Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-348/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “Avtomobil” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: Iddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli avtomobilin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli (hakim Gündüz Abbasov) qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “Avtomobil tələbi”nə dair iddiası təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bərdə Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh əşyanın onda olmadığını deyil, onun məhz mülkiyyətçiyə qaytarıldığını və ya mülkiyyətçinin iradəsi ilə üçüncü şəxslərə verildiyini sübut etməli idi. Bu sübutlar təqdim edilmədiyi halda, məhkəmənin subyektiv mülahizə ilə iddianı rədd etməsi MPM-in sübutetmə prinsiplərinin kobud şəkildə pozulmasıdır. Nəhayət, əmlakın Pərviz Məmmədov və ya digər şəxslərdə olması faktı cavabdehləri məsuliyyətdən azad etmir, çünki MM-in 182.2-ci maddəsinə görə, əşya mülkiyyətçinin iradəsi ziddinə (kredit öhdəliyi icra olunmadan və qaytarılmadan) sahiblikdən çıxmışdırsa, onu əldə edən hər hansı şəxs «vicdanlı sahib» statusuna malik ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehlərin əmlakı gizlətmək və ya qeyri-qanuni ötürmək cəhdlərinə hüquqi don geyindirmiş, bununla da AR Konstitusiyasının 13 və 29-cu maddələri ilə təminat altına alınan mülkiyyət toxunulmazlığını mahiyyətcə iflic etmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı avtomobilin cavabdehdə olmasını sübut etməlidir. Iddiaçı artıq sübut edib ki: · Avtomobil onun mülkiyyətindədir; · Avtomobil etibarnamə ilə cavabdehə verilib; · Avtomobil mülkiyyətçiyə geri qaytarılmayıb. Bu 3 fakt sübut olunduqdan sonra, MPM 77.1-ə əsasən sübutetmə yükü cavabdehin üzərinə keçir. Cavabdeh sübut etməlidir ki, o, əşyanı mülkiyyətçiyə təhvil verib. Cavabdeh bunu sübut edə bilmirsə, məhkəmənin iddianı rədd etməsi MPM 77-ci maddənin səhv tətbiqidir. Beləliklə, Birinci instansiya məhkəməsi AR MPM-in 14-cü və 78-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə işin həqiqi hallarını müəyyən etmək üçün mülkiyyətçinin müstəqil əldə edə bilmədiyi sübutları (avtomobilin hərəkət trayektoriyası, YPX kameraları və sürücü barədə məlumatlar) MPM 78.2 qaydasında müvafiq dövlət orqanlarından tələb etməmişdir. Məhkəmənin bu hərəkətsizliyi iddiaçının mülkiyyət hüququnun prosessual müdafiəsini qeyri-mümkün etmişdir. Hakimin yalnız cavabdehin izahatına əsaslanaraq subyektiv qərar çıxarması, obyektivlik və tamlıq prinsiplərinə ziddir. Məhkəmə yalnız cavabdehin "etibarnamədən imtina etdim" deməsi ilə kifayətlənib. Lakin avtomobilin fiziki olaraq harada olması işin həlli üçün həlledici faktdır. Məhkəmə bu həqiqəti üzə çıxarmaq üçün şərait yaratmaq əvəzinə, işə formal yanaşaraq iddianı rədd edib. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və apellyasiya qaydasında baxılması üçün təyin edilmişdir. Iddiaçı İddiaçı məhkəmə iclasında ərizə verərək vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş üzrə apellyasiya şikayətindən imtina ərizəsi iddiaçı İddiaçı tərəfindən məhkəmə iclasında verilmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Iddiaçı İddiaçı münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-348/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-348/2026
12.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver