağırdı ki, Ziyatayı polislər apardı durub gəlsinlər. Ziyataygil polisdə olanda onlara ancaq qızı gəldi. Həmin vaxt qızı oğlugilin evinin balkonunda otururdu. O, qızılların yerin bilmirdi.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindrilmiş X9 ifadəsində bildirmişdir ki, Aydanın anası, qardaşını Şamaxı rayonundan özü sürücü kimi gətirmişdir. Polislərlə eyni vaxtda evə çatdılar. Cavabdehi polislər aparanda onlar da onların ardınca Polis Bölməsinə getdilər. X6 evə qayıtdılar. Polis Bölməsindən evə qayıdanda Validə müəllimə içəridə kiməsə dedi qızılı verin, içəridəki dedi məhkəməyə verəndə verəcəklər. Yolda Aydan ilə anası qızıldan danışırdı, iddiaçı dedi ki, qızılını vermədilər. O, çöldə dayanmışdı.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh aşağıda qeyd olunan əşyalar - “585 əyarlı, çəkisi 6 qram olan sünbülü (italyan qızılı) boyunbağı-690 manat, 750 əyarlı, çəkisi 5 qram üzük və 750 əyarlı, çəkisi 10 qram sırğa-2100 manat, 750 əyarlı, çəkisi 8 qram qolbaq-1120 manat və 585 əyarlı, çəkisi 2 qram uşaq sırğası-230 manat, 750 əyarlı, çəkisi 16,5 qram kolye-2600 manat, onlar mövcud olmadıqda isə onların dəyəri – 6.740 manatın alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tələb olunan qızılzinyət
9. əşyalarının mövcudluğu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, fotoşəkillər və şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Cavabdeh iddia ərizəsində qeyd edilən qızıl zinət əşyalarının onda olması halını məhkəmə iclasında inkar etsə, bu hissədə sübut etmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan həmin qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin əşyaların məhz cavabdehin faktiki sahibliyində olması öz təsdiqini tapmışdır.
10. Məhkəmə tərəflərin hər ikisinin verdiyi ifadələrə istinadən işin faktiki hallarını və iddiaçının evi tərk etməsi hallarını nəzərə alaraq bildirmişdir ki, tərəflərin ailə münaqişəsi evdə olub, Aydan anasına zəng edib ki, Ziyatay ilə münaqişə yaşayır, Şamaxı rayonundan gəlsin Müşfiqabad qəsəbəsinə ki, bu münaqişədən onu qurtarsın. X1 rayonundan yol məsafəsini nəzərə alaraq polisə zəng etmişdir ki, qızının münaqişəsi var əraziyə getsinlər. Həm Validə, həm də polislər eyni vaxta tərəflərin yaşadığı mənzilə gəlib çatmışlar. Bundan sonra polislər tərəflərin hər ikisini bölməyə aparmış, izahatları alınmış, sonra onlar evə gələndə görmüşlər ki, Ziyatayın anası X5 və onun qızı Ziyataygildədi. Bundan sonra Aydan özünə və uşağa məxsus paltarları götürüb evi tərk etmişdir. Bu halı Məmmədova Törədə məhkəmə iclasında şahid kimi təsdiq etmişdir. Qızıl əmlakın saxlanma yeri ilə bağlı hər iki tərəf bildirmişlər ki, qızıllar evdə şkafın içində hündür yerdə olurdu, hansı ki, onu götürmək üçün insan boyu çatmır, stolun üstünə çıxıb götürmək olardı. Aydan paltarı götürərəkən Ziyatayın anası da orda olub və o şahid kimi bildirmişdir ki, Aydanın stolun üstünə çıxaraq nəsə (qızıl) götürdüyünü görməmişdir. Bundan sonra məhkəmənin Ziyataya verdiyi sualın cavabı olaraq o, bildirmişdir ki, ola bilsin Aydanın rəfiqəsi bir müddət olarda qalıb o götürüb aparıb. Təxminən 2023-cü ilin ########ın ##-də gəlib 20-si getmişdir. Məhkəmənin sualına cavab olaraq Ziyatay bildirmişdir ki, əmlakın oğurlanması ilə bağlı polisə müraciət olunmayıb. Aydan isə məhkəmənin sualına cavab olaraq rəfiqəsinin evdən gedəndən sonra qızılları noyabr ayında üzərində olmasına dair foto görüntüləri məhkəmə təqdim edə bildi. Belə olan halda əmlakı aparıb deyən tərəfin yəni Ziyatayın üzərinə sübutetmə düşür ki, bu halı o sübut edə bilməyib. Əksinə Aydan əmlakın cavabdehdə olmasına dair məhkəməni inandırmağı bacarıb.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 157.2-c və 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qızılların onlarda olduğunu sübut etməli olduğu halda bunları sübut etməyə belə çalışmamış, məhkəmə tərəfindən heç bir sübut olmadan qızılların qiymətinin müəyyən edilməsi üçün ekspertizanın və mütəxəssis rəyinin alınmaqla işi sübut etməyə çalışmışdır. İlkin olaraq iddiaçı qızılların onlarda olduğunu sübut etməli olduğu halda məhkəmə ekspertiza təyin edərək qızılların qiymətini müəyyən etməyə çalışmaqla iddiaya münasibətini artıq bildirmişdir. Əgər onun iddiaçıdan qızılları almaq fikiri olsaydı iddiaçıdan aralarında olan dava zamanı ondan qızılları tələb edərdi. Əvvalə həmin qızıl-zinət əşyalarının cavabdehə hədiyyə etdiyini təsdiq etmişlər. Bununla bağlı heç bir mübahisə olmadığını bildirmişlər. Lakin iddiaçı şişirdilmiş rəqəmlər yazmışdır. Bir daha bidirir ki, o, qızılların iddiaçı tərəfindən aparıldığını bildirməmişdir. Qızlların onlarda olmadığını bildirmişdir. Hazırkı halda iddiaçının tələb etdiyi həmin əşyanın – qızıl-zinət əşyalarının mövcud olması və onların hədiyyə verildiyi mübahisə olunmamışdır. Lakin həmin əşyaların onlarda olmadığını bildirmişlər. Onlarda olmadığını necə sübut etməlidir? İddiaçının həmin qızılların onlarda olması barədə sübutetmə yükü niyə ona keçməlidir? Əgər həmin əşyanı iddiaçıya qaytardıqlarını bildirsəydilər o halda sübutetmə yükü onlara keçərdi. Məhkəmə iclasında sübut olundu ki, iddiaçı evdən zorla çıxarılmamış və hazırlaşaraq evdən getmişdir. Bu hallar məhkəmə tərəfindn araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qızılın cavabdehin sahibliyində olduğu vaxt onun şəkillərinə baxaraq qızılın onlarda olmasını sübut edilmiş sayır. İddiaçıya qarşı hər hansı zorakı hərəkətlər olmamış, iddiaçının anası provakasiya xarakterli polis əməkdaşlarına yalan məlumat vermişdir. İddiaçı hər şeyi soyuqqanlı olaraq düşünmüş, polis əməkdaşlarının müşayəti ilə evi tərk etmişdir. Evdən çıxarkən ona qarşı hər hansı zorakı hərəkətlər olmamışdır. Qızıl zinət əşyaları faktiki sahibliyində olmuş və yerini də özü bilir. Belə olan halda qızıl-zinət əşyalarının onda qaldığına dair səsləndirdiyi bütün hallar əsassızdır. İddiaçının yalan danışdığı onun şişirdilmiş qiymətlərində də özünü göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, xınayaxdıda silsilə adlı nazik sep gətirmişdilər, 7 qramlıq qızıl idi. Qız toyunda bir cüt sırğa, bir üzük və bir sep gətirmişdilər. Onların içərisində qolbaq var idi. Sümbül qolbaq bağışlamamşdır. Silsilə adlı nazik qızıl aparmışdır. Qızıl bir dəfə aparılmışdır, həm qız, həm oğlan toyunda eyni qızıl aparılmışdır. Qolbaq qola bağlanan sepdir. Uşaq sırğası dediklərini cəmi iki dəfə görmüş, daha sonra heç görməmişdir. Fəhlə işləyir. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf qızıl-zinət əşyalarının onda olmasını sübuta yetirə bilməmişdir. Cavabdeh özündə olmamasını necə sübut edə bilər?!. İddiaçı polis orqanına müraciət etmiş, polis əməkdaşı iddiaçının anası ilə birgə evə gəlmiş və hazırkı iddiaçı və cavabdehi polis orqanına aparmışlar. Daha sonra iddiaçı anası ilə birgə evə gəlmiş, cavabdeh isə polis orqanında qalmışdır. Cavabdeh evdə olmayan zaman iddiaçı paltarları götümüş, lakin iddia edir ki, qızıl-zinət əşyalarını götüməmişdir. İddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onlarda problem yaşanan zaman məcbur qalaraq polis çağırdılar. Bu vaxt cavabdehin anası evdə idi, onlar qayıdanda da cavabdehin anası evdə olmuşdur. O, evdən döyülərək çıxmışdır, həmin vaxt qızıl yadına düşmürdü. Evin dəmiri yox idi deyə qızıl evdə olmamışdır. O, cəmi 3 dəfə toyda olmuşdur. Toydan gələn zaman da sayılırdı, stol hündür yerə qoyulurdu, onun boyu ora çatmırdı. O, evdən çıxanda 100 manat pulunu götürərək evdən çıxmışdır. Boyunbağı, qolbaq, sırğa, üzük və uşağının iki sırğası cavabdehdədir. Nişan üzüyü onda idi. Komplektin içərisində qolbaq, sırğa, kolye və üzük var Kolye, sığra, üzük və qolbaq tələb edirlər. Uşağın sırğasını da tələb edir. Sırğa və üzük komplektdir. Daha sonra boyunbağı isə ona oxşadılaraq alınmışdır. Kolye, üzü, sığra, qolbaq və uşaq sırğasını tələb edir. Eyni zamanda bir qızıl da pay vermişdir, hazırda ola bilsin ki, onu geri alsınlar. Kolye həmin boyunbağı deməkdir. Nazik dediyi 6 qram olandır. Kolye isə 16.5 qramdır. Beş əşyanın içərisində olanın adı boyunbağıdır. Zərgər adını boyunbağı yazmışdır.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22.157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 23.225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
24.34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
25. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 28.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 30.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 31.222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, o cümlədən tərəflərin izahatlarına və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət versə də, iş üzrə düzgün nəticəyə gəlmək üçün riayət edilməli olan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən – “dəyəri 690 manat 585 əyarlı, çəkisi 6 qram kolyenin qaytarılması” hissəsində ləğv edilməli, “çəkisi 2 qram olan uşaq sırğasının dəyəri” hissəsində isə dəyişdirilməlidir. 33.Məhkəmə kollegiyası nəzərə alır ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi əşyaların fərdi mülkiyyətində olması mübahisələndirilmir. Hazırkı iş üzrə araşdırma predmeti isə həmin əşyaların cavabdeh tərəfindən iddiaçının razılığı olmadan götürülüb-götürülməməsi, yəni qızılzinət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum edilməsinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verib-verməməsidir. Qeyd edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı sübut etməlidir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona məxsus olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehlərin faktiki sahibliyindədir. Bu hallar sübuta yetirildiyi təqdirdə, sübut etmə vəzifəsi əşyaların iddiaçıya qaytarılması məsələsi üzrə cavabdehin üzərinə keçir. 34.Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə yönəlmişdir və hər hansı konkret öhdəlik münasibəti ilə bağlı deyildir. Əşya-hüquqi iddialara başqasının qanunsuz sahibliyindən əmlakın tələb edilməsi barədə iddia (vindikasia iddiası), sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddiası), habelə mülkiyyət hüququnun tanınması haqqında iddia aiddir. 35.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür.
36. Məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının hazırda kimin sahibliyində olmasını aydınlaşdırmaq üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının evi tərk etdiyi şəraiti nəzərdən keçirmişdir. Belə ki, iddia ərizəsində iddiaçı ər evindən söyülərək, döyülərək məcburi qaydada çıxarıldığını, şəxsi əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını götürmək imkanından məhrum olduğunu, həmin əşyaların cavabdehə məxsus evdə qaldığını göstərmişdir. İddiaçının iddiasının əsası kimi istinad etdiyi bu hallar işdə olan sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Müəyyən edilənləri də cavabdeh təkzib edə bilməmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin hüquqi əsası ilə uzlaşır. Belə ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edildiyindən, mübahisəli əmlakın mülkiyyətçisinin və ya qanuni sahibinin həmin əmlakın qarşı tərəfin faktiki sahibliyində olmasını sübuta yetirməsi kifayətdir. İddiaçı da öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməklə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirmişdir.
38. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı məhkəməyə müraciət edərək dəyəri 6.000 manat olan sünbül boyunbağı, dəyəri 7.500 manat olan üzük və sırğadan ibarət komplekt, dəyəri 3.000 manat olan sünbül qolbaq, habelə dəyəri 120 manat olan uşaq sırğasının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə versə də, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının sayını artırmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qaytarılması tələb edilməyən dəyəri 690 manat, çəkisi 6 qram olan 585 əyarlı kolyenin qaytarılması barədə qətnamə qəbul etmiş, həmçinin çəkisi 2 qram olan uşaq sırğasını iddia tələbində göstərildiyi kimi 120 manat deyil, 230 manat məbləğində qiymətləndirmişdir.
39. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici mülki işə baxılması və qətnamə qəbul edilməsini iddia tələbi ilə, habelə həmin tələbi əsaslandıran hallar və onları təsdiq edən sübutlarla məhdudlaşdırmışdır. İddia tələbindən kənara çıxılması yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri yalnız həmin tələblərin tam və düzgün həlli məqsədilə, qanunla müəyyən edilmiş hədlərdə tamamlaya bilər. Bununla yanaşı, məhkəmə işə baxılması zamanı müəyyən edilmiş yeni hallara istinad etməklə iddianın əsasını genişləndirmək hüququna malik olsa da, belə hallar qətnamənin əsaslandırıcı və nəticə hissəsində öz əksini tapmalıdır.
41. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələblər ilə əhatə olunmayan məsələ üzrə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə zidd olaraq qətnamə qəbul etmiş, yəni iddia tələblərinin hüdudlarından kənara çıxmaqla prosessual qanun pozuntusuna yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi “dəyəri 690 manat 585 əyarlı, çəkisi 6 qram kolyenin qaytarılması” hissəsində ləğv edilməlidir. Həmçinin, çəkisi 2 qram olan uşaq sırğasının qətnamənin icrası zamanı mövcud olmadığı müəyyən edilərsə, onun dəyəri kimi 230 manat deyil, iddia tələbində göstərildiyi kimi 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 42.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən – “dəyəri 690 manat 585 əyarlı, çəkisi 6 qram kolyenin qaytarılması” hissəsində ləğv edilsin. Qətnamənin icrası zamanı çəkisi 2 qram olan uşaq sırğasının mövcud olmadığı müəyyən edilərsə, onun dəyəri kimi 120 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev