Məhkəmə qərarları › İş №2(3-9)-148/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-148/2026

23.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-148/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı iddiaçı1 İmanverdi oğlunun iştirakı ilə, İddiaçılar Əliyev İmanverdi Hidayət oğlu, iddiaçı4, iddiaçı1 İmanverdi oğlu, iddiaçı2 İmanverdi oğlu, Əliyeva Fərrux İmanverdi oğlu, iddiaçı5 İmanverdi qızı, iddiaçı7 İmanverdi qızının cavabdeh Cavabdeh qarşı “inşa edilən evdən və torpaq sahəsindən şıxarılma” tələbinə dair Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 İmanverdi oğlu və cavabdeh Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Masallı rayonu, Xallıcallı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## #### tarixli ** nömrəli qərarı ilə Kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair Kod 80512048, JN-*** saylı Dövlət Aktı ilə 3.15 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bunun da əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində evdə darısqallıq olduğundan, 2001-ci ildə özlərinə fərdi yaşayış evi inşa etdirmişlər. Mərhum övladı (qardaşı) Əliyev Müşviq İmanverdi oğlu Masallı rayonu, Ətcələr kənd sakini X10 ilə el adəti ilə ailə həyatı qurub, birgə nikahlarından X11 adlı bir nəfər uşaqları olmuşdur. Sonradan mərhum övladı (qardaşı) Əliyev Müşviq İmanverdi oğlu hazırkı cavabdeh, Masallı rayonunun Xallıcallı kənd sakini Cavabdeh ilə ailə münasibətində olmuşdur. Mərhum övladı (qardaşı) Müşviq Əliyev özünə Masallı şəhəri, Digah kəndində fərdi yaşayış evi inşa etdirmiş, 2017-ci ildə vəfat etmişdir. Cavabdeh, Cavabdeh inşa etdikləri evə qanunsuz sahiblik edərək, mülkiyyətlərində olan torpaq sahəsini əllərindən almışdır. Yuxarıda qeyd etdiyi Masallı şəhəri, Digah kəndində tikilən evə də sahiblik edir. Dəfələrlə cavabdehə mülkiyyətlərində olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələrini bildirsələr də, o, buna maneəçilik törətməklə, evdən və torpaq sahəsindən çıxmağa etiraz etmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı tərəf Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Masallı rayonu, Xallıcallı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Ellara Abbasova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh cavabdehlərə məxsus Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən qeydə alınmış Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh iddiaçı Əliyev İmanverdi Hidayət oğlunun xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Əliyev İmanverdi Hidayət oğlunun xüsusi mülkiyyətinə Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X4, iddiaçı1 İmanverdi oğlunun, iddiaçı2 İmanverdi oğlunun, Əliyeva Xəyalə İmanverdi qızının, iddiaçı6 İmanverdi oğlunun və iddiaçı5 İmanverdi qızının adları qeyd olunmuşdur. JN-*** nömrəli kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı əsasında Əliyev İmanverdi Hidayət oğlu və onun ailə üzvləri olan X4, iddiaçı1 İmanverdi oğlunun, iddiaçı2 İmanverdi oğlunun, Əliyeva Xəyalə İmanverdi qızının, Əliyev Fəxrəddin İmanverdi oğlunun və iddiaçı5 İmanverdi qızının birgə mülkiyyətlərinə 3.15 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əliyev İmanverdi Hidayət oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-*** nömrəli kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar Əliyev İmanverdi Hidayət oğlunun, X4, iddiaçı1 İmanverdi oğlunun, iddiaçı2 İmanverdi oğlunun, Əliyeva Xəyalə İmanverdi qızının, iddiaçı6 İmanverdi oğlunun və iddiaçı5 İmanverdi qızının ümumi birgə mülkiyyətindədir və mübahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh Cavabdeh həmin evə gəlin köçdüyünü, torpaq sahəsinin və evin ona mərhum həyat yoldaşından miras qaldığını iddia edərək evdən və torpaq sahəsindən çıxmağa razı olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən təqdim edilmiş çıxarış və dövlət aktında mərhum Əliyev Müşviq İmanverdi oğlunun mülkiyyət payının olmadığı müəyyən edilmişdir. Geri tələb edilən torpaq sahəsi fərdi müəyyən əşyadır və naturada saxlanılır. Tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri yoxdur. Göründüyü kimi iddia tələbi MM-nin 157.2-ci maddəsinin 1,2,4,5,6,7-ci bəndlərdə göstərilən dispozisiya şərtlərinə uyğundur. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.8, 238.1, 213.1, 213.2-ci maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.2, 217.3, 217.4, 107, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı iddiaçı1 İmanverdi oğlu və cavabdeh Cavabdeh ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı iddiaçı1 İmanverdi oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən onların hazırda cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinə müvafiq sənədləri vardır. O, sözügedən evi inşa edib qurtarandan sonra, Cavabdeh qardaşı Müşfiqlə ailə qurmuşdur. Məhkəmə işə baxarkən, tam və obyektiv araşdırma aparmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 216-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmə onların iddiasını tam və hərtərəfli araşdırmamış, sübutlara tam və düzgün qiymət verməyərək, iddialarını əsassız olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. O, sözügedən torpaq sahəsində yaşayış evi inşa etdirmişdir. Cavabdehin həmin evdə yaşaması onu mülkiyyət hüququndan məhrum etmişdir. Məhkəməyə torpaqla bağlı müvafiq sənədlər təqdim etmiş, məhkəmə də, həmin sübutlara obyektiv qiymət verməyərək, iddianı qismən təmin etmişdir. Odur ki, qətnamənin dəyişdirilməsini, cavabdeh Cavabdeh torpaq sahəsində inşa etdikləri evdən çıxarılmaqla, iddisının tam təmin olunması barədə yeni bir qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum əri Əliyev Müşfiq İmanverdi oğlu ilə faktiki ailə quraraq evlənmişdir. Faktiki nikahlarından bir övladları olmuşdur. O, X2in ikinci həyat yoldaşı olmuşdur. X2 birinci nikahda olarkən arvadının atası bələdiyyə torpağını zəbt edərək qızına ev tikmişdir. Ev təmirsiz olmuş, yaşamağa şəraiti olmamışdır. 20 il əvvəl o, həmin evə köçmək istəyərkən evi tikmiş X2 birinci nikahda olarkən arvadının atasına onun valideyinləri qəbzlə pul köçürmüşlər. Evi aldıqdan sonra o, həmin evə mərhumla birlikdə bir xeyli pul qoyaraq təmir etdirmişlər. Artıq 20 ildən çoxdur ki, o həmin evdə iki uşağı ilə birlikdə yaşayır. Onun yaşadığı ev iddiaçıların torpaq sahəsinə düşmür. Həmin ərazidə bələdiyyə mülkiyyəti olduğundan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Məhkəmə heç bir araşdırma aparmadan, iş üzrə ekspertiza təyin etmədən, tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerli baxış təyin etmədən qanunsuz bir qətnamə çıxarmışdır. Məhkəmə hardan bilir ki, onun evi iddiaçıların torpaq sahəsinə düşür. Torpaq sahələrinin baza məlumatları məhkəmədə olmadığından, məhkəmə ekspertiza təyin etmədən torpaq mübahisələri üzrə birbaşa qətnamə qəbul edə bilməz. Məhkəmə onun işinə əvvəldən və əzəldən birtərəfli yanaşmış, obyektiv araşdırma aparmamış, iclaslar tələm-tələsik keçmiş və məhkəmədə koordinatlar olmadan belə əsassız iddianı təmin etmişdir.Məhkəmə işin faktiki hallarına qiymət verməmiş, o, dəfələrlə məhkəmə iclasında bildirmişdir ki, yaşadığı ev iddiaçıların yerinə düşmür. Məhkəmə qətnaməsində mülkiyyət hüququna istinad edir və həmçinin əşyanın qanunsuz sahiblikdən geri alınması barədə şərhlərini yazır. Lakin məhkəmənin gözündən bir şey qaçmışdır ki, o, iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Tikilmiş evi bələdiyyə mülkiyyətindədir. İddiaçıların ona qarşı iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Hesab edir ki, çıxarılmış qətnamə göstərmiş olduğu maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı1 İmanverdi oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək Masallı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Cavabdeh torpaq sahəsində inşa etdikləri evdən çıxarılmaqla, iddianın tam təmin olunması barədə yeni bir qətnamə çıxarılmasını xahiş etmişdir. Digər iddiaçılar iddiaçı2, iddiaçı7, iddiaçı6 Əliyev İmanverdi Hidayət oğlu, iddiaçı4 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətindən görünür ki, Masallı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Cavabdeh torpaq sahəsində inşa etdikləri evdən çıxarılmaqla, iddianın tam təmin olunması barədə yeni bir qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh (nümayəndəsi Nümayəndə) tərəfindən təqdim edilmiş apellyasiya şikayətindən görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsini iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını, tərəflərin apellyasiya şikayətlərində irəli sürdükləri dəlilləri, işdə olan hüquqmüəyyənedici sənədləri və apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyinin nəticələrini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Hazırkı iş üzrə iddiaçılar cavabdehin həm onların mülkiyyətində olan torpaq sahəsindən, həm də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb etmişlər. Odur ki, torpaq sahəsindən çıxarılma tələbi ilə yaşayış evindən çıxarılma tələbi eyni faktiki və hüquqi əsaslara malik olmadığından həmin tələblər ayrı-ayrılıqda qiymətləndirilməlidir. İş materiallarında olan ## ##### 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Xallıcalı kəndində yerləşən 3,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. JN-*** nömrəli, kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən də həmin torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə Əliyev İmanverdi Hidayət oğluna və onun ailə üzvlərinə birgə mülkiyyətə verilmişdir. İddiaçı iddiaçı1 İmanverdi oğlu apellyasiya şikayətində mübahisəli yaşayış evinin onun tərəfindən inşa edildiyini və cavabdehin həmin evdən də çıxarılmalı olduğunu bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Cavabdeh iddiaçıların ailə üzvü olmuş mərhum Əliyev Müşfiq İmanverdi oğlu ilə faktiki ailə münasibətləri qurmuş, həmin münasibətdən övladı olmuş və iyirmi ildən artıq müddətdə mübahisəli yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. Cavabdehin mübahisəli evə təsadüfi, müvəqqəti və ya mülkiyyətçilərin iradəsinə zidd şəkildə yerləşməsi iş materialları ilə müəyyən edilməmişdir. Əksinə, cavabdehin həmin evə X2lə ailə həyatı qurmaq və daimi yaşamaq məqsədilə köçməsi, uzun müddət orada birgə təsərrüfat aparması, yaşayış evinin saxlanılmasında iştirak etməsi, övladlarını həmin evdə böyütməsi və evdən əsas yaşayış yeri kimi istifadə etməsi işin mübahisə edilməyən hallarından görünür. Cavabdehlə X2 arasında nikahın rəsmi dövlət qeydiyyatına alınmaması özü-özlüyündə cavabdehin uzun müddət ərzində yaranmış yaşayış maraqlarını aradan qaldırmamışdır və onun yaşayış evindən qeyd-şərtsiz çıxarılması üçün müstəqil əsas təşkil etmir. Məhkəmə tərkibi bununla bağlı qeyd edir ki, nikahın bağlanması, ona xitam verilməsi, etibarsız sayılması, aliment və digər ailə-hüquqi məsələlər ailə qanunvericiliyi ilə tənzimləndiyi halda, şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranması, həyata keçirilməsi və ona xitam verilməsi mülki hüquq münasibətlərinə aiddir. Buna görə də rəsmi nikahın mövcudluğu ilə yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu eyniləşdirilməməli, həmin münasibətlər hüquqi təbiətlərinə uyğun olaraq fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququ məhdud əşya hüququ xarakteri daşıyır. Bu hüququn ər və arvad münasibətlərində yaranmasını yalnız rəsmi nikahın mövcudluğu ilə əlaqələndirmək qanunun məqsədinə və hüququn ümumi prinsiplərinə uyğun olmazdı. Mülki və mənzil hüquq münasibətlərində “ər”, “arvad”, “ailə” və “ailə üzvü” anlayışları ailə qanunvericiliyindəki formal mənadan daha geniş təfsir edilməli, şəxslərin ailə qurmaq məqsədilə birgə yaşamaları, ümumi təsərrüfat aparmaları və münasibətlərinin faktiki xarakteri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq normasının mətni nə qədər aydın olsa da, onun məhkəmə tərəfindən təfsiri qaçılmazdır, şübhə doğuran məsələlərin aydınlaşdırılması və hüququn dəyişən ictimai münasibətlərə uyğunlaşdırılması məhkəmə təcrübəsi vasitəsilə həyata keçirilir. Qanunun əlçatanlığı və nəticələrinin əvvəlcədən görülə bilməsi yalnız normanın mətnindən deyil, həm də məhkəmə təcrübəsində ona verilmiş ardıcıl təfsirdən asılıdır. Eyni zamanda, “mülki hüquq və vəzifələr” kimi bir sıra hüquqi anlayışlar müstəqil məna daşıyır və yalnız milli qanunvericilikdəki formal anlayışlarla məhdudlaşdırıla bilməz . Məhkəmənin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, qanunun aydın olması yalnız onun mətni ilə deyil, eləcə də məhəkmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir.(Moiseyev Rusiyaya qarşı, § 234; Ringeisen Avstriyaya qarşı, § 94; König Almaniyaya qarşı, § 88). Bu baxımdan, cavabdehlə X2 arasında nikahın rəsmi qaydada qeydə alınmaması onların faktiki ailə münasibətlərinin, uzun müddət birgə yaşamalarının və ümumi təsərrüfat aparmalarının hüquqi əhəmiyyətini aradan qaldırmır. Beləliklə, rəsmi nikahın olmaması cavabdehin iyirmi ildən artıq müddətdə formalaşmış yaşayış maraqlarının inkar edilməsi və onun yaşayış evindən qeyd-şərtsiz çıxarılması üçün özlüyündə kifayət edən əsas sayıla bilməz. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə tərkibi onu da nəzərə alır ki, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyata alınmasa və hüquqi baxımdan özbaşına tikili hesab edilsə də, faktiki olaraq mövcud olan, müəyyən iqtisadi dəyərə malik və cavabdehin mənzil ehtiyacını uzun illər ərzində qarşılayan yaşayış tikilisidir. Mübahisəli evin dövlət qeydiyyatından keçməməsi onun faktiki iqtisadi və yaşayış əhəmiyyətini aradan qaldırmır. Tikilinin özbaşına olması həmin tikiliyə münasibətdə heç bir şəxsin qeydiyyata alınmış mülkiyyət hüququnun mövcud olmadığını göstərsə də, uzun müddət həmin evdə yaşayan şəxsin faktiki yaşayış əlaqələrinin, tikilinin saxlanılmasına verdiyi töhfənin və həmin yaşayış mühitinə münasibətdə formalaşmış qanuni maraqlarının ümumiyyətlə nəzərə alınmamasına əsas vermir. Məhkəmə tərkibinin qənaətinə görə cavabdehin mübahisəli fərdi yaşayış evinin tikintisində iştirak etməsə belə, cavabdehin iyirmi ildən artıq müddətdə həmin evdə yaşaması, ailə və məişət həyatını orada qurması, birgə təsərrüfat aparması və həmin tikiliyə münasibətdə iqtisadi və yaşayış marağının formalaşması, cavabdehin tikilinin ilkin inşasında iştirak edib-etməməsi və yaxud apardığı təmirin həcmi onun həmin evlə yaranmış faktiki yaşayış əlaqəsinin qiymətləndirilməsində yeganə və həlledici meyar ola bilməz. Cavabdehin uzun müddət ərzində mübahisəli evdə yaşaması, evin onun əsas və yeganə yaşayış yeri olması, ailə həyatının və sosial əlaqələrinin həmin yaşayış sahəsi ilə bağlı şəkildə formalaşması nəzərə alınmadan onun evdən çıxarılması, iddiaçıların formal hüquqi maraqları ilə cavabdehin faktiki yaşayış maraqları arasında ədalətli tarazlığın pozulmasına səbəb ola bilər. Bundan başqa, iddiaçılar tərəfindən cavabdehin evdən çıxarılması müqabilində ona hər hansı kompensasiya verilməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi və ya onun uzun müddət ərzində formalaşmış yaşayış maraqlarının digər vasitələrlə qorunması təklif edilməmişdir. Belə şəraitdə cavabdehin yalnız tikilinin özbaşına olması və rəsmi nikahın mövcud olmaması əsası ilə yaşayış evindən çıxarılması onun uzun illər ərzində formalaşmış faktiki vəziyyətinə qeyri-mütənasib müdaxilə olmaqla, tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli tarazlıq prinsipinə uyğun gəlməzdi. Məhkəmənin vəzifəsi yalnız tərəflərdən birinin formal hüquqi mövqeyini təsdiq etmək deyil, işin bütün hallarını qiymətləndirməklə tərəflərin toqquşan hüquq və maraqları arasında ağlabatan və ədalətli tarazlığı təmin etməkdir. Cavabdehin mübahisəli evdən çıxarılması onun uzun müddət ərzində formalaşmış yaşayış mühitindən, ailə və məişət əlaqələrindən məhrum edilməsi ilə nəticələnəcəyi halda, iddiaçılar tikiliyə münasibətdə qeydə alınmış mülkiyyət hüquqlarını, tikilinin onların vəsaiti hesabına inşa edilməsini və ya cavabdehin həmin evdə yaşamasının onlara konkret və əhəmiyyətli zərər vurmasını təsdiq edən kifayət qədər sübut təqdim etməmişlər. Bu halda cavabdehin evdən çıxarılması barədə tələbin təmin edilməsi məhkəmə müdafiəsini yalnız formal hüquqi yanaşmaya çevirmiş, işin konkret hallarının və cavabdehin müdafiə olunan maraqlarının nəzərə alınmaması ilə nəticələnmiş olardı. Belə nəticə qanunvericiliyin hüquqların real və səmərəli müdafiəsinə yönəlmiş məqsədi, hüquqi müəyyənlik, proporsionallıq və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi tələbləri ilə uzlaşmazdı. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin yaşayış evindən çıxarılması barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində onun faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçıların torpaq sahəsinə daxil olmadığını, həmin ərazinin bələdiyyə mülkiyyətində olduğunu bildirmişdir. Bu dəlilin yoxlanılması üçün apellyasiya icraatı zamanı iş üzrə mütəxəssis cəlb edilmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0,1162 ha torpaq sahəsi və həmin torpaq sahəsinin hüdudları daxilində mövcud olan 83,19 kv.m sahəli fərdi yaşayış evi X12 Uçotu İnformasiya Sisteminin baza məlumatlarında ************ reyestr nömrəli çıxarış əsasında iddiaçıların mülkiyyətinə verilmiş 3,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyi müvafiq kadastr və reyestr məlumatlarına əsaslanmış, rəydə gəlinmiş nəticələr əsaslandırılmış və iş materiallarında həmin nəticələri təkzib edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, cavabdehin istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması və iddiaçılara məxsus torpaq sahəsinin hüdudlarına daxil olmaması barədə apellyasiya şikayətinin dəlilləri sübut edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin uzun müddət həmin ərazidə yaşaması, yaşayış evinin tikintisinə və təmirinə vəsait sərf etməsi barədə dəlilləri onun yaşayış evinə münasibətdə formalaşmış maraqlarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşısa da, həmin hallar iddiaçılara məxsus torpaq sahəsi üzərində cavabdehin müstəqil mülkiyyət və ya istifadə hüququnun yaranmasına səbəb olmur. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması barədə tələbi təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyi də həmin nəticənin əsaslı olduğunu təsdiq etmişdir. Beləliklə, mütəxəssis rəyi ilə cavabdehin istifadəsində olan 0,1162 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 83,19 kv.m fərdi yaşayış evinin iddiaçıların mülkiyyətində olan 3,15 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması barədə tələb əsaslıdır və cavabdehin apellyasiya şikayətinin bu hissəyə dair dəlilləri təmin edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Odur ki, həm iddiaçı iddiaçı1 İmanverdi oğlunun, həm də cavabdeh Cavabdeh apellyasiya şikayətləri təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cavabdehin iş üzrə rəy alınmaması ilə bağlı dəlili əsasında əldə edilmiş mütəxəssis rəyinin verilməsi üçün 95 manat xərc iddiaçı iddiaçı1 İmanverdi oğlu tərəfindən ödənilmişdir. Hal-hazırda cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassız olduğundan cavabdeh Cavabdeh 95 manat xərc alınmaqla iddiaçı iddiaçı1 İmanverdi oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı iddiaçı1 İmanverdi oğlu və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrı verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh 95 manat xərc alınmaqla iddiaçı iddiaçı1 İmanverdi oğluna verilsin. Qətnamədən, tərəflər üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar