Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-950/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh qarşı onun borclu olduğu 39100 (otuz doqquz min yüz) manat pul vəsaitinin və 207 (iki yüz yeddi) manat 30 (otuz) qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(061)-595/2024 tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh borclu olduğu 39100 (otuz doqquz min yüz) manat pul vəsaitinin və 207 (iki yüz yeddi) manat 30 (otuz) qəpik dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(061)-595/2024 tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi və baxılması üçün mülki işin materialları ilə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in * saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Tərtər Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(061)-595/2024 tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermişdir, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı onun borclu olduğu 39100 (otuz doqquz min yüz) manat pul vəsaitinin və 207 (iki yüz yeddi) manat 30 (otuz) qəpik dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə MPM-in * saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmədiyindən Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmiş, həmçinin Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qərardadından şikayətin verilməsi üçün ötürülmüş prossual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, cavabdeh Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi, buraxılmış müddət ona münasibətdə üzrlü hesab edilməsi, müddətin bərpa edilməsi, apellyasiya şikayəti və şikayətin, mülki işlə birlikdə 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh şikayəti qeyri-mümkün hesab edilməli, cavabdeh tərəfindən Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından şikayətin verilməsi üçün ötürülmüş prossual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh müxtəlif vaxtlarda məhkəməyə iki ərizə təqdim edərək, birinci ərizədə Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(061)-595/2024 tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini, ikinci ərizədə isə (səh. 191) Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli nömrəli qərardadından şikayət vermək üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə bərpa bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli nömrəli qərardadından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəyə münasibət bildirmədən ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardad ilə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, cavabdeh Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizəsinin təmin edilməsini qərara almışdır. Hazırkı vəziyyətdə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı qərardadından şikayət verilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından şikayətə baxan birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi, yəni Tərtər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətin bərpasından imtina barədə qərardadı qüvvədə saxladığı halda, qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi, buraxılmış müddətin ona münasibətdə üzrlü hesab edilməsi, müddətin bərpa edilməsi, apellyasiya şikayəti və şikayətin, mülki işlə birlikdə 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınması barədə daxilən zidiyyətli qərardad qəbul edilmişdir. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş icraata qəbul edilmədən Tərtər Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-950/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-950/2026
09.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver