Məhkəmə qərarları › İş №2(3-8)-507/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-507/2026

20.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-507/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi tələbinə dair Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh rəsmi nikah münasibətlərində olmuş, nikahları Siyəzən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə pozulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh ilə nikah müddətində əldə edilən əmlakların, o cümlədən, soyuducu 1 ədəd dəyəri 700 manat, divan 1 ədəd dəyəri 200 manat, televizor dəyəri 40 manat, xalça 2m.x3m. ölçüdə dəyəri 50 manat, çörək sobası (elektrik) dəyəri 50 manat, ətçəkən maşın (elektrik) dəyəri 50 manat olmaqla, cəmi 1090 manat dəyərində məişət əşyalarının naturada bölünməsi, mümkün olmadığı halda dəyərinin 1/2 hissəsinin, yəni 545 manatın; yaşayış otağı 5m.x4m. ölçüdə dəyəri 3500 manat, mal tövləsi 4m.x10m. ölçüdə dəyəri 2000 manat, hamam otağı dəyəri 1500 manat olmaqla, cəmi 7000 manat dəyərində aparılan tikintilərin naturada bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissəsinin, yəni 3500 manatın; inək (yerli cins) 1 baş 2000 manat, dana 2 baş (yerli cins, birinin dəyəri 1000 manat) 2000 manat olmaqla, cəmi 4000 manat dəyərində heyvanların naturada bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissədə, yəni 2000 manatının cavabdehdən alınıb ona verilməsi; həmçinin nişan üzüyü 350 manat (3,0 qram, Rusiya istehsalı əyyarı 583), qırmızı qaşlı üzük 250 manat (2,0 qram, Rusiya istehsalı əyyarı 583), sırğa qaşsız 300 manat (paxlava formasında 3,0 qram, Rusiya istehsalı əyyarı 583) dəyəri olmaqla, cəmi 900 manat dəyərində hədiyyə verilən qızılziynət əşyalarının naturada və yaxud tam hissədə dəyərinin, ümumilikdə isə 6945 manat pulun və 90 manat məbləğində ödənilmiş rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə ər-arvad kimi yaşamağa başladığı gündən demək olar ki, bir xoş gün görməmiş, yəni cavabdehlə yola getməmişdir. Belə ki, cavabdeh tərəfindən ona qardaş, dayı, xala və digər qohumları ilə görüşməsinə, ünsiyyətinə qadağa qoyulmuşdur. Hətta 2023-cü ildə anasının vəfatı zamanı onun dayısı qızı cavabdehdən xahiş etməsinə baxmayaraq, sonuncu, anasının son nəfəsində onunla görüşməyə imkan verməmişdir. Anasının vəfatından sonra isə yalnız bir gün yas mərasimində iştirakına icazə vermişdir. Lakin iddiaçı aylıq cəmi 95 manat əmək haqqı aldığından, maddi vəziyyəti aşağı olduğu üçün pay (hədiyyə) gətirdiklərinə görə yalnız onun xalasını və dayısı qızını evlərinə buraxır, cəzaçəkmə müəssisəsində olduğu kimi həmin qohumları ilə görüşə icazə verirmiş. Evliliklərinin bu 17 ilində onun həyatı yuxarıda qeyd edildiyi kimi məşəqqətli keçmişdir. Sonralar iddiaçının onunla evlənməzdən əvvəl qardaşı Cavidə bıçaqla xəsarət yetirdiyinə görə mühakimə olunaraq 3 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkməsi ona məlum olmuşdur. Hazırda da cavabdeh Cavid adlı qardaşının məsləhəti və təkidi ilə onunla barışmaq istəmir. İddiaçı ##.##.2024-cü ildə gecə vaxtlarında guya dayısı qızı ilə telefonla danışdığını əsas tutaraq onu döymüş, başına xəsarət yetirmiş və səhəri günü ##.##.2024-cü ildə günorta vaxtlarında uşaqları ondan alaraq özünü evdən qovmuş, o isə məcbur olub xəsarətlə əlaqədar polisə müraciət etmiş, habelə hazırda xəsarətlə əlaqədar polis şöbəsində araşdırma aparılmaqdadır. Beləliklə o vaxtdan bəri hazırda Siyəzən şəhərində qeyd edilən ünvanda yaşayır və 17 il ərzindən cavabdehlə birgə nikahda yaşadığı dövrdə əldə etdikləri əmlaklardan, yəni ona düşən paydan, habelə toy ərəfəsində hədiyyə olaraq verilən qızıl zinət əşyalarından məhrum olmuş, başqa sözlə, ona məxsus əmlaklar cavabdehin sahibliyində qalmışdır.

4. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, 1090 manat dəyərində məişət əşyaları tam həcmdə evindədir və iddiaçı istənilən vaxt gəlib götürə bilər. İddiaçının qeyd etdiyi yaşayış otağı anbar kimi atası tərəfindən nikah dövründən əvvəl tikilmişdir. 4m x 5m ölçüdə mal tövləsinin dəyəri 600 manat həcmindədir. Hamam otağı da atası tərəfindən evliliklərindən xeyli əvvəl tikilib (bu barədə ** saylı, ##.##.2025-ci il tarixli Məşrif kənd İƏD üzrə nümayəndəliyinin arayışı əlavə olunur). Mal tövləsinin 1/2 hissəsi 300 manat edir. 2000 manat dəyərində (yerli cins) inək mövcud deyildir, evlilikləri dövründə satılmışdır. 1800 manat dəyərində 2 dana mövcud olmaqla, onun 1/2 hissəsi 900 manat təşkil edir. Qızıl-zinyət əşyalarına gəldikdə isə bibisinin hədiyyə etdiyi, çəkisi 2,0 qram olan Rusiya istehsalı, 583 əyarlı, 250 manat dəyərində qırmızı qaşlı üzük iddiaçının özündədir. Qalan qızılzinyət əşyalarının ümumi dəyərini təşkil edən 650 manatın ½ hissəsini, yəni 325 manatı iddiaçıya ödəməyə hazırdır. Həmçinin məişət əşyalarını tam şəkildə təhvil verdikdən sonra 435 manat pulu iddiaçıya ödəməyə hazırdır. Odur ki, iddia tələbinin qismən, qəbul etdiyi hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir.

5. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə yenidən etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunanların çoxu ilə razı deyildir. Belə ki, aşağıdakı tikililər atası tərəfindən uzun müddət əvvəl, birgə nikah dövründən xeyli əvvəl tikilib. Belə ki, yaşayış evi kimi qeyd edilən, əslində anbar kimi istifadə edilən tikili (divarlar üzüm bağının şpalerlərindən tikilib, dam köhnə şiferdən, yeri torpaq üzərində 2 sm qalınlığında beton) təxminən 400 manat dəyərindədir. Hamam-tualet tikili atasının dövründə tikilmiş, təkcə plastik qapı və unitaz sonradan dəyişmişdir, habelə təxminən 350 manat dəyərindədir. Birgə nikah dövründə inşa edilmiş tövlə təxminən 500 manat dəyərindədir. 750 manat dəyərində 1 ədəd soyuducu, 200 manat dəyərində 1 ədəd divan və yerli cins inək ümumiyyətlə olmamışdır. Diri çəkisi 160 kq olan 1 baş dana təxminən 1300 manat dəyərindədir. Qızıl-zinyət əşyalarından 2 qram çəkisi olan 583 əyarlı, Rusiya istehsalı nişan üzüyü 305 manat dəyərində olmaqla ondadır. Çəkisi 3 qram olan Rusiya istehsalı, qırmızı qaşlı üzük iddiaçının özündədir. Çəkisi 3 qram olan Rusiya istehsalı, paxlava formasında qaşsız sırğa 458,13 manat təşkil edir. Beləliklə bu əşyaların dəyəri cəmi 4313 manat təşkil edir. Habelə ##.##.2026-cı il tarixdə keçirilən baxış zamanı iddiaçının əmlak tələbində göstərdiyi əmlakın canlı şahidi olmaqla tələbdə göstərilən əmlakların heç birinin iddiaçının yazdığı kimi olmadığı müəyyən olunmuşdur. Bir daha qeyd etmişdir ki, siyahıda yaşayış otağı kimi qeyd olunan tikili faktiki anbar kimi istifadə olunmaqla içərisində plastik çənlər vardır. Həmçinin hamam-tualet də atasının dövründə inşa olunmuş, habelə yeganə tikili tövlə olmaqla birgə nikah dövründə tikilmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək iddia tələbinə dair etirazlara uyğun izahat vermiş, iddia tələbinin qismən təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddia ərizəsində sadalanan qızıl-zinyət əşyalarından 583 əyarlı, Rusiya istehsalı, 3 qram çəkidə nişan üzüyü və 583 əyarlı, Rusiya istehsalı, 3 qram çəkidə paxlava formasında qaşsız sırğa onda qalmış, o, həmin qızılları öz ehtiyacı üçün sərf etmiş, hazırda dəyərini iddiaçıya qaytarmağa hazırdır. İddia tələbində qeyd edilən 2,0 qram, Rusiya istehsalı, 583 əyarlı qırmızı qaşlı üzük isə iddiaçı tərəfindən evi tərk edərkən özündə qalmışdır. Heyvanlarla bağlı qeyd etmişdir ki, onların yerli cins inəkləri olmamış, 2 baş danaları olmuş, danalardan biri bu yaxınlarda ölmüşdür. İddia tələbində qeyd edilən birgə nikah dövründə əldə edilmiş əşyaların hamısını iddiaçıya verməyə hazırdır, lakin daşınmaz əşyalardan yalnız mal tövləsi birgə nikah dövründə tikilmişdir. Yaşayış otağı və hamam hissə isə nikahdan öncə tikilmişdir. Lakin hamam otağında olan unitaz və kondisoner birgə nikah dövründə əldə edilmişdir ki, hazırda həmin əşyaları da iddiaçıya verməyə hazırdır.

7. Siyəzən rayon Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, ** saylı arayışında qeyd edilmişdir ki, Cavabdeh Siyəzən rayonu, Qozağacı kəndində yerləşən atası Nağıyev Xanoğlan Ağakərim oğluna məxsus fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair N-***F nömrəli kod ******** saylı şəhadətnaməsinə əsasən 0,12 ha torpaq sahəsi üzərində yerləşir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi, tövlə, anbar və hamam vardır.

8. Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan cavabdeh Cavabdeh yaşadığı Siyəzən rayonunun Qozağacı kəndində yerləşən aşağıdakı əmlakların, o cümlədən tövlənin tikintisi üçün torpaq qazılmasına görə 32 manat, bünovrənin betonuna 198 manat, qum-çınqıl qatlarına görə 52,5 manat, mişar daşlarına 226,8 manat, hörgü məhluluna 85,5 manat, daş hörgüsü işçiliyə görə 453,2 manat, dəmir dayaq və aşırımlara 105 manat, dam örtüyünə 192 manat, dam montajına 72 manat, metal qapıya 40 manat, qapı montajına 10 manat, daşınma və xırda xərclər üçün 250 manat olmaqla, cəmi 1717 manat vəsait sərf edilməsi müəyyən edilmişdir. Həmçinin, 5m.x4m. ölçüdə yaşayış otağının mövcud bünövrə və altlığına 180 manat, köhnə konstruksiya divarlara 435,6 manat, damın köhnə eternit və karkasına 240 manat, qapı və köhnə metal elementlərə 30 manat, döşəmə və daxili sadə vəziyyətə 135 manat olmaqla, cəmi 1020,60 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. Hamam-tualetin tikintisinə - divarla və daş blokun faktiki dəyərinə 240 manat, dam örtüyü və sadə karkasa 81 manat, döşəmə (beton səthin hamarlanmasına görə) 65,52 manat, PVC qapıya 160 manat, unitaz və bağlantılara 140 manat, sadə elektrikə 40 manat, xırda santexnika və ehtiyata görə 42 manat olmaqla, cəmi 768,52 manat vəsait sərf edilməsi qeyd edilmişdir. Habelə, Bryusa markalı 1 ədəd soyuducunun qiyməti 450 manat, 1 ədəd divanın qiyməti 40 manat, 1 ədəd “Prolin” markalı televizora 50 manat, 2x3 ölçüdə 1 ədəd xalçanın qiyməti 60 manat, “Arı” markalı elektrik çörək sobasına görə 10 manat, 1 ədəd ətçəkən maşının qiyməti 50 manat, 1 baş yerli inəyin qiyməti 2500 manat, 2 baş dananın 1-i 3300 manat olmaqla, cəmi 6600 manat təşkil edir. Rusiya istehsalı, 583 əyarlı, 3 qram nişan üzüyünün qiyməti 458,13 manat, Rusiya istehsalı, 583 əyarlı 2 qram qırmızı qaşlı üzüyün qiyməti 305,42 manat, Rusiya istehsalı, 583 əyyarlı, 3 qram (paxlava formasında) qaşsız sırğanın 458,13 manat olmaqla, cəmi 10981,68 manat müəyyən edilmişdir. Qeyd edilən xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində internet saytı (lalafo.az) məlumatlarına və ekspert təcrübəsinə əsasən tədqiqatı aparılan tikililərin və ev əşyalarının hazırkı bazar dəyəri ümumi olaraq ümumilikdə 14487,80 manat müəyyən edilir. Həmçinin, tədqiqatı aparılan qızılzinət əşyaları tədqiqata təqdim edilməmişdir. Lakin qərardadda qoyulan suallar üzrə əşyaların qiyməti internet saytına istinadən müəyyən edilmişdir. Həmin saytda qızılın əyarından asılı olaraq 1 qramının cari günə olan çəki (lom) qiymətləri əks etdirilmişdir. Mal-qara barədə ətraflı məlumat olmadığından onların dəyəri faktiki vəziyyətinə uyğun şərti olaraq təxmini ödənilmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh Cavabdeh bibisi X2 izahatında bildirmişdir ki, cavabdeh onun qardaşının oğlu, iddiaçı isə qardaşının gəlinidir. İddiaçı İddiaçı onların ailəsinə gəlin gələndən çox zəhmətkeş qız olmuş, daim öz əziyəti ilə Tehranla birgə təsərrüfat aparmışdır. Mübahisəli daşınmaz əşyalar onların birgə nikah dövründə tikilmiş, hətta böyük evi isitmək çətin olduğu üçün Tehran və Güney həmin yaşayış otağında qalmışlar. Hazırda cavabdeh Cavabdeh birgə nikahdan olan uşaqlarını da iddiaçıya qarşı qaldırmışdır. Ona görə də iddia tələbində qeyd olunan hər bir xüsusatın doğru olduğunu bildirmiş və İddiaçı köməklik edilməsini xahiş etmişdir.

10. Mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-***F saylı 30506038 kodlu şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi mülkiyyətə verilərkən onun üzərində 109.3 kv.m yaşayış evi və 16.6 kv.m başqa tikili mövcud olmuşdur.

11. Məhkəməyə təqdim olunmuş iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “5m.x4m. ölçüdə yaşayış otağına köçürülmə” tələbinə dair mülki iş üzrə keçirilmiş yerində müayinəyə dair iclasın video-diskindən görünür ki, qeyd olunan tikililərdən yaşayış otağı fərdi yaşayış evinin sol tərəfində yerləşir, yanında mal tövləsi var, fərdi yaşayış evinin sol tərəfində hamam otağı vardır.

12. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günel Quluzadə) iddia qismən təmin edilmiş, Siyəzən rayonu, Qozağacı kəndində yerləşən, birgə nikah dövründə alınmış qiyməti 450 manat olan soyuducu, qiyməti 10 manat olan elektrik çörək sobası (Arı) və qiyməti 50 manat olan ətçəkən maşın, qiyməti 1000 manat olan 1 baş dana, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 1510 (bir min beş yüz on) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması, birgə nikah dövründə alınmış qiyməti 40 manat olan divan, qiyməti 40 manat olan televizor (Prolink), qiyməti 50 manat olan 2*3 ölçüdə olan xalça və qiyməti 1000 manat olan 1 baş dana, cəmi dəyəri 1130 (bir min bir yüz otuz ) manat cavabdeh Cavabdeh verilməsi, birgə nikah dövründə tikilmiş qiyməti 1020,60 manat olan 5m.*4m. ölçüdə yaşayış otağı, qiyməti 1717 manat olan 4m.*10m. olan mal tövləsi və qiyməti 768,52 manat olan hamam otağı olmaqla, daşınmaz əmlakların cəmi 3506,12 manat dəyərinin 1/2 hissəsi, yəni 1753,06 (bir min yeddi yüz əlli üç manat altı qəpik) manat dəyəri cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddiaçıya verilməli olan birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri (3263,06 manat) qanunvericiliyə əsasən iddiaçıya çatmalı olan birgə nikah dövründə əldə edilmiş əmlakın (6146,12 manat dəyərində) 1/2 hissəsini, yəni 3073,06 manat dəyərində olan əmlakın dəyərini 190 manat aşdığına görə həmin 190 (bir yüz doxsan) manat pul kompensasiya şəklində İddiaçı tutularaq Cavabdeh ödənilməli, qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü və qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 700 (yeddi yüz) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 500 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun, cəmi 590 manat məhkəmə xərcinin 54 %, yəni 318,6 (üç yüz on səkkiz manat altmış qəpik) manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, 271,4 (iki yüz yetmiş bir manat qırx qəpik) manatın iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, yaşayış evi kimi qeyd edilən, əslində isə anbar kimi istifadə edilən tikili 400 manat, hamam 350 manat və birgə nikah dövründə tikilmiş tövlə 700 manat dəyərində olduğunu nəzərə alaraq, ümumilikdə 1450 manatın ½ hissəsinin, yəni 715 manat məbləğinin iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış evi kimi qeyd edilən, əslində isə anbar kimi istifadə edilən tikili (divarları üzüm bağının şpalerlərindən tikilib, dam köhnə şiferdən, yeri torpaq üzərində 2 sm qalınlığında beton) təxminən 400 manat dəyərindədir. Hamam (tualet) (təkcə plastik qapı, unitaz sonradan dəyişib) təxminən 400 manat dəyərindədir. Hər ikisi atası tərəfindən nikahdan uzun müddət əvvəl tikilib. Yalnız tövlə birgə nikah dövründə tikilmişdir və dəyəri 700 manat dəyərindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. (...)

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

20. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

27. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

21. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

22. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi (...) 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (...)

23. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. (...)

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarına əsasən birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

34. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

35. Nəzərə alınmalıdır ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).

36. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

37. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

38. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

39. Cavabdehin apellyasiya şikayətindən görünür ki, yaşayış evi kimi qeyd edilən, əslində isə anbar kimi istifadə edilən tikilinin və hamamın birgə nikahdan əvvəl tikildiyini qeyd etmiş, tövlənin isə nikah dövründə tikildiyini etiraf etmişdir. Həmçinin tutulmuş məbləğlərlə razılaşmamışdır.

40. İş materiallarına əlavə edilmiş mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-***F saylı 30506038 kodlu şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi mülkiyyətə verilərkən onun üzərində 109.3 kv.m yaşayış evi və 16.6 kv.m başqa tikili mövcud olmuşdur.

41. Eyni zamanda birinci instansiya məhkəməsində icraa zamanı şahid qismində dindirilmiş cavabdeh Cavabdeh bibisi Zakirə Səmədova da öz izahatında iddia ərizəsində mübahisələndirilən hamam otağı və yaşayış otağının Tehran və Güney tərəfindən birgə nikah dövründə tikildiyini bildirmişdir.

42. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan cavabdeh Cavabdeh yaşadığı Siyəzən rayonunun Qozağacı kəndində yerləşən tövlənin tikintisi üçün torpaq qazılmasına görə 32 manat, bünovrənin betonuna 198 manat, qum-çınqıl qatlarına görə 52,5 manat, mişar daşlarına 226,8 manat, hörgü məhluluna 85,5 manat, daş hörgüsü işçiliyə görə 453,2 manat, dəmir dayaq və aşırımlara 105 manat, dam örtüyünə 192 manat, dam montajına 72 manat, metal qapıya 40 manat, qapı montajına 10 manat, daşınma və xırda xərclər üçün 250 manat olmaqla, cəmi 1717 manat vəsait sərf edilməsi müəyyən edilmişdir. Həmçinin, 5m.x4m. ölçüdə yaşayış otağının mövcud bünövrə və altlığına 180 manat, köhnə konstruksiya divarlara 435,6 manat, damın köhnə eternit və karkasına 240 manat, qapı və köhnə metal elementlərə 30 manat, döşəmə və daxili sadə vəziyyətə 135 manat olmaqla, cəmi 1020,60 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. Hamam-tualetin tikintisinə - divarla və daş blokun faktiki dəyərinə 240 manat, dam örtüyü və sadə karkasa 81 manat, döşəmə (beton səthin hamarlanmasına görə) 65,52 manat, PVC qapıya 160 manat, unitaz və bağlantılara 140 manat, sadə elektrikə 40 manat, xırda santexnika və ehtiyata görə 42 manat olmaqla, cəmi 768,52 manat vəsait sərf edilməsi qeyd edilmişdir.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh mübahisəli yaşayış evinin (anbar) və hamamın hələ birgə nikah dövründən əvvəl tikildiyini bildirsə də buna bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Həmçinin mübahisələndirilən tikililərə xərclənmiş vəsaitin miqdarının rəydə göstərilən məbləğdən az olması, o cümlədən rəyin əsassızlığı barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə əsaslı olmuşdur.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar