Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-125/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, katib X4, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “Cavabdeh” X1rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli, **-*-**/*-*-****/**** saylı əmrdən görünür ki, Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə ##.##.2024- cü il tarixində “Töhmət” elan edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli Sabirabad RMX-nın direktorun inzibati məsələlər üzrə müavini O.Tağızadə, Sabirabad RMX-nın IR şöbəsinin müdiri Nümayəndə və Sabirabad RMX-nın IR şöbəsinin kadrlar üzrə mütəxəssisi A.Məhərrəmov tərəfindən tərtib edilmiş və imzalanmış AKT-dan görünür ki, ##.##.2024-cü il tarixdə İddiaçı Cəfər qızı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan imtina etmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı 22-24-##.##.2025-ci il tarixlərində heç bir üzrlü səbəb göstərmədən işdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən “Xəbərdarlıq” elan edilməsi və işə gəlmədiyi 3 iş günü mühasibatlıq tərəfindən əmək haqqından tutulması əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş İddiaçı ##.##.2025-ci il tarixli izahatında ##.##.2025-ci il tarixdə Bakı şəhərindən işə gələrkən yolda səhhəti pisləşdiyini, şəkər və təzyiqinin qalxmasını, ona görə də işə gələ bilmədiyini bildirmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı işçiyə töhmət verilməsi barədə əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə ##.##.2025-ci il tarixində “Töhmət” elan edilməsi əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdə heç bir üzrlü səbəb göstərmədən işdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ##.##.2025-ci il tarixdə işə gəlmədiyi 1 iş günü mühasibatlıq tərəfindən əmək haqqısından tutulması əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli Sabirabad RMX ASM şöbəsinin bölmə müdiri T.Tağıyev, Sabirabad RMX ASM şöbəsinin mama-ginekoloqu R.Mirzəyeva və Sabirabad RMX ASM şöbəsinin böyük tibb bacısı N.Muxtarova tərəfindən tərtib edilmiş və imzalanmış AKTdan görünür ki, Sabirabad RMX-nın ASM bölməsində mama vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixində, heç bir üzrlü səbəb olmadan, bölmə müdirindən icazə almadan işdə olmayıb. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı işçiyə töhmət verilməsi barədə əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə ##.##.2025-ci il tarixində “Töhmət” elan edilməsi əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli Sabirabad RMX-nın IR şöbəsinin müdiri Nümayəndə, Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsinin müdiri M.Mahmudov və Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsinin Böyük tibb bacısı N.Muxtarova tərəfindən tərtib edilmiş və imzalanmış AKTdan görünür ki, ##.##.2025-ci il tarixdə Sabirabad Mərkəzi ASM bölməsində mama vəzifəsində işləyən İddiaçı töhmət verilmişdir. İddiaçı töhmət əmri ilə tanış olmaqdan imtina edib. Bu səbəbdən ##.##.2025-ci il tarixdə töhmət əmri ilə tanış olmaq üçün əmr poçtla ünvanına göndərilmişdir. Lakin o, məktubu geri qaytarmışdır. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində işdə olmadığı üçün işə gəlmədiyi 2 iş günü mühasibatlıq tərəfindən əmək haqqısından tutulması əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2021-ci ildə TƏBIB-in tabeliyində olan “Cavabdeh” X1in Sabirabad Ailə Sağlamlıq Mərkəzində “mama” vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmiş, ##.##.2025-ci ildə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iş materiallarına əlavə olunmuş Sabirabad rayon Səhiyyə işçiləri X7 Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli iclasının Protokolundan Çıxarışdan görünür ki, Sabirabad Sihi şurası “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində mama vəzifəsində çalışan İddiaçı nizamintizamı və işə davamiyyəti dəfələrlə üzrsüz pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmasına etiraz olmamışdır. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, işçiyə 30 təqvim günü müddətinə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi hesablanıb ödənilməsi, İddiaçı son hesabın ödənilməsi əmr edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, Sabirabad RMX ASM bölməsinin sabiq işçisi İddiaçı ##.##.2025-ci il tarixdə, saat 09:15-də ASM bölməsinin ginekoloji kabinetinə daxil olmuş, Yaxma jurnalının əvvəl şəklini çəkmiş daha sonra isə çantasına qoyaraq özü ilə aparmışdır. ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "xxxx" X1 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini baş həkim X6 RPŞ-yə etdiyi müraciəti ilə “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində “mama” vəzifəsində çalışan İddiaçı ginekologiya kabinetinə daxil olaraq xəstələrin qeydiyyat jurnalının qanunsuz olaraq götürüb xəstəxananın tərk etməsi barədə verdiyi məlumat əsasında başlanmış araşdırılma nəticəsində toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1919 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanmasının rədd edlməsi qərara alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı - cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “Cavabdeh” X1rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “Cavabdeh” direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ##.##.1969-cu il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, 1992-ci ildə Bakı * saylı Tibb Texnikomunun mama fakultəsini bitirmiş və həmin ildə ixtisası üzrə işə qəbul olunmuşdur. ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" X1 "Cavabdeh" ASM bölməsi mama vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Işlədiyi dövrdə heç bir intizam xətası törətməmiş və cəza almamışdır. Cavabdeh "xxxx" X1 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun ##.##.2025-ci il tarixli əmri ilə ƏM-nın 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsinin "a" bəndinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas kimi ##.##.2025-ci il tarixdə keçirilmiş Tibbi şura iclasının qərarı, ##.##.2025-ci il tarixli Sabirabad rayonu SIHI şurasının keçridiyi iclasın qərarı, ##.##.2025-ci il tarixli işə gəlməməyi barədə tərtib edilən AKT və Şöbə müdirinin yazdığı məlumat göstərilmişdir. O, həmişə işdə olmuş, heç vaxt işdən qalmamış, proqul etməmişdir. Ağır şəkər xəstəsidir, bəzən səhhəti ilə bağlı halı pis olan zaman qısa bir müddətdə şöbə müdirindən icazə alaraq işdən çıxmışdır. Lakin bütün günü heç vaxt işdən çıxmamışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilən zaman hansı gündə işdə olmamağı göstərilməmişdir. O, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv ilə bağlı Mediasiya təşkilatına rəsmi müraciət etmişdir. Sabirabad * saylı Mediasiya təşkilatı tərəfindən mediasiya prosesi təyin edilmiş, lakin cavabdeh gəlmədiyindən ##.##.2025-ci il tarixli MSS/MT***/****-***** saylı arayış verilmişdir. Hansı gün işə gəlməyi barədə ondan heç bir izahat belə alınmamışdır. Heç bir vaxt həmkarlar Komitəsinin iclasına dəvət olunmamışdır. Cavabdeh publikası "xxxx" X1 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun ##.##.2025-ci il tarixli əmrini tam qanunsuz və əsassız hesab edir. Ona görə də, həmin əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb verilməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, etirazının əsası kimi göstərmişdir ki, “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində “mama” vəzifəsində çalışan İddiaçı əvvəllər də nizam-intizamı və işə davamiyyəti dəfələrlə üzrsüz səbəblərdən pozduğuna görə onun barəsində dəfələrlə intizam tənbehi verilmişdir, lakin İddiaçı bundan nəticə çıxarmamış və nizam-intizam və işə davamiyyət qaydalarına əməl etməməsini davam edərək təkrarən əmək vəzifələrinin kobud şəkildə pozmasına görə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır. Eyni zamanda, əlavə olaraq qeyd edir ki, İddiaçı ##.##.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmadığı halda, növbəti gün iş yerində olarkən davamiyyət jurnalına işdə olmadığı ##.##.2025-ci il tarix üçün imzasını qoyaraq, həmçinin özünün qeydiyyat apardığı xəstələrin qeydiyyat jurnalını da özü ilə icazəsiz şəkildə apararaq, bununla da onun həmin günü işə çıxmamasının həqiqət olmaması barədə ətrafı inandırmağa çalışmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu, 11-ci maddəsinin b) bəndinə, 70-ci maddəsinin «ç» bəndinə, 72-ci maddəsinin a) və ə) bəndlərinə, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə, 76-cı maddəsinin 1-ci bəndinə, 80-cı maddəsinini 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 80 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, yəni ##.##.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmamaqla əmək vəzifələrinin kobud şəkildə pozduğu məhkəmə araşdırılması nəticəsində təsdiq edildiyi halda, onun Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsindən azad edilməsi barədə “xxxx" X1 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini - baş həkim Elnur Əzizovun ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı Əmri təqdim edilmiş sübutlara əsasən tam əsaslı və qanuni olduğundan, həmçinin iddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı gətirdiyi dəlillər öz təsdiqini tapmadığından, iddia tələbi həmin əmrin ləğv edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** saylı Əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, tələbin işinə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi hissələri də əsassız hesab edilməli və təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə ilə razılaşmır. Qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmaqla iddia tələbi təmin edilməlidir. Sabirabad rayon Səhiyyə işçiləri HIŞ RH ##.##.2025-ci il tarixli protokolundan çıxarışdan da göründüyü kimi həmkarlar ittifaqı şurasının iclasında iddiaçının iştirakı təmin edilməmiş, hansı əmək intizamının pozulması halı göstərilməmiş, ümumi sözlərlə nizam-intizam və işə davamiyyəti dəfələrlə üzrsüz pozduğu göstərilmişdir. Halbuki, əvvəllər hər hansı bir əmək intizamını pozmamışdır. 1992-ci ilin iyul ayından həmin xəstəxanada qüsursuz işləmişdir. Özü 2ci qrup şəkər xəstəliyindən əziyyət çəkməklə daim həkim nəzarəti altında hər ay dövlətin verdiyi dərmanlarla müalicə olunur. Həmkarlar təşkilatının işdən azad olunmasına razılıq verməsinə dair protokolu baş həkimin ona qarşı münasibəti pis olduğuna görə işdən azad etməsinə zəmin yaratmaq məqsədi ilə baş həkimin təzyiqi altında tərtib olunmaqla tərtib edilmişdir. Bundan əlavə məhkəmədə ona məlum olmuşdur ki, baş həkim bundan əvvəl onun barəsində heç bir məlumatı olmadığı halda əmək intizamının pozulması ilə əlaqədar iddiaçıya töhmət verilməsinə dair əmrlər imzalayıbdır və bu hal ona məhkəmədə məlum olduğundan əvvəllər verilmiş həmin əmrləri mübahisələndirə bilməmişdir. Belə olan halda əvvəllər etmiş olmadığı əməllərə görə əgər intizam qaydasında cəzalandırılmışsa, onda o hansı əsasla artıq intizam (baxmayaraq ki heç bir əmək intizamı qaydalarını pozmamışdır) qaydasında qiymət verilmiş cəzaya görə təkrarən etmədiyi əmələ görə ciddi sıxıntıya səbəb olan intizam tənbehinə məruz qalır. Belə olan halda, əvvəllər etmiş olmadığı əməllərə görə əgər intizam qaydasında cəzalandırılmışsa, onda o hansı əsasla artıq intizam (baxmayaraq ki heç bir əmək intizamı qaydalarını pozmamışdır) qaydasında qiymət verilmiş cəzaya görə təkrarən etmədiyi əmələ görə ciddi sıxıntıya səbəb olan intizam tənbehinə məruz qalır? Işin məhkəmədə araşdırılmış hallarından da göründüyü kimi, cavabdeh məhkəmədəki izahatında ##.##.2025-ci ildə bütün iş günü ərzində işə gəlmədiyinə istinad etmiş, lakin bunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Işin hallarından da göründüyü kimi cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əlavə olaraq qeyd edir ki, həmin tarixdə o, öz iş yerində olmaqla işə gəlməsinə dair işə davamiyyət jurnalına imza etmişdir, hətta həmin gün müayinə üçün həkimin hamilə qadınları müayinə etməsi ilə əlaqədar hamilələrin qeydiyyat jurnalında qeydiyyatlarını aparmışdır. Sonradan isə həmin jurnalın oğurlandığı bildirilmişdir. Əgər o, həmin gün işdə olmamışdırsa, onda jurnala necə imza edə bilərdi. Halbuki həmin jurnal şöbə müdirində onun otağında olur və onun otaqında işə davamiyyət jurnalına imza edilir. O, həmin gün işə gəlməmiş olsa, adının qarşısında şöbə müdiri dərhal qeydiyyat aparıb işdə olmadığını yazardı. Belə qeydiyyat isə yoxdur yəni o, həmin gün işdə olmuşdur. Hətta Sabirabad rayon PŞ TB-də jurnalın götürülməsi ilə əlaqədar direktor vəzifəsini icra edən Elnur Əzizovun ##.##.2025-ci il tarixli məktubu araşdırılarkən həmin hal sübut olunmamış, sonradan isə cavabdeh məhkəməyə özlərinin yeni tərtib etdikləri jurnalı təqdim etmişlər. Işə baxan məhkəmə cavabdehin onun əmək vəzifələrini kobud surətdə pozmasına dair gəldiyi nəticəni qəbul etdiyi qətnaməsində əsaslandıra bilməmişdir. Bir daha bildirir ki, əmək münasibətlərinə xitam verilməsinə əsas olan hal kimi cavabdehin istinad etdiyi 21 avqust tarixində işdə olmamasına dair hallar ümumiyyətlə mövcud olmamış, əksinə məhkəmədə həmin tarixdə onun işdə olmaqla öz qulluq vəzifələrini yerinə yetirməsi tam sübut olunmuşdur. Göstərilənlər yuxarıda adları qeyd olunan və dindirilməsini tələb etmiş olduğu şəxslərin tərtib etdiyi təqdimat və onun işə davamiyyətə dair həmin tarixdə adının qarşısında olan imzasıyla da sübuta yetirilir. Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləvğ edərək iddia tələbimin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, dəfələrlə işdə olduqları halda iş buraxma kimi qeyd edilib, əmək haqqından tutulmalar olub. Xəstələrin qeydiyyat jurnalına ehtiyacı olmayıb, onu aparmamışdır. Bununla bağlı polisə müraciət ediblər, cinayət işinin başlanmasının rədd edilməsi qərarı verilib. 36 ildir həmin şöbədə işləyir, jurnala hər gün qeydiyyat aparır, onu götürmək üçün heç bir səbəbi yoxdur. Xəstələrin qeydiyyat jurnalında ##.##.2025-ci il tarixdə olan yazılar ona məxsus deyil. Işdən çıxarılandan, məhkəməyə müraciət edəndən sonra ona töhmətlərin verilməsi məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Iddiaçı həmin gün işdə olmayıb, ondan əvvəl də dəfələrlə işdə olmamışdır. Bununla bağlı aktlar tərtib edilib. ##.##.2025-ci ildə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilib. Səbəb işçinin heç bir üzürlü səbəb olmadan ##.##.2025-ci il tarixdə işə gəlməməsi olub. Bununla bağlı tibbi şura keçirilib, səhiyyə işçilər həmkarlar ittifaqının rəyi alınıb. Işçi davamiyyət jurnalına həmin gün imza çəkməyib. Həmin gün üçün xətt çəkmiş, səhəri işçi onun üstünə imza çəkib. Bu hal kameraya düşüb, iddiaçı xəstələrin qeydiyyat jurnalını çantasına qoyub aparır. Məqsədi gəlmədiyi gün üçün öz adına xəstə yazaraq, guya gəldiyini təsdiq etməkdir. Davamiyyət jurnalının əslinə birinci instansiya məhkəməsində baxış keçirilib. Iddiaçı ilə heç bir şəxsi qərəzlilik yoxdur. İddiaçı özü iş ahəngini pozub, davamlı olaraq işə gəlməyib. Tərəflərindən dəfələrlə xəbərdarlıq edilib. Elə olub ki, bir ay işə gəlməyib lakin onun əmək haqqısını vermişlər. Daha sonra İddiaçı gecələr iş yerində qaldığı onlara məlum olmuşdur. Hamı ilə birlikdə işdən çıxır, gecə 20:00-dan sonra işə geri qayıdır, iş yerində qalırdı. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1.-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; ... 10.-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ... əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ... 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 72-ci maddəsinə əsasən, Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; …. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində araşdırılmış sübutları, şahid ifadələrini, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əmək hüququnun fundamental prinsiplərindən biri əmək münasibətlərində intizam və təşkilati asılılıq prinsipidir. Işçi əmək müqaviləsi bağlamaqla yalnız əmək funksiyasını yerinə yetirməyi deyil, həm də işəgötürənin daxili intizam qaydalarına riayət etməyi öz üzərinə götürür. Bu baxımdan işçinin işə davamiyyət qaydalarına əməl etməməsi əmək münasibətlərinin mahiyyətinə zidd olmaqla yanaşı, əmək funksiyasının icra olunmaması ilə eyniləşdirilir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh müəssisədə “mama” vəzifəsində çalışmış, ##.##.2025-ci il tarixli əmri ilə Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Işəgötürən bu bu əmri Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə istinad etməklə vermişdir. (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;) Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hala yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə iclasında araşdırılmış hallar, təqdim edilmiş sənədlər və şahid ifadələri ilə sübuta yetirilir ki, iddiaçı işlədiyi müddət ərzində əmək və icra intizamını dəfələrlə pozmuş, işə davamiyyət qaydalarına riayət etməmişdir. Kollegiya hesab edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmrində göstərilən xüsusatların həqiqətə uyğun olmaması barədə iddiaçının arqumentlərini əsaslı hesab etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur; belə ki, iddiaçının üzrlü səbəblər olmadan müvafiq günlər ərzində işə gəlmədiyi cavabdehin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmışdır. Kollegiya vurğulayır ki, əmək hüququnda intizam tənbehinin tətbiqi pilləli xarakter daşıyır və bu mexanizm işçiyə davranışını düzəltmək üçün imkan verilməsinə yönəlmişdir. Yəni, işəgötürən tərəfindən dərhal ən ağır tədbirin tətbiqi deyil, əvvəlcə daha yüngül intizam tədbirlərinin tətbiqi nəzərdə tutulur. Konkret iş üzrə isə müəyyən olunur ki, iddiaçıya münasibətdə bu prinsipə əməl edilmiş, ona əvvəlcə töhmət, xəbərdarlıq və əmək haqqından tutulma kimi tədbirlər tətbiq olunmuşdur. Lakin iş materiallarının təhlili göstərir ki, həmin tədbirlər iddiaçının davranışına təsir göstərməmiş, əksinə, o, əmək intizamını pozmağa davam etmişdir. Bu isə hüquqi baxımdan onu göstərir ki, işəgötürənin daha yüngül vasitələrlə əmək münasibətlərini tənzimləmək imkanı faktiki olaraq tükənmişdir və daha sərt tədbirin tətbiqi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2025-ci ilin aprel, may və iyun aylarında üzrsüz səbəbdən işə gəlməməsi, bununla bağlı intizam tədbirlərinin tətbiq olunması və nəhayət, ##.##.2025-ci il tarixdə bütöv iş günü ərzində işdə olmaması halları birlikdə qiymətləndirildikdə, bu davranışın təsadüfi deyil, sistemli və davamlı pozuntu modeli təşkil etdiyi aşkar şəkildə müəyyən olunur. Bu kontekstdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi məsələsinə münasibətdə kollegiya qeyd edir ki, “kobud pozuntu” anlayışı yalnız formal olaraq bir dəfəlik pozuntu kimi deyil, həm də pozuntunun xarakteri, nəticələri və əvvəlki davranışlarla əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Işçinin tam iş günü ərzində üzrsüz səbəbdən işdə olmaması əmək funksiyasının faktiki olaraq icra edilməməsi deməkdir və bu hal əmək münasibətlərinin davam etdirilməsini obyektiv olaraq mümkünsüz edən hallardan biri kimi çıxış edir. Belə ki, iş materiallarında olan əmrlərdən və aktlardan görünür ki, iddiaçıya müxtəlif dövrlərdə intizam tənbehləri tətbiq edilmiş, o cümlədən ona “töhmət” və “xəbərdarlıq” verilmiş, həmçinin işə gəlmədiyi günlərə görə əmək haqqından tutulmalar aparılmışdır. Xüsusilə 2025-ci ilin aprel, may və iyun aylarında onun üzrsüz səbəbdən işdə olmaması faktları sənədlərlə rəsmiləşdirilmiş, həmin pozuntulara görə barəsində müvafiq intizam tədbirləri görülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, intizam tənbehlərinin tətbiqi işçinin əmək vəzifələrinə münasibətini düzəltməyə yönəlmiş tədbir olmaqla, profilaktik xarakter daşıyır. Lakin konkret halda tətbiq olunmuş tənbehlərə baxmayaraq, iddiaçı öz davranışını dəyişməmiş, əksinə, qısa müddət ərzində eyni xarakterli pozuntuları təkrar etmişdir. Bu isə onun əmək intizamına münasibətinin mənfi olduğunu və pozuntuların təsadüfi deyil, davamlı xarakter daşıdığını göstərir. Iş materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixdə üzrsüz səbəbdən tam iş günü ərzində iş yerində olmamışdır. Bu hal əmək vəzifələrinin yerinə yetirilməməsinin kobud forması olmaqla, əmək intizamının ciddi pozuntusu kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı tarix üzrə davamiyyət məsələsi işəgötürənin təqdim etdiyi jurnallarla (xəstələrin qeydiyyatı, davamiyyət və əmrlərin qeydiyyatı jurnalı) yenidən araşdırılmışdır. Bu məqsədlə müvafiq xəstələrin qeydiyyat jurnalı məhkəmə kollegiyası tərəfindən iddiaçıya göstərilmiş və ##.##.2025-ci il tarixə xəstələrin qeydiyyatının onun tərəfindən icra edilib-edilməməsi dəqiqləşdirilmişdir. Iddiaçı həmin tarix üzrə icra olunan yazının ona aid olmadığını bildirmişdir. Bu hal onu göstərir ki, iddiaçı işdə olmadığı üçün xəstələrin qeydiyyatı onun tərəfindən aparılmamışdır. Davamiyyət jurnalında ##.##.2025-ci il tarixdə iddiaçının imzası olsa da, işəgötürən bunun iddiaçı tərəfindən sonradan icra edilməsi ilə əsaslandırmışdır. Cavabdeh işəgötürən iddiaçının həmin gün işdə olmasını tərtib etdiyi akt və şahid ifadəsi ilə sübut etmişdir. Nəticə etibarı ilə bu nüanslar da iddiaçının həmin gün işdə olması barədə irəli sürdüyü arqumentlərin etibarlılığını zəiflədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil hüquqi əsasdır. Kollegiya hesab edir ki, iddiaçının ##.##.2025-ci il tarixdə işə çıxmaması və bunun əvvəlki çoxsaylı intizam pozuntuları fonunda baş verməsi həmin normanın tətbiqini tam əsaslandırır. - Bununla yanaşı, iş materialları göstərir ki, iddiaçıya qısa müddət ərzində bir neçə dəfə intizam tənbehi tətbiq edilmiş, lakin o, həmin tənbehlərdən nəticə çıxarmamışdır. Bu hal Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi baxımından da qiymətləndirilməli və işçinin əmək vəzifələrini təkrar pozması kimi qəbul edilməlidir. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi yalnız bir epizodla deyil, davamlı və sistemli pozuntuların məcmusu ilə şərtlənmişdir. Iddiaçının həmkarlar ittifaqının razılıq protokolunun guya təzyiq altında tərtib edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan ##.##.2025-ci il tarixli protokol ilə iddiaçının işdən azad edilməsinə etiraz olunmadığı təsdiq edilir. Lakin iddiaçı tərəfindən həmin sənədin etibarsızlığını təsdiq edən hər hansı obyektiv və mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən göstərilən arqument yalnız ehtimallara əsaslanan subyektiv mülahizə kimi qiymətləndirilməli və hüquqi əhəmiyyət kəsb etmir. Kollegiya həmçinin qeyd edir ki, həmkarlar ittifaqının iclasında işçinin iştirakının məcburi olması qanunvericilikdə imperativ qaydada nəzərdə tutulmamışdır. Əsas tələb həmin orqanın mövqeyinin alınmasıdır ki, bu da konkret iş üzrə təmin edilmişdir. Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına uyğun olaraq məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında qiymətləndirir. Bu iş üzrə mövcud olan intizam tənbehləri barədə əmrlər, davamiyyətin pozulmasını təsdiq edən aktlar, həmkarlar ittifaqının qərarı və digər sənədlər bir-biri ilə uyğunluq təşkil edir və iddiaçının əmək vəzifələrini pozduğunu inandırıcı şəkildə təsdiq edir. Əksinə, iddiaçı tərəfindən irəli sürülmüş dəlillər, o cümlədən işə davamiyyətin pozulmaması, tibbi vəziyyətlə bağlı bəhanələr və digər arqumentlər sübutlarla təsdiq olunmamış, yalnız ümumi və qeyri-konkret izahlar səviyyəsində qalmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla əsaslı və qanuni olmuş, birinci instansiya məhkəməsi isə iş üzrə düzgün nəticəyə gəlmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-125/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-125/2026
22.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver