Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-903/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Binəqədi Rayonu X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: torpaq sahəsindən və özbaşına tikintidən çıxarılma Hakimlər X12 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Binəqədi Rayonu X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “torpaq sahəsindən və özbaşına tikintidən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, X15 ##.##.2004-cü il tarixli, ****/* saylı Sərəncamına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 150 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı (bundan sonra iddiaçı) alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
2. Bakı şəhəri, Binəqədi rayonu, X15 ##.##.2006-cı il tarixli, **** saylı qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ##.##.2005ci il tarixli, **** saylı qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh (bundan sonra cavabdeh) alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
4. “xxxx” ASC və “Azəriqaz” İB tərəfindən iddiaçının adına quraşdırılmış sayğacların ünvanı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 kimi göstərilmiş, həmçinin X15nə iddiaçı tərəfindən ödənilən bələdiyyə vergiləri Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 üzrə aparılmışdır. ünvan 1 15 ünvanı üzrə işıq və su sayğacları isə əvvəl X18 adına, daha sonra cavabdehin adına qeydiyyata alınmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh Hazıyev Məhəmmədəli İsgəndər oğluna qarşı “mənzildən çıxarılma və mənzilin qaytarılması” tələbin dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia təmin edilməklə, cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikilinin iddiaçıya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikilinin iddiaçıya qaytarılması ifadəsinin cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus iki ədəd tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməsi qərara alınmışdır.
6. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin ##.##.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və ##.##.2022-ci il tarixli qərara əsasən həmin icra sənədi tam şəkildə icra olunduğundan, icraata xitam verilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə uyğun olaraq iddiaçıya ayrılmış 150 kv.m və 200 kv.m torpaq sahələrinə dair tərtib olunmuş sxemdə ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, tərpənməz dayaq nöqtələrindən məsafələr qeyd olunmadığına görə, həmin torpaq sahələrinin dəqiq yerini və cavabdeh tərəfindən istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Mübahisəli tikililərə dair texniki sənədlər mövcud olmadığına, eyni zamanda baxış zamanı təqdim olunmuş torpaq sahələrinin hansı ünvanda yerləşdiyinə dair müvafiq məlumat daxil olmadığına görə qərardadın ikinci sualını cavablandırmaq mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: İddiaçına ayrılmış 150 kv.m. və 200 kv.m. torpaq sahələrinə dair tərtib olunmuş sxemdə ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, tərpənməz dayaq nöqtələrindən məsafələr qeyd olunmadığına görə, həmin torpaq sahələrinin dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "kadastrportali.az" elektron kadastr portalı məlumat bazasından görünür ki, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahələri "X29" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə əsasən göstərilən iki hissəli qeyri-müəyyən konfiqurasiyalı sahələr 195.0 kv.m və 98.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 98.0 kv.m torpaq sahəs mişar daş hasar üzərindəki mövcud tikililərin çöl divarları ilə və neft şirkəti tərəfindən hasarlanmış ərazinin mişar daş hasarı ilə sərhədlənib digər göstərilən 195.0 kv.m (üzərində tikili yoxdur) torpaq sahəsi isə bir tərəfdən şərt və 0.1m-0.6m hündürlükdə beton bloklarla sərhədlənib. Qeyd olunan 98.0 kv.m torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur ki, qonşunun yaşayış evinin damı ilə bir damın altındadır. 98.0 kv.m torpaq sahəsinin bir tərəfindən 2.3m məsafədən 8-10 kVt-lıq elektrik hava xətti xeçir. Sözügedən 98.0 kv.m torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi ilə həmsərhəddir. Sahələrə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Göstərilən torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Bineqədi Oil). Sahə işlək neft quyularının mühafizə zonasındadır. Torpaq sahələri ilə bağlı sənəd təqdim edilmədiyindən əlavə araşdırma aparmaq mümkün olmadı.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ***/* saylı ##.##.2004cü il tarixli Sərəncamı əsasında Binəqədi Qəsəbəsinin ərazı hüdudları daxilində 150 kv.m, **** saylı, ##.##.2006-cı il tarixli Qərarı əsasında 200 kv.m torpaq sahəsində onun tikdiyi sahiblik və istifadə hüququ ilə ona məxsus olan Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanındakı fərdi yaşayış evinə onun mülkiyyət hüquqları tanınması və cavabdehin həmin ünvandakı evdən və torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ***/* saylı, ##.##.2004-cü il tarixli Sərəncamı əsasında Binəqədi Qəsəbəsinin ərazı hüdudları daxilində 150 kv.m, **** saylı, ##.##.2006-cı il tarixli Qərarı əsasında 200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almış və orada fərdi yaşayış evi tikmişdir. Həmin ev üçün müvafiq qaydada qazlaşma aparılmış, elektrik xətti çəkilərək müvafiq qaydada sənədləşdirilmişdir. Göstərilən ərazidə onun tikdiyi evə ünvan verilmiş və bütün sənədləşmə işlərində ona məxsus olan hər iki ərazi üzrə ünvan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 14 kimi göstərilmişdir. Bu ərizəyə əlavə edilən aşağıdakı sənədlərdə bu fakt təsdiq edilmişdir: 1. X15 tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, *** saylı arayışda onun Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən əmlak üzrə ##.##.2019-cu ilə əmlak və torpaq sahəsinə vergi borcu olmadığı təsdiqlənmişdir. 2. X15 tərəfindən verilmiş ##.##.2021-cu il tarixli, **** saylı arayışda onun Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında qeydiyyatsız yaşadığı təsdiq edilmişdir. 3. “xxxx” ASC tərəfindən bu ünvana *************** saylı kod verilmiş və ##.##.2021 tarixli Abunə haqqında arayışda ünvan Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 4. “xxxx” ASC-nin ##.##.2023 tarixli borc üzrə bildirişində, ##.##.2022-ci il tarixində 5 manat ödəniş qəbzində, ##.##.2022-ci il tarixində 30 manat ödəniş qəbzində, ##.##.2021-ci il tarixində 2 manat ödəniş qəbzində, ##.##.2021-ci il tarixində 30 manat ödəniş qəbzində onun ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 5. X15 kommunikasiya xətlərinin qoşulması üçün verdiyi və koordinatlar X******.75 Y-4479565.35 göstərilməklə Google-Cizgisində də ona məxsus evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. ##.##.2022-ci il tarixində qonşuların imzaladığı aktda ona məxsus olan və yaşadığı evlərin 10-ci mədən küçəsində, 14-cü korpusda yerləşdiyi, 15-ci korpusun isə onun evindən çox uzaqda yerləşdiyi göstərilmişdir, 14-cü korpusun 15-ci korpusa heç bir aidiyyəti yoxdur. 6. “Azəriqaz Layihə İnşaat” QSC tərəfindən qazlaşdırma ilə əlaqədar tərtib edilmiş ##.##.2019 tarixli izahat və cizgidə ona məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 7. Qaz paylayıcısı ilə onun arasında bağlanılmış ##.##.2021 tarixli, AKX-*******/**-**** saylı müqavilədə də ona məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 8. Məişət tullantılarının daşınması üçün ödənilmiş ##.##.2021-ci il tarixli mədaxil qəbzində ona məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. Bütün yuxarıda göstərilən sübutlar birbaşa təsdiq edir ki, ona məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 kimi bütün dövlət və digər orqanlarda qeydiyyata alınmışdır. Həmin ərazidə X10 məxsus Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında yerləşən özbaşına tikilidən Hacıyev Məhəmmədəli İskəndər oğlunun çıxarılması və həmin tikilinin ondan alınaraq X10 qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021 tarixli, *(***)-****/**** saylı qətnaməsi mövcuddur. İcra məmuru bu qətnamənin icrası ilə əlaqədar 17/68№******-* saylı, ##.##.2022 tarixli bildiriş göndərərək Hacıyev Məhəmmədəli İskəndər oğlunu könüllü icra barədə xəbərdar etmişdir. Deyilən vaxt ərzində Hacıyev Məhəmmədəli İskəndər oğlunu tapa bilməyən və məhkəmə qərarını icra edə bilməyən icra məmuru yenidən ##.##.2023-cü il tarixində ******/****-* saylı bildiriş göndərərək bu dəfə Hacıyev Məhəmmədəli İskəndər oğlunun ünvanının həmin ərazidə ** saylı korpus olduğu halda onun guya faktiki orada yaşaması bəhanəsilə ** saylı korpusda yaşayan onu və Məhəmmədəli Hacıyevi, ##.##.2008-ci il təvəllüdlü (15 yaş) və ##.##.2018-ci il təvəllüdlü (5 yaş) övladlarını həmin evdən zorla çıxararaq onun evini cavabdeh X10 təhvil vermişdir. Ağlasığmaz bir işdir ki, icra məmuru ona məxsus olan evin ünvanının bütün sənədlərdə korpus 14 olmasına əhəmiyyət vermədən ona məxsus olan həmin evi korpus 15 adı ilə cavabdehə təhvil vermişdir. İcra məmuru öz hərəkətini onunla əsaslandırmışdır ki, o ** saylı korpusun harada olduğunu tapa bilmədiyindən, bu addımı atmışdır. İcra məmuru hətta cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü bölməsində R Rza Nəzərovun qərarına da əhəmiyyət verməmişdir. Bu qərarda göstərilmişdir ki, cavabdeh onun Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən evini daşlamış və peyk antenasını sındırmışdır. Qərarda cinayət işinin başlanılması rədd edilsə də, cavabdehin əməlinin inzibati xəta olması səbəbilə onun AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə alınması vacibliyi sahə inspektoruna həvalə edilmişdir. Göründüyü kimi, bütün hallarda məhkəmə qətnaməsi ilə cavabdehə məxsus olan evin korpus 15, ona məxsus evin isə korpus 14 olması təqdim edilən sənədlərlə təsdiqlənir. Buna baxmayaraq icra məmurunun qanunsuz hərəkəti nəticəsində o, 2 uşağı ilə ona məxsus evdən çıxarılmış, həmin ev cavabdehə təhvil verilmişdir. Hazırda cavabdeh orada tikinti işləri aparır ki, bu da tam qanunsuzdur. Korpus 14 də yerləşən evin ona məxsus olması və onun orada 2 övladı ilə yaşaması faktı Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin **** saylı, ##.##.2022-ci il tarixli arayışı ilə təsdiq edilir.
11. Mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “xxxx” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neftqaz əməliyyatlarının aparılması məqsədilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, ## ######## 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və xxxx” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X2 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı ***-IIQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neftqaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda, yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, xxxx-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək xxxx-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi xxxx-nin balansında olmuş, sonradan “xxxx” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2004-cü il tarixli, *** saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına məhkəmə tərəfidən tanınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulmasına səbəb olacaqdır. Bildirmək istəyirlər ki, “xxxx” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. İddiaçı öz ərizəsində maddi sübut kimi, Binəqədi rayonu, X15 ***/* saylı, ##.##.2004-cü il tarixli sərəncamını və həmin Bələdiyyənin **** saylı, ##.##.2006-cı il tarixli qərarını qoşmaya əlavə etmişdir. Qeyd olunan sərəncam və qərara əsasən X15 tərəfindən iddiaçıya fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayonu X15 ***/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı etibarsız, X15 **** saylı, ##.##.2006-cı il tarixli qərari isə qanunsuz inzibati aktdır. Belə ki, Binəqədi rayonu X15 tərəfindən, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında ***/* saylı, ##.##.2004-cü il tarixli sərəncam, Sazişin qüvvəyə mindiyi ## ### 2005-ci il tarixdən əvvəl qəbul edildiyindən etibarsızdır. X9 Bələdiyyəsi tərəfindən verilmiş **** saylı, ##.##.2006-cı il tarixli qərar Sazişin qüvvəyə mindiyi ##.##.2005-ci il tarixdən sonra qəbul edildiyindən, qanunsuzdur. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı mövcuddur. Həmin qərarda Ali Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin *-*(***)-****/** saylı, ##.##.2015-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/** saylı, ## #### 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X14 üçüncü şəxs olmaqla) “Binəqədi rayon icra Hakimiyyətinin X14 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair **** saylı, ##.##.2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair'” iddiası mümkünsüz sayılmışdır. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır ki, sözügedən Saziş qanuni qüvvəsini aldığı ##.##.2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən biitiin hiiquq və vəzifələr ləğv edilir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini ##.##.2005-ci il tarixdən itirmişdir. Şirkətin iddia tələblərindən biri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında Məhkəmə Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: 64. “Belə ki, Azərbaycan Respublkasının ***-IIQD saylı, ##.##.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgiisii haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1. Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş ##.##.2005-ci il tarixində qanuni qiivvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı ##.##.2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı səhəri Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alqı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı səhəri Biləcəri Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı ##.##.2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır”. Qeyd olunanlardan əlavə olaraq məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, hazırda Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*-*/*-****/**** saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir. Göründüyü kimi, Bələdiyyənin sözügedən torpaq sahələrinin üzərində hər hansı sərəncam və qərar vermək səlahiyyəti olmadığından, X15 tərəfindən vətəndaş İddiaçı ayrılmış ***/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı etibarsız, **** saylı, ##.##.2006-cı il tarixli qərarı isə qanunsuzdur. Əlavə olaraq qeyd edilir ki, vətəndaş İddiaçı ayrılan torpaq sahələri * saylı mədənin 4-cü sahəsində fəaliyyətsiz 141496 (51 m), 140532 (35 m), 140985 (53m), 140589 (69 m), 141484 (52 m), 140532 (33 m), 141081 (71 m) saylı neft quyularının, eləcə də 140590 (20 m), 142809 (72 m), 142809 (51 m) və 140590 (25 m) saylı işlək neft quyularının mühafizə zolağı daxilində yerləşir. Həmçinin, mübahisəli torpaq sahəsindən 20 metr məsafədə neft xətti keçir. Əlavə olaraq qeyd edilir ki, mübahisəli torpaq sahəsindən 921 F3 0,4 kv (38 m), 92-922-1 6 kv (60 m) və 921 0,6 kv (7 m) eletrik elektrik xəttləri keçir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, DƏDRX-nin məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli mütəxəssis rəyi mövcuddur. Mütəxəssis rəyində qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi” nin hüdudları daxilində yerləşir (X5). Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-104/2025, ##.##.2025-ci il nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (Hakim: X11)
13. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, torpaq sahəsinin həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi olmasını, həmçinin tikilinin korpus 15 deyil, 14 olmasını, həmin torpaq sahəsinin və tikilinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikilinin iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılsın və tikili iddiaçıya qaytarılsın ifadəsi cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməlidir. İcra məmuru tərəfindən sözügedən icra sənədi icra edilən zaman icra yeri olan mübahisəli tikili qətnamədə təsvir edilən, izah verilən ünvan olmaqla bu barədə akt tərtib edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir.
14. Hazırda iddiaçı məhkəmə tərəfindən icra məmuru tərəfindən qətnamənin səhv icra edilməsi ilə əlaqələndirməklə nəticədə cavabdehin ona ayrılmış torpaq sahəsində olan tikilini zəbt etməsini mübahisələndirsə də, keçirilmiş ekspertiza və mütəxəssis rəyləri nəticəsində iddiasında qeyd edilənləri sübut edə bilməmiş, bələdiyyə tərəfindən ünvanlarla bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
15. Belə ki, vətəndaşların adına rəsmiləşdirilmiş torpaq sahələrinin koordinat nöqtələrinin olmamasından ayrılmış torpaq sahələrinin coğrafi hüdudlarının müəyyən olunması mümkün hesab edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu, 129-cu, Avropa İnsan Hüquqların Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.4-cü, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci, 3.1-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ##.##.2006-cı il tarixli qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, indiki halda mülkiyyətçi olmasa da, sahiblik və istifadə hüququna malik olduğundan tam hüquqla öz hüququnun tanınmasını tələb etməkdə haqlıdır. Çünki onun Bələdiyyə sərəncamı ilə ona məxsus olan sahədə tikmiş olduğu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 14 ünvanındakı fərdi yaşayış evinə sahiblik və istifadə hüququ mövcuddur və bu təqdim edilən 15-dən çox sənədlə sübut olunur. Məhkəmə onun vindikasiya iddiasını qanunsuz olaraq rədd etməklə, onun AR MM-nin 157-ci maddəsi ilə təmin olunmuş əmlak hüququnu pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021 tarixli, *(***)-****/**** saylı qətnaməsində korpus 15 ünvanı göstərilmişdir. Həmin qətnamənin icrası zamanı icra məmurunun özbaşınalığı nəticəsində korpus 14 korpus 15 kimi qəbul edilmişdir. Məhkəmə bu faktı düzgün araşdırmayıb, əvvəlki məhkəmə qərarının icrasının düzgünlüyünü yoxlamayıb. Cavabdeh tərəfindən isə korpus 15 ünvanının mövcudluğunu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə cavabdehə korpus 14-də yaşadığını sübut etmə vəzifəsi qoymamış, bunun əvəzinə onun sübut yükünü qanunsuz şəkildə artırmışdır. O, 15-dən çox rəsmi sənəd təqdim etmişdir: 1) Binəqədi Bələdiyyəsinin *** saylı, ##.##.2019 arayışı (korpus 14, vergi borcu yoxdur); 2) Binəqədi Bələdiyyəsinin **** saylı, ##.##.2021 arayışı (korpus 14-də qeydiyyatsız yaşayır); 3) “xxxx” ASC-nin ##.##.2021 Abunə arayışı (korpus 14); 4) “xxxx” ASC-nin ##.##.2023 borc bildirişi (korpus 14); 5) Ödəniş qəbzləri (korpus 14) - 5 ədəd; 6) Google koordinatları (korpus 14); 7) Qonşuların ##.##.2022 aktı (korpus 14 və korpus 15 fərqli yerlərdir); 8) Azəriqaz müqaviləsi və izahatı (korpus 14); 9) Binəqədi Qəsəbə nümayəndəsinin **** saylı, ##.##.2022 arayışı (korpus 14-də 2 övladı ilə yaşayır); 10) R Rza Nəzərovun ##.##.2023 qərarı (cavabdeh korpus 14-də evi daşlayıb). Məhkəmə bu sübutlara heç bir qiymət verməmiş, qətnamədə bu sənədləri araşdırmamış və onlara əsaslanaraq qərar qəbul etməmişdir. Bu isə MPM-nin 88-ci maddəsinin kobud pozuntusudur. Məhkəmə yerli baxış zamanı bələdiyyə nümayəndəsinin izahatını, şikayətçinin sənədlərini və digər sübutları birlikdə qiymətləndirməyib, subyektiv mülahizələrlə qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində təqdim olunmuş sübutları tədqiq etmədiyi, onlara obyektiv qiymət vermədiyini, yalnız ümumi ifadələrlə "iddia əsassızdır" qənaətinə gəldiyini görmək mümkündür. Qətnamədə yerli baxış zamanı bələdiyyə nümayəndəsinin "bu ərazi korpus 14 olmuş, son vaxtlar korpus 15 sayılır" ifadəsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə bələdiyyə nümayəndəsinə öz cavabını yazılı surətdə məhkəməyə təqdim etməsini tələb etmiş, lakin bələdiyyə nümayəndəsi məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında nümayəndə məhkəmədən xahiş etmişdir ki, həmin sənədin iş üçün mühüm əhəmiyyəti var və məhkəmə həmin sənədi yerli baxışda iştirak edən bələdiyyə nümayəndəsindən tələb etməlidir, lakin məhkəmə nə yerli baxışı protokollaşdırmamış, nə də bələdiyyənin yazılı cavabını almağa cəhd etməmişdir ki, bu da məhkəmənin işin son nəticəsində maraqlı olmasına dəlalət edir. Məhkəmə yerli baxış keçirmiş və sübutları yerində araşdırmışdır. Yerli baxış zamanı Binəqədi Rayonu X15 nümayəndəsi nümayəndə2 açıq şəkildə bildirmişdir ki: "ünvanların nömrələnməsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından təqdim edə bilmir. Bununla bağlı nömrələməni memar düzgün məlumat verə bilər, lakin hazırda rəsmi işçi kimi memar yoxdur." Bu izahat göstərir ki, korpus 14 və korpus 15 ünvanları arasında rəsmi diferensiasiya yoxdur və onun evinin korpus 14 olması bütün rəsmi sənədlərlə təsdiqlənir. Məhkəmə yerli baxışın nəticələrinə qətnamədə heç bir hüquqi qiymət verməyib, bu faktı nəzərə almayıb. İcra məmuru Asəm Məmmədov Bakı Apellyasiya Məhkəməsinin qərarını icra edərkən korpus 15 ünvanını tapa bilmədiyi üçün öz hərəkətini "o, ** saylı korpusun harada olduğunu tapa bilmədiyindən bu addımı atmışdır" şəklində əsaslandırmışdır. İcra məmuru ##.##.2023-cü tarixli ******/****-* saylı bildirişdə qeyd etmişdir ki, borclu Hacıyev Məhəmmədəli İskəndər oğlunun ünvanı ** saylı korpusda olduğu halda, faktiki olaraq o orada yaşayır. İcra məmurunun bu hərəkətləri "İcra haqqında" AR Qanununun müddəalarına zidd olmaqla, onun qanuni hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə özü mübahisəli ərazinin 14 yaxud 15 olduğunu müəyyən edə bilmədiyi halda icra məmurunun özbaşınalığına, yəni heç bir əsas olmadan onu korpus 14 də yerləşən evindən çıxarıb, əmlakı korpus 15 adı ilə cavabdehə verməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə göstərir ki, onun hazırki tələblə bag lı, hazırki cavabdehə qars ı iddia qaldırmaq u c u n subyektiv hu ququ yoxdur. Əslində isə o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ***/* saylı, ##.##.2004-cü il tarixli Sərəncamı əsasında 150 kv.m və **** saylı, ##.##.2006-cı il tarixli Qərarı əsasında 200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almış və orada fərdi yaşayış evi tikmiş, qazlaşma, elektrik və digər kommunikasiya xətlərini çəkdirmişdir. Bütün dövlət və kommunal orqanların sənədlərində onun evi korpus 14 ünvanı ilə qeydə alınmışdır. Bu fakt 15-dən çox rəsmi sənədlə təsdiqlənir: Bələdiyyə arayışları, xxxx, Azəriqaz müqavilələri, ödəniş qəbzləri, Google koordinatları, qonşuların aktı və s. O, evindən icra məmuru tərəfindən zorla çıxarılmış və onun evi qanunsuz olaraq cavabdehə verilmişdir. Belə olan halda, məhkəmənin qətnamədə onun “subyektiv hüququ yoxdur” ifadəsini hansı əsasla işlətməsi başa düşülən deyil və bu birmənalı qanun pozuntusudur. Məhkəmə qətnamədə özü iki vacib məqamı qeyd etməklə bildirir ki, ərazinin 15 yaxud 14 olmasını müəyyən etmək mümkün deyil və mübahisəli sahənin coğrafi hüdüdlarının müəyyən etmək mümkün deyildir. Belə olan halda, çox böyük bir sual yaranır: bəs icra məmuru bu ərazinin korpus 15 olmasını necə müəyyən etmişdir və ya hansı əsasla onu evindən zorla çıxarıb evi cavabdehə vermişdir. Bu mühim hala məhkəmə qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarında cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması müəyyən edilsə də, məhkəmənin istinad etdiyi bu hal bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılmasını nəzərdə tutur. Belə bir tikintintisi başa çatmamış tikili isə mübahisəli ərazidə yoxdur. Bu vacib hallara məhkəmə qiymət verməmişdir. Bu da onu sübut edir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisənin yaranmasına səbəbkarları Binəqədi Rayonu X15 və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsidir. Birinci instansiya məhkəməsində yerində müayinə zamanı bələdiyyənin nümayəndəsi həmin evin korpus 14 ünvanında olduğunu qeyd etmişdir. Bütün sənədlərdə, kommunal xidmətlərin göstərilməsi üçün müqavilələrdə tikilinin korpus 14 olduğu qeyd olunub. İş materiallarında olan, baxılan iş üzrə cavabdehin iddiaçı qismində cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğluna qarşı iş üzrə məhkəmə qətnaməsinin icrası ilə bağlı icraçı izahat verir ki, o, Məhəmmədəli Hacıyevin harda olduğunu tapa bilməyib, ona Məhəmmədəli Hacıyevin İddiaçı evində olması bildirilib, o da İddiaçı evdən çıxardaraq, həmin ünvanı korpus 15 kimi müəyyən edib. İddiaçı illərdir o evdə yaşayır, bütün kommunal ödənişlər onun adınadır, bələdiyyəyə vergi ödəyir. Cavabdehə torpaq ayrılmasını mübahisələndirmirlər, lakin həmin torpaq başqa yerdədir, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki ev korpus 14 ünvanında yerləşməklə iddiaçıya məxsusdur. Məhəmmədəli Hacıyevlə iddiaçı əvvəllər faktiki ər-arvad münasibətlərində olub, rəsmi nikahları yoxdur, onların bir uşaqları var. İddiaçının bir evi var. Həmin evi cavabdeh kirayə verir. İddiaçı bu günədək özü kirayə evdə yaşayır.
22. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının evi onların torpağının aşağısında yerləşir. Birinci instanasiya məhkəməsində işə baxılanda Bələdiyyənin digər nümayəndəsi gəlmişdi, məhkəməyə sənədlər təqdim edəcəyini bildirsə də, heç bir sənəd təqdim etməmişdir. İddiaçı kirayə qalmır, hazırda yaşadığı ev öz evidir. 2005-ci ildə bələdiyyə tərəfindən ona torpaq ayrılmışdır. Şifahi olaraq ayrılmış torpaq sahəsinin həmin yer olmasını X15 dəqiqləşdirmişdir. Qonşudan da 2 sot torpaq alıb, həmin ərazidə eyni dam altında 3 ev tikmişdir. Tikililəri o, əri Fəqan Şahbazovla birlikdə tikib, tikililərin inşasına 2017-ci ildə başlamışdır. Evlərdən ikisi tam tikilib, biri yarımtikili vəziyyətdədir. Üç evin orta hissədə yerləşənini Aidə adlı xanıma satmış, sonra evlərdən üçüncüsünü Amil Babazadəyə satmışdır. Ailə məsələləri ilə bağlı bir müddət həmin evlərlə maraqlana bilməmişdir. Sonradan evi satdığı şəxs ona baxılan iş üzrə iddiaçının digər ailə üzvləri ilə birgə həmin evdə yaşadıqlarını və evin onlara məxsus olduğunu dediklərini bildirmişdir. Evini zəbt etdikləri üçün polisə müraciət etmiş, məhkəmədə iddia qaldırmışdır. Qətnaməyə əsasən hazırki iş üzrə iddiaçı ailə üzvləri ilə birgə üçüncü evdən çıxarılmış və ev ona təhvil verilmişdir. Hazırda birinci və üçüncü tikili onun sahibliyindədir, ortadakı evi isə Aidə xanıma satmışdır.
23. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan ərazi saziş torpaqlarıdır, eyni zamanda neft quyularının mühafizə zonasına düşür.
24. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Binəqədi Rayonu X15 nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərin hər ikisinə X15 tərəfindən torpaq sahəsi ayrılıb. İddiaçıya ** saylı, cavabdehə ** saylı korpusdan torpaq sahəsi ayrılıb. Həmin ünvanda ünvan reyestri aparılmadığı üçün bu bölgü şərtidir. Mübahisə predmeti olan ərazi bələdiyyə tərəfindən cavabdehə ayrılıb. Həmin ərazi iddiaçıya ayrılmış torpaq sahəsinin arxa hissəsində yerləşdiyindən o hesab edir ki, həmin sahə onun həyətidir. Cavabdehin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəddir və ondan bir neçə metr aşağıda yerləşir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Binəqədi rayonu X15 ##.##.2004-cü il tarixli, ***/* saylı Sərəncamına və ##.##.2006-cı il tarixli, **** saylı qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən İddiaçı istifasində olan müvafiq olaraq 150 kv.m və 200 kv.m torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmış, həmçinin həmin bələdiyyənin ##.##.2005-ci il tarixli qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən Cavabdeh istifadəsində olan 250 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır.
34. Bununla da, həm iddiaçıya, həm də cavabdehə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müvafiq Sərəncamı və qərarları ilə torpaq sahələri ayrılmışdır. Bu sərəncam və qərarlar bələdiyyənin arxivində var, onların hər hansı formada ləğv edilməsi və ya etibarsız hesab edilməsi (olması) müəyyən edilmir. Lakin həmin torpaq sahələri üzərində nə iddiaçı, nə də ki, cavabdehin hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
35. Hazırda iddiaçı Binəqədi rayonu X15 ##.##.2004-cü il tarixli, ***/* saylı Sərəncama və ##.##.2006-cı il tarixli, **** saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahələrində fərdi yaşayış evi tikdiyini, həmin ünvanın Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 kimi qeyd edildiyini, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021ci il tarixli icra sənədində göstərilmiş ünvanın isə Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanı kimi göstərilməsinə baxmayaraq, onun əsassız olaraq istifadəsində olan fərdi yaşayış evindən çıxarılaraq, evinin cavabdehə təhvil verildiyini iddia edərək, ona ayrılmış torpaq sahəsində tikdiyi, sahiblik və istifadə hüququ ilə ona məxsus olan Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanındakı fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, Binəqədi rayonu X15 ##.##.2005-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 250 kv.m torpaq sahəsi onun mülkiyyətinə ayrıldığını, həmin ünvanda eyni dam altında 3 ədəd fərdi yaşayış evi tikdiyini, ikisinin tam, birini isə yarımtikili vəziyyət olduğunu, fərdi yaşayış evlərindən birini faktiki olaraq Amil Babazadəyə satmasına baxmayaraq, iddiaçının və ailə üzvlərinin həmin ünvanda yaşadığını öyrəndikdən sonra məhkəmədə müvafiq iddia qaldırdığını və iddiasının təmin edilərək, iddiaçının və onun ailəsinin ona məxsus fərdi yaşayış evindən çıxarıldığını, tikililərin ikisinin hazırda onun, birinin isə digər bir şəxsin istifadə və sahibliyində olduğunu qeyd edir.
36. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tikiliyə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, onun bu tələbi həmin tikiliyə məhz onun istifadə və sahiblik hüququnun olmasının tanınması (iddiaçı bu halın təsdiq edilməsini tələb edir) ilə bağlıdır. Bu səbəbdən məhkəmə kollegiyası bu tələbə məhz bu məzmunda qiymət verir və vurğulayır ki, mübahisələndirilən torpaq sahəsi və tikilinin həqiqətən də iddiaçıya məxsus olmasını və cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək üçün ilk öncə bu torpaq sahəsinin yerləşdiyi yeri və bundan irəli gələrək iddiaçının istinad etdiyi sənədlər əsasında onun istifadə və sahibliyinə verilən sahə olduğunu müəyyən etmək lazımdır.
37. Lakin məhkəmə araşdırılması zamanı iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olması müəyyən edilmir. Bu məqsədlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı da bu halın təsdiq edilməsi baxımından bir nəticə verməmişdir. Belə ki, tədqiqat zamanı iddiaçıya ayrılmış 150 kv.m və 200 kv.m torpaq sahələrinə dair tərtib olunmuş sxemdə ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, tərpənməz dayaq nöqtələrindən məsafələr qeyd olunmadığına görə, həmin torpaq sahələrinin dəqiq yerini və cavabdeh tərəfindən istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "kadastrportali.az" elektron kadastr portalı məlumat bazasına baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahələrinin "X29" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir (qeyd edilənlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyində öz əksini tapmışdır).
38. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahələrinin iki hissəli qeyri-müəyyən konfiqurasiyalı sahələr 195.0 kv.m və 98.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 98.0 kv.m torpaq sahəsi mişar daş hasar üzərindəki mövcud tikililərin çöl divarları ilə və neft şirkəti tərəfindən hasarlanmış ərazinin mişar daş hasarı ilə sərhədlənib, digər göstərilən 195.0 kv.m (üzərində tikili yoxdur) torpaq sahəsi isə bir tərəfdən şərt və 0.1m-0.6m hündürlükdə beton bloklarla sərhədlənib. Qeyd olunan 98.0 kv.m torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur ki, qonşunun yaşayış evinin damı ilə bir damın altındadır. 98.0 kv.m torpaq sahəsinin bir tərəfindən 2.3m məsafədən 8-10 kVt-lıq elektrik hava xətti xeçir. Sözügedən 98.0 kv.m torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi ilə həmsərhəddir. Sahələrə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Göstərilən torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Bineqədi Oil). Sahə işlək neft quyularının mühafizə zonasındadır. Torpaq sahələri ilə bağlı sənəd təqdim edilmədiyindən əlavə araşdırma aparmaq mümkün olmamışdır (qeyd edilənlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyində öz əksini tapmışdır).
39. Məhkəmə araşdırması zamanı iddiaçı hüquqi nəticə etibarı ilə hazırda cavabdehin istifadə və sahibliyində olan tikililərin yerləşdiyi torpaq sahəsinin məhz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ##.##.2004-cü il tarixli, ***/* saylı sərəncamına və ##.##.2006-cı il tarixli, **** saylı qərarına əsasən onun istifadəsinə verilmiş müvafiq olaraq 150 kv.m və 200 kv.m torpaq sahələri olduğunu sübuta yetirə bilməmişdir.
40. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Cavabdeh cavabdeh Hazıyev Məhəmmədəli İsgəndər oğluna qarşı “mənzildən çıxarılma və mənzilin qaytarılması” tələbinə dair iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməklə, həmin qətnamə ləğv edilmiş və iddia təmin edilərək, cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlu Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən Cavabdeh məxsus özbaşına tikilidən çıxarılmış və tikili ona qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası *(***)-****/**** saylı, ##.##.2021ci il tarixli qərarı ilə həmin nəticə ilə razılaşmışdır.
41. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikilinin ona qaytarılması ifadəsinin cavabdeh Hacıyev Məhəmmədəli İsgəndər oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən Cavabdeh məxsus 2 ədəd tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməsi qərara alınmışdır.
42. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraata ##.##.2021-ci il tarixdə başlanılmış və ##.##.2022-ci il tarixdə həmin icra sənədi tam şəkildə icra olunduğundan, icraata xitam verilmişdir. Həmin icra sənədinin icra mərhələsində Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanında yerləşən tikilinin Cavabdeh qaytarılmasını təmin etmək məqsədi ilə tikili boşaldılmış, bu zaman Hacıyev Məhəmmədəli İsgəndər oğlu, iddiaçı və onun iki uşağın tikilidən çıxarılması təmin edilmişdir. Belə ki, iddiaçı və Hacıyev Məhəmmədəli İsgəndər oğlu faktiki ailə münasibətlərində olmuş və onların bu münasibətlərindən ##.##.2018-ci il təvəllüdlü X26 adlı övladları var. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanında yerləşən tikilinin Cavabdeh maddi vəsaiti hesabına tikildiyi və bununla da tikilinin ona aid olması müəyyən edilmişdir.
43. Bununla belə, iddiaçı ona məxsus torpaq sahələrində tikdiyi və Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 14 ünvanında yerləşən özbaşına tikilinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək, bu əsasla cavabdehin həmin torpaq sahəsindən və onun üzərində olan tikilidən çıxarılmasını tələb etsə də, onun mübahisələndirdiyi ünvan hüquqi nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi əsasında çıxarıldığı Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanıdır. Halbuki, artıq qeyd edildiyi kimi, bu ünvanda olan tikililərin cavabdeh Cavabdeh məxsus olması, həmin tikililərin onun vəsaiti hesabına inşa edilməsi və bu səbəbdən tikililərin ona qaytarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var (məhkəmə kollegiyası iddiaçının həmin iş üzrə tərəf olmaması və Hacıyev Məhəmmədəli İsgəndər oğlu ilə rəsmi nikahda olmaması səbəbindən həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə bu tikilinin cavabdehə məxsus olmasının müəyyən edildiyini əsas götürüb hazırki iş üzrə icraata xitam verməmiş və hazırki işə mahiyyəti üzrə baxmışdır) və hazırki tələb üzrə qaldırılan məsələ həmin qətnamənin icrası qaydasında həll edilməlidir. Lakin iddiaçı tərəfindən icra hərəkətlərinin mübahisələndirilməsi müəyyən edilmir.
44. Belə olan halda, icra sənədi əsasında Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanında yerləşən torpaq sahəsi və tikilinin cavabdehə qaytarılması ümumiyyətlə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Hazırda iddiaçının mübahisələndirdiyi və Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanında yerləşən torpaq sahəsi və tikiliyə münasibətdə iddiaçının qorunmalı olan hər hansı hüququ və marağı mövcud deyil. Qeyd edilənlər öz növbəsində ümumiyyətlə iddiaçının həmin torpaq sahəsi və tikili ilə bağlı cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir.
45. Bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
47. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
48. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
49. Bu səbəbdən hazırda iddiaçının mübahilələndirdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin adıçəkilən sərəncam və qərarla iddiaçıya ayrılmış torpaq sahəsi olması, torpaq sahəsi üzərində olan tikilinin ünvan etibarı ilə korpus 15 deyil, korpus 14 olması, habelə cavabdehin iddiaçıya məxsus olan tikilinin qanunsuz olaraq zəbt etməsi halı aparılmış araşdırma zamanı müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
50. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iş materiallarında olan kommunal xidmətlərin göstərilməsi ilə bağlı ayrı-ayrılıqda aidiyyəti qurumlarla bağlanmış müqavilələrlə də korpus 14 və korpus 15 ünvanlarının ayrı-ayrılıqla mövcud olduğu müəyyən edilir. Başqa sözlə, həmin sahələrin eyni ünvanlarda yerləşməməsi açıq və aydın şəkildə görünür.
51. Məhkəmə kollegiyası bir halı da qeyd etməyi zərəri hesab edir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1 ünvanında yerləşələn ərazinin “X3” Şirkətinin sərəncamına verilməsi də işin mübahisəsiz halıdır.
52. Məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.