Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1077/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İbrahimova Firuzə Hamlet qızı tərəfindən verilmiş şikayətə Gəncə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimova Firuzə Hamlet qızı cavabdeh Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxıb, Qazax * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli MŞQ-**** nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən İbrahimova Firuzə Hamlet qızının Cavabdeh qarşı Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi iddiaçı İbrahimova Firuzə Hamlet qızı məhkəməyə şikayət ünvanlayaraq, Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə ərizəni iddia ərizəsi kimi qəbul etməkdə prosessual pountuya yol vermişdir. Məhkəmə himayəsində azyaşlı övladının olmasını, buna görə də qeydiyyat şöbəsində özlərinin nikahlarını pozdura bilməyəcəklərini nəzərə almamışdır. Ərizədə iştirakı olmadan baxılmasını yazdığına görə də, məhkəmə ərizəni icraata qəbul etməməkdə də haqlı olmamışdır. Məhkəmədə iştirak edib-etməmək onun hüququdur, öhdəliyi deyildir. Bundan başqa ərizəsində elə qeyd etsə də, məhkəmədə iştirak edəcəkdi. Bu hal ümumiyyətlə mülki-prosessual qanunvericiliyə görə ərizənin icraata qəbul edilməməsinə aid olan hal deyildir. Məhkəmənin istinad etdiyi 10 gün müddət də, iş üzrə tətbiq edilə bilməz. Ona görə ki, nikahın pozulması və digər tələblə bağlı onların özünün başqa edə biləcəyi hər hansı hüququ yoxdur. Qeyd etdiklərimə əsasən mübahisələndirdiyim qərardadı tamamilə ədalətsiz, əsassız və qanunsuz hesab edir. Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Qazax * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli MŞQ-**** nömrəli barışıq sazişi ilə tərəflərin Qazax rayon Qeydiyyat Şöbəsində bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli nikah aktının məhkəmə qaydasında əlavə vaxt verilmədən və araşdırılmadan pozulmasına razıdırlar və ikinci tərəf ##.##.2018ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına razılıq vermişdir. İddiaçı Qazax * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli MŞQ-**** nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2026cı il tarixli MŞQ-**** nömrəli barışıq saziş məhkəmə qaydasında təsdiq edilə bilməz. Belə ki, ##.##.2026-cı il tarixli MŞQ-**** nömrəli barışıq sazişinin könüllü icra müddəti başa çatmamış, sazişin nikahın pozulması hissəsində məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırılmalı olduğu halda sazişin təsdiq edilməsi ilə bağlı ərizə verilmişdir. Sazişin 2-ci bəndi ilə bağlı əgər könüllü icra müddəti başa çatdıqdan icra olunmadığı halda barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət oluna bilər. Qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün iddiaçı İbrahimova Firunə Hamlet qızının cavabdeh Cavabdeh qarşı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, barışıq sazışınin şərtlərinə əsasən, Qazax * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli MŞQ-**** nömrəli barışıq sazişi 10 təqvim günü müddətindən icra olunmalıdır. MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı barışıq sazışınin təsdiqi barədə iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraata qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir və qərardadın ləğv edilməsi üşün əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İbrahimova Firuzə Hamlet qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1077/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1077/2026
03.08.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver