Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-522/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı İbrahimov Rövşən Məhərrəm oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Diskdəki səs yazısından görünür ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasında aparılmış telefon danışığında Cavabdeh İddiaçı xitabən “vəziyyət pisdir”, “Quran haqqı verəcəm, Allah haqqı verəcəm, balalarımın canı verəcəm”, “Rəşad səndən utanıram, ola verərəm”, “malın burdadır, lazımdırsa göndərərəm”, “Rəşad səhərə-birisi günə puluna uyğun mal göndərərəm”, “Rəşad aramızda xətir-hörmət var”, “balalarımın canı, iki qızımın canı pul götürüb – sələmə borcunu verəcəm”, “bir həftə gözlə evin sənədini qoyub Rank Respublikadan kredit götürüb sənin pulunu verəcəm”, “sən Allah məni üzürlü say”, “Rəşad yazdığını gördüm, Allah canını sağ eləsin”, “mən səndən küsmürəm, Prokurorluğa verirsən sənə dediyimi orda da deyəcəm”, “az-az ödəyəcəm”, “Rəşad baxmışam, Allaha and olsun verəcəm”, “verəcəm, məni başa düş”, “Rəşad maşınımı lizinqə salıb sənin pulunu verəcəm” deyə bildirmişdir.
2. İddiaçı ilə cavabdehin whatsapp tətbiqi üzərindən yazışmalarından görünür ki, iddiaçı cavabdehə qardaş bizim aramızda qalacaq pul 8600 manatdır yazısına cavabdeh baş üstə qardaş, narahat olma düzelecek hamısı cavabını vermişdir.
3. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə dövlət rüsumuna görə 106 manat pul ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8.600 manat və ödənilmiş dövlət rüsumuna görə 106 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia məhkəmənin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinə əsasən təmin edilmiş, lakin həmin qətnamənin ləğvinə dair ərizə verildiyindən ərizə təmin edilərək, qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə yenidən baxılmışdır.
6. İddia onunla əsaslandırılmışdır ki, özü maşın ustası olmaqla, həm də əkinçiliklə məşğul olur. Əvvəllər də cavabdehə nisyə mal satdığı üçün aralarında inam-etibar yaranmışdır. ##.##.2024-cü ildə 19 t 170 kq və 18 t 520 kq olmaqla, cəmi 32.000 manat dəyərində günəbaxan tumunu cavabdehə nisyə satmışdır. Cavabdeh 01 ay müddətində pulu ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh pulun bir hissəsini ödəsə də, sonradan uzun müddət keçməsinə baxmayaraq qalan 8.600 manatın ödənilməsi təmin etməmişdir. Cavabdeh qalan borcunu ödəyəcəyini dəfələrlə vəd etsə də, vədinə əməl etməmişdir. Cavabdehin onda səs yazıları vardır. Həmin səs yazılarında cavabdeh ona borcu olduğunu təsdiq edir. Bu barədə DİSK-i məhkəməyə təqdim etmişdir. Cavabdeh vəd etməsinə baxmayaraq qalan borcunu ödəmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
7. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia təmin edilmişdir. Cavabdeh Cavabdeh borca (nisyə alqısatqıdan qalan borca) görə 8600 manat, dövlət rüsumuna görə 106 manat, cəmi 8706 manat pul alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsinə, iddiaçının məhkəmə iclasında veridiyi izahatına və məhkəmə iclasında dinlənilməklə tədqiq edilən tərəflər arasında olan səs yazısına (DİSKdəki məlumatlara) qarşılıqlı şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında yuxarıda sadalanan qaydada sübuta yetirə bilmişdir. Cavabdeh isə borcunu inkar etməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan nisyə alqı-satqı münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və nisyə alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 567, 600.1, 600.2, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə uyğun olduğu üçün mülki işlə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Hakim, qətnamədə məhkəmə iclasının iddiaçı İddiaçı iştirakı ilə keçirildiyini qeyd etsə də, qətnamənin mətnindən görünür ki, hakim, iddiaçı İddiaçı hazırkı məhkəmədəki izahatından deyil, əvvəlki məhkəmə iclasında, nələrisə göstərdiyi izahatdan bəhs etmişdir. Bu halda da, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələbi pozulmuşdur. DİSK-dəki səs yazısından bəhs edilmiş, bu səs yazısını, əsas olmaqla, hazırkı qətnamənin qəbul edilməsi üçün yeganə sübut olaraq qəbul etmişdir. Lakin hakim əhəmiyyət verməmişdir ki, telefon cihazında olan səs, dinlənilməklə tədqiq edilmir, o cümlədən də, kimə məxsusluğunun müəyyən edilməsi, nə hakimə, nə iddiaçıya, nə cavabdehə xas deyil, səsin kimə isə məxsusluğu, mütəxəssisin verdiyi Ekspertiza Rəyi ilə müəyyən edilir. Hakimin “sonuncu məhkəmə iclası” adlandırdığı “iclas” barədə də hər hansı bir məlumatı yoxdur, “sonuncu məhkəmə” söz birləşməsinin mahiyyətini bilmir, belə bir hüquqi termin eşitməmiş, bu söz birləşməsi ilə ifadə olunan fikrin hüquq elmində mövcudluğu barədə də məlumatı yoxdur. Hazırkı qətnamənin qəbul edilməsi üçün istifadə etdiyi yeganə sübutlar, hazırkı “DİSK-dəki səs yazısı” bir də, qəbzdir ki, “dövlət mədaxilinə dövlət rüsumuna görə 106 manat pul”a dair. Bu halda da, məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin, o cümlədən, sübutlarla bağlımüddəalarının tələbləri pozulmuşdur. Bununla yanaşı, görəsən, hazırkı telefon danışığının iştirakçılarından birinin Cavabdeh olduğunu necə müəyyən etmişdir? Əgər, ehtimal edilsə ki, səsin sahibi Cavabdehdur, hakim, səsinin yazıldığından cavabdeh Cavabdeh məlumatının olub-olmadığını müəyyən etmişdirmi? Yəni, iddiaçının telefon danışığını yazması barədə Cavabdeh məlumatı var idimi, hakim bunu müəyyən etmişdirmi? Belə ki, sübut olaraq AR MPM-nin 76.1-ci maddəsinə istinad etdikdən sonra, dərhal sözügedən məcəllənin 76.2-ci maddəsini də onun yanına yazılmış, bu maddənin tərkib hisəsində yazılmış “səs və video yazıları” söz birləşməsini, iddiaçı İddiaçı telefon vasitəsilə yazmış olduğu səsi nəzərdə tutulduğunu hesab etmişdir. İddiaçının izahatı, hazırkı “DİSK-dəki səs yazısı” ilə təsdiq olunur, odur ki, sübut kimi qiymətləndirmişdir. Məhkəmə iclasında iddiaçının izahatından,tədqiq edilən iddia ərizəsi? və iddiaçının təqdim etdiyi məhkəmə iclasında dinlənilməklə tədqiq edilən “DİSKdəki səs yazısından müəyyən etmişdir ki, iddiaçı, ##.##.2024-cü ildə 01 ay müddətində ödənilmək şərti ilə 19 t 170 kq və 18 t 520 kq olmaqla, cəmi 32.000 manat dəyərində günəbaxan tumunu cavabdehə nisyə satmışdır? Hesab edilmişdir ki, iddiaçı öz iddiasını sübuta yetirə bilmişdir, cavabdeh isə borcunu inkar etməmişdir? Tərəflər arasında hər hansı alqı-satqı, o cümlədən, hər hansı bir alqı-satqı müqaviləsi mövcud olmamışdır.Odur ki, AR MM-nin 567.ci maddəsinin hazırkı mübahisədə ümumiyyətlə yeri olmamışdır. AR MM-nin 567.-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsinə görə satıcıəşyanıalıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbuledib əvəzində müəyyənləşdirilmiş pulməbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İkincisi, tərəflər arasında hər hansı bir alqı-satqı müqaviləsi mövcud olmadığı halda, “nisyə” sözü olan, “Nisyə satılmış əşyanın ödənilməsi” söz birləşməsi olan, AR MM-nin 600.-cü maddəsini də hazırkı mübahisəyə əsassız olaraq tətbiq edilmişdir. Yəni, hazırkı maddi hüquq normasında, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi vaxtından, müddətindən bəhs edilir. Bu maddənin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir.Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yox əgər, “müqavilə” sözləri olan maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq edilirsə, hazırkı tərəflər arasında bağlanmamış müqaviləni, şifahi bağlanmış müqavilə əqd hesab edirsə, nəzərə çatdırılmalıdır ki, “Şifahi əqd”(330.-cu maddə) Mülki Məcəllədən çıxarılmışdır. Belə ki, ## #### 2005-ci il ***-IIQD nömrəli"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № *, maddə 693) ilə Məcəllədən 330-cu maddə çıxarılmışdır. Beləliklə, məhkəmənin, iddaçı ilə aramızda olan faktiki işgüzar münasibətlər barədə məlumatı olmadığı halda gəldiyi nəticə, əsassız və qanunsuz olmuşdur.Biziddiaçı ilə razılaşmışıq, mənim hal-hazırda ona hər hansı bir borcu yoxdur. AR MPM-nin 372.1.-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. AR MPM-nin 385.-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi, tətbiq edilməli olmayan hüququn səhv təfsir edilərək tətbiq edilməsi nəticəsində düzgün olmayan məhkəmə aktı qəbul edilməklə, mən cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60.-cı maddəsində təsbit olunmuş “Hüquq və azadlıqların məhkəmə təminatı” hüquqları, eləcə də (Roma ##.##.1950) 1950-ci il İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasının 6.-cı və 13.cü maddələrində nəzərdə tutulan hüquqları, həmçinin AR Mülki-Prosessual Məcəlləsinin, Mülki Məcəlləsinin maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.
20. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı tələbində bildirmişdir ki, o, cavabdehlə iş birliyinə girmiş, ona 32.000 manat dəyərində günəbaxan tumu satmış, cavabdeh pulun bir hissəsini ödəsə də, 8600 manatını ödəməmişdir.
21. İddiaçı CD daşıyıcıda olan cavabdehə aid səs yazılarına və cavabdehlə olan sms yazışmalara əsaslanır. Həmin səs yazılarında cavabdeh iddiaçını əmin etməyə çalışır ki, borcunu hissə-hissə ödəyəcək. Eyni zamanda, whatsapp tətbiqi üzərindən yazışmalardan görünür ki, iddiaçı cavabdehə qardaş bizim aramızda qalacaq pul 8600 manatdır yazısına cavabdeh baş üstə qardaş, narahat olma düzelecek hamısı cavabını vermişdir.
22. İşə birinci instansiya məhkəməsində daha əvvəl qiyabi icraat qaydasında baxılmış, cavabdeh qiyabi qətnamənin ləğvi barədə əzirə vermiş, onun ərizəsi təmin edildikdən sonra işə yenidən baxılarkən cavabdeh məhkəmə iclaslarında məlumatlı olmasına baxmayaraq iştirak etməmiş, etiraz və mülahizələrini bildirməmişdir.
23. Hazırkı tələbə dair mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətin olması və mübahisənin də bu münasibətlərdən yaranması görünür.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, eyni zamanda etiraz və mülahizələrini də məhkəməyə yazılı şəkildə çatdırmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının hansısa səs yazılarına əsaslandırğını bildirməklə bu səs yazılarını şübhə altına alsa da, lakin həmin sübutların əleyhinə özünün əks-sübutlarını təqdim etməmiş, məhkəmə kollegiyasının iclaslarına gəlməklə səslərin ona məxsus olmaması barədə araşdırmaların aparılmasında maraqlı olduğunu göstərməmişdir. Halbuki, öz etirazını sübut etmək cavabdehin prosessual vəzifəsidir.
25. Bütün bu qeyd edilənlər və işin halları onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qarşı pul tələbini irəli sürməkdə haqlıdır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.