Məhkəmə qərarları › İş №2(3-7)-468/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-468/2026

11.06.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-468/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Ərizəçi Ərizəçi İbrahim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi İbrahim oğlunun mediasiya prosessində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlı şəxs Babazadə İsmayıl Balakişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mediator İsmayılzadə Ayaz İsmayıl oğlu tərəfindən təsdiq edilmiş, Ərizəçi İbrahim oğlu ilə Babazadə İsmayıl Balakişi oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli MŞM/MT***/****-***** nömrəli barışıq sazişinin 2.1-ci və 2.2-ci maddələrindən görünür ki, tərəflər İ.B.Babazadə E.İ.Hüseynova 46840 maat borcu olmasını qəbul etmiş və həmin borc məbləğini 2025-ci ilin may, iyun, iyul, avqust ayının 31-ə kimi tam ödəyəcəyini bildirmiş və tərəflər bu barədə barışıq sazişini imzalamışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 8. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Ərizəçi İbrahim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Babazadə İsmayıl Balakişi oğluna ##.##.2021-##.##.2023-c il tarixləri arasında cəmi 183240 manat borc pul vermiş, 31.12.22024-cü ildə İ.B.Babazadə həmin pulun 146000 manatını geri qaytarmış, aralarında 46840 manat borc qalmışdır. İ.B.Babazadə qalan borcu qaytara bilməmişdir. Aralarında həll etməyə çalışsalar da alınmadığından mediasiya təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixdə Mingəçevir 1 X6 mediasiya prosesində iştirak etmiş, İ.B.Babazadə barışıq sazişi imzalayaraq 46840 manat pulu ##.##.2025-ci il tarixədək tam şəkildə ödəyəcəyini bildirmiş və bu barədə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi imzalanmasına baxmayaraq, İ.B.Babazadənin barışıq sazişinin şərtlərinə əməl etmədiyini qeyd etməklə Babazadə İsmayıl Balakişi oğlu ilə arasında bağlanmış ##.##.2025ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) ərizənin təmin edilməsi, Ərizəçi İbrahim oğlu ilə Babazadə İsmayıl Balakişi oğlu arasında mediasiya prosesində bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməsi, Babazadə İsmayıl Balakişi oğlundan 46840 (qırx altı min səkkiz yüz qırx) manat alınaraq, Ərizəçi İbrahim oğluna verilməsi qət edilmişdir.

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.

5. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 355-25-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Babazadə İsmayıl Balakişi oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən “Barışıq Sazişi” imzaladıqdan sonra cavabdehə olan borcunu kart hesabından ödədiyini xatırlamışdır. Cavabdehlə arasında olan borcun tam olaraq ödənilib-ödənilmədiyini, cavabdehin onu aldadıb-aldatmadığını müəyyən etmək üçün bankdan kart hesabının çıxarışını əldə etmişdir. Kart hesabının çıxarışından apardığı hesablama nəticəsində ona məlum oldu ki, cavabdeh onu aldatmış, onun ona hər-hansı bir məbləğdə borcu qalmamışdır. Bundan sonra cavabdehə telefon vasitəsi ilə bu barədə məlumat verərək, onun ona borcunun olmadığını bildirmişdir. Lakin cavabdeh arasında “Barışıq Sazişi”nin olduğunu bildirərək, ona 46.840 (qırx altı min səkkiz yüz qırx) manat pul ödəməyimi tələb etdi. Cavabdeh tərəfindən aldadıldığını, bunun başqa cür həlli yolu olmadığını görüb, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmə müdafiəsindən istifadə etmək məqsədi ilə Ərizəçi İbrahim oğluna qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq Ərizəçi İbrahimoğlu ilə aramızda Mingəçevir 1 X6 bağlanmış ##.##.2025-ci il tarixli “Barışıq Sazişi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, ərizəçi ilə arasında bağlanmış Mingəçevir 1 X6 bağlanmış ##.##.2025-ci il tarixliMŞM/MT***/****-***** nömrəli barışıq sazişində göstərilənlər həqiqətə uyğun deyil və bu barədə məhkəmədə iddia belə qaldırmışdır. Lakin işin hallarından göründüyü kimi Mingəçevir 1 X6 bağlanmış ##.##.2025-ci il tarixli, MŞM/MT***/****-***** nömrəli barışıq sazişində onun iradə ifadəsi zədələnmiş, aldadılma nəticəsində həmin sazişi imzalamağa məcbur edilmişdir. Lakin işə baxan məhkəmə onun məhkəmədə iştirakını təmin etməmiş, zəruri sübutlarını məhkəməyə təqdim etməklə məhkəmədə müdafiə olunmaq hüququnu pozmuşdur.

8. Ərizəçi Ərizəçi İbrahim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə maraqlı şəxs Babazadə İsmayıl Balakişi oğlu tərəfindən verilən apellyasiya şikayəti ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanunazidd və əsassız hesab edir. Etirazının əsasları kimi aşağıdakıları qeyd edir: “Birincisi, Babazadə İsmayıl Balakişi apellyasiya şikayətində qeyd edir ki, guya“Barışıq Sazişi” imzaladıqdan sonra cavabdehə olan borcumu kart hesabımdan ödədiyimi xatırladım. Cavabdehlə aramızda olan borcun tam olaraq ödənilibödənilmədiyini, cavabdehion məni aldadıb-aldatmadığını müəyyən etmək üçün bankdan kart hesabımın Çıxarışını əldə etdim. Kart hesabımın çarışından apardığım hesablama nəticəsində mənə məlum oldu ki, cavabdeh məni aldatmş, mənim ona hər-hansı bir məbləğdə borcum qalmamışdır. Bütün bu hallar tamamilə yalandır və Babazadə İsmayıl Balakişi oğlunun qeyd etdiyi bu halları təsdiq edən heç bir sənəd və ya sübut nə Ağdam Rayon Məhkəməsinə, nə də hazırkı apellyasiya ərizəsinə əlavə edilməmişdir. İkincisi, ## ### 2025-ci il tarixində Babazadə İsmayıl Balakişi oğlu ilə bərabər könüllü şəkildə Mingəçevir şəhərində yerləşən Mingəçevir 1 X6 mediasiya prosesində olmuşuq. Aramızda bağlanan ## ### 2025-ci il tarixli barışıq sazişinə əsasən Babazadə İsmayıl Balakişi oğlu 46840 (qırx altı min səkkiz yüz qırx) manat pulu ##.##.2025-ci il tarixinədək geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilir ki, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və imzalandığı gündən 10 gün müddətinə könüllü şəkildə icra olunmalıdır. Eyni zamanda, Sazişin bəndlərinə əsasən tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Məhz bu məsələ ilə bağlı mediasiyada bizə ətraflı məlumat verildi, bütün məsələlər izah olundu və hər ikimiz sərbəst şəkildə imza etməklə razılığımızı, iradə ifadəmizi bildirmişik. Lakin qarşı tərəf Babazadə İsmayıl Balakişi oğlu Barışıq Sazişini icra etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb də göstərmir. İlk vaxtlar cavabdeh həmin pulun vaxtında qaytarılmasına söz verdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Babazadə İsmayıl Balakişi oğlundan pulun qaytarılmasını dəfələrlə xahiş və tələb etsəm də, o müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hətta iki dəfə məndən yazılı şəkildə möhlət vermilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Lakin Babazadə İsmayıl Balakişi oğlu barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 2-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Babazadə İsmayıl Balakişi oğlunun barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Üçüncüsü, Babazadə İsmayıl Balakişi oğlu mənə olan pul borcunu tam şəkildə anlayır və bilir ki, həmin borcu qaytarmamaq üçün yeganə çıxış yolu vaxt uzatmaq və məhkəmə qətnaməsinin icrasını mümkün qədər yubatmaqdır. Odur ki, Babazadə İsmayıl Balakişi oğlu qanunvericiliyin ona verdiyi prosessual imkanlardan sui-istifadə etməklə, məhkəmələr üçün əlavə iş yükü yaratmaqla (apellyasiya şikayəti verməklə) öz öhdəliyini icra etməkdən yayınır.”

Məhkəmə icraatı iştirakçılarının izahatı və mövqeyi

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi İbrahim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etirazın əsaslarını müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. İş üzrə maraqlı şəxs Babazadə İsmayıl Balakişi oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

11. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... Maddə 1.0.7. barışıq sazişi - tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; ...

12. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

13. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.

14. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

15. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

16. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.

17. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

18. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

19. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.

19. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

20. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.

30. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

31. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

32. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

33. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mediator İsmayılzadə Ayaz İsmayıl oğlu tərəfindən təsdiq edilmiş, Ərizəçi İbrahim oğlu ilə Babazadə İsmayıl Balakişi oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli MŞM/MT***/****- ***** nömrəli barışıq sazişinin 2.1-ci və 2.2-ci maddələrindən görünür ki, tərəflər İ.B.Babazadə E.İ.Hüseynova 46840 maat borcu olmasını qəbul etmiş və həmin borc məbləğini 2025-ci ilin may, iyun, iyul, avqust ayının 31-ə kimi tam ödəyəcəyini bildirmiş və tərəflər bu barədə barışıq sazişini imzalamışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 8. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti ilə bağlı qeyd olunmalıdır ki, “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmiş və mübahisələrin məhkəmədən kənar qaydada həllinə xidmət edir. Mediasiyanın məqsədi isə tərəflər arasında mübahisə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Mediasiyanın mahiyyəti məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.

42. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM maddə - 355-25.1 və 355-25.3).

43. İstinad olunan normanın tələbindən göründüyü kimi, məhkəmə xüsusi icraat qaydasında baxdığı hazırki ərizə üzrə mahiyyəti üzrə hər hansı araşdırma aparmadan, mübahisəli münasibətlərə hüquqi qiymət vermədən, tərəflərin könüllü şəkildə mediasiyada bağladıqları barışıq sazişinin məcburi icrası üçün həmin sazişi təsdiq edir və ya təsdiq edilməsindən imtina edir. Bu zaman məhkəmənin qiymətləndirməsi MPM-in 355-26-cı maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının yoxlanılması ilə yekunlaşır.

44. Azərbaycan Respublikası MPM-in 355-26.1-ci maddəsi məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün yalnız 2 əsas müəyyən etmişdir: 1) barışıq sazişinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

45. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı işdə məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün qanunla müəyyən edilmiş 2 əsasdan heç biri mövcud olmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, məzmun baxımından qanunazidd deyil, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunması ilə bağlı əsaslar müəyyən edilmir.

46. Həmçinin, işdə iştirak edən şəxslər tərəfindən də MPM-in 355-26.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bağlı hər hansı dəlil irəli sürülməmişdir.

47. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mediator İsmayılzadə Ayaz İsmayıl oğlu tərəfindən təsdiq edilmiş, Ərizəçi İbrahim oğlu ilə Babazadə İsmayıl Balakişi oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞM/MT***/****-***** nömrəli barışıq sazişinin 2.1ci və 2.2-ci maddələrindən görünür ki, tərəflər İ.B.Babazadə E.İ.Hüseynova 46.840 maat borcu olmasını qəbul etmiş və həmin borc məbləğini 2025-ci ilin may, iyun, iyul, avqust ayının 31-ə kimi tam ödəyəcəyini bildirmiş və tərəflər bu barədə barışıq sazişini imzalamışlar.

48. Barışıq sazişində konkret icra müddəti Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 34.1-ci maddəsinə uyğun olaraq həmin sazişin müddəalarının imzalandığı tarixdən etibarən 10 təqvim günü ərzində könüllü şəkildə icra olunması nəzərdə tutulmuşdur. Bu müddət ərzində maraqlı şəxs tərəfindən barışıq sazişində nəzərdə tutulan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, o cümlədən atalığın müəyyən olunması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etməyi tələb olunurdu.

49. Lakin, məhkəmə araşdırması zamanı maraqlı şəxs tərəfindən öhdəliklərin müəyyən edilmiş müddətdə və ya sonrakı mərhələdə icra edildiyinə dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, ərizəçi tərəf məhkəmə iclasında barışıq sazişinin könüllü icra olunmadığını bildirmişdir. Maraqlı şəxs bildirmişdir ki, ərizəçi onu aldatmış, onun ərizəçiyə hər-hansı bir məbləğdə borcu qalmamışdır. Sazişi imzalamağa məcbur edilmişdir. Bununla bağlı isə hər-hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü maraqlı şəxsin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

51. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

52. Məhkəmə hesab edir ki, barışıq sazişində əks olunan öhdəliklərin icra edilməməsi, bu öhdəliklərin maraqlı şəxs tərəfindən könüllü şəkildə yerinə yetirilməsinə dair hər hansı mötəbər sübutların olmaması və tərəflər arasında razılaşdırılmış məsələlərin nəticələrinin baş verməməsi halları öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir.

53. Nəticə etibarilə, razılaşdırılmış müddət keçdikdən sonra saziş üzrə razılaşdırılmış tələblərin maraqlı şəxs tərəfindən həyata keçirilməməsi, barışıq sazişinin birtərəfli şəkildə pozulması, daha doğrusu, onun könüllü icrasından imtina halıdır. Bu isə ərizəçiyə sazişin məcburi icrası və ya hüquqi münasibətlərin (o cümlədən nikahın pozulması) ayrıca məhkəmə qaydasında həll olunması üçün müraciət hüququ verir.

54. Məhkəmə kollegiyası maraqlı şəxsin onun iştirakı olmadan işə baxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

55. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

56. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

57. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

58. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

59. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclası ilə bağlı tərəflərə, o cümlədən maraqlı şəxs Babazadə İsmayıl Balakişi oğluna məhkəmə bildirişi göndərmiş (o cümlədən SMS xəbərdarlığı edilmiş), maraqlı şəxs baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmənin heç bir iclasında iştirak etməmişdir.

60. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Babazadə İsmayıl Balakişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar