Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-126/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000150-05101-****** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mənzilinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətindədir.
2. Məhkəmə tikinti–texniki ekspertizasının ##.##.2024–cü il tarixli **/**** nömrəli rəyindən görünür ki, Şəmkir şəhəri, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsində yerləşən ** saylı evin, ** saylı (Yeni qaydalarla: AZ 5732, Şəmkir rayonu, Şəmkir şəhəri Füzuli Hüseynov küçəsi, giriş 30, M3) mənzildən iddiaçı İddiaçı 1/2 hissədə olan payının naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89 un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
3. ##.##.2025-ci il tarixli **** nömrəli “Meyar Ekspertiza mərkəzi” tərəfindən verilmiş rəydən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 52,80 kv.m olan mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla nəzəri qaydada təxminən 50000 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 52.80 kv.m olan mənzildə müəyyən edilmiş 1/2 hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 52.80 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissə mənim, 1/2 hissə Cavabdeh payı müəyyən edilməklə qeydə alınmışdır. Eyni zamanda mənzilin texniki pasportu tərtib edilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Hal hazırda o, paylı mülkiyyətdən öz payının ayrılmasını istəyir. Bununla bağlı Cavabdeh ilə razılığa gələ bilmir. Ona görə də payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməli olmuşdur.
6. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000150- 05101 ****** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ½ hissəsi iddiaçı İddiaçı, ½ hissəsi cavabdeh Cavabdeh paylı mülkiyyətində olan Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən 52.80 kv.m olan mənzilin ilkin satış qiyməti 50 000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında onların paylarına (1/2 pay) uyğun olaraq bərabər bölüşdürülməsi, mənzilin ilkin hərrac qiyməti 50000 (əlli min manat) müəyyən edilməsi, iddiaçı İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını mümkün olmadıqda, mənzilin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220, 221-ci, Mülki-Prosessual Məcəlləsinin 88 və 218ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş ilkin hərrac qiyməti ilə razı deyildir. Belə ki, həmin ev təmirsizdir. Evin sanitar qovşağı, hamamı yoxdur, şəraitsizdir. Bu gün üçün təmirsiz evin real bazar qiyməti 25.000 manatdır. Bu səbəbdən də hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti şişirdilmişdir. Mənzilə qiymət özəl ekspert tərəfindən qoyulmuşdur. Bu isə həmin ekspertin vermiş olduğu rəyin qeyri-obyektiv olmasına əsas verir. Buna görə də həmin mənzilin ilkin satış qiymətinin müəyyən olunması üçün təkrar ekspertiza keçirilməlidir. Məhkəmə onun təqdim etdiyi sübutları araşdırsa da, onlara münasibət bildirmədən ədalətsiz qərar qəbul etmişdir. Eyni zamanda onun təkrar ekspertiza təyin olunması vəsatətini təmin etməmişdir. Çünki ekspertiza mübahisə predmeti olan mənzilin çatışmazlıqlarını və qüsurlarını nəzərə almamışdır. Buna görə də məhkəmə qətnaməsindən narazıdır. Çünki müəyyən olunmuş qiymət mənzilin real dəyərini əks etdirmir. Eyni zamanda məhkəmə azyaşlı uşaqların onun himayəsində yaşamasını və mübahisə predmeti olan mənzilin onun vəsaiti hesabına əldə olunmasını nəzərə almamışdır. Qanun normalarının tələbinə görə məhkəmə mübahisə predmeti olan əmlaka onun daha çox vəsait sərf etməyini və üç azyaşlı uşağın onun himayəsində yaşamasını nəzərə alıb, mənzilin satış dəyərinin 2/3 hissəinin ona və 1/3 hissəinin iddiaçıya verilməsinə dair qərar qəbul etməli idi. Çünki qeyd etdiyi kimi, mübahisə predmeti olan mənzil onun vəsaiti əsasında əldə olunduğundan, mənzil onun adına dövlət qeydiyyatına alınmışdır. O, işləyirdi. Evə qazanc gətirirdi. Onun anası, qardaşı ona vermiş olduğu vəsait hesabına həmin mənzili o, öz adına rəsmi qeydə aldırmışdır. İddiaçı onun əmlakını mənimsəmək üçün əvvəlcə ona hədə-qorxu gələrək mübahisəli mənzili öz adına keçirmişdir və mənimsəmək istəyirdi. Buna görə o, məhkəmədə iddia qaldırıb, məhkəmə qətnaməsi ilə öz adına keçirmişdir. Bu barədə müvafiq məhkəmə qətnaməsi vardır. Mötəbər sübutlar vardır. O, həmin qətnaməni məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin aparmış olduğu bölgü və müəyyən etdiyi qiymətlə razı deyildir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, evə baxış qoyulmadan qiymət verilmişdir. Bina qəzalı vəziyyətdədir. Mənzil Şəmkir şəhərində yerləşir və təmirsizdir. Evin təxmini 25.000 manat qiyməti olar. O, özü həmin mənzili almaq istəyir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, cavabdeh uşaqları ilə birlikdə orada yaşayır. Evin hamamı yoxdur. Həmin pula o, ev ala bilməyəcək. Ev qapalı hərracda satılacaq. Qarşı tərəfin imkanları çoxdur. Mütəxəsis evə baxmadan qiymət qoymuşdur, Evə real qiymət qoyulmasını xahiş edirik. Evi cavabdehin özü almaq istəyir. İddiaçı aliment ödəmir. Rəy düzgün deyil.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, evi cavabdeh kirayəyə vermişdir. Vüsal hazırda burada deyil, Rusiya Federasiyasındadır. Cavabdeh ya evin yarı qiymətini versin, ya da ki evdən çıxsın.
15. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
17. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
18. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
19. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
20. 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Seriya RX ******* saylı, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000150-05101- ****** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mənzilnin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətindədir. Tərəflər mənzilin istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Lakin əldə edilmiş ekspert rəylərinə əsasən Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən əmlakı iddiaçının payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin mənzilin qiymətinin düzgün təyin edilməməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “Meyar Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli rəydən görünür ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 52,80 kv.m olan mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla nəzəri qaydada təxminən 50.000 manat müəyyən olunmuşdur. Həmin rəyin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini təsdiq edən heç bir dəlil təqdim edilməmişdir. Belə ki, “Meyar Ekspertiza Mərkəzi” Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ****** qeydiyyat nömrəli İxtisas Şəhadətnaməsi əsasında fəaliyyət göstərir. Rəyə baxış zamanı onun toplanmış məlumatlar, aparılmış təhlillər və hesablamalar nəticəsində verilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəf mənzilin qiymətinin şişirdilməsini göstərsə də, bununla bağlı heç bir sübutunu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, mənzilin yarı pulunu ödəyib almaq istəyirlər. Odur ki, mənzilin hazırki real bazar qiymətindən aşağı qiymətdə qiymətləndirilməsi onların maraqları daxilindədir. Obyektiv həqiqətin müəyyən edilməsinə xidmət etmir, şəxsi mövqedən yanaşmadır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın bölgüsünün düzgün müəyyən edilməməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12, mənzil 43 (Yeni qaydalarla: AZ5732, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mənzilinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətindədir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə tikinti–texniki ekspertizasının ##.##.2024–cü il tarixli **/**** nömrəli rəyindən görünür ki, Şəmkir şəhəri, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsində yerləşən ** saylı evin, ** saylı (Yeni qaydalarla: AZ 5732, Şəmkir rayonu, Şəmkir şəhəri Füzuli Hüseynov küçəsi, giriş 30, M3) mənzildən iddiaçı İddiaçı 1/2 hissədə olan payının naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89 un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İşə baxan məhkəmə haqlı olaraq, mənzilin hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında onların paylarına (1/2 pay) uyğun olaraq bərabər bölüşdürülməsi qənaətinə gəlmişdir.
37. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.