Məhkəmə qərarları › İş №2(3-8)-425/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-425/2026

30.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-425/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbadəddin oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Şabəddin İbadəddin oğlu Nadirovun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı İbadəddin oğlunun cavabdeh Cavabdeh qarşı "əmlakın cavabdehin istismarından çıxarılmaqla, tikinti materiallarının sonuncunun qanunsuz sahibliyindən geri qaytarılması" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı İbadəddin oğlu cavabdeh Cavabdeh qarşı “əmlakın cavabdehin istismarından çıxarılmaqla, tikinti materiallarının sonuncunun qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan tikilinin girişinin sol tərəfindəki 18 kvadrat metr divarın və tikilinin özülünün cavabdehin qanunsuz istismarından çıxarılması, bu tikilinin qalan hissələrinin sökülərək cavabdeh tərəfindən mənimsənilmiş tikinti materiallarının ona qaytarılması, eləcə də, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Bəylər Ələkbərov) iddiaçı İddiaçı İbadəddin oğlunun cavabdeh Cavabdeh qarşı “əmlakın cavabdehin istismarından çıxarılmaqla, tikinti materiallarının sonuncunun qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi və iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı İddiaçı İbadəddin oğlu Siyəzən Rayon Məhkəməsinin sözügedən qərardadından şikayət vermişdir.

4. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Bəylər Ələkbərov) Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı İbadəddin oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmadan qərardad qəbul olunmuşdur. Ona görə də adı çəkilən qərardad ləğv olunmalıdır. Məlumat üçün bildirir ki, Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını ##.##.2026-cı il tarixində rəsmi qaydada əldə etmişdir. O, vaxtı ilə Siyəzən Rayon Məhkəməsində cavabdeh Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddia qaldırmış və Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. İddianın təmin edilmədiyini görüb hal-hazırda cavabdeh Cavabdeh qarşı “əmlakın cavabdehin istismarından azad olunması, cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia qaldırmışdır. Göründüyü kimi hazırkı iddia ilə əvvəlki iddiasındakı predmet və əsas tamamilə fərqlidir, eyni predmet barəsində və eyni əsaslar üzrə deyildir. Bildirir ki, məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi səhf təfsir edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşə baxan hakimin yanaşması səhf yanaşmadır. Bir daha qeyd edir ki, o, qanunvericiliyin tələblərinə uyğun şəkildə məhkəməyə iddia ərizəsi tətbiq etmişdir. Göründüyü kimi, məhkəmədə işə baxılarkən maddi hüquq norması pozulmuş və düzgün tətbiq edilməmişdir. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddiasına mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı Şabəddin İbadəddin oğlu Nadirov şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

9. Cavabdeh Cavabdeh şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli,

10. *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materialları ilə müəyyən olunur ki, Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı İbadəddin oğlunun cavabdeh Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Göründüyü kimi birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsinin olması əsası ilə çıxış edərək işi üzrə icraata xitam vermiş və mövqeyini bununla əsaslandırmışdır ki, eyni tərəflər arasında olan mülki mübahisə ilə bağlı həm hazırkı iddia ərizəsi, həm də əvvəlki iddia ərizəsi nəzərdən keçirilərkən hər iki iddia tələbinin iddiaçının, rəsmi sənədlə ona aidiyyətini sübuta yetirə bilmədiyi mübahisəli 30 kv.m torpaq sahəsi, eləcə də, bu torpaq sahəsinin üzərindəki tikili (dayanacaq) ilə bağlı olduğu üçün məzmun və mahiyyət etibarı ilə eyni əsasla verilməklə, eyni predmeti də ehtiva etdiyi məlum olur. Yəni iddiaçı sözügedən tikiliyə görə əvvəl maddi ziyanı, hazırda isə tikinti materiallarını tələb etməklə, nəticə etibarı ilə eyni predmeti əhatə edən tələb irəli sürmüşdür.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, nəticədə düzgün və əsaslı məhkəmə aktı qəbul edilmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını

16. qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

17. Kollegiya vurğulayır ki, ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşdığından, eləcə də şikayətin dəlillərində göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verildiyindən, şikayətinin dəlilləri üzrə təkrar ayrıca hüquqi dəyərləndirmə aparmağa proesesual qənaət prinsipi baxımından lüzum görmür.

19. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Araşdırılan iddia üzrə yeni əsasın yarandığı müəyyən edilmir. Odur ki, şikayət təmin edilməməlidir.

20. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

İddiaçı İddiaçı İbadəddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar