Məhkəmə qərarları › İş №2(3-7)-460/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-460/2026

17.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-460/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Allahverdiyev İbrət Müsənnif oğlu, cavabdeh3 və cavabdeh2 İsmayıl qızına qarşı qızıl-zinət, cehiz əşyaları, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Allahverdiyev İbrət Müsənnif oğlu, cavabdeh3 və cavabdeh2 İsmayıl qızına qarşı qızıl-zinət, cehiz əşyaları, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı elektron məhkəmə informasiya sistemi üzərindən məhkəmə kollegiyasına ərizə verərək, qeyd etmişdir ki, tərəflər hazırda barışmış və ailə münasibətlərini bərpa etmişlər. Ona görə də, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının ərizəsini, məruzəçi hakimi dinləyərək, iddiaçı tərəfin apellyasiya şikayətindən imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş ərizəni apellyasiya şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar