Məhkəmə qərarları › İş №2(3-8)-346/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-346/2026

27.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-346/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı çənin qaytarılması tələbinə dair mülki iş üzrə (əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbi – sübutetmə yükü) Hakimlər X26 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1, onun nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 (sonuncu məhkəmə iclasında iştirak etmir) iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: İş materiallarına əlavə edilmiş;

1. ## ##### 2025-ci il tarixli, reyestrdə 2V-201 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## #### 2013-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ## ####### 2023-cü il tarixdə X7 verilmiş 307013047649-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən xxxxünvanında yerləşən ümumi sahəsi 106,2 kv.m olan fərdi yaşayış evi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ## ####### 2023-cü il tarixdə X7 verilmiş 307013047649-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən xxxxünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsindən ibarətdir.

2. X13 tərəfindən Bakı şəhəri ** saylı notariat ofisində verilmiş notarial təsdiqli ## ###### 2025-ci il tarixli ərizədən görünür ki, Rusiya Federasiyası vətəndaşı X13 bildirmişdir ki, ## ##### 1995-ci il tarixdə vəfat etmiş X12nun istifadəsində olmuş, xxxxünvanında yerləşən və üzərində 2 ədəd su çəni olan torpaq sahəsinin qardaşı İddiaçı adına özəlləşməsinə, sənədləşməsinə heç bir etiraz etmir.

3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Bakı şəhəri ** saylı notariat ofisində verilmiş notarial təsdiqli ## ###### 2025ci il tarixli ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirmişdir ki, ## ##### 1995-ci il tarixdə vəfat etmiş X12nun istifadəsində olmuş, xxxxünvanında yerləşən və üzərində 2 ədəd su çəni olan torpaq sahəsinin qardaşı İddiaçı adına özəlləşməsinə, sənədləşməsinə heç bir etiraz etmir.

4. İddiaçı İddiaçı vəsatətinə əsasən sorğu verilərək Qobustan rayon X30 RPŞ-nin Təhqiqat qrupunda həmin RPŞ-nin DYPB-nin YPX inspektoru, R Naməddin İbrahimovun raportu əsasında toplanmış HK-*/*** nömrəli rədd materialının təsdiq edilmiş surəti əldə olunmuşdur. Həmin materiala əlavə edilmiş;

5. Qobustan RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2025-ci il tarixli arayışından görünür ki, Qobustan rayonu, Təklə kəndində anadan olmuş Rusiya vətəndaşı cavabdeh2 hazırda Rusiya Federasiyasında yaşamasına baxmayaraq, onun Qobustan rayonu, Təklə kəndində Dərə məhlə adlanan məhləsində yaşayış evi və həyətyanı torpaq sahəsi vardır.

6. X38 tərəfindən Qobustan RPŞ-yə verilmiş ## #### 2025-ci il tarixli yazılı izahatda qeyd edilmişdir ki, cavabdeh2 həyətyanı sahəsində olan bütün əmlak, o cümlədən 2 ədəd su çəni cavabdeh2 məxsusdur.

7. İsayev Aqil Məhəmməd oğlu tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, “Mən, ##.##.1975-ci ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş İsayev Aqil Məhəmməd oğlu (şəxsiyyət vəsiqəsi AZE № ********, ##.##.2018-ci ildə Asan-Sumqayıt tərəfindən verilib) təsdiq edirəm həmin arayışı ondan ötrü ki, həqiqətən təqdim edilən 1 (bir) ədəd 16 (on altı) ton maye tutumlu dəmir çən 1998- 2000-ci illərdə mərhum atam İsayev Məhəmməd Atappa oğlunun rəhbərlik etdiyi Təklə kəndi ərazisindəki “X2 Müəssisəsi” tərəfindən (sonrakı illərdə həmin müəssisəyə mən rəhbərlik etmişəm) əvvəllər həmin müəssisədə çalışmış Təklə kənd sakinləri X17 və arvadı X18 əmlak payı olaraq verilmişdir”.

8. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adından Qobustan RPŞ-yə yazılmış ## #### 2025-ci il tarixli izahatda qeyd edilmişdir ki, “##.##.2025-ci il tarixdə axşam saatlarında mən eşitdim ki, bir neçə nəfər şəxs Əlisahibin həyətində olan 15 tonluq çəni maşına yükləyib oğurlayaraq aparan zaman polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb. Mən qardaşım cavabdeh2 məxsus su çənini oğurlayan şəxsləri saxlayan polis əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Sonradan eşitdim ki, mənim digər qardaşım Mahir həmin çənin Əlisahibin evinin həyətindən götürülməsinə icazə verib. Bildirirəm ki, həmin çən Əlisahibə və onun öz ailə üzvlərinə məxsusdur...”.

9. cavabdeh1 ## ###### 2025-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, “Qobustan rayon Təklə kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasında yaşayan əmim oğlu cavabdeh2 kənd mülkünə və orada olan əmlakına nəzarəti mənə tapşırdığından ona məxsus 16 ton tutumlu su çəninə yay mövsümü ilə əlaqədar ehtiyac yarandığından su çəninin mənə qaytarılmasına köməklik göstərilməsinə göstəriş verməyinizi sizdən xahiş edirəm”.

10. Qobustan RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, cavabdeh2 1995-2000-ci illərdə təsərrüfatbaşına kitabın *** nömrəli şəxsi hesab vərəqəsində 0,06 ha torpaq sahəsində eni 15 metr, uzunluğu 18 metr, ümumi sahəsi 270 kv.metr ev tikmişdir.

11. Qobustan rayon Dövlət arxivinin ## ###### 2025-ci il tarixli arxiv arayışından görünür ki, Təklə kənd İcra nümayəndəliyinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabının *** nömrəli şəxsi hesab vərəqəsinə əsasən cavabdeh2 adına həyətyanı torpaq sahəsi 0,06 ha qeyd edilmişdir.

12. cavabdeh2 adından Qobustan RPŞ-yə ünvanlanmış bəyanatda qeyd edilmişdir ki, “hazırda mən Rusiya Federasiyası, Tatarıstan Respublikası, Spas rayonu, Bolqar şəhəri, Polevaya küçəsi 51A ünvanında yaşayıram. Buna baxmayaraq, Azərbaycan Respublikasının Qobustan rayonu, Təklə kəndində mənə məxsus torpaq sahəsi olan bir evim var ki, ona mənim qohumum cavabdeh1 nəzarət edir. 2025-ci il ####un ##-də Təklə kəndində yerləşən evimin həyətindən, mənim xəbərim olmadan, qardaşım X9 mənə məxsus, həcmi 16 ton olan dəmir çəni götürərək tanışına istifadəyə verib. Həmin çənin daşınması zamanı o, polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra polis şöbəsinə aparılmışdır, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Mövcud fakt üzrə X9 və bu işdə əlaqəsi olan digər şəxslərə qarşı hər hansı iddiam və tələblərim yoxdur. Sizdən xahiş edirəm, mənə məxsus olan çəni qohumum cavabdeh1 saxlanılması və istifadəsi üçün təhvil verəsiniz”.

13. Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis Rı X3 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Qobustan rayonu, Təklə kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasında yaşayan cavabdeh2 məxsus 15 tonluq su çəninin oğurlanması faktı təsdiqini tapmadığından, sonuncunun qardaşı X9 tərəfindən həmin çənin müvəqqəti istifadə üçün tanışı İdayətov İlham Qüdrət oğluna verilməsi ilə əlaqədar cavabdeh2 qardaşı Mahir Məlikova, X10, İdayətov İlham Qüdrət oğluna və İsrəfilov Hikmət Rafiq oğluna qarşı şikayət, tələb və iddiası olmadığını bildirdiyindən və toplanmış material üzrə X9, X10, İdayətov İlham Qüdrət oğlu və İsrəfilov Hikmət Rafiq oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, əmlakla bağlı aralarında yaranmış mülki xarakterli mübahisənin həlli üçün qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması tərəflərə izah edilmişdir.

14. Qobustan rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xxxx“X2 Müəssisəsi”nin islahat sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün cavabdeh2 və arvadı X18 əmlak payı ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlərə rast gəlinməmişdir.

15. Qobustan rayon prokurorluğunun ## ###### 2025-ci il tarixli, ***/xid-**** nömrəli məktubundan görünür ki, Qobustan RPŞ-də cavabdeh2 müraciəti əsasında toplanmış HK-*/*** nömrəli material üzrə və ya təhqiqatçı Rəsul Məmmədov barəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Qobustan rayon prokurorluğuna hər hansı şikayət daxil olmamış və araşdırma aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, rayon prokurorluğunda İddiaçı atası Nüsrət Məlikzadəyə məxsus həyətyanı sahədən su çəninin ## #### 2025-ci il tarixdə Qobustan RPŞ-nin polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılması, bununla bağlı təhqiqatçı Rəsul Məmmədovun qəbulunda olması, sonuncunun ondan 50000 manat məbləğində rüşvət tələb etməsi və şərləyəcəyini bildirməsi barədə müraciəti əsasında rayon prokurorunun köməkçisi X4 tərəfindən araşdırma aparılmış və göstərilən xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

16. Torpağa mülkiyyət hüququna dair JN-**** saylı, 30709018 kodlu Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə Qobustan rayonu, Təklə kənd sakini X7 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 0,5 hektar torpaq sahəsi verilmişdir.

17. Torpağa mülkiyyət hüququna dair JN-**** saylı, 30709018 kodlu Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının ## #### 2005-ciil tarixli, ** nömrəli qərarı ilə Qobustan rayonu, Təklə kənd sakinləri X20 və ailə üzvləri X15 və X11 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 1,5 hektar torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş şahid ifadələri:

18. X5 bildirmişdir ki, o, iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tanıyır, onlar Qobustan rayonunun Təklə kəndindəndirlər. O, qardaşların atası ilə 1968-ci ildə Ağdaş kənd təsərrüfatı texnikomunda oxumuşdur. Onların atası təxminən 30 ildir ki, dünyasını dəyişmişdir. Lakin onların həmişə ailəvi dostluqları davam etmişdir. Tərəflər də 4 qardaş və 1 bacıdırlar. Onu hamısı Hacı əmi kimi tanıyır. Təxminən bir neçə ay əvvəl iddiaçı ondan telefonda xahiş etmişdir ki, qardaşı Əlisahib ona və qardaşı Rizvana qarşı polisə şikayət edib, buna görə onunla danışıb şikayəti geri götürməsini istəsin. Şikayət etməsinin səbəbi kimi isə su çəni üstündə mübahisələrinin olduğunu bildirmişdir. Ona görə o da cavabdeh2la danışmış, cavabdeh2 onun xahişini nəzərə alıb öz şikayətini geri götürmüşdür. Lakin bundan sonra onlar arasında yenidən hər hansı bir mübahisənin olmasından məlumatı olmamışdır. Həmçinin qeyd etdi ki, mübahisəli su çəni barəsində heç bir məlumatı yoxdur.

19. X38 bildirmişdir ki, o, Qobustan rayonunun Təklə kəndində yaşayır. İddiaçının atası Nüsrət kişini tanımış, onun 5 uşağının hər birinə məktəbdə dərs demişdir. Həmin kənddə hazırda Nüsrət kişinin uşaqlarının 2 həyəti var, onlardan birində Əlisahibin, birində isə Mahirin evi yerləşir. Bir müddət əvvəl Rəsul adlı bir polis əməkdaşı ona yaxınlaşıb barmağı ilə bir evi göstərib onun kimə aid olduğunu soruşduqda o, həmin evin cavabdeh2 məxsus olduğunu bildirmişdir. Ondan evin kimə məxsus olması barədə soruşulmasının səbəbi isə özünün uzun müddət həmin kənddə icra nümayəndəsi işləməsi olmuşdur. Lakin islahat aparılarkən o, Şamaxıda işləmiş, islahatlar başa çatdıqdan sonra icra nümayəndəsi təyin edilmişdir. Həmin vaxt məlumatı olduğuna görə insanlara əmlak payı kimi çən də paylamışlar. Lakin hazırda mübahisəli çənin kimə məxsus olması barədə onda heç bir məlumat yoxdur. O, sadəcə bir kənd sakini kimi tərəflər arasında çən ilə bağlı mübahisə olduğunu bilir.

20. Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis Rı X3 bildirmişdir ki, təxminən 2025ci ilin iyul ayında Qobustan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış nəqliyyat vasitəsinin üzərində iri həcmli yük olduğu üçün o, RPŞ-yə gətirilmiş, onun üzərində olan su çəninə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığından raport tərtib olunaraq təhqiqat qrupuna təqdim edilmiş, bundan sonra onun tərəfindən həmin məsələ barədə araşdırma aparılmağa başlanılmışdır. Araşdırma aparılarkən ilkin olaraq sürücünün məlumatına əsasən çənin götürüldüyü yerə gedilmiş, lakin ev sahibi evdə olmadığına görə ərazidə olan yaşlı bir kişidən həmin evin kimə məxsus olması barədə soruşmuş, həmin kişi evin sahibinin uzun müddət Rusiya Federasiyasında yaşayan Əlisahib olduğunu bildirmişdir. O da həmin şəxslə bağlı ətraflı məlumat əldə edə bilmək üçün Təklə kənd icra nümayəndəsinə zəng etmiş, o, həmin şəxsin Rusiya Federasiyasında yaşayan və uzun müddətdir ki, kəndə gəlməyən cavabdeh2 olduğunu qeyd etmişdir. Bundan sonra o, əlaqələrindən istifadə edərək, cavabdeh2 telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, o, həqiqətən də, Təklə kəndində evinin olduğunu, həyətində iki dənə - bir ədəd qara, bir ədəd isə emal edilmiş çəni olduğunu bildirmişdir. O, cavabdeh2 özünü təqdim edib həmin çənlərdən birinin həyətindən götürüldüyünü bildirmiş, bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. O da bununla bağlı qətiyyən məlumatı olmadığını bildirmiş, çəninin həyətindən kənar adamlar tərəfindən götürülməsinə görə bu məsələnin ciddi araşdırılmasını xahiş etmişdir. O, cavabdeh2 şikayəti olduqda bununla bağlı rəsmi müraciət edə biləcəyini bildirmiş, cavabdeh2 isə onun əvəzinə öz həyətyanı sahəsinin mühafizəsini tapşırdığı dayısı oğlu cavabdeh1 gəlib izahat və ərizə verəcəyini qeyd etmişdir. Bundan sonra o, hər ehtimala qarşı, cavabdeh1 da izahatını almışdır. O, uzun müddət kənddə icra nümayəndəsi kimi işləmiş Gülbala Bayramovun da izahatını almış, o da izahatında həmin mübahisəli çənin cavabdeh2 məxsus olduğunu bildirmişdir. Bununla bağlı onun yazılı izahatı alınaraq özü tərəfindən imza da çəkilmişdir. Həmçinin qeyd etdi ki, araşdırma zamanı İddiaçı kənd ərazisində ümumiyyətlə qardaşı cavabdeh2 məxsus ev olmadığını bildirmiş, həmin evin də mərhum atasına məxsus olduğunu qeyd etmişdir. Buna görə də o, İddiaçı ilə cavabdeh2 polis şöbəsində görüntülü zəng vasitəsilə danışdırmış, cavabdeh2 da İddiaçı onun yalan dediyini, çən də daxil olmaqla, bütün əmlakın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, bir neçə şəxsi yenə də dindirmiş, araşdırma gedişində artıq qardaşlar arasında mülk üstündə mübahisə olduğunu görmüşdür. Lakin bir müddət sonra cavabdeh2 zəng edib bildirmişdir ki, Hacı əmi adlı şəxsin ondan şikayətini geri götürməsini xahiş etdiyini, onun sözünü mötəbər hesab etdiyini, buna görə də şikayətindən imtina etdiyini bildirmiş, bununla bağlı sonradan onun ərizəsi də alınmış, daha sonra da cinayət işinin başlanması rədd edilmişdir. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, mübahisəli çənin oğurluq əmlak olması ehtimalı olmasına görə saxlanılıb onunla bağlı araşdırma aparılmışdır ki, gələcəkdə hər hansı problem yaranmasın. Çənin götürüldüyü torpaq sahəsinin cavabdeh2 məxsus olması müəyyən edildikdən sonra həmin çənin də cavabdeh2 məxsus olması ehtimal olunaraq, onun göstərişi ilə çən cavabdeh1 təhvil verilmişdir. O, 1996-2004- cü illər aralığında Qobustan rayonunda işləmiş, bu zaman İsayev Aqil Məhəmməd oğlunun “X2 Müəssisəsi”ndə atası ilə birgə işlədiyini bildiyinə görə onunla əlaqə saxlayıb belə bir çənin əmlak payı kimi cavabdeh2 verilibverilməməsini soruşmuş, bununla bağlı ən azından yanakı sübut kimi qiymətləndirmək üçün arayış verməsini xahiş etmiş, o da iş materiallarına əlavə edilmiş arayışı təqdim edərək, həqiqətən də, həmin müəssisədə çalışdıqları üçün cavabdeh2 və arvadına əmlak payı kimi dəmir çən verildiyini bildirmişdir.

21. X24 bildirmişdir ki, tərəflər onun yaxın qonşusu və uzaq qohumlarıdır. Qeyd etdi ki, köhnə zavodun torpaq sahəsinin bir hissəsini bacısının yoldaşı olan cavabdeh1 üçün, bir hissəsini isə özü yaşaması üçün almışlar. O, indi yaşadığı torpaq sahəsini həmin zavodun müdiri olmuş Məhəmməd İsayevin oğlu olan və sonradan zavodun müdiri təyin edilən Aqil İsayevə 5000 manat pul verərək almışdır. Oranı aldıqdan sonra 1998-ci ildə həyətdəki 4 ədəd spirt çənindən birini özü, birini də qardaşı üçün biri 100 dollara almışdır. Qalan 2 çəndən birini də bacısı üçün almaq istədikdə Aqil İsayev ona bildirmişdir ki, qalan 2 çəni cavabdeh2 eyni qiymətə satmışdır. cavabdeh2 da həmin çənlərdən birini özü üçün almış, birini də qardaşı Rizvana bağışlamaq üçün almışdır. 1998-ci ilin təxminən yaz aylarında çənlərdən birini kranla cavabdeh2 evinin üzərinə qoymuşlar. O, verilmiş suala cavab olaraq qeyd etdi ki, cavabdeh2 təxminən 1996-cı ildən Rusiya Federasiyasında yaşayır. Həmin vaxtdan sonra o, cavabdeh2 yalnız ata və anasının hüzr mərasimlərində görmüşdür. O öz çənlərini pul müqabilində almış, lakin cavabdeh2 çənləri bildiyinə görə onun həmin zavodda işləməsinə görə ona hörmət olaraq əmlak payı kimi verilmişdir. Qeyd etdi ki, cavabdeh2 həyəti ilə atasına məxsus olmuş həyət arasında çəpər olmuş, evləri eyni həyətdə yerləşməmişdir. Həmçinin Aqil İsayevlə aparılmış söhbətlərin mövzusu olan və cavabdeh2 verilmiş çənlərin iddiaçı İddiaçı hər hansı aidiyyəti yoxdur.

22. X22 bildirmişdir ki, 1998-ci ildə o, zavodun müdiri olmuş Aqil İsayevdən 4 ədəd çəndən birini almaq istədikdə Aqil İsayev ona həmin çənlərdən ikisini Seyran Kərimova, ikisini isə cavabdeh2 verdiyini bildirmişdir. Çənlərin biri 100 dollardan satılmışdır. Sonradan cavabdeh2 aldığı çənləri mərhum Zakir adlı şəxsin traktoru ilə sürüdüb öz həyətinə apartdırmışdır.

23. X31 bildirmişdir ki, o, cavabdeh cavabdeh1 həyat yoldaşıdır. Mahir və Əlisahib qardaşları da onun həyat yoldaşının əmisi uşaqlarıdır. O, 1988-ci ildə bu ailəyə gəlin köçdükdən sonra bir müddət iddiaçıgillə qonşu olmuş, sonra zavodun həyətinə köçmüşlər. Onların köçdüyü yerin 20 metr yaxınlığında isə 4 ədəd çən olmuşdur. Həmin çənlərdən ikisini qardaşı Seyran Kərimov almış, digər ikisini isə cavabdeh2 pulunu yollamış və qardaşı Rizvan birini özü üçün, birini də cavabdeh2 üçün almışdır. Bu hadisələrin şahidi olmuşdur. O, hazırda mübahisəli çənin cavabdeh2 tərəfindən alınmış çən olduğuna əmindir, çünki çən onun yanında cavabdeh2 həyətinə çəkilib aparılmışdır. Həmin çənin İddiaçı və ya atasına hər hansı aidiyyəti olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan 1 ədəd çənin cavabdeh cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Lakin onun valideynləri Qobustan rayonunun Təklə kəndində yaşamışlar. Həmin kənddə valideynlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. X12 ## ##### 1995-ci ildə, anası X7 isə ## #### 2013-cü ildə vəfat etmişdir. Bundan sonra onlardan miras qalmış əmlaklarla bağlı o, qanun üzrə vərəsə kimi tanınmışdır. Belə ki, iddia ərizəsinə də əlavə etdiyi ## ##### 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, anası X7 birinci növbə vərəsəsi kimi tanınmışdır və anasından ona miras qalmış əmlak Qobustan rayonu, Təklə kəndində yerləşən 0,2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 106,2 kv.m sahəsi olan fərdi yaşayış evidir. Onların həmin torpaq sahəsində birinin dəyəri təxminən 2000 manat olan 2 ədəd su çəni olmuşdur. Bu yaxınlarda həmin su çənlərindən birini öz dostuna icarəyə vermək istəyirdi, dostu ilə danışıb razılaşmış, çəni evakuatora qoyub dostugilə aparanda polis əməkdaşları onu əsassız olaraq evakuatorla birlikdə Qobustan RPŞ-yə aparmışdır. Bunun səbəbini soruşanda isə ona demişlər ki, Rusiyadakı qardaşı şikayət edib bildirib ki, bəs o, həyətdəki çənləri qanunsuz götürüb satmaq istəyir. Bundan sonra polis şöbəsində bununla bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Lakin polis şöbəsindən ona nəinki həmin rədd qərarı verilməmiş, həm də çən ona qaytarılmayaraq başqasının qanunsuz sahibliyinə verilmişdir. Hazırda ona verilən məlumata görə, polis şöbəsindən həmin çən Qobustan rayonunun Təklə kənd sakini olan cavabdeh1 istifadəsinə verilmişdir və həmin çən hazırda cavabdeh kimi göstərdiyi cavabdeh1 qanunsuz sahibliyindədir. Həmin çən də valideynlərindən ona miras qalmış daşınar əşya kimi onun mülkiyyətinə daxil olmuşdur. Lakin hazırda həmin çən cavabdeh1 qanunsuz sahibliyində olduğundan, onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də həmin çənin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmasını xahiş edir.

26. Məhkəmənin ## ####### 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə X13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

27. Məhkəmənin ## ####### 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə cavabdeh2 üçüncü şəxslərin sırasından çıxarılmaqla mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir.

28. Qobustan Rayon Məhkəməsinin (hakim S.Mayılov) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə predmetini su çəni təşkil edir. Hər iki tərəf də bildirir ki, mübahisəli çən məhz Rizvan Məlikov tərəfindən alınmışdır. Lakin iddiaçı tərəf Rizvan Məlikov tərəfindən çənin 1991-ci ildə atasının vəsaiti hesabına, cavabdeh tərəf isə Rizvan Məlikov tərəfindən 1998ci ildə qardaşı cavabdeh2 vəsaiti hesabına alındığını qeyd etmişdir. Bununla bağlı onlar tərəfindən hər hansı digər sübut təqdim edilməmiş olsa da, hazırkı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Rizvan Məlikov mübahisəli çənin 1991-ci ildə onun tərəfindən atasının vəsaiti hesabına alındığını qeyd etmişdir. Belə olan halda məhkəmə mübahisəli çənin 1991-ci ildə Nüsrət Məlikovun vəsaiti hesabına Rizvan Məlikov tərəfindən alındığını qəbul edib. Digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə həmin çənin onun hələ 1992-ci ildə gəlin köçməsindən əvvəl alındığını qeyd edərək, bu faktı bir daha təsdiq etmişdir.

30. Məhkəmə qeyd edib ki, cavabdeh tərəf mübahisəli çənin cavabdeh2 əmlak payı olaraq verilməsini və ya onun vəsaiti hesabına alınmasını təsdiq edən sübut təqdim etməməklə yanaşı, bir-biri ilə uyğun olmayan əsaslara istinad etmiş, bu cür təzadlar şahid ifadələrində də öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, zavodun həyətindəki çənlərdən ikisini qardaşı Seyran Kərimov almış, digər ikisini isə cavabdeh2 pulunu yollamış və qardaşı Rizvan birini özü üçün, birini də cavabdeh2 üçün almışdır. Bu hadisələrin şahidi olmuşdur. O, hazırda mübahisəli çənin cavabdeh2 tərəfindən alınmış çən olduğuna əmindir, çünki çən onun yanında cavabdeh2 həyətinə çəkilib aparılmışdır. Həmin çənin İddiaçı və ya atasına hər hansı aidiyyəti olmamışdır. X32 ifadəsində qeyd etdiyi hallar birbaşa olaraq Rizvan Məlikov tərəfindən təkzib olunmaqla yanaşı, Fərqanə Məlikova cavabdeh cavabdeh1 arvadı olmaqla, hazırkı işin nəticəsində maraqlı olan şəxsdir, ona görə onun ifadəsi mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Cavabdeh tərəf mübahisəli çənin cavabdeh2 məxsus həyətyanı torpaq sahəsində olması səbəbindən onun cavabdeh2 məxsus olduğunu qeyd etsələr də, hazırda mübahisəli ərazidə cavabdeh2 adına qeydə alınmış torpaq sahəsinin olması öz təsdiqini tapmır. Ona görə də, məhkəmə hesab edib ki, mübahisə predmeti olan çən üzərində cavabdeh2 mülkiyyət hüququnun mövcud olmadığı, həmin çənin İddiaçı mülkiyyətində olması müəyyən edilib. Həmçinin hazırda mübahisəli çənin cavabdeh cavabdeh1 sahibliyində olması onun öz ifadəsi ilə də təsdiqini tapır və o, həmin çənə onun mülkiyyətçisi olduğunu qeyd edən cavabdeh2 tapşırığına əsasən sahiblik etdiyini bildirir. Sadalananlara əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, cavabdehlər cavabdeh1 və cavabdeh2 qanunsuz sahibliklərində olan 1 ədəd çən alınaraq iddiaçı İddiaçı verilməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 159, 160, 166.3, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

32. Qətnаmədən cavabdeh cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

33. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-ci maddəsində göstərilən tələbləri pozmuşdur. Belə ki, məhkəmə AR MMnin 139.1, 152.1, 152.5, 157.2, 166.3, 1257.1 maddələrini düz tətbiq etməmiş, MPM-nin 385.1.2, 385.1.3, 385.1.4-cü, 388-390-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. İddiaçı göstərir ki, guya su çənini onun atası 1991-ci ildə şəxsiyyəti iddiaçıya məlum olmayan şəxsdən və ya mənbədən almışdır. Ona görə də həmin çən atasından miras qalmışdır. Başqa vərəsələr həmin miras əmlakdan imtina etdikləri üçün, o isə mirası tam qəbul etdiyi üçün çən onundur. Lakin iş materiallarında olan vərəsəlik şəhadətnaməsindən görünür ki, ona qalan miras əmlak atasından yox, anası X7 mülkiyyətində olan 0.2 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş 106.2 kv.m sahəsi olan yaşayış evindən ibarətdir. Həmin su çəni miras əmlakın siyahısında yoxdur. İddiaçı Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisindən verilmiş ##.##.2025-ci il tarixli vərəsəlik şəhadətnaməsində göstərilən yaşayış evinə torpaq sahəsi tam olaraq iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı qardaşı, cavabdeh cavabdeh2 həyətindən, evinin divarına bitişik qoyulmuş çəni ##.##.2025-ci ildə oğurlayıb polisdə tutulandan sonra su çəninin onun atasından qalmasını polis orqanına sübut etmək üçün qardaşı X13 və bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ###### 2025-ci ildə Bakı şəhərindəki ** saylı notariat ofisinə apararaq onlara “səlahiyyətli orqanlar”a təqdim etmək üçün belə bir ərizə tərtib etdirmişdir ki, “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X13 bildirir ki, ##.##.1995-ci ildə vəfat etmiş atamız X37 istifadəsində olmuş, Qobustan rayonu, Təklə kəndində yerləşən və üzərində 2 su çəni olan torpaq sahəsinin qardaşımız İddiaçı adına özəlləşməsinə heç bir etiraz etmirik”. İddiaçı bacı və qardaşlarına belə ərizə tərtib etdirəndə bilirdi ki, nə atası Nüsrət var, nə onun istifadəsində torpaq sahəsi var, həm də ##.##.2025-ci ildə anasından miras qalan həmin torpağa və 106 kv.m sahəsi olan evə dair vərəsəlik şəhadətnaməsində su çənləri yoxdur. İddiaçının qardaş və bacısına belə hüquqi əhəmiyyət kəsb etməyən ərizə tərtib etdirməkdə 2 məqsədi olmuşdur, həmin ərizələri polisə təqdim etmişdir ki, qardaşı Əlisahibin çənini oğurlamayıb, həm də məhkəməyə təqdim etmişdir ki, məhkəmə onun iddiasını təmin etsin. Həmin ərizələri İddiaçı ##.##.2025-ci ildə polisə təqdim edən kimi, ##.##.2025-ci il tarixdə polis onun haqqında cinayət işi başlanmasını rədd etmişdir. Məhkəmə bu halları araşdırmamışdır. AR MPM-nin 389-cu maddəsində göstərilir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmənin qətnaməsindən görünür ki, iddianın təmin edilməsi üçün sadalanan sübutlar su çəninin iddiaçıya və ya atasına, anasına məxsus olmasını təsdiq etməyən, qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlardan ibarətdir. Belə ki, məhkəmədə 3-cü şəxs qismində çıxış edən, iddiaçının bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 faktla bağlı Qobustan RPŞ-də verdiyi ##.##.2025-ci il tarixli izahatında göstərmişdir ki, “həmin çən Rusiya Federasiyasında yaşayan qardaşım Əlisahibin həyətində olmuş, həyətin və əmlakın qorunması onun tərəfindən mənə həvalə edildiyi üçün mən həmin çəni Əlisahibin həyətindən oğurlayan və oğurlanmasına təşkilatçılıq edən hər kəsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirəm”. X25 ##.##.3025-ci il tarixdə məhkəmədə izahat verərkən göstərmişdir ki, su çəni qardaşı Əlisahibin deyil. ##.##.2025-ci il tarixdə izahat verərkən təhqiqatçı Rəsul Məmmədov onun izahatını düz yazmamışdır, ona görə də bununla bağlı Qobustan Rayon Prokuroruna şikayətlə müraciət etmişdir. Məhkəmənin bu faktla bağlı sorğusuna prokurorluğun cavabından məlum olmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 prokurorluğa heç bir müraciəti daxil olmamışdır. Mülki işin materiallarına əlavə edilmiş təhqiqat materiallarında şahid qismində izahat vermiş X38 təhqiqata verdiyi ##.##.2025-ci il tarixli izahatında göstərmişdir ki, Təklə kəndində uzun illər müxtəlif vəzifələrdə işləmişdir, hamını yaxşı tanıyır. Mübahisəli çənin Əlisahibə məxsus olduğunu bilir. Kənddə Əlisahibin özünə məxsus evi, heyəti və həyətində olan əmlak, o cümlədən 2 ədəd su çəni var. X23 ##.##.2025-ci il tarixli məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, qardaşlar arasında mübahisələndirilən çənin hansına məxsus olduğunu bilmir. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında təhqiqatçı X3 dindirilmiş, izahatında göstərmişdir ki, təhqiqat zamanı müəyyən etmişdir ki, su çəni cavabdeh2 məxsusdur. Bu barədə X23un və tərəflərin bacıları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da sərbəst izahatlarında bu çənin Əlisahibə məxsus olmasını təsdiq etmişlər. ##.##.2025-ci il tarixli məhkəmə iclasında dindirilmiş şahidlər X24, X22, X31 izahatlarında su çəninin cavabdeh2 məxsus olmasını təsdiq etmişlər. Məhkəməyə təqdim etdikləri Qobustan rayonu Təklə kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərə aid təsərrüfat başına kitabının *** nömrəli şəxsi hesab vərəqəsinə əsasən cavabdeh2 adına 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 270 kv.m yaşayış evi qeydə alınıb. Beləliklə, məlum olmuşdur ki, məhkəmə cavabdehin xeyrinə olan bu mötəbər sübutları mötəbərsizləşdirmiş, iddiaçının göstərdiyi qeyri-mötəbər sübutları mötəbərləşdirərərək iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə təhqiqat materialını tələb edib mülki işə əlavə etsə də, Hikmət İsrafilovun və Əliqət Eynalovun izahatlarına hüquqi qiymət verməmiş, onları və İlham adlı şəxsi məhkəməyə çağırmamış və dindirməmişdir. Bütün bu hallar göstərir ki, məhkəmə qətnaməsi prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə müşayət olunan hüquq pozuntuları ilə qəbul edilmişdir. Məhkəmə iddianın təmin edərkən qeyri-mötəbər, ziddiyyətli, işin mahiyyətinə aid olmayan sübutlara istinad etmişdir. Ona görə də qətnamə ləğv edilməli iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Etirazın dəlilləri əsasən iddia ərizəsinin məzmununda qeyd olunan hallarla əlaqələndirilmişdir. Göstərilmişdiir ki, cavabdeh tərəf çənin cavabdeh2 məxsus olmasını sübut edə bilməmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillər tamamilə əsassızdır, ona görə də təmin olunmamalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı tərəflə 1999-cu ilin yanvar ayının 15-nə qədər qonşu olmuşlar. 1999-cu ildən o, zavoda köçüb. Orada əmlaklar, çənlər var idi. Götürülən çənlə onun evi arasında 26 metr məsafə olmaz. O, şahidi olmuşdur ki, 2000-ci ildə həmin çəni əmisioğlu Rizvan Məlikov qardaşı cavabdeh2 Rusiyadan pul göndərməklə aparıblar. Digər şəxslərin hamısı əmisi uşaqlarıdır. Onun heç bir maddi marağı yoxdur. 2000-ci ildə iki çən aparıblar və qapılarının qabağına qoyublar. cavabdeh2 Rusiyada yaşamasına baxmayaraq, ona qapıya, həyətə baxmağı tapşırmışdı, qapının önündə müəyyən əşyalarının olduğunu bildirmişdi. O, bir müddət sonra eşitdi ki, həyətdə qapının önündən çən götürülüb. Ondan əvvəl artıq cavabdeh2 da bu barədə məlumat verilmiş, polis şöbəsindən onunla əlaqə saxlamış, çənin aparıldığını bildirmişdilər. cavabdeh2 da qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Göstərilənlərə əsasən cavabdeh cavabdeh1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

36. Cavadeh cavabdeh1 nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh cavabdeh1 hazırda çənin sahibi cavabdeh2 etibarlı nümayəndəsi kimi iştirak edir. Çən ## #### 2025-ci ildə biri iddiaçının çəni satdığı, digəri sürücü olmaqla 2 nəfər şəxs tərəfindən götürülmüşdür. Yolda polis əməkdaşları tərəfindən saxlanılmışlar, onlardan çəni götürməyi İddiaçı xahiş etmişdir. Həmin şəxslərə sonradan məlum olub ki, çən iddiaçının qardaşı cavabdeh2dur. İddiaçı çıxış yolu axtarmaqdan ötrü həm məhkəmədə, həm də tədqiqatda şahid kimi ifadəsi alınan, atasının dostu Hacıdan xahiş etmişdir ki, cavabdeh2 şikayətini geri götürsün. Həmin şəxs məhkəmədə ifadə vermiş, həm də cavabdeh2 zəng edərək, şikayəti geri götürməyi xahiş edib. cavabdeh2 da şikayətini geri götürmüşdür. Bundan sonra polis tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qarşı tərəfin əməlində cinayət tərkibinin olmaması qeyd edilməyib. Həmin qərarda qeyd edilib ki, çən sahibi xahiş etdiyinə görə, yəni zərər olmadığına görə cinayət işinin başlanması rədd edilib. İddiaçı işi qanuni formaya salmaq üçün qardaşı Məlikov Rizvan və bacısından notarial qaydada təsdiq edilmiş ərizələr almış və həmin ərizədə sonuncular mərhum atalarından qalmış 2 ədəd su çəninin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Halbuki iş materiallarında olan vərəsəlik şəhadətnaməsində göstərilib ki, Məlikova Aşadan miras qalmış 2 sot torpaq sahəsi var və həmin 2 sot torpaq sahəsində 106.2 kv.m. fərdi yaşayış evi var. İddiaçı həmin əhəmiyyətsiz ərizələri təqdim etməklə cinayət işinin başlanmasının rədd edilməsinə nail olub. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arxiv arayışdan görünür ki, Təklə kənd İcra nümayəndəliyinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabının *** nömrəli şəxsi hesab vərəqəsinə əsasən cavabdeh2 adına 0,06 ha torpaq sahəsi qeydə alınıb. İddiaçının çənin ona, onun anasına, atasına məxsus olması barədə sənədi yoxdur. Məhkəmə tərəfindən tədqiqat materialları alınıb və həmin materiallarda da ifadə verilib ki, tutulduqdan sonra çənin iddiaçının deyil, qardaşı cavabdeh2 olduğunu biliblər. Tədqiqat zamanı iddiaçının bacısı izahat verərək bildirib ki, qardaşı cavabdeh2 əraziyə nəzarət etməyi ona həvalə edib, o da qardaşına məxsus çənləri götürən şəxslərin cəzalandırılmasını tələb edir. Artıq iddiaçı barəsində polisdə material olduğunu gördükdən sonra bacı, qardaş iddiaçının mənafeyini müdafiə etmək üçün yuxarıda qeyd olunan məzmunlu notarial ərizə vermişlər. Yəni, bütün sənədlər sübut edir ki, çən cavabdeh2dur. Eyni zamanda çəni götürən şəxslər çəni cavabdeh2 həyətindən götürüblər. Göstərilənlərə əsasən cavabdehin vəkili və nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. İddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əvvəl atası, sonra isə anası ölüb. Onlardan qalan əmlakı qəbul edən vərəsə odur, vərəsəlik şəhadətnaməsini təqdim etmişdir. Cavabdeh onun çəni satdığını bildirir, halbuki çən satılmayıb, çəni dostuna icarəyə vermişdir. Cavabdeh tərəf iddia edir ki, guya həmin ərazidə yerləşən torpaq payı cavabdeh2 əmlak payıdır. Araşdırma zamanı müəyyən edildi ki, əmlak payı 1996-cı ildə Qobustan rayonu, Təklə kəndində bölünüb, qardaşı isə 1987-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. Şəxs Rusiya vətəndaşı olduğu halda, ona necə əmlak payı verilə bilər? Məhkəmə tərəfindən dövlət arxivinə sorğu ünvanlanmış, cavabdehin heç bir əmlak payı olmadığı təsdiqini tapmışdır. İşə baxan məhkəmə lazımi qaydada araşdırma aparmış və qanuni qətnamə qəbul etmişdir. Ona görə də iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

38. İddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəsi gedən çən iddiaçıya məxsusdur. Belə ki, daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi varsa, deməli daşınar əşya da ona məxsusdur. Hər iki tərəf qeyd edir ki, çəni Rizvan Məlikov alıb. Rizvan Məlikov öz ifadəsində göstərib ki, çən Mahir Məlikzadyə məxsusdur. Cavabdeh tərəf çənin onlara məxsus olduğunu sübut edə bilməmişdir. Belə ki, qarşı tərəfin verdiyi ifadələr hamısı ziddiyətlidir. Qarşı tərəf “Hacı” adlı şəxsin məsələyə müdaxilə etdiyini bildirir. Həmin şəxsin bu məsələyə müdaxiləsinə səbəb isə iddiaçının ailədaxili məsələləri öz aralarında həll etmək təşəbbüsü ilə bağlı olub. Qarşı tərəf şikayəti geri götürdüyünə görə cinayət işin başlanmasının rədd olunduğunu bildirir. Halbuki əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili vəkil2 sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh cavabdeh2 və üçüncü şəxslər X13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətindən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 və üçüncü şəxslər Rizvan Məlikov, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qardaş-bacı olmaqla qohumlardır.

46. İddiaçı iddia edir ki, atası tərəfindən alınmış mübahisəli çən əvvəlcə anasına, anasından da ona miras qalmış, anasının vərəsəsi olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, hazırkı iş üzrə üçüncü şəxslər Rizvan Məlikov və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da atalarından qalan hər hansı əmlaka haqq iddia etməyərək, bütün əmlakın, eləcə də, çənlərin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Mübahisəli çənin yerləşdiyi torpaq sahəsi də atasına məxsus olduğundan, həmin torpaq sahəsində olan çən də atasına məxsus olmuş, həmin çəni atasının vəsaiti hesabına qardaşı Rizvan Məlikov 1991-ci ildə almışdır. Cavabdeh tərəf isə etirazının əsası kimi mübahisəli çənin 1991-ci ildə deyil, 1998-ci ildə cavabdeh2 göndərdiyi vəsait hesabına Rizvan Məlikov tərəfindən alındığını qeyd etməklə yanaşı, həm də mübahisəli çənin cavabdeh2 və arvadına “X2 Müəssisəsi” tərəfindən əmlak payı olaraq verildiyini bildirmiş, həmin çənin cavabdeh2 məxsus olmasının Qobustan RPŞ-nin təhqiqatçısı Rəsul Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunduğunu, həmin qərarın isə mübahisələndirilmədiyini qeyd etmişlər.

47. Qeyd edilir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

48. Araşdırılan işin hallarından göründüyü kimi, cavabdeh tərəf mübahisəli çənin cavabdeh2 əmlak payı olaraq verilməsini və ya onun vəsaiti hesabına alınmasını təsdiq edən sübut təqdim etməməklə yanaşı, bir-biri ilə uyğun olmayan əsaslara istinad etmiş, bu cür təzadlar şahid ifadələrində də öz əksini tapmışdır.

49. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, zavodun həyətindəki çənlərdən ikisini qardaşı Seyran Kərimov almış, digər ikisini isə cavabdeh2 pulunu yollamış və qardaşı Rizvan birini özü üçün, birini də cavabdeh2 üçün almışdır. Bu hadisələrin şahidi olmuşdur. O, hazırda mübahisəli çənin cavabdeh2 tərəfindən alınmış çən olduğuna əmindir, çünki çən onun yanında cavabdeh2 həyətinə çəkilib aparılmışdır. Həmin çənin İddiaçı və ya atasına hər hansı aidiyyəti olmamışdır. X32 ifadəsində qeyd etdiyi hallar birbaşa olaraq Rizvan Məlikov tərəfindən təkzib olunmaqla yanaşı, Fərqanə Məlikova cavabdeh cavabdeh1 arvadı olmaqla, hazırkı işin nəticəsində maraqlı olan şəxsdir, ona görə onun ifadəsi mötəbər sübut olaraq qiymətləndirilə bilməz.

50. Digər tərəfdən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin çənin onun hələ 1992-ci ildə gəlin köçməsindən əvvəl alındığını qeyd edərək, bu faktı bir daha təsdiq etmişdir.

51. İşdən göründüyü kimi cavabdeh tərəf sözügedən çənin əmlak payı kimi verildiyini bildirərkən polisdə aparılmış araşdırma çərçivəsində İsayev Aqil Məhəmməd oğlu adlı şəxs tərəfindən verilmiş arayışa istinad etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, “Mən, ##.##.1975-ci ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş İsayev Aqil Məhəmməd oğlu (şəxsiyyət vəsiqəsi AZE № ********, ##.##.2018-ci ildə Asan-Sumqayıt tərəfindən verilib) təsdiq edirəm həmin arayışı ondan ötrü ki, həqiqətən təqdim edilən 1 (bir) ədəd 16 (on altı) ton maye tutumlu dəmir çən 1998-2000-ci illərdə mərhum atam İsayev Məhəmməd Atappa oğlunun rəhbərlik etdiyi Təklə kəndi ərazisindəki “X2 Müəssisəsi” tərəfindən (sonrakı illərdə həmin müəssisəyə mən rəhbərlik etmişəm) əvvəllər həmin müəssisədə çalışmış Təklə kənd sakinləri X17 və arvadı X18 əmlak payı olaraq verilmişdir”.

52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh2 və arvadının, həqiqətən də, həmin müəssisədə işləmiş olması və onlara sözügedən çənin əmlak payı olaraq verilməsi barədə hər hansı təsdiqedici sənəd təqdim edilməmiş, yalnız bir şəxsin adından yazılmış həmin qeyri-mötəbər arayışa istinad olunmuşdur. İşə baxmış məhkəmə bu halı aydınlaşdırmaq üçün Qobustan rayon Dövlət Arxivinə sorğu vermiş, sorğuya cavab olaraq daxil olmuş məktubda isə qeyd edilmişdir ki, “xxxx“X2 Müəssisəsi”nin islahat sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün cavabdeh2 və arvadı X18 əmlak payı ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlərə rast gəlinməmişdir”. Belə olan halda isə mübahisə predmeti olan çənin cavabdeh2 və arvadına əmlak payı olaraq verilməsi də öz təsdiqini tapmır.

53. Beləliklə, mübahisəli çənin 1991-ci ildə iddiaçının atası Nüsrət Məlikovun vəsaiti hesabına Rizvan Məlikov tərəfindən alınması müəyyən edildiyinə görə, iddiaçının atasının ## ##### 1995-ci ildə vəfat etməsindən sonra həmin daşınar əşya – çən əşyanın sahibi kimi əvvəlcə anasının mülkiyyətinə keçmiş, daha sonra anası Aşa Məlikova da ## #### 2013-cü ildə vəfat etdiyindən ona aid olan daşınar əşyalar da qanun üzrə vərəsəsi kimi tanınmış iddiaçı İddiaçı keçmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Rizvan Məlikov da notarial təsdiqli ərizə verərək atalarından miras qalmış bütün əmlakın, o cümlədən mübahisəli çənin də iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini qeyd etmişlər.

54. Apellyasiya məhkəməsi qeyd edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri).

55. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əşya cavabdehin qanunsuz sayibliyində qalmışdır. Bu səbəbdən, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, qaytarılması qət edilən əşyanı cavabdehdən tələb etməkdə haqlıdır.

56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri yenidən təkrarlamağa lüzum qalmır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Məhkəmə kollegiyası yekunda hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.

59. İddia ərizəsinin məzmununda mübahisələndirilən çənin qiyməti təxminən 2000 manat dəyərində qeyd olunmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə tərkibinin bu istiqamətdə suallarına iddiaçı tərəf və onun vəkili cavab olaraq çənin qiymətinin 1500- 2000 manat civarında dəyişdiyini bildirmişlər. Bu barədə iddiaçı tərəfin qeyd etdiklərinə isə cavabdeh tərəf heç bir təkzibedici izahat verməmişdir.

60. Qeyd olunanları nəzərə alaraq MPM-in 402.1-ci maddəsinə əsasən kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

61. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası:

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar