Məhkəmə qərarları › İş №2(3-8)-254/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-254/2026

12.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-254/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun vəkili vəkil1 İbrahim oğlunun, cavabdeh Cavabdeh, onun nümayəndəsi Salmanov Salman Salman oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində gəlin getdiyi evdə onun tərəfindən cehiz qismində aparılmış adları aşağıda qeyd olunmuş əşyaların – 1. yataq otağında: 1) lüstur; 2) taxt-kravat; 3) termo; 4) şkaf; 5) şnavar; 6) boy güzgüsü; 7) paltar sandıq taxtı; 8) yorğan – 3 ədəd; 9) döşək – 2 ədəd; 10) pastel – 8 ədəd; 11) yay ədyalı – 4 ədəd; 12) pakrıval – 2 ədəd; 13) yay yorğanı (ağ rəngdə) – 2 ədəd; 14) dəsmal – 24 ədəd; 15) yorğan, yastıq, döşək naboru; 16) hamam dəsmalı – 24 ədəd; 17) əl-üz dəsmalı – 12 ədəd; 18) yastıq (50x70) – 2 ədəd; 19) qaz tükü yastıq (70x70) – 4 ədəd; 20) çay dəsmalı (nazik) – 24 ədəd; 21) çay dəsmalı (qalın) – 24 ədəd; 22) süfrə – 7 ədəd; 23) süfrə (klyonka) – 7 metr; 24) pərdə; 25) tozsoran vesti; 26) ütü vesti; 27) yun ədyal (qalın); 2. qonaq otağında: 1) televizor; 2) pərdə – 3 ədəd; 3) xalça – 4 ədəd; 4) lüstur – 2 ədəd; 5) divan – 6 yastıqlı; 6) masa və oturacaq – 8 ədəd; 7) kamod; 8) stenka; 9) suvenir divar saatı; 10) servis (ağ və bəzəkli, 48x48) – 2 dəst; 11) xristal qənd qabı – 8 ədəd; 12) servis çaynik; 13) meyvə qabları – çeşidlə; 14) güldan; 15) bakal dəsti – çeşidli; 16) konfet qabı – çeşidlə; 17) qaşıq (24x24) – 24 çeşidlə; 18) vaza naboru; 19) bakal – 5 qutu; 20) bıçaq – çeşid; 21) çörək qabı – çeşid; 22) meyvə səbəti; 23) qrafinka – 6 ədəd; 24) qrafinka nabor – çeşidli; 3. mətbəxdə: 1) kuxna mebeli; 2) qışnizatot; 3) uvalnik; 4) minrodabda peç; 5) çuda peç; 6) stolüstü intinat peç; 7) paltaryuyan; 8) soyuducu; 9) lüstur; 10) stol; 11) stul; 12) qazan dəsti (vest) – 4 ədəd; 13) taxta bıçaq dəsti (vest); 14) boşqab – çeşidli; 15) qaşıq, vilka – çeşidli; 16) aşsüzən – 3 ədəd; 17) yuxayayan oxlov; 18) ədviyyat naboru – 3 ədəd; 19) vaza (çeşidlə) – 10 ədəd; 20) yağ qabı – 6 ədəd; 21) padnos nabor; 22) padnos (hər ölçülü) – 7 ədəd; 23) nabor saxlama qabı; 24) çuqun qazan naboru – 5 ədəd; 25) aş qazanı – 4 ədəd ölçü alın; 26) Saxsı qablar – çeşidlər; 27) bıçaq naboru – ağ; 28) çömçə naboru– ağ; 29) şirniyyat qabları (dəmir); 30) çayniklər – 17 ədəd – çeşidli; 31) çaydan – 8 ədəd – çeşidli; 32) çay dəsmalı – çeşidli; 33) qənd qabları – 20 ədəd – qonaq – çeşidli; 34) gülqabı – 7 ədəd; 35) razetka – 6 ədəd (çeşidli); 36) bakallar – 9 ədəd; 37) çaşqa dəsti – çeşidli; 38) stenkalar; 39) xristal stəkan (12x12) – 24 ədəd; 40) nəlbəki – 15 ədəd (çeşidli); 41) çay stəkanı naboru – 5 qutu; 42) termos – 3 ədəd (çeşidli); 43) qazan naboru (nojenka material); 44) şirniyyat qabı (çeşidli); 45) şirniyyat qabı (çeşidli); 46) tort qabı (çeşidli); 47) şirniyyat qabı (şüşə çeşidli); 48) keks qabı (dəmir çeşidli); 49) ət taxtası (çeşidli); 50) plastik göyərti doğrayan taxta – 3 ədəd; 51) göyərti doğrayan – 2 ədəd; 52) mikser – 2 ədəd; 53) blender; 54) “Tefal” markalı çaynik – tokla; 55) kuxna xalçası; 56) stəkan, nəlbəki naboru – 30 ədəd; 57) stəkan (armudu) – 8 paçka; 58) çaşqa naboru – 8 ədəd; 59) Paşa bage – 4 ədəd; 60) dəm çayniki – 6 ədəd; 61) ana-bala çaynik – 1 ədəd; 62) su stəkanı – 10 paçka; 63) qara nimçə – 24 paçka; 64) çaynik madonno servis – 1 ədəd; 65) ağ servis (nimçəli); 66) çərəz qabı, balıq qabı – 38 ədəd; 67) armudu (qulplu) – 2 paçka; 68) qarşid – 14 dənə; 69) qazan – 3 ədəd; 70) kuxna-bıçaq naboru – 10 ədəd; 71) “Vitex” markalı çaynik, ədviyyat naboru; 72) qazan dəstləri (qarışıq) – 11 ədəd; 4. hamam otağında: 1) kuruşqa; 2) paltar səbət naboru; 3) vedrə pol silən; 4) tək vedrə; 5) paltar sancağı – 24 ədəd; 6) pol taxtası; 7) soyuducu içliyinin cavabdeh Cavabdeh alınaraq ona qaytarılması, əgər həmin əşyalardan hər hansı biri və ya bir neçəsi olmadıqda yaxud yararsız vəziyyətə salındıqda həmin əşyaların dəyəri məbləğində pulun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh ailə həyatı qurmuş və onlara ##.##.2024-cü ildə * saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü ildə AZ-II № ****** saylı nikah haqqında şəhadətnamə verilmişdir. Onun nikahın ləğvi ilə bağlı ərizə verməsinin səbəbi cavabdeh Cavabdeh ilə xasiyyətlərinin heç vaxt tutmamasıdır. Dəfələrlə barışsalar da onlara heç cür xoş yaşamaq qismət olmamışdır. Onun cavabdeh Cavabdeh və anası ilə bir yerdə yaşamaları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq, bir neçə aydır ki, formal xarakter daşıyır. Barışıb bir ailə kimi yaşamaları mümkün deyildir və onlar ayrı yaşadıqları vaxtdan birgə təsərrüfatı idarə etmirlər. O, hazırda atasıgildə yaşayır. Bildirir ki, o, Abşeron * saylı Mediasiya təşkilatına * saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü ildə verilmiş AZ-II № ****** saylı nikah haqqında şəhadətnamənin ləğv edilməsi və cehiz əşyaları qaytarılması ilə bağlı müraciət etmişdir. Yeni yaradılmış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmədən öncə ailə münasibətləri ilə bağlı nikahın ləğvi məsələsinin həll olunması üçün Abşeron * saylı Mediasiya təşkilatına müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi onunla cavabdeh Cavabdeh, artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. ##.##.2025-ci il tarixdə MŞB/*-***** saylı iş üzrə İlkin Mediasiya Sessiyası keçirilmiş, bildiriş almasına və xəbəri olmasına baxmayaraq cavabdeh Cavabdeh İlkin Mediasiya Sessiyasına gəlib iştirak etməmiş, ancaq boşanmağa razı olduğunu bildirmiş, cehiz əşyasının götürülməsinə razılıq bildirməmişdir. Bu səbəbdən də Abşeron * saylı Mediasiya təşkilatına nikahın ləğvi və cehiz əşyalarının qaytarılması məhkəmədə baxılıb həll olunması üçün Abşeron * saylı Mediasiya təşkilatı tərəfindən cavabdehin İMS-də iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh Cavabdeh dəfələrlə evdə yersiz söz-söhbətlər salaraq, onu psixoloji və mənəvi təzyiqlərə məruz qoymuşdur. O, ailəsini qorumaq xatirinə güzəştə getsə də onların aqressiv hərəkətləri, söz-söhbətləri onu hamilə ola-ola dözülməz həddə çatdırmış və bütün bu baş verənlərin nəticəsi olaraq o, cavabdehdən ayrılmağa qərar vermişdir. Bu hadisələr onun yaşadığı evdən məcburiyyət qarşısında çıxmaqla ata evinə getməsinə səbəb olmuşdur. O, evdən çıxarkən heç bir cehiz əşyasını götürməmişdir. Onun cehiz əşyalarına istifadə etmək üçün ehtiyacı vardır. Cavabdeh tərəfindən ona cehiz əşyalarının götürülməsinə heç bir imkan yaradılmamışdır. Qeyd edir ki, adət-ənənələrə müvafiq olaraq hər bir qız kimi o da gəlin getdiyi evə cehiz əşyaları aparmışdır. Artıq cavabdeh ilə aralarında olan nikah məhkəmə qaydasında pozulduğundan ona məxsus olan həmin cehiz əşyaları da ona geri qaytarılmalıdır. İddia ərizəsində göstərilən və onun tərəfindən cehiz qismində aparılmış əşyaların evə daşınmasında qohumları və digər şəxslər də iştirak etmişdirlər. Belə adamlara qarşı artıq mədənilik və səbir nümayiş etdirməyin mənasız olduğunu görüb öz cehiz əşyalarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, o, ## ### 2025-ci ildə bacısının həyat yoldaşına məxsus maşın ilə evə gəlib paltarlarını götürmüşdür. Qarşı tərəfin onun cehiz əşyalarını götürməsinə dair dediklərini təkzib edir. Bir daha qeyd edir ki, o, indiyədək heç bir cehiz əşyasını özü ilə aparmamışdır. Onları məhz qayınanası evdən qovmuşdur, həmin gün anası ona baş çəkmək üçün evə gəlmiş, qayınanası oğluna başqa qız alacağını bildirmiş və ona evi tərk etməsini söyləmişdir. Həmçinin qarşı tərəfin məhkəməyə təqdim etdiyi və guya onun özü ilə birlikdə apardığı cehiz əşyalarının siyahısında onun tərəfindən götürüldüyü qeyd edilmiş əşyaların heç birini aparmamışdır. Eyni zamanda onun tərtib etdiyi siyahıda 8-ci bənddə qeyd edilmiş stenka, 9-cu bənddə qeyd edilmiş suvenir divar saatı, 10-cu bənddə qeyd edilmiş 2 dəst servis (ağ və bəzəkli, 48x48), 11-ci bənddə qeyd edilmiş 8 ədəd xristal qənd qabı, mətbəxdə olan və siyahıda 32-ci bənddə qeyd edilmiş çay dəsmalı, 33-cü bənddə qeyd edilmiş 20 ədəd qənd qabları, 34-cü bənddə qeyd edilmiş 7 ədəd gülqabı, 35-ci bənddə qeyd edilmiş 6 ədəd razetka cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş siyahıda göstərilməmiş və qarşı tərəf siyahıda həmin əşyalara qarşı münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1. yataq otağında: 1) lüstur; 2) taxt-kravat; 3) termo; 4) şkaf; 5) şnavar; 6) boy güzgüsü; 7) paltar sandıq taxtı; 8) yorğan – 3 ədəd; 9) döşək – 2 ədəd; 10) pastel – 8 ədəd; 11) yay ədyalı – 4 ədəd; 12) pakrıval – 2 ədəd; 13) yay yorğanı (ağ rəngdə) – 2 ədəd; 14) dəsmal – 24 ədəd; 18) yastıq (50x70) – 2 ədəd; 19) qaz tükü yastıq (70x70) – 4 ədəd; 24) pərdə; 25) tozsoran vesti; 26) ütü vesti; 27) yun ədyal (qalın); 2. qonaq otağında: 1) televizor; 2) pərdə – 3 ədəd; 3) 4 ədəd xalçadan 2-si; 4) lüstur – 2 ədəd; 5) divan – 6 yastıqlı; 6) masa və oturacaq – 8 ədəd; 7) kamod; 8) stenka; 9) suvenir divar saatı; 10) servis (ağ və bəzəkli, 48x48) – 2 dəst; 11) xristal qənd qabı – 8 ədəd; 13) meyvə qabları – çeşidlə; 14) güldan; 15) bakal dəsti – çeşidli; 18) vaza naboru; 19) bakal – 5 qutu; 20) bıçaq – çeşid; 21) çörək qabı – çeşid; 22) meyvə səbəti; 23) qrafinka – 6 ədəd; 24) qrafinka nabor – çeşidli; 3. mətbəxdə: 1) kuxna mebeli; 3) uvalnik; 4) minrodabda peç; 5) çuda peç; 6) stolüstü intinat peç; 7) paltaryuyan; 8) soyuducu; 9) lüstur; 10) stol; 11) stul; 12) qazan dəsti (vest) – 4 ədəd; 14) boşqab – çeşidli; 16) aşsüzən – 3 ədəd; 18) ədviyyat naboru – 3 ədəd; 19) vaza (çeşidlə) – 10 ədəd; 20) yağ qabı – 6 ədəd; 22) padnos (hər ölçülü) – 7 ədəd; 23) nabor saxlama qabı; 26) Saxsı qablar – çeşidlər; 27) bıçaq naboru – ağ; 28) çömçə naboru – ağ; 29) şirniyyat qabları (dəmir); 32) çay dəsmalı – çeşidli; 36) bakallar – 9 ədəd; 37) çaşqa dəsti – çeşidli; 38) stenkalar; 39) xristal stəkan (12x12) – 24 ədəd; 40) nəlbəki – 15 ədəd (çeşidli); 41) çay stəkanı naboru – 5 qutu; 42) termos – 3 ədəd (çeşidli); 43) qazan naboru (nojenka material); 44) şirniyyat qabı (çeşidli); 45) şirniyyat qabı (çeşidli); 46) tort qabı (çeşidli); 47) şirniyyat qabı (şüşə çeşidli); 48) keks qabı (dəmir çeşidli); 49) ət taxtası (çeşidli); 50) plastik göyərti doğrayan taxta – 3 ədəd; 51) göyərti doğrayan – 2 ədəd; 52) mikser – 2 ədəd; 53) blender; 54) “Tefal” markalı çaynik – tokla; 55) kuxna xalçası; 56) stəkan, nəlbəki naboru – 30 ədəd; 57) stəkan (armudu) – 8 paçka; 58) çaşqa naboru – 8 ədəd; 59) Paşa bage – 4 ədəd; 60) dəm çayniki – 6 ədəd; 61) ana-bala çaynik – 1 ədəd; 62) su stəkanı – 10 paçka; 63) qara nimçə – 24 paçka; 64) çaynik madonno servis – 1 ədəd; 65) ağ servis (nimçəli); 66) çərəz qabı, balıq qabı – 38 ədəd; 67) armudu (qulplu) – 2 paçka; 68) qarşid – 14 dənə; 69) qazan – 3 ədəd; 70) kuxnabıçaq naboru – 10 ədəd; 72) qazan dəstləri (qarışıq) – 11 ədəd; 4. hamam otağında: 1) kuruşqa; 2) paltar səbət naboru; 3) vedrə pol silən; 4) tək vedrə; 6) pol taxtası; 7) soyuducu içliyi alınıb iddiaçı İddiaçı verilməsi, iddia tələbinin 1. yataq otağında: 15) yorğan, yastıq, döşək naboru; 16) hamam dəsmalı – 24 ədəd; 17) əl-üz dəsmalı – 12 ədəd; 20) çay dəsmalı (nazik) – 24 ədəd; 21) çay dəsmalı (qalın) – 24 ədəd; 22) süfrə – 7 ədəd; 23) süfrə (klyonka) – 7 metr; 2. qonaq otağında: 3) xalça (4 ədəd xalçadan 2-si iddiaçı tərəfindən aparılmışdır); 12) servis çaynik; 16) konfet qabı – çeşidlə; 17) qaşıq (24x24) – 24 çeşidlə; 3. mətbəxdə: 2) qışnizatot; 13) taxta bıçaq dəsti (vest); 15) qaşıq, vilka – çeşidli; 17) yuxayayan oxlov; 21) padnos nabor; 24) çuqun qazan naboru – 5 ədəd; 25) aş qazanı – 4 ədəd ölçü alın; 30) çayniklər – 17 ədəd – çeşidli; 31) çaydan – 8 ədəd – çeşidli; 71) “Vitex” markalı çaynik, ədviyyat naboru; 4. hamam otağında: 5) paltar sancağı – 24 ədəd aid olan hissələrdə rədd edilməsi, cavabdeh Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. 5.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia qismən, cavabdeh tərəfindən etiraf olunan hissədə təmin edilməlidir. Bundan əlavə iddiaçı tərəfindən tələb edilmiş digər cehiz əşyaları – 1. yataq otağında: 15) yorğan, yastıq, döşək naboru; 16) hamam dəsmalı – 24 ədəd; 17) əl-üz dəsmalı – 12 ədəd; 20) çay dəsmalı (nazik) – 24 ədəd; 21) çay dəsmalı (qalın) – 24 ədəd; 22) süfrə – 7 ədəd; 23) süfrə (klyonka) – 7 metr;

2. qonaq otağında: 3) xalça (4 ədəd xalçadan 2-si iddiaçı tərəfindən aparılmışdır); 12) servis çaynik; 16) konfet qabı – çeşidlə; 17) qaşıq (24x24) – 24 çeşidlə; 3. mətbəxdə: 2) qışnizatot; 13) taxta bıçaq dəsti (vest); 15) qaşıq, çəngəl – çeşidli; 17) yuxayayan oxlov; 21) padnos nabor; 24) çuqun qazan naboru – 5 ədəd; 25) aş qazanı – 4 ədəd ölçü alın; 30) çayniklər – 17 ədəd – çeşidli; 31) çaydan – 8 ədəd – çeşidli; 71) “Vitex” markalı çaynik, ədviyyat naboru; 4. hamam otağında: 5) paltar sancağı – 24 ədəd əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən cehiz əşyalarının cavabdehdə olması ilə bağlı iddiaçının izahatından başqa hər hansı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda iddianın qeyd edilən hissədə əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Həmçinin iddia tələbinin cehiz əşyalardan hər hansı biri və ya bir neçəsi olmadıqda yaxud yararsız vəziyyətə salındıqda həmin əşyaların dəyəri məbləğində pulun cavabdeh Cavabdeh alınaraq ona qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində sözügedən cehiz əşyalarının dəyəri göstərilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 225.2, 225.3, Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cehiz əşyalarının çıxarılması barədə iddia ərizəsinə gösdərilən siyahı qeydlərinə, videocəkilişləri, görüntüləri əsaslandırmadan qanunsuz olaraq cehiz əşyalarından əsas qiymətli əşyaları rədd edib, ancaq sadə ucuz olan əşyalar barədə bir tərəfli qaydada qətnamə çıxmışdır. Cavabdehlə nikah əlaqələri faktiki olaraq bir necə aydır ki, formal xarekter daşıyır. Barışıb bir ailə kimi yaşamaları mümkün deyildir. Həmin vaxtdan da birgə təsərrüfatı idarə etmirlər. ##.##.2025-ci il tarixdə MŞB/*-***** saylı iş üzrə İlkin Mediasiya Sesiyası kecirilmiş, cavabdeh Cavabdeh sessiyada gəlib iştirak etməmişdir. Ancaq boşanmalarına razı olduğunu dedi, cehiz əşyalarını götürülməyinə razılıq bildirmədi. Dəfələrlə evdə yersiz söz-söhbətlər salaraq onu pisxoloji və mənəvi təzyiqlərə məruz qoymuşdur. Ailəsini qorumaq xatirinə güzəştə getsə də onların aqresiv hərəkətləri, söz-söhbətləri onu hamilə ola-ola dözülməz həddə catdırdı və bütün bu baş verənlərin nəticəsi olaraq ayrılmalarına qərar verib. Bu hadisələr onu yaşadığı evdən məcburiyyət qarşısında çıxmaqla ata evinə getməsinə səbəb olmuşdur. Evdən çıxarkən heç bir cehiz əşyasınıı götürməmişdir. Halhazırda bir övladı var. Cehiz əşyalarına isdifadə etmək ücün ehtiyacı var. Onlar tərəfindən hec bir imkan yaradılmayıb. Adət-ənənəyə müvafiq olaraq hər bir qız kimi o, da gəlin getdiyi evə cehiz əşyaları alıb siyahı ilə aparmışdır. Bankdan 2000 manat da kredit götürmüşlər, hələ də ödənilməmiş qalır. Artıq nikah məhkəmə qaydasında pozulduğundan ona məxsus olan həmin cehiz əşyaları da geri qaytarılmalıdır. Aşagıda göstərilən cehiz qismində aparılmış əşyaların cəkiliş videosu var, evdən qovulub cıxanda da var, evə daşınmasında qohumları və digər şəxslərdə iştirak etmişlər. Gəlin getdiyi evdə bir il yaşamamışdır. 7 aylıq hamilə olanda atasıgilə getmişdir. Onda heç vaxt evin açarları olmayıb. Harasa tək gedib-gəlməmişdir. Qaynanası həmişə evdə olub. Axrıncı gedən günü onunla dalaşıb, onu evdən cıxardıb qovublar, bacısı, anası gəlib aparıblar. O, öz başına evə girə bilməzdi. Bacısı xırda minik maşını ilə gedib əyin paltarını götürüb qayıtmışdır .Əgər evdən nəsə götürmüşlərsə hansı qonşu görub şahid göstərsin, sübut edici video göstərsin. Cavabdehin dediyi tamamilə yalandır. Tural məhkəməyə təqdim etdiyi etiraz ərzəsində qeyd edib ki, güya evdə onlar olmayanda gedib aparmışlar. Ona hec vaxt ev acarlarını verməyiblər. Çünki onun gəlin olmagına həmişə narazı olublar. Gəlin gedən gündən söz -söhbət, dava olmuşdur. Onu evdən qovub cıxardan vaxtı da evdəki bütün cehiz əşyalarını telefona cəkib ki, əmlaklarını sındıranda, oğurlayanda tələb edə bilsin. Cehiz əşyalarının qaytarılması təmin olunmalıdır.

9. İddiaçı apellyasiya şikayətini dəqiqləşdirərək qeyd etmişdir ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən cavabdehin evində ona məxsus olan cehiz əmlakın siyahıya alınması zamanı 31 adda əşyaları aşkar edilməmişdir. Həmin əşyaların dəyəri 5600 manat təşkil edir. Buna görə də həmin əşyaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əmlakları cavabdehin evindədir. .

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı,onun vəkili vəkil1 İbrahim oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ümumilikdə əmlakların dəyərini hesablamamışdır, lakin birinci instansiya məhkəməsinin rədd etdiyi hissədə 18 növ cehiz əmlakı nəzərdə tutulmuşdur ki, onların da dəyəri 4500 manatdır. İcra məmurunun iştirakı ilə əmlaklar siyahıya alınmış, çatışmayan əmlaklar qeyd edilmişdir. Birinci instansiya məhkəməsində mövcud olmadığı bildirilən bəzi əmlaklar siyahıya alınma zamanı aşkar edilmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə qaşrı etiraz edərək bildirdi ki, iddiaçının gətirdiyi bütün əşyalar evdədir, cehiz əşyalarını götürməsinə heç bir etirazı yoxdur.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Salmanov Salman Salman oğlu apellyasiya şikayətinə qaşrı etiraz edərək bildirdi ki, əmlakların hamısı evdədir, iddiaçı gəlib götürə bilər. Bundan əlavə, bir ay öncə bir maşın əşya aparıb. Əvvəl çatışmayan əmlakların bəzi taxtın altında olub, onlar taxtın altına baxmayıblar. 24 ədəd hamam dəstmalı olmayıb. Bəzi əşyaları əvvəllər aparıb. Evə nə əşyalar gəlibsə hamısı evdədir, apara bilər. Tefal markalı çaynik olmuş, lakin istifadə zamanı xarab olmuşdur. Aşkarlanmayan digər əşyalar isə ümumiyyətlə mövcud olmamışdır.

İşdə olan sübutlar

15. Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli aktından görünür ki, iddiaçının apellyasiya şikayəti üzrə tələb edilən əşyalar cavabdehə məxsus evdə aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19 Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin hallarından və tərəflərin izahatından görünür ki, iddiaçının tələbində qeyd etdiyi cehiz əmlaklarının əksəriyyəti cavabdehə məxsus evdə olmaqla, cavabdeh tərəf qeyd edilən əmlakların iddiaçı tərəfindən götürülməsinə etiraz etmir.

22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia ərizəsində əsas qiymətli əşyaları rədd edib, ancaq sadə ucuz olan əşyalar barədə bir tərəfli qaydada qətnamə çıxardığını iddia etsə də onun bu dəlili əsassız olmuşdur. Belə ki, qətnamənin əsaslandırıcı və nəticə hissəsindən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən əsas cehiz əşyaları hissəsində iddia təmin edilmiş, təmin edilməyən cehiz əşyaları isə əsasən dəsmallar, süfrə, qab-qacaq və digər xırda əşyalardan ibarət olmuşdur. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş videogörüntülərə baxılmadığını iddia etsə də ümumiyyətlə həmin videogörüntülərdə təmin olunmayan əşyaların görüntüsünün olmasını da sübut edə bilməmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayəti üzrə tələbini dəqiqləşdirərək, ümumilikdə dəyəri 5600 manat olan və cavabdehin evində aşkarlanmayan əşyaların da cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də həmin əşyaların mövcudluğunu sübuta yetirə bilməmişdir. Hərçənd ki, iddiaçının tələbinin təmin edilməyən və siyahıya alma zamanı cavabdehin evində aşkar edilməyən bəzi əşyaların ümumiyyətlə qeyd olunan sayda mövcudluğu da inandırıcı olmamışdır. Belə ki, məsələn, 24 ədəd hamam dəsmalının, 12 ədəd əl-üz dəsmalının, 17 ədəd çaynik, əlavə olaraq 11 ədəd qazan dəsti tələbi irəli sürsə də həmin sayda cehiz əşyasının verilməsi də ağılabatan olmamışdır.

23. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar