Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-264/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlu və İsgəndərov Elşən Rövşən oğlunun cavabdeh Kərimov Sübhan Mirmehman oğluna qarşı mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz çəkilmiş hasarın sökülməsi və istifadəyə qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İsgəndərov Elşən Rövşən oğlunun nümayəndəsi, eyni zamanda iddiaçı İsgəndərov Rövşən Xanbaba oğlunun, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlu və İsgəndərov Elşən Rövşən oğlu cavabdeh Kərimov Sübhan Mirmehman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən, onlara məxsus torpaq sahəsindən cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması, qanunsuz çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin onların istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə Çuxuryurd kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi alıblar. Həmin torpaq sahəsinə İsgəndərov Rövşən Xanbaba oğlu A ****** saylı torpaq sahəsinin plan və ölçü sənədi, İsgəndərov Elsən Rövşən oğlu isə AA***** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi alıblar. Hər iki torpaq sahəsi hüquqi cəhətdən onların sahibliyində və istifadələrindədir. Lakin cavabdeh İmişli səhəri sakini Kərimov Sübhan Mirmehman oğlu 2 il əvvəl 0,12 ha torpaq sahəsinin 584 m² hissəsini, 0.06 ha torpaq sahəsinin 370 m² ərazisini onların xəbəri olmadan özbaşına zəbt edərək hasara almışdır. Həmin zaman Şamaxı rayon torpaq şöbəsində işləyən Nağdalıyev Fərid cavabdehə bildirib ki, o, bu ərazini yaxşı tanıyır. Bu ərazi torpağın plan və ölçüsü olan şəxslərə, İsgəndərov Rövşən və oğlu İsgəndərov Elşənə məxsusdur. Buna baxmayaraq cavabdeh özbaşınalıq edərək, sahibliyində və istifadələrində olan torpaq sahələrinin yuxarıda qeyd etdiyi həcmdə hissəsini qanunsuz zəbt etmiş, onların rəsmi olaraq Bələdiyyədən aldığı və qanuni istifadələrində olan torpaq sahəsindən faktiki olaraq istifadə etmələrini məhdudlaşdırmış, onların hüquqlarını tapdalamışdır. Bundan sonra bir il əvvəl o, Nağdalıvev Fərid və cavabdeh Kərimov Sübhan birlikdə mübahisəsi gedən torpaq sahəsində olublar. Həmin vaxtı qohumu İsgəndərov Vüqar və Əsgərov Durasan da orada olub, o, cavabdehə izah edib ki, bu torpaq sahələri onlara məxsusdur, o isə onlara məxsus torpaq sahələrinin bir hissəsini qanunsuz zəbt edərək kənarını hasarlayıb. Həmin əraziyə aid onların torpağın planı və ölçüsü sənədləri də var. Cavabdeh ona bildirib ki, ona zəbt etdiyi torpaq sahəsinə görə 10 min manat pul versin, torpaq ona qalsın. O, razı olmayanda ona 18000 manat pul vermək təklifini edib, lakin o, buna razı olmayıb, bildirib ki, torpaq sahəsi onlara məxsusdur, onlar aidiyyatı üzrə istifadə edəcəklər. Qanunsuz zəbt etdiyi torpaq sahəsinin kənarına çəkdiyi hasarı söküb zəbt etdiyi torpaq sahəsini onlara qaytarsın. Lakin cavabdeh bununla razılaşmayıb və bu günə kimi qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaltmayıb. Onun qanunsuz hərəkətləri barədə polis şöbəsinə də şikayət edib. ## ######## 2024-cü il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilib. Mübahisəsi gedən torpaq sahəsi tərəflərindən rəsmi qaydada alındığından, torpağın planı və ölçüsü sənədləri olduğundan hesab edir ki, cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, qanunsuz çəkdiyi hasar sökülüb torpaq sahəsi onların faktiki istifadələrinə qaytarılmalıdır. Torpaq sahəsindən onlar istifadə etmək istəyirlər və cavabdehə hər hansı güzəştə getməyə razı deyillər. Cavabdehin ünvanlarına xəbərdarlıq məktubu göndəriblər, lakin indiyə kimi heç bir məlumat yoxdur.
3. Cavabdeh Kərimov Sübhan Mirmehna oğlu tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçılardan öncə əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarından çıxarışa əsasən bələdiyyə tərəfindən ona ayrılırb, mərzləri yerində müəyyən edilib, ona təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” əlavə “Torpaqların alqı-satqısına dair akta əsasən 0,12 ha torpaq sahəsinin ona satılması bardə ##.##.2005-ci il tarixli, ** saylı qərara görə onun tərəfindən bələdiyyənin ********** saylı hesabına əvvəlcədən 564000 manat haqq ödənilmişdir. Həmçinin 0,12 ha torpaq sahəsinin cavabdehə satılması barədə Çuxuryurd Bələdiyyəsiunin ##.##.2005-ci il tarixli, ** saylı qərarı və ##.##.2005-ci il tarixli ** saylı qərarları mövcuddur. Bütün bu qərarlardan da görünür ki, torpaq sahəsi ona iddiaçılardan əvvəl satılmış və onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi müəyyən edilmiş mərzlər boyu tərəfindən hasara alınmış və hal-hazırda dada onun qanuni istifadəsindədir. Bələdiyyə tərəfindən təqdim edilmiş torpaq sahəsi ilə bağlı sənədlər və yerquruluşu lahiyə ilə faktiki sahəyə uyğundur. Onun tərəfindən zəbt edilmiş sahə mövcud deyildir. İddiaçıların tələb etdiyi zəbt edilmiş torpaq sahəsinin cavabdehin daha öncə əldə etdiyi torpaq sahəsində çəkdiyi hasarın daxilində olması mümkün deyildir.
4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən və İsgəndərov Elşən Rövşən oğluna məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İsgəndərov Rövşən Xanbaba oğluna məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsindən cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun çıxarılması, həmin torpaq sahələrinə çəkilmiş hasarın sökülməsi, həmin torpaq sahələrinin iddiaçıların istifadəsinə qaytarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsgəndərov Elşən Rövşən oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 m² torpaq sahəsi, İsgəndərov Rövşən Xanbaba oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1200 m² torpaq sahəsi ayrılmışdır. Hər iki torpaq sahəsi X3 kitabında ##.##.2011-ci il tarixdə uçota alınmışdır. Daha sonra İsgəndərov Elşən Rövşən oğluna məxsus olan 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi, İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən hasara alınmışdır. Buna görə də iddiaçıların öz torpaq sahələrindən istifadə etmələrinə maneələr yaranmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4,164.1, 164.2-ci, Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Cavabdeh Kərimov Sübhan Mirmehman oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, məhkəmə tərəflərə məxsus torpaq sahələrinin ayrılması zamanı mövcud olmuş halları, zamana görə ardıcıllığı, torpaq sahələrinin hasarla mərzləri boyu təcrid olunduğu, qonşuluq münasibətlərinin yarandığı müddətlərlə bağlı mövcud mühüm məqamlara diqqət etməmişdir. Torpaq sahələrinin verildiyi zaman mövcud olan faktiki halları nəzərə almamışdır. Belə ki, məhkəmənin özü tərəfindən də müəyyən edildiyi kimi, tərəflərə adı çəkilən torpaq sahələri Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən ayrılmışdır. Torpaq sahələrinin ayrıldığı 2005-ci il üçün Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olubolmamasını müəyyən etmək mümkün deyildir. Bu halda torpaq sahələrinin mərzləri boyu faktiki yerləşiyi vəziyyəti, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən yerində müəyyən edilib, tərəflərə təhvil verildiyi şəkildə qəbullanmalıdır. Həmin torpaq sahələrinə plan-ölçü sənədlər daha sonrakı illərdə verildiyindən, baza koordinatlarına görə sənəd üzrə sərbəst deyil, torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinə görə koordinatları müəyyən edilib, baza məlumatlarına işlənilir. Diqqət edilməli idi ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı və ##.##.2005-ci il tarixli, ** saylı Qərarı ilə ona hər biri 0.12 ha torpaq sahələri satılmış və torpaq sahələrinin dəyəri tam ödənilməklə əldə edilmişdir. Satılmış torpaq sahəsinin mərzləri, mülkiyyətçi Çuxuryurd bələdiyyəsi tərəfindən yerində müəyyən edilib, ona təhvil verilmişdir. Ona təhvil verilmiş və yerində müəyyən edilən mərzlər boyu torpaq sahəsini qəbul edib, hasara almışdır. Hasarın inşaası 2005-ci ilin sentyabr ayında aparılmış, bələdiyyə tərəfindən müəyyən edilən torpağın mərzləri boyu yerləşdiyi kimi qalır və sonradan dəyişdirilməmişdir. İddiaçılara da eyni qayda ilə Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə cəmi 0.18 ha torpaq sahəsi ayrılmış, yerində mərzləri müəyyən edilib, təhvil verilmişdir. Onlara verilən torpaq sahəsi sıralama ilə cavabdehə məxsus torpaq sahəsindən sonra yerləşir və təhvil verilən vaxtda cavabdeh tərəfindən mərz boyu hasarı artıq çəkilmişdir. Belə çıxır ki, bələbiyyə iddiaçılara torpaq sahəsini verərkən, cavabdehə məxsus hasardan içəri keçib, mərzləri müəyyən etmişdir. İddiaçılara ayrılmış torpaq sahələrinə sonradan hazırlanmış plan-ölçü sənədlərində koordinatlar cavabdehə məxsus və uzun müddət onun sərəncamında olan torpaq sahəsi daxilində qeyd edilməklə sənəd üzərində ona məxsus olduğu görüntüsü yaradılmışdır. Məhz həmin plan ölçüyə istinadən mütəxəssis tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, 3-21-3-41/2- ****/**** saylı mütəxəssis rəyində “cavabdehə məxsus tortaq sahəsinin bir hissəsinin, iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü” qeyd edilmişdir. Qeyd edilməlidir ki, plan–ölçü mülkiyyət sənədi olmayıb, düzgün tərtib edilmədiyi halda faktla uyğunsuzluğu mümkündür. Ona əsaslanan mütəxəsis rəyi mübahisəsiz sübut kimi qəbul edilə bilməz. Adı çəkilən torpaq sahələrinin veridiyi zaman nə qədər ki, Çuxuryurd bələdiyyəsinə məxsus torpaq sahələrinin koordinatları müəyyən edilməmişdir, qonşuluqda torpaq sahələrinin yerləşməsi vəziyyəti, bələdiyyə tərəfindən faktiki yerində müəyyən edilib, alan tərəfə təhvil verildiyi mərzlər boyu nəzərə alınmalıdır. Bundan başqa iddiaçılar onlara məxsus torpaq sahəsindən 0.0979 ha (0.0588 + 0.0591) hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia edir. Belə olan halda onların istifadəsində olan torpaq sahəsi 0.18 ha yox, 0.0821 ha (0.18-0.0979) ölçüdə olmalıdır. Lakin onların istifadəsində olan torpaq sahəsinin ölçüsü onlara ayrılmış sahə ilə eynidir. Bununla bağlı iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli, 321-3-41/2- ****/**** saylı mütəxəssis rəyində qeyd edilir ki, “iddiaçılara məxsus 0.12 ha və 0.06 ha torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahələrinə uyğundur”. İddiaçılar cavabdehə qarşı iddia tələbinin əsası kimi onlara ayrılmış cəmi 0.18 ha torpaq sahəsinin az olmasından deyil, onlar verilmiş plan-ölçü sənədində qeyd olunan koordinat nöqtəsinin ona məxsus torpaq sahəsinin daxilinə düşdüyünə istinad edir və zəbt olunan sahəni bu nöqtələrə nisbətdə hesablayır. Əslində onun istifadəsində olan torpaq sahəsi 2005-ci ilin sentyabr ayından hasara alınmaqla, artıq 20 ildir ki, bu şəkildə onun əməli istifadəsindədir. 3 il öncə iddiaçı İsgəndərov Rövşən Xanbaba oğlu ona xəbər göndərərək, torpaq sahəsinin 10 sotunun, ona verilmiş plan-ölçü sənədində qeyd edildiyini bildirmiş və 18000 manata ona təklif etmişdir. Bir müddətdən sonra 10000 manata düşmüşdür. O isə bunun ağılsız hərəkət olduğunu deyib, rədd etmişdir. Bundan sonra iddiaçı polisə müraciət etmişdir. O, isə iddiasında guya onun ona pul təklif etdiyini qeyd edir. Həmçinin hasar torpaq sahəsi ona təhvil verildiyi 2005-ci ilin sentyabr aylarında inşa edildiyi halda, guya 2 il bundan əvvəl inşa edildiyi kimi yanlış hallar qeyd etmişdir. Lakin məhkəmə bu halları tam aydınlaşdırmamışdır. Halbuki, qeyd edilən hallar mübahisənin düzgün həlli üçün iş üzrə mühüm əhəmiyyətli hallardır. Bundan başqa cavabdeh tərəf iddiaya etirazını yazılı təqdim etmiş, məhkəmə iclaslarında nümayəndəsi iştirak etmiş, mütəxəsis rəyinin torpaq sahələrin faktiki durumuna görə uyğun olmadığı və mübahisənin obyektiv həlli məqsədilə, sahələrin yerində düzgün müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsinə vəsatət verilmişdir. Lakin məhkəmə (hakim) qətnamədə mübahisə ilə bağlı onun etirazına, ekspertiza ilə bağlı vəsatətinə belə mövqe bildirməmiş, onun məhkəmədə iştirak etmədiyini qeyd etmişdir. Bu da məhkəmə iddiaçılara məxsus torpaq sahələrinə sonradan hazırlanmış plan-ölçü sənədlərində koordinatlar ona məxsus və uzun müddət onun sərəncamında olan torpaq sahəsi daxilində qeyd edilməklə, sənəd üzərində ona məxsus olduğu görüntüsü yaradılmışdır. İşin mübahisəsiz halıdır ki, tərəflərə məxsus torpaq sahələri, bir tərəfdən mərzləri bitişik olmaqla, qonşuluqda yerləşir. Tərəflərə aid torpaq sahələri Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən sonuncunun qərarları ilə eyni formada ayrılmış və eyni qayda da yerində mərzləri müəyyən edilməklə təhvil verilmişdir. İddiaçılara torpaq sahəsi 2005-ci ilin noyabr ayından sonra, cavabdehə isə torpaq sahəsi isə ondan əvvəl 2005-ci ilin sentyabr ayında yerində təhvil verilmişdir. Göründüyü kimi iddiaçılara torpaq sahəsi veriləndə, artıq ona məxsus və əvvəlki mülkiyyətçi bələdiyyə tərəfindən mərzləri yerində müəyyən edilmiş, qonşu torpaq sahələri ilə sərhədləri təcrid olunmuş torpaq sahəsi mövcud idi. İddiaçıya torpaq sahəsi yerində təhvil veriləndə, sərhədi artıq mərzləri müəyyən edilmiş qonşuluqda yerləşən cavabdehə məxsus torpaq sahəsinin səhrədinə nisbətdə müəyyən edilib, ölçüsü yerində müəyyən edildiyi mübahisəsiz haldır və bu qeyd olunan maddi normanın tələblərinə tam uyğundur. Lakin şikayət olunan qətnamə qəbul edilərkən qeyd olunan maddi hüquq norması, işin müəyyən edilmiş hallarına nisbətdə tətbiq edilməli olduğu halda edilməmişdir. Tərəflərə torpaq sahələri eyni mülkiyyətçi tərəfindən eyni əsaslarla və eyni qayda ilə yerində təhvil verildiyi baxımında, torpaq sahələrinə əldə etdikləri hüquqlar eynidir. Lakin məhkəmə torpaq sahələrinə görə əldə edilmiş hüquqları iddiaçılara nisbətdə üstün tutmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və iddianın təmin etməklə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün yetərli əsasdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsgəndərov Rövşən Xanbaba oğlu, eyni zamanda digər iddiaçı İsgəndərov Elşən Rövşən oğlunun nümayəndəsi apellaysiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmə iclasının təxirə salınmasına etiraz edir. Qarşı tərəf birinci instansiyada bir dəfə də olsun məhkəmə iclasına gəlməmişdir. Hazırki ərizə məhkəmə prosesini uzatmaq xarakteri daşıyır. Cavabdeh məhkəmə iclasına gəlməyəcək. Torpaq sahəsini satmaq üçün almamış, cavabdehin torpaq sahəsini ona satmaq təklifi barədə izahatı həqiqəti əks etdirmir. O, əzəldən həmin ərazidə olmuş, mübahisəli torpaq sahəsi ona məxsusdur. Mütəxəssis koordinatlara əsasən ölçü aparıb. Torpaq sahəsini özü göstərməyib. Reyestr xidmətinin mütəxəssisi ölçərək ona göstərib. 2005-ci ildə cavabdeh həmin ərazidə olmayıb.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsgəndərov Rövşən Xanbaba oğlunun nümayəndə və vəkili X4 apellaysiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin vəkilinin təxir ərizəsi vaxtı uzatmaq və süründürməçilik xarakteri daşıyır. Cavabdeh iddiaçıya mübahisəli əmlakı onun istədiyi qiymətə satmadığı təqdirdə onu məhkəmələrdə süründürəcəyini bildirmişdir. Eyni zamanda, qarşı tərəfin vəkili digər məhkəmə iclası ilə əlaqədar bildirişi vəsatətə əlavə etməmişdir. Mübahisəli ərazidə ölçülər götürülüb. Məhkəmə ekspertiza keçirib, ekspert rəyi mövcuddur, əmlak təmsil etdiyi şəxs və onun oğluna məxsusdur. Cavabdehin dedikləri həqiqətə uyğun deyil. Əlində bələdiyyə sənədindən başqa rəsmi sənədi yoxdur. Həmin ərazidə cavabdehin boş torpaq sahəsi var, sadəcə olaraq iddiaçının da torpaq sahəsini ələ keçirmək niyyətindədir. Hər iki torpaq sahəsinin plan-ölçü sənədləri mövcuddur. Cavabdehin apellyasiya şikayətində qeyd olunanlar həqiqətə uyğun deyil, iddiaçı torpaq sahəsini cavabdehdən əvvəl alıb. Torpağın plan-ölçü sənədləri var, koordinatlar iddiaçının göstərdiyi sahə ilə üstüstə düşür. Cavabdeh təərfindən çəkilmiş hasar iddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
12. Cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun nümayəndəsi və vəkili vəkil1 Hətəməli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində təyin edilmiş məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbinə dair sübutu məhkəməyə təqdim etmədiyinən, Mülki Prosessual Məcəllnin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarından, ##.##.2005-ci il tarixli alqı-satqı aktından və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsgəndərov Elşən Rövşən oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 m² torpaq sahəsi ayrılmışdır.
14. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarından, ##.##.2005-ci il tarixli alqı-satqı aktından və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsgəndərov Rövşən Xanbaba oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1200 m² torpaq sahəsi ayrılmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli məktubunun surətindən görünür ki, naturada ölçülən hasar daxilində olan sözügedən torpaq sahəsi 0,53 hektardır. Həmin torpaq sahəsinin 584 kv.m hissəsi İsgəndərov Rövşən Xanbaba oğluna məxsus ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha torpaq sahəsi ilə, 370 kv.m hissəsi isə İsgəndərov Elşən Rövşən oğluna məxsus ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü' sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*****/**** saylı mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahələrinə uyğundur, iddiaçılar tərəfindən naturada göstərilən və iddia olunan torpaq sahələrinin faktiki koordinatları ilə onlara məxsus olan plan-ölçü sənədlərində qeyd olunmuş koordinatlar eynilik təşkil edir. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Kərimov Sübhan Mirmehman oğluna satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə Kərimov Sübhan Mirmehman oğluna satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə Kərimov Sübhan Mirmehman oğluna satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli planölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən inşa edilmiş daş hasar daxilində yerləşir. Cavabdeh Kərimov Sübhan Mirmehman oğluna Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin, ##.##.2005-ci il tarixli ** saylı qərarı satılmış 0.12 ha torpaq sahəsinin və ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə satılmış 0.12 ha torpaq sahələrinin Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarışlar yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) cavabdehin sənədlər əsasında naturada yerini müəyyən etmək mümkün olmadığından sənəd üzrə İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsi və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı, lakin iddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlunun faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi və İsgəndərov Elşən Xanbaba oğlunun faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılara məxsus olan hər iki plan-ölçü sənədi ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan kadastr məlumat bazasında mövcuddur. Mövcud elektron baza məlumatlarında cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun adına mübahisə predmeti olan torpaq sahələrinə dair heç bir məlumat aşkar olunmadı. Mütəxəssis rəyinə əlavə olunmuş plan-sxemdən görünür ki, cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun daş hasara aldığı torpaq sahəsinin ölçüsü 0,55 ha-dır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
20. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarlarına və ##.##.2005-ci il tarixli alqı-satqı aktlarına əsasən İsgəndərov X7 rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 m² torpaq sahəsi, İsgəndərov Rövşən Xanbaba oğlu isə 1200 m² torpaq sahəsi əldə etmiş, müvafiq olaraq həmin torpaq sahələrinə dair A 352146 və A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əldə etmişlər. İddiaçılar qeyd olunan torpaq sahələrinin müəyyən hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, hasara alındığını iddia etmişlər ki, onların bu iddiaları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*****/**** saylı mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Belə ki, həmin rəyə əsasən iddiaçılar tərəfindən naturada göstərilən və iddia olunan torpaq sahələrinin faktiki koordinatları ilə onlara məxsus olan plan-ölçü sənədlərində qeyd olunmuş koordinatlar eynilik təşkil etməklə, İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsinin və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsinin cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən inşa edilmiş daş hasar daxilində yerləşməsi müəyyən edilmişdir.
24. Bundan başqa işin müəyyən edilmiş hallarına əsasən Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına, ##.##.2005-ci il tarixli ** saylı qərarına və ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən hər bir qərar üzrə 0,12 ha olmaqla, ümumilikdə 0,36 ha torpaq sahəsi Kərimov Sübhan Mirmehman oğluna satılsa da həmin torpaq sahələrinə dair plan və ölçü sənədi əldə edilməmişdir.
25. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*****/**** saylı mütəxəssis rəyinə əlavə olunmuş plan-sxemdən göründüyü kimi cavabdeh Kərimov Sübhan Mirmehman oğlunun daş hasara aldığı torpaq sahəsinin ölçüsü onun tərəfindən məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərildiyi kimi 0,36 ha deyil, 0,55 ha, yəni torpaq sahələrinin cəmindən 0,19 ha çox olmuşdur. Qeyd edilən fakt da dolayısı ilə mütəxəssis rəyində qeyd olunduğu kimi iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehin faktiki olaraq qanunsuz sahibliyində olmasını təsdiq etmişdir.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Kərimov Sübhan Mirmehman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.