Məhkəmə qərarları › İş №2(3-7)-436/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-436/2026

14.05.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-436/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (qızı) Cənnət Nəcəpovanın iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdə Maraqlı şəxs ilə aralarında “alimentin ləğv olunması tələbinə” dair bağlanmış MŞG/*/****-***** saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2023-cü il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla evlənmişlər. Birgə nikahlarından ## ### 2024-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da sonradan korlanmışdır və onlar ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ona qarşı “aliment tələbi barədə” iddiası qismən təmin edilərək ondan ## ### 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və ## ### 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. Məlum edir ki, aliment tələbinin ləğvi barədə 2025-ci ildə mediasiya orqanına müraciət etmişdir. Mediator Şahid vasitəçiliyi ilə ##.##.2025-ci il tarixdə Maraqlı şəxs ilə aralarında alimentin ləğvi barədə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs öhdəsinə götürüb ki, Barışıq sazişi bağlandığı tarixdən sonra Göygöl rayon məhkəməsi tərəfindən təyin olunan alimentdən imtina edir və bir daha alimentlə bağlı tələbi olmayacaq. O, Ərizəçi öhdəsinə götürmüşdür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra X2 şəxsiyyət vəsiqəsi və xarici pasport verilməsi üçün öhdəsinə düşən bütün işləri həyata keçirəcək. Həmçinin o, Ərizəçi öhdəsinə götürmüşdür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra azyaşlı övladı X2 qeyri-şərtsiz anası ilə birlikdə ölkə xaricinə çıxmağına etiraz etməyəcək və öz razılığını notarial qaydada təsdiq edəcək. Bundan başqa öhdəlik götürmüşlər ki, Barışıq sazişində qeyd olunan alimetlə bağlı maddənin keçmişdən qalan borca heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, barışıq sazişinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinə zidd olaraq, öz öhdəliklərini icra etməyərək 2025-ci ilin noyabr ayında məhkəməyə müraciət edərək alimentə dair icra sənədinin yenidən İcra şöbəsinə yönəldilməsini xahiş etmişdir. İcra məmuru da hal-hazırda ondan cavabdehin xeyrinə tutulan alimenti tələb edir. Odur ki, cavabdehlə aralarında bağlanmış Barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi, ərizə ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxsə rəsmi qaydada geri qaytarılması qərara alınmışdır. İş üzrə qərardaddan ərizəçi Ərizəçi şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, iş № *(5-124)- **/**** saylı qərardadının ləğv edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xusüsui icraat qaydasında ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi qərarı qəbul edilmişdir. Lakin işə baxan məhkəmə əsassız və qanuna zidd qərar qəbul etmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsinin ## ####### 2024- cü il tarixli *(***)-****/**** saylı qətnaməsi icra mərhələsində olduğu dövrdə o və cavabdeh qarşılıqlı razılıq əsasında mübahisəni sülh yolu ilə həll etmək qərarına gəlmiş və mediasiya proseduruna müraciət etmişlər. ##.##.2025-ci il tarixli , MŞG/*/****-***** nömrəli barışıq sazişinə əsasən isə ikinic tərəf Maraqlı şəxs öhdəlik götürərək, barışıq sazişi bağlanıldığı tarixdən sonra Göygöl Rayon Məhkəməsi tərəfindən təyin olunan imtina etdiyini və bir daha alimentlə bağlı tələbinin olmayacağını bildirimişdir. Hal-hazırki vəziyyətdə barışıq sazişinin müddalarına əməl etməyərək, Maraqlı şəxs yenidən aliment tələbi irəli sürmüşdür. O, Göygöl Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək həmin barışıq sazişinin təsdiqlənməsini xahiş etsə də, məhkəmə haqsız olaraq qərardadında göstərmişdir ki, iş üzrə icra mərhələsi mövcuddur və barışıq sazişinin təsdiqi mümkün hesab edilməmişdir. Halbuki, barışıq sazişi könüllü bağlanmış, mediator tərəfindən təsdiq edilmiş və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bununla da işə baxan məhkəmə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qərardadda ümumi və abstrakt mülahizələrə yer vermiş, lakin hansı faktın sübut olunduğunu, hansı sübutun hansı səbəbdən qəbul edilmədiyini, hansı konkret hüquqi riskin mövcud olduğunu aydın şəkildə göstərməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadda bir sıra halları müəyyən edilmiş kimi göstərmiş, lakin həmin halları təsdiq edən konkret sübutlara istinad etməmişdir. İş materiallarından görünür ki, tərəflər mediasiya qaydasında könüllü barışıq sazişi bağlamış, saziş yazılı formada tərtib edilmiş və imzalanmışdır. Bu hal mübahisəsizdir. Lakin məhkəmə bu faktı nəzərə almadan sazişin təsdiqindən imtina etmişdir. Məhkəmə icra mərhələsinin mövcudluğunu əsas kimi göstərmişdir. Halbuki iş materiallarında icra mərhələsinin barışıq sazişinin təsdiqinə hüquqi maneə yaratdığına dair heç bir sübut və normativ əsas mövcud deyildir. Yeni sübutların qəbul edilməməsi işin obyektiv və ədalətli araşdırılmasına mane ola bilər. Bu baxımdan həmin sübutların apellyasiya instansiyası tərəfindən qəbul edilməsi və qiymətləndirilməsi zəruridir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (qızı) Cənnət Nəcəpova şikayətə etiraz edərək qeyd etmişdir ki, ərizəçi uşağa etibarnamə vermir. Sazişi onlara məcburi imzalatmışdır. Aliment və uşağı saxlamağa görə pul kəsilmişdir. Anası Azərbaycan dilini bilmir, orada yazılıbmış ki, alimentdən bütövlükdə imtina edilir. Ərizəçi uşağa kömək edəcəyini bildirsə də, heç bir köməklik etməmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, AZ-İ seriyalı ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsi ilə Ərizəçi ##.##.2024-cü ildə vətandaş Maraqlı şəxs doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2024-cü ilin, 07-ci ayının, 25-ci günündə 31 № ilə qeyd edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 1134/2024-cü il tarixli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “aliment tələbi barədə” cavabdeh Ərizəçi ## ### 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və ## ### 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli, MŞG/*/****-***** nömrəli barışıq sazişindən görünür ki, həmin tarixdə ərizəçi ilə maraqlı şəxs Göygöl * saylı Mediasiya təşkilatında mübahisə predmeti olan barışıq sazişini bağlamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə Göygöl Rayon Məhkəməsinin 2(066)- 1134/2024-cü il tarixli, ##.##.2024-cü il tarixli qətnaməsinin hazırki vəziyyətini, icra olunubolunmamasını müəyyən etmək mümkün deyildir. Şikayətçi şikayətində maraqlı şəxsin hal-hazırki vəziyyətdə barışıq sazişinin müddalarına əməl etməyərək, yenidən aliment tələbi irəli sürdüyünü qeyd etmişdir. Maraqlı şəxsin nümayəndəsi isə təmsil etdiyi şəxsin müqavilə şərtlərini anlamadığını bildirmiş, bununla da müqavilə şərtlərinə əməl etmək istəməmələri ilə bağlı mövqe bildirmişdir. Birinci instansiya məhkəməsi həmin dəlillərin yoxlanılması istiqamətində heç bir araşdırma aparmamış, yoxlayıb hüququ qiymət verməmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında olan aliment öhdəliyi ilə bağlı məsələyə aydınlıq gətirilməli, icra işi tələb olunaraq, sənədin icra vəziyyəti yoxlanılmalıdır. Göstərilənlər baxımından belə nəticəyə gəlmək mümkündür ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş halları üzrə alimentə dair mövcud qətnamənin icra olubolmamasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən icra işinə baxış keçirilməli, tədqiq olunan icra işi üzrə borcun olub-olmaması müəyyən edilməli, əldə olunmuş məlumatların ##.##.2025-ci il tarixli, MŞG/*/****-***** nömrəli barışıq sazişinə uyğunluğu dəqiqləşdirilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.7, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” tələbinə dair mülki iş ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar