Məhkəmə qərarları › İş №2(3-7)-645/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-645/2026

12.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(3-7)-645/2026 12.08.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər X14, cavabdeh1, üçüncü şəxslər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə qarşı iş üzrə QƏTNAMƏSI Açarǝsözlər: Qanunǝüzrəǝvərəsəlikǝhüququǝhaqqındaǝşəhadətnaməninǝetibarsızlığıǝvə ǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝmirasǝmülkəǝpayınǝmüəyyənǝedilməsiǝtələbi GəncəǝApellyasiyaǝMəhkəməsininǝMülkiǝKollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay IsmayılǝqızıǝvəǝX12ǝibarətǝtərkibdə, X13ǝqızınınǝkatibliyi, Iddiaçıǝİddiaçıǝiştirakıǝilə, Iddiaçı İddiaçı cavabdehlər X14, cavabdeh1, üçüncü şəxslər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə qarşı miras əmlaka payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıǝqətnaməniǝqəbulǝetdi. Işin halları

1. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ǝ##.##.1984-cüǝildəǝanadanǝolmuşdur.

2. Bərdə rayon Icra hakimiyyəti Başçısının Güloğlular kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-cü il tarixli, *** saylı Arayışdan görünür ki, İddiaçı BərdəǝrayonǝŞorəlliǝkəndindəǝyaşayır.ǝ

3. AZ-II №****** nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ##.##.2018-ciǝilǝtarixdəǝvəfatǝetmişdir.

4. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-İ №****** nömrəliǝArayışdanǝgörünürǝki,ǝX6 ##.##.2021-ciǝilǝtarixdəǝvəfatǝetmişdir.

5. AZ-II №****** nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ##.##.2021-ciǝilǝtarixdəǝvəfatǝetmişdir.

6. AZ-II №****** nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 arasında Bərdə regional “ASAN xidmət” X26 ##.##.2019-cu il tarixdə *** nömrəli akt qeydi iləǝnikahǝbağlanmışdır.ǝNikahǝbağlandıqdanǝsonraǝarvadaǝHüseynovaǝsoyadıǝverilmişdir.

7. AZ-IV №****** nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2020-ci il tarixdə anadan olmuşdur. Ata qafasında at adı X7, ana qrafasında ana adı X3 qeydǝolunmuşdur.

8. Bərdə rayon Icra hakimiyyəti Başçısının Güloğlular kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli Arayışdan görünür ki, Bərdə rayon Şorəlli kəndində yaşamış X10 Bəhrəm oğlunun aşağıdakı ailə üzvləri vardır: cavabdeh2, İddiaçı, X7ǝ(vəfatǝedib)ǝvəǝcavabdeh1.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Saxsinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən vəkilə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, X10 Bəhrəm oğlunun adına Bərdə rayonu, Şorəlli kəndində yerləşən fərdi yaşayış evi ##.##.2011-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.ǝX21 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsininǝ*ǝsaylıǝBərdəǝəraziǝidarəsindəǝəmlakǝqeydiyyataǝalınmamışdır.

10. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il məktubdan görünür ki, İddiaçı ## #### 2021-ci ildə vəfat etmiş atasıX6 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aranızda ixtilaflar olduğunu bildirmişdir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğundan məhkəməyə müraciət etməsiǝtövsiyyəǝolunmuşdur.

11. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən vəkilə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, X6 və X21 barəsində vərəsəlik işinin açılmasına dair "Elektron notariat" X46 məlumat axtarışı bazasında axtarış zamanı ## ### 2025-ci il tarixədək olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır.

12. Torpağın mülkiyyətə verilməsinə dair JN-122A KOD ******** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə Bərdə rayon Şorəlli kənd sakinləri X8, X21, cavabdeh2 Rəşad oğlunun, İddiaçı Rəşad oğlunun, cavabdeh1 Rəşad qızının və X9 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il qeydiyyat tarixli, Seriya MA, №******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Şorəlli kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşənǝfərdiǝyaşayıǝeviǝxüsusiǝmülkiyyətǝhüquqǝüzrəǝX6ǝtamǝmülkiyyətindədir.

14. Məhkəmənin sorğusuna əsasən Bərdə rayon Icra hakimiyyəti Başçısının Güloğlular kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli Arayışdan görünür ki, Bərdə rayonu, Şorǝlli kəndində yaşamış X10 Bəhrəm oğlunun vərəsələri:ǝ 1. X14 (oğlu).ǝ 2. İddiaçı (oğlu).ǝ 3. cavabdeh1 (qızı).ǝ 4. X7 (oğlu ölüb).ǝ 5. X21 (arvadı ölüb).ǝ X10 miras qalmış Bərdə rayonu, Şorǝlli kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər:ǝ 1. X14 (oğlu).ǝ 2. İddiaçı (oğlu).ǝ 3. cavabdeh1 (qızı).ǝ 4. X7 (oğlu ölüb).ǝǝ5.ǝX21ǝ(arvadıǝölüb)ǝibarətdir.

15. X10 miras qalmış Bərdə rayonu, Şorǝlli kəndində yerləşən fərdi yaşayış evi X10 Bəhrəm oğlunun vəfatından sonra mərhum (oğlu) X7 tərəfindən miras əmlak kimi qəbul edilmiş, bir müddət həmin evdə yaşadıqdan sonra X7 vəfat etmişdir. HüseynovǝBəhrəm Rəşid oğlunun vəfatındanǝsonraǝhəminǝfərdiǝyaşayışǝevindəǝvərəsələrǝyaşamır.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” X26 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğu ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2025-ci il tarixədək yoxlama aparılmış və vətəndaşın Bərdə rayonu İ.N. tərəfindən qeydə alınmış ** saylı, ##.##.1979-cu il tarixli X6 X27 nikah haqqında akt qeydi, Bərdə rayonu Şatırlı k. İ.N. tərəfindən qeydəǝalınmışǝ**ǝsaylı, ##.##.1958-ci il tarixli X6ǝdoğumǝhaqqındaǝaktǝqeydləriǝaşkarǝedilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaşın aşağıda qeyd edilən övladları aşkar edilmişdir:ǝ 1.Hüseynova Aygün, Rəşid qızı (##.##.1981) anası X15 2.X16 (##.##.1983), müəyyən edilməyibǝ 3.X7 (##.##.1989), anası X21 qizi 4.İddiaçı (##.##.1984), anası X20ǝ Qeyd: 1.X7 və İddiaçı anası X20 (##.##.1957), lakin X6 X20 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilməmişdir.ǝ Qeyd:2 cavabdeh2 informasiya sistemində doğumǝhaqqındaǝaktǝqeydiǝaşkarǝedilməmişdirǝqoydǝolunanǝvətəndaşınǝnikahıǝaşkarǝedilmişdir.

18. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” X26 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğu ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2025-ci il tarixədək yoxlama aparılmış və vətəndaşın Bərdə rayonu k. İ.N. tərəfindən qeydə alınmış ** saylı, ##.##.1979-cu il tarixli nikah haqqında akt qeydi aşkar edilmişdir. Doğum haqqında akt qeydi informasiya sistemində aşkar edilməmişdir.ǝ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaşın aşağıda qeyd edilən övladları aşkar edilmişdir:ǝ 1.X11 (##.##.1981) 2.X16 (##.##.1983) 3.X7 (##.##.1989).

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. Iddiaçı İddiaçı cavabdehlər X14, cavabdeh1, üçüncü şəxslər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4nun vəfatından sonra Bərdə rayon Şoralli kəndində yerləşən əmlaka dair onun payının müəyyən edilərəkǝmülkiyyətǝhüquqununǝtanınmasıǝbarədəǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.

20. Iddiaçı iddia tələbini belə əsaslandırılmışlar ki, o, X6 və X21 övladıdır. X4 ## #### 2021-ci il tarixdə, anası X20 isə ## ######## 2018-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə yəni, ##.##.2011-ci il tarixdə mülkiyyətində olan Bərdə rayon Şorǝlli kəndində yerləşən fərdi yaşayış evi dövlət reyesterində qeydiyyata alınmışdır.ǝ Bu barədə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Bərdə Ərazi Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə arayış verilmişdir.ǝ X25 oğlundan qalan miras əmlakların bölüşüdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bərdə Regional "ASAN" Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, həmin idarǝdən ##.##.2025-ci il tarixdə cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciətǝetmişdir.

21. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iləǝ(hakimǝFərmanǝAbdullayev)ǝiddianınǝtəminǝedilməməsiǝqətǝedilmişdir.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1243.3, 1255, 1261, 1274, 1275 və 1291 maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsininǝ14.2,ǝ77.1,ǝ217.4-cüǝvəǝ216-220-ciǝmaddələrinəǝistinadǝetmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

23. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaǝtələbininǝtəminǝedilməsiniǝxahişǝetmişdir.ǝ

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üçün əhəmiyyətli olan faktiki halları gözdən keçirmədən qətnamə qəbul etmişdir. Bildirir ki, o, savadsız adamdır. Onun əsas tələbi atasından miras qalmış evdən payına düşən əmlakı əldə etməkdir. Bunun üçün də vərəsəlik şəhadətnaməsi açılması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə hakim ona tələbinin yanlış qoyulduğunu və bu barədə düzəliş edə biləcəyini izah etməmişdir. O, rəhmətlik valideynindən qalan mirasdan öz payını istəyir. Bunun üçün lazımlı bütün sənədləri toplayıb məhkəməyə təqdim etmiş, məhkəmə iclasında da öz tələbini əsaslandırmışdır. Lakin, hakim onun tələbinə diqqətsiz yanaşmış və qanunsuz qətnamə qəbul etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi iş üçün əhəmiyyətli olan sübutları nəzərə almamışdır. Belə ki, tələb etdiyi həmin mirasda onun əziyyəti böyükdür. Lakin, cavabdehlər həmin mirasın bütövlükdə rəhmətə gedən qardaşı X7 ailəsinə qalmalı olduğunu iddia edirlər. Halbuki heç onlara o, evdə yaşamağa imkan vermirlər, evi də bir qohuma kirayə veriblər. Məhkəmədə özlərini təmizə çıxarmaq üçün guya kiranəçinin evi 10 günə tərk edəcəyi və qardaşının ailəsini gətirib o, evə yığacağı barədə izahat veriblər. Amma bu tamamilə ağ yalandır. Cavabdehlər rəhmətlik qardaşından qalan mirası ələ keçirmiş və onun həyat yoldaşı ilə birlikdə idarə etməyə başlamışdırlar. Hər birinin ayrıca evləri vardır. Buna görə hazırda miras qalmış əmlak kirayəyə verilmiş və qazanc mənbəyinə çevrilmişdir. Məhkəmə bütün bunları nəzərəǝalmadanǝqətnaməǝqəbulǝetmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ǝǝǝǝǝǝǝ25.ǝApellyasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, X6 və X21 övladıdır. X4 ## #### 2021-ci il tarixdə, anası X20 isə ## ######## 2018-ci il tarixdə vəfat etmişdir. O, 2017-ci ildən ata yurdundan ailəsi ilə köçüb başqa evdə yaşayır. Valideynləri öləndən sonra o, miras qalmış evdə yaşamamışdır. Atası vəfat etməmişdən öncə yəni, ##.##.2011-ci il tarixdə mülkiyyətində olan Bərdə rayon Şorǝlli kəndində yerləşən fərdi yaşayış evi dövlət reyesterində qeydiyyata alınmışdır.ǝ Bu barədə ona arayış verilmişdir.ǝ X25 oğlundan qalan miras əmlakların bölüşüdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bərdə Regional "ASAN" Xidmət Mərkəzində Notariat Ofisinə sonradan müraciət etmiş, həmin idarǝdən ##.##.2025-ci il tarixdə cavab verilmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Məhkəməyə təqdim etməyə başqa sübutları yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsininǝqətnaməsininǝləğvǝedilməsiniǝvəǝiddianınǝtəminǝedilməsiniǝxahişǝetmişdir.ǝǝǝ

27. Iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkünǝhesabǝetmişdir.

Tətbiq edilən hüquq ǝǝǝǝǝAzərbaycanǝRespublikasınınǝKonstitusiyası

28. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiəǝolunur.ǝǝ ǝǝ29.ǝMaddəǝ29.ǝİ.ǝHərǝkəsinǝmülkiyyətǝhüququǝvardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyətǝhüququǝqanunlaǝqorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etməkǝvəǝonunǝbarəsindəǝsərəncamǝverməkǝhüquqlarındanǝibarətdir. VII.ǝDövlətǝvərəsəlikǝhüququnaǝtəminatǝverir.

AzərbaycanǝRespublikasınınǝMülkiǝMəcəlləsi

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanunǝüzrəǝvəǝyaǝvəsiyyətǝüzrəǝvəǝyaǝhərǝikiǝəsaslaǝkeçir.ǝ

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnaməǝtamamiləǝvəǝyaǝqismənǝetibarsızǝsayılır.

32. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi iləǝaçılır.ǝ

33. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəməǝqərarınınǝqüvvəyəǝmindiyiǝgünǝmirasınǝaçıldığıǝvaxtǝsayılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlakǝhüquqlarınınǝ(mirasǝaktivi)ǝvəǝvəzifələrinǝ(mirasǝpassivi)ǝtoplusuǝdaxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələrǝsayılırlar:

36. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuşǝuşaq,ǝarvadǝ(ər),ǝvalideynlərǝ(övladlığaǝgötürənlər). ǝǝǝ37.ǝMaddəǝ1243.1.ǝMirasıǝistərǝqanunǝüzrə,ǝistərsəǝdəǝvəsiyyətǝüzrəǝvərəsəǝqəbulǝedir.

38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmişǝsayılır.

39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamiləǝqəbulǝetmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğununǝyoxlanılmasınaǝdair”ǝ## #### 2014-cüǝilǝtarixliǝQərarı

40. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnuǝ(subyektivǝvərəsəlikǝhüququ)ǝhəyataǝkeçirməmişdirsəǝhəminǝhüququǝitirir.

AzərbaycanǝRespublikasınınǝMülki-ProsessualǝMəcəlləsi

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmişǝqaydadaǝməhkəməǝmüdafiəsindənǝistifadəǝetməkǝhüququnaǝmalikdirlər.

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.ǝ

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinəǝuyğunǝəsaslandırılmalıdır.

47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianınǝtəminǝolunub-olunmadığınıǝmüəyyənǝedir. ǝǝǝǝ48.ǝMaddəǝ218.3.ǝHakimǝişdəǝiştirakǝedənǝşəxslərinǝverdiyiǝtələblərǝüzrəǝqətnaməǝçıxarır. ǝ49.ǝMaddəǝ384.0.ǝApellyasiyaǝinstansiyasıǝməhkəməsi: 384.0.1.ǝqətnaməniǝdəyişmədən,ǝapellyasiyaǝşikayətiniǝisəǝtəminǝetmədənǝsaxlayaǝbilər;

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqdaǝisəǝtamǝyoxlayır.ǝ

52. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniǝyoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar”ǝqaydasınaǝçevrilir».ǝ

54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığınınǝtamǝşəkildəǝyoxlanılmasıǝtəşkilǝedir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquqǝmünasibətiniǝtənzimləyənǝmaddiǝhüquqǝnormalarıǝdüzgünǝtətbiqǝolunmuşdur.

56. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçünǝəsasǝyoxdur.

57. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədənǝsaxlanılmalıdır.ǝǝǝ

58. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansıǝsübutlarǝməhkəməǝkollegiyasınaǝtəqdimǝedilməmişdir.ǝ

59. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki ProsessualǝMəcəlləninǝ77.1,ǝ14.2,ǝ88ǝvəǝ217.4-cüǝmaddələri).

60. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktikiǝhallarıǝvəǝhüquqiǝəsasıǝaraşdırılmalıdır.

61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquqǝnormalarınaǝuyğunǝçıxarılmasıǝbaşaǝdüşülür.

62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarınaǝuyğunǝolsun.ǝ

63. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququnaǝmalikǝolmasıǝtəsbitǝedilmişdir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydınǝgöstərilməlidir.

65. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonraǝonlaraǝtətbiqǝedilməliǝhüquqǝnormalarınaǝmüvafiqǝolaraqǝqiymətǝverilməlidir.

66. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiyaǝməhkəməsiǝgəldiyiǝnəticəǝtamǝəsaslıǝolmuşdur.

67. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinəǝdairǝkeçirilir.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdirǝki,ǝməhkəməǝicraatıǝhəqiqətinǝmüəyyənǝedilməsiniǝtəminǝetməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdənǝəsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən aktǝkimiǝçıxışǝetməlidir.

71. Mülki işin yuxarıda sadalanan və tədqiq olunan hallarından göründüyü kimi, Bərdə rayonu, Şorəlli kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayı evi xüsusi mülkiyyət hüquq üzrə X10 Bəhrəm oğlunun mülkiyyətində olmuşdur. Miras qoyan X6 ##.##.2021-ci ildə rəhmətə getmişdir. Iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 mərhumun övladları olmaqla mərhum Rəşid Hüseynovun qanun üzrə birinci dərəcəli vərəsələridir. Birinci instansiya məhkəməində işə baxılarkən müəyyən edilmişdir ki, X10 miras qalmış Bərdə rayonu, Şorǝlli kəndində yerləşən fərdi yaşayış evi X10 Bəhrəm oğlunun vəfatından sonra mərhum (oğlu) X7 tərəfindən miras əmlak kimi qəbul edilmiş, bir müddət həmin evdə yaşadıqdan sonra X7 vəfat etmişdir. HüseynovǝBəhrəm Rəşid oğlunun vəfatından sonra həmin fərdi yaşayış evində vərəsələr yaşamır.ǝBununla yanaşı iddiaçı İddiaçı özü də atasından miras qalan əmlakın faktiki olaraq mərhum qardaşının həyat yoldaşı və cavabdehlər tərəfindən idarə olunduğunu bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, Mülki Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılanǝişdəǝmirasǝiddiaçıǝtərəfindənǝhərǝikiǝhaldaǝqəbulǝedilməmişdir.ǝ

72. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi PlenumununǝG.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı). Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasınınǝ17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü ilǝtarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Həmin qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Beləliklə, baxılan işin faktiki hallarından müəyyən olunur ki, yuxarıda qeyd olunduğu kimi Bərdə rayon Şorəlli kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayı evi xüsusi mülkiyyət hüquq üzrə X6 mülkiyyətində olmuşdur. X6 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Iddiaçı və cavabdehlər mərhumun övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Birinci instansiya nəhkəməsinin sorğusu əsasında əldə edilmiş Bərdə rayon Icra hakimiyyəti Başçısının Güloğlular kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan müəyyən olunur ki, X10 miras qalmış Bərdə rayonu, Şorǝlli kəndində yerləşən fərdi yaşayış evi X10 Bəhrəm oğlunun vəfatından sonra mərhum (oğlu) X7 tərəfindən miras əmlak kimi qəbul edilmiş, bir müddət həmin evdə yaşadıqdan sonra X7 vəfat etmişdir. HüseynovǝBəhrəm Rəşid oğlunun vəfatından sonra həmin fərdi yaşayış evində vərəsələr yaşamır.ǝBununla yanaşı iddiaçı İddiaçı özü də atasından miras qalan əmlakın faktiki olaraq mərhum qardaşının həyat yoldaşı və cavabdehlər tərəfindən tərəfindən idarə olunduğunu bildirmişdir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il Qərarından əvvəl, yəni 2007-ci il tarixdən yarandığından hazırki iş üzrə Mülki Məcəllənin həmin Qərarın qəbul olunmasına qədər qüvvədə olan 1246 və 1273-1-ǝciǝmaddələriǝtətbiqǝolunmasıǝdüzgünǝolmuşdur.

73. Göründüyü kimi, baxılan iş üzrə nə birinci instansiyası məhkəməsinə, nə də ki, məhkəmə kollegiyasına mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla da, Məhkəmə Kollegiyasıǝbeləǝbirǝnəticəyəǝgəlirǝki,ǝbaxılanǝişdəǝiddiaçıǝtərəfindənǝǝmirasǝqəbulǝedilməmişdir.ǝ

74. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrəǝdüzgünǝnəticəyəǝgəlmişdir.ǝ

75. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədənǝsaxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçıǝİddiaçıǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan RespublikasıǝAliǝMəhkəməsininǝMülkiǝkollegiyasınaǝkassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyiǝǝgündənǝ2ǝǝayǝkeçdikdənǝsonraǝqanuniǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar