Məhkəmə qərarları › İş №2(3-7)-570/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-570/2026

22.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-570/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət və cehiz əşyaların qaytarılması) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mingəçevir şəhəri “xxxx» MMC” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı rəydən görünür ki, İddiaçı tələb etdiyi əmlakların qiyməti onun iddia ərizəsində göstərdiyi qiymətlərlə eynilik təşkil edir.

2. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh arasında ##.##.2010-cu ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur

3. İddiaçı tərəfin təqdim etdiyi altı ədəd fotoşəkildən görünür ki, İddiaçı üzərində boyunbağı və qolbaq olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Cavabdeh çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat Italiya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat Italiya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat Italiya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), qiyməti 1000 manat yatağ dəsti (yatağ, 2 tumba, qardirob, güzgülü termo), qiyməti 1300 manat divan, qiyməti 1200 manat paltaryuyan maşın (Samsung, 7 kq), qiyməti 1000 manat pərdə dəsti, qiyməti 435 manat 3 ədəd ayaq altı (5x4 =200 manat, 4 x3 =150 manat, 3x2 =85 manat ), qiyməti 100 manat nahar boşqab dəsti, qiyməti 600 manat ətçəkən maşın (Samsung), qiyməti 35 manat karniz, qiyməti 130 manat olan ütü və ütü atlığı, qiyməti 120 manat olan 4 qutu bokal dəsti, qiyməti 50 manat iki dəst mələfə, qiyməti 25 manat süfrə, qiyməti 30 manat 6 ədəd stul üzü, qiyməti 35 manat blendr, qiyməti 50 manat divar saatı, qiyməti 300 manat 4 ədəd suvenir, qiyməti 35 manat heykəl suvenir, qiyməti 50 manat pokrıval, qiyməti 40 manat 8 ədəd dibçəkdə təbii gül, qiyməti 240 manat qoşa yun döşək, qiyməti 160 manat qoşa yun yorğan, qiyməti 60 manat 2 ədəd tük yastıq, həmin əmlaklar olmadıqda dəyərinin, mediasiya xidmətinə ödənilmiş rüsum əvəzində 60 manat və qiymətləndirilmə rəyinin tərtib edilməsi üçün ödənilmiş 200 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ##.##.2010-cü ildə nikaha daxil olmuş, birgə nikahdan ##.##.2008-ci ildə Məhəmmədali, ##.##.2009-cu ildə Ramin, ##.##.2014-cu ildə Röyal adlı uşaqları olmuşdur. Artıq xeyli müddətdir iddiaçı cavabdehlə faktiki olaraq ayrılmış, ər-arvadlıq münasibətləri kəsilmiş, birgə təsərrüfat idarə etmir və müxtəlif ünvanlarda yaşayırlar. Tərəflər arasında olan nikah münasibətləri faktiki olaraq bitmişdir. Ağdam Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025- ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. İddiaçı mediasiya xidmətinə qızıl-zinət və cehiz əşyalarının tələbinə dair müraciət etmiş, lakin mediasiya sessiyasında da cavabdehlə bu məsələnin qarşılıqlı razılıq əsasında həllinə nail ola bilməmiş, cavabdeh mediasiyaya gəlməmişdir. İddiaçı cavabdehdən qızıl-zinət əşaylarını tələb edərkən sonuncu nalayiq söyüşlər yazaraq iddiaçını təhqir edir. Bununla bağlı iddiaçı votsap yazışması və audio səs yazısı təqdim edir.

6. Cavabdeh Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə 2006-ci ildə qeyri rəsmi ailə həyatı qurmuş, nikahı ## ##### 2010-cu il tarixdə rəsmiləşdirmiş və 3 uşağı olmuşdur . Ailə həyatı qurarkən Mingəçevir şəhərində cavabdehin anasının adına olan 3 otaqlı mənzildə yaşamışlar. Həmin evdə cavabdehin atası, anası və tərəflər yaşamışlar. Ailə həyatı qurarkən iddiaçı şifoner və qoşa çarpayıdan ibarət yataq dəsti, iki nəfərlik yorğan və döşək, iki ədəd tük yastıq cehiz gətirmişdir. Ailə həyatı quran zaman iddiaçıya cavabdehin valideynləri tərəfindən üzük və sırğadan ibarət dəst, nişan üzüyü, boyunbağı və qolbaq hədiyyə alınmışdır. Qızıllar sadə qaşlı olmuş, briliyant qaşlı olmamışlar. Bütün qızılları cavabdehin valideynləri 2006-cı ildə 1600 manata almışlar. İddiaçı tərəfin cehiz verməyə maddi imkanları olmamışdır. Toy zamanı cavabdehin atası qız evinə 1500 ABŞ dolları vermiş, lakin qız toyu olmamışdır. Cavabdeh 2007-ci ildə ailəsi ilə birlikdə Ukraynaya işləmək üçün getmiş, sənədləri qaydasında olmadığı üçün 2008-ci ildə Azərbaycana deportasiya edilmiş, ailə üzviləri orada qalmışlar. Sənədlərini qaydasına qoyduqdan sonra cavabdeh yenidən Ukrayna Respublikasına qayıtmış, 2013-cü ildə yenidən deportasiya olunmuş, 4 ay Ukraynada başqa ünvanlarda gizlənmişdir. Həmin vaxtı oğlu Ramin xlor içib xəstəxanaya düşmüş, cavabdeh işləyə bilmədiyi üçün evdə pul olmamışdır. İddiaçı qızıl əşyalarını satıb uşağı müalicə etdirmişdir. Cavabdeh sənədlərini bərpa etdikdən, yəni 4 aydan sonra evə gəlmişdir. Qızılları iddiaçı özü satıb uşağın müalicəsinə sərf etmiş, ümumiyyətlə qızıllar həmişə iddiaçının özündə olmuşdur. 2020-ci ilə qədər onlar Ukraynada yaşamış, 2020-ci ildə Azərbaycana qayıtmışlar. Cavabdehin velideynləri Mingəçevir şəhərində yerləşən evi satmış və bir neçə ünvanda yaşamışlar. İddiaçının şifoneri və yataq dəsti sınmışdır. 2020-ci ildə cavabdehin valideynlərinə dövlət tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində ev verilmiş, həmin vaxt iddiaçı və cavabdeh Ukrayna Respublikasında olmuşlar. İddiaçının tələb etdiyi digər əşyalar cavabdehin valideynləri Quzanlı qəsəbəsinə köçərkən özləri almışlar. Həmin əşyalar alınan zaman tərəflər Ukraynada olmuşlar. İddiaçının qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastığı evdədir və istədiyi vaxt götürə bilər. Bundan başqa cavabdehin valideynlərinin evində iddiaçıya məxsus hər hansı cehiz və digər əşyaları yoxdur. Göstərilənləri Kərimov Mehman Məhəmmədəli oğlu, X2, X7 və X1 təsdiq edə bilərlər. Ona görə də cavabdeh hesab edir ki, iddianın qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastıq hissəsi təmin olunmalı, qalan hissəsi isə rədd olunmalıdır.

7. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X4 bildirmişdir ki, Ülvüyyə onun qızı, Rəvan isə kürəkəni, həmçinin bacısı oğludur. Ülvüyyə ərə gedəndən Rəvanla münasibətləri pis olmuşdur. Ülvüyyəyə məxsus qızıllar sonuncunun qayınanasında olmuşdur. 2017-ci ildə Rəvanın atası Mehman və anası Tükəz Ülvüyyəyə məxsus qızılları Ukraynadan götürərək Azərbaycana gəlmişlər. Özü də ailəsi ilə birlikdə 2005-ci ildən 2022-ci ilədək Ukraynada yaşamışdır. Ülvüyyənin uşağı xlor içib zəhərlənmişdir. Həmin vaxt müalicə xərclərini özləri çəkmişlər. Ülvüyyə 2020-ci ilədək ailəsi ilə birlikdə Ukraynada qalmışdır. Ülvüyyəyə ərə gedərkən cehiz verilmiş, cehizlər Rəvanın valideynlərinə məxsus olan Mingəçevir şəhərində yerləşən evə yığılmışdır. Sonradan Rəvanın valideynləri evi satmış və kirayədə yaşamış, cehizlər isə kirayə götürülmüş evə aparılmışdır. Rəvanın bibisi Simuzər Kərimova 2018-ci ildə Ülvüyyənin cehizlərini satmışdır. 2021-ci ildə Ülvüyyəyə yenidən 1200 ABŞ dolları göndərmiş və sonuncu özünə yataq dəsti almışdır. Bundan başqa Ülvüyyəyə yenidən 900 manata paltaryutan maşın almışlar.

8. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, qardaşı Ramin 2008-ci ildə zəhərlənmiş, həmin vaxt Raminin 1-2 yaşı olmuş, atası Rəvan isə qaçaq olmuşdur. 2020-ci ildə Azərbaycana gələrək atası rəvan və anası Ülvüyyə ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Anası qulağına 2-3 sırğa vurduğu üçün Rəvanla arasında mübahisə yaranmışdır. Ülvüyyə Rəvanı eşitməmişdir. 2024-cü ildə ata-anası ilə birlikdə Quzanlı qəsəbəsinə köçmüş və babası Mehmana verilmiş evdə yaşamışlar. 3-4 ay qaldıqdan sonra anası ilə birlikdə Mingəçevir şəhərinə qayıdaraq 6-7 ay orada kirayə yaşamış və qardaşı ilə birlikdə atasının yanına gəlmişdir. Mingəçevir şəhərində 6-7 ay ərzində kirayədə yaşadığı müddətdə anasından şübhələnmişdir. Anasının yataq otağında çarpayının altında üztündə 1800 manat qiymət kağızı olan üzük görmüşdür. Anası Elçin adlı şəxslə münasibət qurmuşdur.

9. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, nənəsi Tükəz yaşadığı evə kreditlə yataq dəsti, mətbəx mebeli almışdır. Tükəz işləyərək aldığı malların pulunu ödəmişdir.

10. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 bildirmişdir ki, Rəvan onun oğludur. Əvvəllər Rəvan və gəlini Ülvüyyə ilə birlikdə uzun müddət Ukraynada yaşamışlar. Nəvəsi Ramin zəhərləndiyi vaxt Ülvüyyə qızıllarını sataraq uşağı müalicə etdirmişdir. Ülvüyyənin qızılları kimə satması ona məlum olmamışdır. Rəvan və Ülvüyyədən əvvəl o və əri Mehman Azərbaycana qayıtmış və həmin vaxt Ülvüyyənin qızıllarını özü ilə gətirməmişdir. Onların ailəsinə Quzanlı qəsəbəsində ev verilmiş, Ülvüyyənin anası həmin evə qızı üçün yataq dəsti və paltaryuyan almışdır.

11. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddia qismən təmin edilmiş,. Cavabdeh cəmi qiyməti 1600 (bir min altı yız) manat olan boyunbağı, bilərzik, sırğa-üzük, nişan üzüyü, qiyməti 1000 manat olan 5 ədəd pərdə, 35 manat olan karniz, 50 manat olan 2 ədəd postel dəsti, 25 manat olan süfrə, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, 60 manat iki ədəd yastıq, 1000 manat olan yataq dəsti, 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş rüsum əvəzində 60 manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 74 (yetmiş dörd) manat 30 (otuz) qəpik dövlət rüsumu tutulması, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan – çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat Italiya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat Italiya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat Italiya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), qiyməti 1300 manat divan, qiyməti 435 manat 3 ədəd ayaq altı (5x4 =200 manat, 4 x3 =150 manat, 3x2 =85 manat ), qiyməti 100 manat nahar boşqab dəsti, qiyməti 600 manat ətçəkən maşın (Samsung), qiyməti 130 manat olan ütü və ütü atlığı, qiyməti 120 manat olan 4 qutu bokal dəsti, qiyməti 30 manat 6 ədəd stul üzü, qiyməti 35 manat blendr, qiyməti 50 manat divar saatı, qiyməti 300 manat 4 ədəd suvenir, qiyməti 35 manat heykəl suvenir, qiyməti 50 manat pokrıval, qiyməti 40 manat 8 ədəd dibçəkdə təbii gül, həmin əmlaklar olmadıqda dəyərinin və qiymətləndirilmə rəyinin tərtib edilməsi üçün ödənilmiş 200 manat tələbinə dair hissəsi rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya toyu və nişanı vaxtı 1600 manata qızıl boyunbağı, bilərzik, sırğa-üzük və nişan üzüyü, qiyməti 1000 manat olan 5 ədəd pərdə, 35 manat olan karniz, 50 manat olan 2 ədəd postel dəsti, 25 manat olan süfrə, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, 60 manat iki ədəd yastıq, sonradan isə qiyməti 1000 manat olan yataq dəsti, qiyməti 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın hədiyyə edilmişdir. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində qalmışdır. Belə olan halda iddiaçı İddiaçı mülkiyyətində olan əmlakları cavabdehdən tələb etmək ixtiyarı vardır

13. İddiaçı iddia ərizəsində çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat Italiya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat Italiya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat Italiya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı) tələb etmiş, lakin həmin qızlların əyarı çəkisi, qiyməti, ümumiyyətlə mövcudluğu və cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın sözügedən qızıl əşyaları hissəsində rədd olunması qənaətinə gəlmişdir.

14. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddiaçıya 2000 ABŞ dollarına (1600 manata) boyunbağı, bilərzik, sırğa-üzük və nişan üzüyü hədiyyə edildiyini etiraf etmiş, lakin sözügedən əmlakın əyarı, çəkisi və qiyməti barədə sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının qızıl əşyaları tələbini cavabdehin mövcudluğunu etiraf etdiyi qaydada təmin olunmasını məqsədə müvafiq hesab etmişdir.

15. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının qızılları sataraq uşağını müalicə etdirdiyini bildirsə də, bu halı sübut edə bilməmişdir.

16. Cavabdeh məhkəmədə izahat verərkən Ülvüyyəyə məxsus yataq dəsti, pərdə, karniz, psatel dəsti, süfrə, qoşa yun döşək, qoşa yun yorğan və iki ədəd yastığın olduğunu bildirmişdir. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid – anası Tükaz Məmmədova isə ifadə verərkən Ülvüyyənin anasının qızı üçün yataq dəsti və paltaryuyan aldığını bildirmişdir. Göründüyü kimi iddiaçı yataq dəsti, pərdə, karniz, psatel dəsti, süfrə, qoşa yun döşək, qoşa yun yorğan, iki ədəd yastıq, paltaryutandan başqa cehiz əşyalarının mövcudluğunu və cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilməmişdir. Bu səbəbdən cehiz əmlakı tələbi qalan hissədə rədd olunmalıdır.

17. Məhkəmə qeyd etmişdir ki, qiymətləndirilmə üçün tərəfin çəkdiyi 200 manat xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddianın həmin hissəsi rədd edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Mülki Məcəllənin 157.2, 660.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 124-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızıllar toyda hədiyyə verilmişdir. Belə ki, tərəfindən tələb edilən qızıl-zinət əşyalarının tələb edilən sayda mövcudluğunu cavabdehin özü etiraf etmiş, həmçinin onun tərəfindən üzərində tələb olunan qızıl-zinət əşyaları ilə çəkilmiş fotoşəkillər də məhkəməyə təqdim olunmuşdur. Habelə cavabdeh valdeyni tərəfindən qızıl-zinət əşyaların mövcudluğu etiraf edilmiş, təqdim edilən fotoşəkillər ilə qızılzinət əşyalarının mövcudluğu tam sübuta yetirilmişdir. O, tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut etməlidir . Odur ki, belə hesab edir ki, hazırda həmin qızıl-zinət əşyaları onun iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qətnamədə qeyd edilmişdir ki, 6 ədəd fotoşəkildə boyunbağı və qolbağ olmuşdur.Halbuki təqdim etdiyi fotoşəkilərdə iddia etdiyi bütün qızıl-zinyət əşyaları açıq-açıq öz əksini tapmışdır.Əlavə olaraq şahid qismində dindirilən keçmiş qaynana Tükəz Kərimova ilə yazışmasında bacısı Gülmiriyə bildirmişdir ki,: “mehman hakimdən soruşub ki,qızıl-zinət əşyalarına əlində sübut yoxdursa bizə heç nə sübut edə bilməz. Bu qızıl-zinət əşyalarının cavabdehdə olduğu sübut olunur. Məhkəməyə sübut olunmuşdur ki, tələb etdiyi mebellər ona ya cehiz kimi və ya anam tərəfindən bağışlanmışdır. Lakin valdeynlərin ona cehiz əşyasını verməsini cavabdehin anası məhkəmə iclasında etiraf etmişdir. Bununla bağlı eyni zamanda cavabdehin anası onunla telefon danışığında qızıl-zinət əşyaların ona aid olmasına dair səs yazısıda məhkəmə təqdim etsə də, hakim bu sübutlara qiymət verməmişdir. Onun anası öz ifadəsində bildirmişdir ki, ona bildirmişdir ki, hələ Ukraynada olanda qızılların keçmiş əri tərəfindən əlindən alıb ata anasına verdiyini dediyini bildirmişdir.Lakin əri onu aldatmış,qızılları atasının qumar borcunu ödənilməsi üçün vermişdir.

21. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastıq hissəsində təmin olunmasını, qalan hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailə həyatı qurarkən Mingəçevir şəhərində anasının adına olan 3 otaqlı mənzildə yaşamış, həmin evdə ata, ana və onlar yaşamışlar. Ailə həyatı qurarkən iddiaçı Ülviyyə Məmmədova şifoner və qoşa yataqdan ibarət yataq dəsti, iki nəfərlik yorğan və döşək, iki ədəd tük yastıq cehiz gətirmişdir. Ailə həyatı quran zaman iddiaçıya valideynləri tərəfindən üzük və sırğadan ibarət komplekt, nişan üzüyü, boyunbağı və qolbağı hədiyyə alınmışdır. Qızıllar sadə qaşlı olubdur, briliyant qaşlı olmayıbdır. Bütün qızılları valideynləri 2006-cı ildə 1600 manata almışdılar. Bir daha qeyd edir ki, valideynləri ilə yaşamışdır. Həmçinin iddiaçı tərəfin cehiz verməyə maddi imkanları olmayıbdır.Toy zamanı atası 1500 ABŞ dolları qız evinə toy etmək üçün pul vermişdi. Ancaq onlar qız toyunu etmədilər. İddiaçı Ülviyyə Məmmədova özbaşına qızıl əşyalarını satıb uşağı müalicə etdirmişdi. İddiaçı özü ona demədən qızılları satıb uşağın müalicəsinə sərf edibdir. Ümumiyyətlə, qızıllar həmişə iddiaçının özündə olubdur. 2020-ci ilə kimi Ukraynada yaşamışlar. 2020-ci ildə Azərbaycana qayıtmışıq. Valideynləri Mingəçevir şəhərində yerləşən evi satmışlar və bir neçə ünvanda yaşamışlar. İddiaçını şifoneri və yataq dəsti sınmışdır. 2020ci ildə valideynlərinə dövlət tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində ev verilmişdir. Hazırda evdə olan əşyalar valideynləri Quzanlı qəsəbəsinə köçərkən özləri alıblar. Həmin əşyalar alınan zaman biz Ukraynada olmuşdur. İddiaçının qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastığı evdədir. İstədiyi vaxt götürə bilər. Bundan başqa valideynləri evində iddiaçıya məxsus hər hansı cehiz və digər əşyaları yoxdur. İddiaçı tərəfindən göstərilən əmlaklar olubdur. Həmin vaxtdan 20 il keçibdir. O, əşyalar hazırda olsa belə bu günə çatması və qiymətləri real deyil. Şahid qismində dindirilən Gülgəz Məmmədova izahatında göstərmişdir ki, guya Ülviyyənin qızıl əşyaları onun anasında olmuşdur. Həmçinin də göstərir ki, 2017-ci ildə ata və ana Ülviyyəyə məxsus qızılları Ukraynadan götürərərək Azərbaycana gəlmişlər. Şahid ziddiyyəti izahat vermişdir. Əgər qızıl qaynanada idisə, necə olur ki, yenə də qızılları alıb Azərbaycana gətirir. İddiaçı tərəf məhkəməyə qızıl əşyalarının anasında olmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Şahid göstərmişdir ki, guya iddiaçının cehizlərini bibisi Simuzər 2018-ci ildə satmış, 2021-ci ildə Ülviyyəyə 1200 ABŞ dolları göndərmiş, Ülviyyə özünə yataq dəsti almış və 900 manata Ülviyyəyə paltaryuyan maşın almışlar. Göstərilənlər həqiqəti əks etdirmir, tamamilə yalandır. Şahidin dedikləri heç nə ilə təsdiq olunmur, bu barədə hər hansı sübut yoxdur. İddiaçının anası ona 1200 ABŞ dolları verməyib və paltaryuyan maşın almayıbdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin şahidinin əsası olmayan sübutlarını daha əsaslı saymış, tərəfindən dəvət olunan şahidlərin və təqdim etdiyi sübutları əsassız saymışdır. Vəsatəti əsasında dindirilmiş şahid Ramin Kərimov nənəsi Tükəz Kərimovanın işləyərək evə kreditlə yataq dəsti, mətbəx mebeli aldığını göstərmişdir. Vəsatətəti əsasında dindirilmiş şahid Tükəz Kərimova bizim Ukraynada yaşayan zaman oğlumun zəhərləndiyi üçün Ülviyyənin qızıl əşyalarını sataraq uşağı müalicə etdirdiyini, Ülviyyənin qızılları Azərbaycana gətirmədiyini, Ülviyyənin anasının evə yataq dəsti və paltaryuyan almadığını və ya hər hansı məbləğdə pul vermədiyini, evdə olan mebellərin işləyərək özü tərəfindən alındığını göstərmişdir. Bundan əlavə, mübahisə ilə bağlı daha çox məlumatı olan Kərimov Mehman Məhəmmədəli oğlunun şahid qismində dindirilməsi barədə vəsatət versəm də məhkəmə tərəfindən həmin şahid dindirilməmişdir. Göründüyü kimi, heç bir sübut olmadan, yalnız iddiaçı tərəfin yeganə şahidinin göstərdiyini əsaslı sayaraq, onun və şahidlərinin göstərdiklərini əsassız sayaraq düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 bildirdi ki, divan, xalçalar, ət maşını, ütü və ütüaltı stolu həmin evdə qalmışdır. Sadəcə özünə məxsus olan əşyaları tələb edir, onlara məxsus olan əşyalar ümumiyyətlə lazım deyil. Cavabdeh izahatında 1600 manatlıq qızıl aldığını qeyd etdiyi üçün məhkəmə 1600 manat dəyərində qızılın tutulmasına qərar vermişdir. Ukraynada yaşayarkən oğlu 2009-cu ildə anadan olmuş, 2011 - ci il tarixində xlor içərək zəhərlənmişdir. Amma 2008 - ci ildə anadan olmuş digər övladı isə 3 yaşında baş vermiş hadisə ilə əlaqədar şahid qismində məhkəmədə dindirilmişdir. Valideynlərinin köməyi ilə övladının müalicəsini həyata keçirmiş, amma bunun üçün qızılları satmamışdır. Qaynana və qaynatası Azərbaycana gələn zaman cavabdeh qızılları qaynanasına verməyini bildirdi ki, anası saxlasın amma sonradan öyrəndi ki, Azərbaycana gəldikdən sonra qızıllarını ondan icazəsiz burada satıblar. Cavabdeh ona fiziki zor tətbiq etdiyi üçün qızılları vermək məcburiyyətində idi. Toy şəkilləri və video cavabdehin evində daha çoxdur, onda olan sübutlar sadəcə iş materiallarında olanlardan ibarətdir. Dəyəri 1600 manat olan boyunbağı, bilərzik, sırğa - üzük, nişan üzüyünü cavabdeh almışdı, qalan bütün qızılları isə anası hədiyyə alsa da, cavabdeh satıb pulunu xərcləmişdir. Anası həmin qızılları Ukraynada yaşayarkən ona ad günündə almışdı. Onun 3 fərqli boyunbağı olmuşdur: zimeyka saçaqlı boyunbağı, bismak markalı boyunbağı və cavabdehlərin toy üçün aldığı İtaliya istehsalı brilyant qaşlı boyunbağı. Lakin məhkəmə onlardan sadəcə birinin tutulmasına qərar vermiş, qiymətini isə dəyərindən daha az məbləğdə qiymətləndirmişdir, halbuki qiyməti 4940 manat təşkil etmişdir. Çəkisi 8.7 qram, əyarı 585, 1218 manat dəyərində Rusiya istehsalı zimeyka saçaqlı boyunbağı, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat olan Rusiya istehsalı bismak markalı boyunbağı və klon, eyni zamanda cavabdehin toy üçün verdiyi qızılların şəkilləri iş materiallarında mövcuddur. Cavabdeh onu döyüb təhqir etdiyi üçün ondan ayrılmağa qərar vermişdir. Cavabdeh və qaynata onu döyərək evdən qovmuşdur. Hətta qaynatası onu döyməsi ilə bağlı polisə də müraciət etmişəm. Birinci cehizi cavabdehin ailəsi satıb pulunu xərcləmişdi, sonradan bizə Ağdamda boş ev verildiyi üçün ikinci dəfə cehiz əşyalarını anam özü almışdır. Ət çəkən maşın, ütü və ütüaltlığının, blender, 5 ədəd pərdənin, 3 ədəd xalçanın və paltaryuyan maşının verilməsini tələb edir. Süfrəni, stul üzünü, divar saatını, gül suvenirini, çexolu, prostinanı, bakalı, karnizi, nahar boşqab dəstini və divanı tələb etmir.

25. Cavabdehin nümayəndəsi Kərimov Mehman Məhəmmədəli oğlu izahatında bildirdi ki, ona məxsus olan əşyalarını gəlib aparmasına etiraz etmir. Tələb etdiyi divanı isə yoldaşı günəmuzd çalışaraq özü qazanıb almışdır, divan və xalçalar iddiaçıya məxsus deyildir. Tələb olunan əmlakları könüllü qaydada təhvil verməyə etiraz etmirlər. Onlar qızılların hamsını iddiaçının özünə təhvil vermişlər, onlarda qızıl yoxdur. Nəvəsi xlor içərək zəhərləndiyi vaxt oğlu iddiaçı ilə birlikdə yaşamırdı, deportasiya olunacağı üçün qaçıb gizlənmişdi. Qızılın satışından əldə olunan pul evə qoyulmuşdu və nəvənin müalicəsi üçün evdə saxladıqları ümumi büdcədəki puldan istifadə etmişdirlər. Divanı yoldaşı sahədə çalışıb alaq işləri görərək özü almışdır və bununla bağlı xeyli şahidlər mövcuddur. Amma iddiaçıya məxsus əşyaların qaytarılmasına etiraz etmirlər. Paltaryuyan, 5 ədəd pərdə, 3 ədəd xalça, nahar boşqab dəsti, Samsung markalı ətçəkən maşın, karniz, ütü və ütü altlığı, heykəl, evdə mövcuddur, amma 4 qutu bokal dəsti, 1 ədəd süfrə və qadınların istifadə etdiyi digər əşyalar barədə məlumatı yoxdur. Qoşa yun döşək və yorğan evdə mövcuddur, amma yoldaşı özü tikdirmişdir. Blender xarab olduğu üçün yenisini almışlar, amma onu da verməyə etiraz etmirlər.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı iddianın təmin edilməmiş hissəsində, cavabdeh isə qətnaməni iddianın təmin olunan qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastıq hissəsi istisna olmaqla digər hissələrdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası ilkin olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

31. Apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastıq hissəsi istisna olmaqla digər hissələrdə mübahisələndirmiş, beləliklə də, həmin əşyaları ilə bağlı iddianın təmin olunan hissəsi ilə razılaşmışdır.

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin cehiz əşyalarına münasibətdə izahatından müəyyən olunur ki, cavabdeh tərəf iddiaçıya məxsus, tələbdə göstərilən əşyaların əksəriyyətinin qaytarılmasına etiraz etmir. Bu hissədə iddiaçı tərəf məhkəmə iclasında süfrəni, stul üzünü, divar saatını, gül suvenirini, çexolu, prostinanı, bakalı, karnizi, nahar boşqab dəstini və divanı qarşı tərəfdən tələb etmədiyini, həmin hissədə iddianı müdafiə etmədiyini qeyd etdi. Cavabdehin nümayəndəsi isə iddiaçının tələb etdiyi əşyaların onlarda olduğunu və həmin əşyaların qaytarılmasına etiraz etmədiyini bildirdi.

33. Beləliklə də, bu hissədə nəticə etibarı ilə, iddiaçıya məxsus qiyməti 1000 manat olan yataq dəsti, 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın, 1000 manat olan 5 ədəd pərdə, 435 manat 3 ədəd ayaq altı, 600 manat ətçəkən maşın (Samsung), 130 manat olan ütü və ütü atlığı, 35 manat heykəl suvenir, 35 manat blendr, 50 manat pokrıval, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, onlar olmadığı təqdirdə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

34. İddia tələbinin qızıl-zinət əşyalarının tələbi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan fotoşəkillərin, yazışmaların və digər sənədlərin tədqiqindən və tərəflərin izahatlarının məcmu halında dəyərləndirilməsindən hesab edilir ki, sözügedən qızıl əşyalarının mövcudluğu danılmaz faktdır.

35. Belə ki, cavabdeh tərəf qızıllara münasibətdə bildirmişdir ki, həmin qızıllar mövcud olmuş, lakin onların hər birini iddiaçının özünə təhvil verdikləri üçün hazırda onlarda sözügedən qızıl əşyaları mövcud deyildir. İzahat zamanı cavabdehin nümayəndəsi nəvəsinin xlor içərək zəhərləndiyi vaxt nəvənin müalicəsi üçün evdə olan ailə büdcəsində pul xərcləndiyini, müalicə pulunun özü tərəfindən verildiyini bildirsə də, sonradan qızılların satışı ilə bağlı verilən suala cavab olaraq isə qızılların satıldıqdan sonra əldə edilən pulu da evə qoyduqlarını bildirmişdir.

36. Kollegiya hesab edir ki, cavabdeh tərəfin tələbin bu hissəsi ilə bağlı etirazı inandırıcı və əsaslı deyildir. Belə ki, tərəf həm qızıl əşyalarının uşağın müalicəsi üçün satdıqlarını, həm də zəhərlənən vaxt həmin pulun evdə olmasını bildirməsi ailənin əvvəlcədən uşağın zəhərlənməsi halının baş verə biləcəyi ehtimalı ilə qızıl əşyalarını satması anlamına gəlir. Bu isə ağlabatan olmadığından, qızıllara münasibətdə cavabdeh tərəfin mülahizəsi sübutla öz təsdiqini tapmadığından əsassızdır.

37. Həmçinin məhkəmə kollegiyası tərəflər arasında münaqişəli münasibətin və ailədaxili ixtilafların olmasını nəzərə alaraq qeyd edir ki, belə olan halda, iddiaçının evi tərk edərkən qızıl-zinət əşyalarını da özü ilə aparması məntiqi deyil. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş tərəflər arasındakı yazışmalardan görünən odur ki, cavabdeh qızılların onda olmadığını təsdiq edəcək fikir söyləməmiş, qızıl əşyalarının onda olduğunu inkar etməmişdir.

38. Kollegiya bununla bağlı qeyd edir ki, Ailə Məcəlləsinə əsasən, nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. O da qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları işdə olan çəkilmiş fotoşəkillərdə əks olunmuşdur. Kollegiya qızıl əşyaları ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbindəki qızıl əşyaları, həmin əmlaklar olmadıqda onların dəyəri iddiaçıya verilməlidir.

39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

40. İddiaçı haqlı olaraq qeyd etmişdir ki, məhkəmə cavabdeh izahatında 1600 manatlıq qızıl aldığını qeyd etdiyi üçün məhkəmə 1600 manat dəyərində qızılın tutulmasına qərar vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmişdir. Belə ki, qətnamənin “qət etdi” qismində həm cəmi qiyməti 1600 manat olan boyunbağı, bilərzik, sırğa-üzük, nişan üzüyünün iddiaçıya verilməsini, həm də iddia tələbinin qızıl əşyaları ilə bağlı hissədə rədd edilməsini qeyd etmişdir. Bununla da, iş üzrə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

41. Kollegiya «xxxx» MMC -nin ##.##.2025-ci il tarixli *** saylı mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməklə hesab edir ki, mübahisələndirilən qızıl-zinət və cehiz əşyaları həmin əmlaklar olmadıqda onların dəyəri rəydə qeyd edilən məbləğdə müəyyən edilməlidir. Belə ki, həmin rəyə tənqidi yanaşılması üçün əsaslar müəyyən edilmir.

42. Ekspert rəyinə uyğun olaraq, çəkisi 24,7 qram, əyyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyyarı 750, qiyməti 2740 manat Italiya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyyarı 750, qiyməti 3060 manat Italiya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyyarı 750, qiyməti 1700 manat Italiya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), həmin əmlaklar olmadıqda onların dəyərı iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 384.0.3, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, həmin iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Mübahisəli əşyalardan - çəkisi 24,7 qram, əyyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyyarı 750, qiyməti 2740 manat Italiya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyyarı 750, qiyməti 3060 manat Italiya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyyarı 750, qiyməti 1700 manat Italiya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), qiyməti 1000 manat olan yataq dəsti, 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın, 1000 manat olan 5 ədəd pərdə, 435 manat 3 ədəd ayaq altı, 600 manat ətçəkən maşın (Samsung), 130 manat olan ütü və ütü atlığı, 35 manat heykəl suvenir, 35 manat blendr, 50 manat pokrıval, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, həmin əşyalar mövcud olmadığı təqdirdə onların müəyyən edilmiş dəyəri cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı və cavabdehin apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən alınaraq iddiaçıya verilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar