Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-972/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun tanınması və DƏDRXD-an daşınmaz əmlaka dair çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətni yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri, Bakı küçəsi, ev ** saylı fərdi yaşayış evi onun mülkiyyətinə keçirilməsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsindən mülkiyyət hüququnun tanınması ilə əlaqədar çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Mahir Bayramov) iddia təmin olunaraq, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş MH seryalı 0004345 Çıxarışın ləğv edilməsi, Bərdə şəhəri Bakı küçəsində ** saylı ünvanda 0,0102 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı 54 kv metr yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və Çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bərdə ərazi idarəsin həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, 2(021)- ****/**** saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, Bakı küçəsində ** saylı ünvanda 0,0102 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı 54 kv.metr yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin * saylı ərazi idarəsin həvalə edilməsi qət edilmişdir. Daha sonra Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh məhkəməyə prosessual müddətin bərpasına dair ərizə və qətnamədən apellyasiya şikayəti verərək apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək mülki işin apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bərdə Rаyоn Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi, apellyasiya şikayətinin uyğun hesab edilməsi və baxılması üçün mülki işlə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayətin Mülki- Prosessual Məcəllənin 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş MH seryalı 0004345 Çıxarışın ləğv edilməsi, Bərdə şəhəri Bakı küçəsində ** saylı ünvanda 0,0102 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı 54 kv metr yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və Çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bərdə ərazi idarəsin həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, Bakı küçəsində ** saylı ünvanda 0,0102 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı 54 kv.metr yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin * saylı ərazi idarəsin həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsin almış və icra sənədi verilmişdir. Lakin, ## ###### 2026-cı ildə cavabdeh Cavabdeh Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Halbuki, cavabdeh Cavabdeh şikayət verdiyi Bərdə Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qətnamə çıxarılmışdır və cavabdeh Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair ## ####### 2020-ci il tarixli qərardadının 41-ci bəndində qeyd edilir ki, qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh hazırda şikayət verdiyi qətnamə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinin apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qətnamə çıxarılmışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ mövcuddur. Azərbaycan Respublikası MPM: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1 və 363.1.1 apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun verilməmiş, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti bərpa etməklə apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-972/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-972/2026
09.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver