Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-940/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı Xudiyev İqbal Zaman oğlunun cavabdeh Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ: İddiaçı Xudiyev İqbal Zaman oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 5500 (beş min beş yüz) manat maddi ziyana, 3000 (üç min) manat əldən çıxmış faydaya, 320 (üç yüz iyirmi) manat hüquqi yardıma görə vəkilə ödədiyi pul olmaqla, ümumilikdə 8820 (səkkiz min səkkiz yüz iyirmi) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı Xudiyev İqbal Zaman oğlunun xeyrinə 5500 (beş min beş yüz) manat maddi ziyan və 320 (üç yüz iyirmi) manat vəkil xərcinin pul əvəzi olmaqla cəmi 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğdə pul vəsaitinin alınması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməsi hissəsində ləğv edilib, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi üzrə verdiyi apellyasiya şikayətindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyatorun ərizəsini araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, təqdim edilmiş ərizədən görünür ki, ərizə Göygöl rayon notariat ofisinin xüsusi notariusu Siyavuş Qurbanov tərəfindən tərəfindən 8İ-4889 reyestr nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Ərizədə cavabdehin şəxsiyyətinin eyniləşdirmə məlumatları və fotoşəkli də əks olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdehla telefon əlaqəsi saxlanılmış, o, iddiaçı ilə aralarında olan anlaşmazlığı həll etdiyi üçün şikayətindən imtina etdiyini bildirmiş və imtinasının qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Belə ki, cvabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. Buna görə də, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Cavabdeh münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-940/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-940/2026
06.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver