Məhkəmə qərarları › İş №2(3-7)-1105/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1105/2026

28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1105/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı Kəlbəcər Rayon Məhkəməsinin hakimi Həsən Qəniyevə edilmiş etiraza, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 5044 (beş min qırx dörd) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin anası Elyanə Alışanovanı uzun müddətdir tanıyır; onunla qonşu kənddəndir, ona görə də yaxın münasibətləri yaranıb. Cavabdeh ona təcili pul lazım olduğunu bildirmişdir. Ona görə də, o, 2024-cü ilin iyul ayında “xxxx” ASC-dən öz adına 2500 (iki min beş yüz) manat kredit götürmüş, eyni zamanda da həmin bankın kartından 1500 (min beş yüz) manat çıxarıb cavabdehə vermişdir. Cavabdeh də söz vermişdir ki, hər ay krediti özü ödəyəcəkdir. Bundan sonra cavabdeh ondan xahiş etmişdir ki, öz adına “Kontakt Home” mağazasından mobil telefon götürüb versin. O, “Kontakt Home” mağazasından 1000 (min) manat dəyərində “Oppo A60 8/256 GB Purple” markalı mobil telefonu öz adına kreditlə götürüb cavabdehə vermişdir. Bundan sonra cavabdeh heç bir ödəniş etməmiş və müxtəlif bəhanələr gətirmişdir. Həmin əşyaları və pulu öz adına götürməsinə səbəb onun Qarabağ müharibəsi veteranı və qazi olmasıdır. Bundan sonra cavabdehlə və anası Elyanə ilə aralarında mübahisə yaranmış, cavabdeh özü qəbz və iltizam yazaraq ona ümumilikdə 5044 (beş min qırx dörd) manat borcunun olduğunu, həmin borcu da hər ay 200 (iki yüz) manat olmaqla ödəyəcəyinə söz vermişdir. Bundan sonra cavabdeh bir ay ödəniş etsə də, yenə də heç bir ödəniş etməmişdir və müxtəlif bəhanələr edərək ödəniş etməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməkdən yayınır, hakim Həsən Qəniyev isə cavabdehin məhkəmə iclasına polis vasitəsilə gətirilməsini təmin etmir, bu səbəbdən, o, hakimə etiraz edir, onun işinə başqa məhkəmədə baxılmasını istəyir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Həsən Qəniyev) Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki işə Kəlbəcər Rayon Məhkəməsinin hakimi Həsən Qəniyev tərəfindən baxılmasına iddiaçı tərəfindən edilmiş yazılı etirazın qəbul edilməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası işin hallarını araşdırıb hesab edir ki, iddiaçı İddiaçı Kəlbəcər Rayon Məhkəməsinin sədri və hakiminə verdiyi etiraz təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan hakimə etirazın əsasları və halları qanunvericiliklə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 19.1.3-cü maddəsinə əsasən o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakimin işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 19.2.3-ci maddəsinə əsasən o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. \Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi şəxs işə baxan hakimə, onun onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, etiraz edə bilər. Etiraz ərizəsindən görünür ki, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməkdən yayınmasını, hakim Həsən Qəniyev isə cavabdehin məhkəmə iclasına polis vasitəsilsə gətirilməsini təmin etməməsini əsaslandırmışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Göründüyü kimi, iddiaçının etirazının dəlili formal mülahizələrdən ibarət olmaqla, hər hansı bir əsasa söykənməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən işə baxan Kəlbəcər Rayon Məhkəməsinin sədri və hakimi Həsən Qəniyevə edilmiş etiraz əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 19, 22-23, 264 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı Kəlbəcər Rayon Məhkəməsinin hakiminə verdiyi etiraz təmin edilməsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar