Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-173/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət X9 Tabeliyində X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı”) Hakimlər X10 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət X9 Tabeliyində X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə X5 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir. ## #### 2025-ci il tarixli ***/k nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
2. Gəncə * saylı Mediasiya təşkilatının ilkin mediasya sessiyası barədə ## ##### 2025-ci il tarixli MŞG/*-MT***/****-***** nömrəli bildirişin surətindən görünür ki, mübahisə ilə bağlı cavabdehin ## ##### 2025-ci il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasınin keçirilməsi barədə məlumat verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət X9 Tabeliyində X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, X5 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işdən çıxarılması haqqında verilmiş ## #### 2025-
3. ***/k nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək ci il tarixli haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə əmək intizamını pozmamış, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmişdir. İdarənin rəhbərliyi iddiaçının yaşadığı yerdən uzaq olan başqa işə keçməsini tələb etmiş, əks halda işdən çıxması barədə ərizə yazmasını bildirmişdir. Ərizə yazmadığından qərəzli olaraq, ## #### 2025-ci il tarixli ***/k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
5. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim K.H.Vəliyev) iddianın təmin edilməsi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə X5 Sistemlərinin İstismarı İdarəsinin ## #### 2025-ci il tarixli, ***/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X5 Sistemlərinin İstismarı İdarəsinin nasos qurğularının maşinisti işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəm ilk öncə qeyd edir ki, işçinin əmək kitabçasında onunla ilə əmək müqaviləsinə xitam verilmə barədə ## #### 2025-ci il tarixli ***/k nömrəli əmr qeyd olunmuşdur. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur.
7. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat iddiaçının təqdim etdiyi halları mübahisələndirməmiş, iş üzrə keçirilmiş 22 oktybar 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair hər hansı münasibət bildirməmişdir. Cavabdeh sübut etmə vəzifəsini yerinə yetirməyərək əmrin verilməsi üçün əsas olmuş sənəndləri təqdim etməmişdir. Belə olan vəziyyətdə uyğun faktiki hallar cavabdeh tərəfindən qəbul edilmiş hesab oluna bilər.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45.1, 73.1, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 72, 73.1, 84, 294, 300-cü maddələrinə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 10-1.3, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə üç ay müddətinə X3 Sistemlərinin İstismar İdarəsinin nasos stansiyaların istismar sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə qəbul edilmişdir. Müqavilə müddətinin bitməsi ilə müqaviləyə xitam verilməmiş və bu müddət uzadılmışdır. İddiaçı dəfələrlə kobud intizam pozuntularına yol verdiyinə görə barəsində xəbərdarlıq edilmiş və tənbeh tədbiri olaraq töhmət elan edilmişdir. Buna baxmayaraq işçi onun barəsində görülmüş tədbirlərdən nəticə çıxarmamış, işində dönüş yaratmaq və yüksək peşəkarlıq nümayiş etdirmək əvəzinə, daha da aqressiv hərəkətlər edərək idarənin daxili nizam-intizam qaydalarını yenidən kobud şəkildə pozmaqda davam etmişdir. Bundan başqa işçi işdən çıxarılarkən Həmkarlar İttifaqı Komitəsinin rəyi də alınmış və rəydə məhz işçinin ƏM-nin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilməsinin məqsədə müvafiq olduğu göstərilmişdir. ## ###### 2025-ci il tarixdə İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq olunmuş, birdə bu cür hallara yol verilərsə haqqında ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılmış, bu barədə akt tərtib edilmiş, işçi aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı izahat verməkdən imtina etmişdir. İdarənin qrup rəhbəri X1 ##.##.2025-ci il tarixli təqdimatına əsasən, ## ###### 2025-ci il tarixli 89\k nömrəli əmrlə X5 Sistemlərinin İstismarı İdarəsinin nasos qurğularının maşinisti İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək, idarənin rəhbərliyi ona Daşkəsən şəhərində çilingərə ehtiyacı olduğunu bildirərək həmin işə dəyişdirilməsini tələb etmişdir. O isə kənddən şəhərə gəlib-getməsinin çətin olacağını, avtomobilinin olmadığını bildirmişdir. Bundan sonra, idarənin rəhbərliyi onu qərəzli olaraq işə buraxmamış, ərizə təqdim etməklə işdən çıxmasını tələb etmişdir. Ərizə verməyəcəyi təqdirdə, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənində əsasən işdən azad edəcəyini bildirmişdir. Ərizə vermədiyindən onu həmin maddəyə əsasən işdən azad etmişdir. Əmək funksiyasını yerinə yetirərkən qüsura yol verməmiş, töhmətlə bağlı əmrlə tanış edilməmişdir. O, işdən azad edildikdən sonra yaranan vakant yerə digər şəxsi işə qəbul etmişdir.
13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdeh tərəf məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Maddə 12.1.”b”. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh şikayətində qətnaməni tam hissəsini apellyasiya qaydasında mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarının təhlilindən müəyyən olunur ki, İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə X5 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir. Həmin müddət bitdikdən sonra müqavilənin müddəti qarşılıqlı şəkildə uzadılmış, işçi əmək funksiyalarını yerinə yetirməyə davam etmişdir. İdarə müdirinin ## #### 2025-ci il tarixli ***/k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
20. İddiaçının izahatından məlum olur ki, sonradan cavabdeh tərəfindən iş yerinin dəyişdirilməsi təklif edilmiş, iddiaçı isə həmin dəyişikliklə razı olmadığını bildirmişdir. Bundan sonra, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi sənədləri (əmr, aktlar, xəbərdarlıq) sübut kimi qəbul etmir. Ona görə ki, MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, prosessual qanunvericilik sübutları məhkəmənin hazırlıq mərhələsində verilməli olmasını müəyyən edir. Hazırkı mübahisənin işəgötürən ilə işçi arasında olmasını nəzərə alaraq, kollegiya qeyd edir ki, bu tip mübahisələrdə işəgötürən üstün tərəf olduğuna görə məhz o işçinin barəsində verdiyi qərarlarının əsaslılığını təqzibedilməz dəlillərlə sübut etməlidir.
21. Kollegiya qeyd edir ki, sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə baxmayaraq, o, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, məhkəməyə iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinin qanuni və zəruri olduğunu sübut edəcək hər hansı dəlil təqdim etməmişdir. Halbuki, məhkəmə iclaslarının vaxtı barədə işəgötürənə məlumat verilmişdir. Kollegiya işəgötürənin sübutları işə baxan məhkəməyə təqdim etməsinə mane ola bikəcək hallar müəyyən etmir.
22. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək intizamını pozduğunu, bu barədə aktların tərtib edildiyini göstərsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir.
23. Belə ki, cavabdeh iddiaçının konkret olaraq hansı əmək funksiyasını, hansı tarixdə və hansı şəraitdə kobud şəkildə pozduğu isbat edə bilməmişdir. Şikayət formal xarakter daşımaqla əmək müqaviləsinə xitam verilməsi üçün zəruri olan hüquqi əsasların mövcudluğunu tam təsdiq etmir.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işçi üçün ağır hüquqi nəticələr yaratdığından, həmin əsasın tətbiqi ciddi və təkzibolunmaz sübutlarla təsdiq olunmalıdır. Sübutetmə yükü isə artıq qeyd edildiyi kimi cavabdehin üzərinə düşür.
25. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətində təqdim edilmiş hallar iddiaçının əmək vəzifələrini kobud şəkildə pozmasını, habelə əmək müqaviləsinə xitam verilməsinin qanuni əsaslarının mövcudluğunu təsdiq etmək üçün kifayət etmir.
26. Məhkəmə kollegiyası hesab edir ki, buna görə də, birinci instansiya məhkəməsi iddiaçının işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması barədə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə istinad edərək qeyd edir ki, işəgötürən bu məcəllənin 71-maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Azərbaycan Dövlət X9 Tabeliyində X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinin apellyasiya şikayəti təmin olunmasın. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.