Məhkəmə qərarları › İş №2(3-7)-809/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-809/2026

12.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-809/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: cinayət nəticəsində vurulmuş 5000 manat ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiаçı İddiaçı iştirakı ilə, Işin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarının surətindən görünür ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə, təqsirləndirilən şəxs Cavabdeh etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı İddiaçı birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, yəni Mingəçevir şəhərinin ətrafında yerləşən torpaq sahəsində yonca əkib becərib, biçib sataraq qazanc əldə edəcəklərini və əldə etdikləri qazancı bərabər şəkildə aralarında böləcəklərini yalan vəd edib İddiaçı aldadılmasına nail olaraq 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda İddiaçıla Mingəçevir şəhəri Naxçıvan küçəsi ** nömrəli yaşayış binasının yaxınlığında görüşüb sonuncudan 5000 (beş min) manat məbləğdə pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qərarın nəticə hissəsində: Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 5000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə uzun müddət tanışlıqları vardır. Sahibkarlıq məqsədi ilə ona pul lazım olduğundan birgə sahibkarlıq təklif etmiş və bu adla onu aldadıb 5000 (beş min) manat pul almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Rauf onu aldadaraq etibarından istifadə edib həmin məbləğdə pulunu ələ keçirmişdir. Dəfələrlə istəməyinə baxmayaraq pulu verməmişdir. Onun müraciəti əsasında Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək iş baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsində işə baxılmış, Cavabdeh ona qarşı dələduzluq etməsi tam sübuta yetirilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə məhkəmənin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Ona görə də 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

4. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) cavabdeh Cavabdeh 5000 (beş min) manat məbləğdə pulun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1 və 1096.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.2, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, məhkəmə iclaslarında da qeyd etmişdir ki, iddiaçı İddiaçı 2023-cü ilin martın axırında və ya digər vaxtda hər hansı məbləğdə pul almamışdır. 2023-cü ilin mart ayının axırında iddiaçı ona guya ki, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5000 manat məbləğdə pul vermişdir. Ehtiramın göstərdikləri həqiqətə uyğun deyildir. O, İddiaçı 940 manat məbləğdə pul almışdır. Iddiaçı sələmçi olduğu üçün həmin pulu sələm faizi kimi hesablayır. Halbuki, o, iddiaçıya olan borcunu ödəmişdir. Məhkəmə iddianı təmin edərkən Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2025-ci iltarixli *(***)-***/**** saylı qərarına istinad etmişdir. Lakin, həmin qərardan görünür ki, o, özünü təqsirli bilməmişdir. Qərar qəbul edilən zaman onun müdafiəçisi ona bildirmişdir ki, ərizəyə imza etsin, işə xitam verilsin, o da işə xitam verilməsi ilə bağlı ərizə hesab edərək, imza etmişdir. Kəlbəcər Rayon Məhkəməsi onu dəvət edəndə bu halı məhkəmənin diqqətinə çatdırmışdır. Sübutları, səs yazmaları olan diski təqdim etsə də, heç bir sübutu aydınlaşdırmadan iddianı təmin etmişdir. Onun İddiaçı heç bir borcu yoxdur, o şərçidir, bütün Mingəçevir şəhər sakinləri bilirlər, onun pul tələbi ilə bağlı xeyli sayda məhkəmə qətnamələri vardır. Məhkəməyə vəsatət verərək, İddiaçı sələmçi olmasını sübut etməyə çalışsa da, məhkəmə ona hər hansı şərait yaratmamışdır. Qeyd edir ki, İddiaçı sələm verməsi ilə bağlı onun əlində sübutları vardır, o, İddiaçı 940 manat sələmə pul götürmüş, 1940 manat pul qaytarmış, həmin vaxtı “Norka” deyilən papaq da vermişdir. Onun Ehtirama yox, sonuncunun ona borcu vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, onun cavabdeh Cavabdeh ilə uzun müddət tanışlıqları vardır. Cavabdeh ona sahibkarlıq məqsədi ilə pul lazım olduğunu və birgə sahibkarlıq etməyi təklif etmişdir. Cavabdeh bu adla onu aldadıb 5000 manat pul almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Rauf onu aldadaraq etibarından istifadə edib həmin məbləğdə pulunu ələ keçirmişdir. Dəfələrlə geri istəməyinə baxmayaraq pulu verməmişdir. Onun müraciəti əsasında Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək iş baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsində işə baxılmış, Cavabdeh ona qarşı dələduzluq etməsi tam sübuta yetirilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə məhkəmənin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Onun iddiası təmin edilmiş və 5000 manat pulun cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

21. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında tanışlıq münasibətləri olmuşdur. Cavabdeh Cavabdeh 2023-cü ilin mart ayında birgə sahibkarlıqla məşğul olmaq məqsədilə iddiaçı İddiaçı 5000 manat məbləğində pul almışdır. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh onu aldatmış və qeyd edilən pulu ələ keçirmişdir. Həmin hal Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən qərara əsasən 03 dekabr məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə, təqsirləndirilən şəxs Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı İddiaçı birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, yəni Mingəçevir şəhərinin ətrafında yerləşən torpaq sahəsində yonca əkib becərib, biçib sataraq qazanc əldə edəcəklərini və əldə etdikləri qazancı bərabər şəkildə aralarında böləcəklərini yalan vəd edib İddiaçı aldadılmasına nail olaraq 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda İddiaçıla Mingəçevir şəhəri Naxçıvan küçəsi ** nömrəli yaşayış binasının yaxınlığında görüşüb sonuncudan 5000 (beş min) manat məbləğdə pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə də Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır.

32. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

33. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

34. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdehin iddiaçıdan 5000 manat məbləğində pul alması sübuta yetirilmişdir.

35. Lakin, cavabdeh həmin pulu sələm şəklində aldığını və faizləri ilə birlikdə artıqlaması ilə qaytardığını qeyd etmişdir.

36. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipirəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

38. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

39. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

40. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri həqiqəti əks etdirmir. Belə ki, cavabdeh iddiaçının tələb etdiyi pulu sələm kimi aldığını və faizləri ilə birlikdə qaytardığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutlarını nə birinci instansiya məhkəməsinə nədəki, məhkəmə kollegiyasına təqdim etməmişdir.

42. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

43. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

46. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

47. Işin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 5000 manat məbləğində pul alması öz təsdiqini tapmaqla, işin mübahisəsiz halıdır. Məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Abbasov Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar