Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-176/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və X4 qarşı “qızıl-zinət və cehiz əşyalarının alınması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-1458/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarına əlavə edilmiş 18 aprel 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 aprel 2006-cı ildə anadan olmuş, atası X6r, anası isə X8r. İş materiallarına əlavə edilmiş 14 avqust 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional “Asan xidmət” mərkəzində Notariat ofisinin 14 avqust 2023-cü il tarixli 1790 saylı məktubundan görünür ki, vəfat etmiş X5 qanun üzrə vərəsəsi atası X11 və anası İddiaçı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasında olan nikah qeydi 14 iyul 2011-ci ildə ləğv edilmişdir. Nikah ləğv ediləndən sonra kişiyə Qurbanov, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “Tural” qızıl dükanının qiymətləndirici zərgəri Zaur Ağayevin 06 avqust 2024-cü il tarixli rəyindən görünür ki, 20 qramlıq 585 əyyar qarnitur dəstinin (briliant) bazar dəyəri 2600 manat, 5 qramlıq 585 əyyar qadın nişan üzüyünün (briliant) bazar dəyəri 650 manat, 3 qram 585 əyyar qadın üzyünün dəyəri 300 manat, 3 qram 585 əyyar boyunbağı və kulonun bazar dəyəri 350 manat təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X5 hüquqi varisi qismində anası İddiaçı tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - cavabdehlər Cavabdeh1 və X4 qarşı «qızıl-zinət və cehiz əşyalarının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən qızıl-zinət və cehiz əşyalarının alınaraq ona verilməsi, qızıl-zinət və cehiz əşyaları aşkar edilməzsə onların dəyəri olan 4000 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1458/2024 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia qismən təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1243.2, 152.1, 157.2ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı qızı mərhum Zəhranın qanun üzrə vərəsəsidir, ondən qalmış miras əmlakı notariat orqanına ərizə verməklə qəbul etmişdir. Odur ki, ölmüş qözından miras qalmış əmlaklar üzrə hüquqların daşıyıcısıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, iddiaçının tələbini işin faktiki hallarına və cavabdeh X2 etirafına uyğun gələn hissədə əsaslı hesab edir. Məhkəmə iddiaçının və cavabdehin ifadələrinə hüquqi qiymət verərək hesab edir ki iddiaçı cehiz əşyalarını öz təşəbbüsü ilə və heç bir maneə olmadan aparmış və apararkən hər hansı bir əşyanın çatışmaması barədə cavabdehlərə irad bildirməmişlər. Bundan əlavə, iddiaçı tələb etdiyi cehiz əşyalarının həqiqətən də qızı gəlin küçərkən ona cehiz hədiyyəsi olaraq verib cavabdehlərin evimnə aparmasını, həmin əşyaların cavabdehlərin yaşadıqları ünvana yerləşdirməsini təsdiq edə biləcək heş bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın cehiz əşyalarına münasibətdə yalnız cavabdehin etiraf etdiyi hissədə təmin olunmasını əsaslı hesab edir. İddianın qızıl-ziynət tələbinə dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, istər iddiaçı, istərsə də, cavabdeh həmin əşyaların çeşidi və qiymətlərini, həmin əşyaların həqiqətən də mərhum Zəyraya nişan hədiyyəsi kimi verilməsini mübahisələndirməmiş, bu fakt, həmçinin işə əlavə olunmuş fotoşəkillərlə də təsdiq olunmuşdur. Həmçinin, işin mübahisə olunmayan faktiki halları ilə də sübut olunur ki, mərhum Zəhra ilə əri və ərinin digər ailə üzvləri arasında çox ciddi münaqişələri olmuş və o, mənəvi-psixoloji təsirlər altında evdən çıxmağa məcbur olmuşdur. Bunu həmçinin, Zəhranın evdən çıxdıqdan bir gün sonra intihar etməsi faktı da təsdiq edir. Məhkəmə özünü öldürmək dərəcəsinə qədər psixoloji təsir altında olan bir şəxsin hər hansı bir əmlak əldə saxlaması, əldə etməsi barədə düşünmək iqtidarında ola biləcəyini əsaslı hesab etmir. Odur ki, məhkəmə cavabdehin mərhum Zəhranın evdən gedərkən qızıl-ziynət əşyalarını özü ilə aparması barədə dediklərinin həqiqi olmasını qəbul etmir. Bundan əlavə, cavabdeh X9 məhkəmədə izahatında mərhumun ailəsinin pozulmasında, sonradan onun özünü intihar edərək öldürməsində Zəhranın özünün günahkar olduğunu qeyd edərkən, “elə gəlinə qızıl düşməz” deməsini də, həqiqətən də qızıl əşyalarının cavabdehlərdə qalmasını bir daha təsdiq edən hal kimi qiymətləndirir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, Sabirabad rayon məhkəməsi qətnamədə qeyd etmişdir ki, Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, iddiaçının tələbini işin faktiki hallarına və cavabdeh X2 etirafına uyğun gələn hissədə əsaslı hesab edir. Cavabdeh məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmır, çünki o, iddianın qismən yalnız “100 manat dəyərində 1 ədəd jurnalnı stol, 300 manat dəyərində qaz aspiratoru-qoşa umıvalnıkli altı dəmirli, 25 manat dəyərində 1 ədəd divar saatı, 20 manat dəyərində 1 ədəd divan üçün yastıq, hissəsində qəbul etmişdir, iddianın digər hissəsində yəni “2600 manat dəyərində 20 qramlıq 585 əyyarlı qarnitur dəsti (briliant qaşlı), 650 manat dəyərində 5 qramlıq 585 əyyarlı qadın nişan üzüyü (briliant qaşlı), 300 manat dəyərində 3 qram 585 əyyarlı qadın üzüyü, 350 manat dəyərində 3 qram 585 əyyarlı boyunbağı qızıl-zinət əşyaları, həmin qızıl-zinət və cehiz əşyaları olmadığı halda onların dəyəri cavabdehlər Cavabdeh1 və X1 alınıb İddiaçı verilməsi hissəsində tamamilə əsassız olduğundan həmin hissədə iddia tələblərinin qəbul etməmişdir. Lakin buna baxmayaraq, məhkəmə iddianı qismən “100 manat dəyərində 1 ədəd jurnalnı stol, 300 manat dəyərində qaz aspiratoru-qoşa umıvalnıklialtı dəmirli, 25 manat dəyərində 1 ədəd divar saatı, 20 manat dəyərində 1 ədəd divan üçün yastıq” hissəsində təmin etmək və iddianın qalan hissəsində rədd etmək əvəzinə iddianı tam təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsində göstərilən “2600 manat dəyərində 20 qramlıq 585 əyyarlı qarnitur dəsti (briliant qaşlı), 650 manat dəyərində 5 qramlıq 585 əyyarlı qadın nişan üzüyü (briliant qaşlı), 300 manat dəyərində 3 qram 585 əyyarlı qadın üzüyü, 350 manat dəyərində 3 qram 585 əyyarlı boyunbağı qızıl-zinət əşyaları” iddiaçının özündədir, həmin bütün əmlakları iddiaçı özü ilə aparmışdır, cavabdehdə onun əmlakları qalmamışdır, həmin hissədə iddia tələbləri də tamamilə əsassızdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)1458/2024 saylı qətnaməsinın qismən “100 manat dəyərində 1 ədəd jurnalnı stol, 300 manat dəyərində qaz aspiratoru-qoşa umıvalnıkli altı dəmirli, 25 manat dəyərində 1 ədəd divar saatı, 20 manat dəyərində 1 ədəd divan üçün yastıq” hissəsində iddianın təmin edilməsi və iddianın qalan hissəsi “2600 manat dəyərində 20 qramlıq 585 əyyarlı qarnitur dəsti (briliant qaşlı), 650 manat dəyərində 5 qramlıq 585 əyyarlı qadın nişan üzüyü (briliant qaşlı), 300 manat dəyərində 3 qram 585 əyyarlı qadın üzüyü, 350 manat dəyərində 3 qram 585 əyyarlı boyunbağı qızıl-zinət əşyaları, həmin qızıl-zinət və cehiz əşyaları olmadığı halda onların dəyəri cavabdehlər Cavabdeh1 və X1 alınıb İddiaçı verilməsi hissəsində iddia tələblərinin tamamilə əsassız olduğundan ləğv edilməsi və iddiaçının həmin hissədə iddiasının tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı tərəf bütün əşyalarını aparmışdır. İddiaçının qızı evdən gedəndə qızıl-zinət əşyalarını özü ilə aparmışdır. İddiaçının qızı gedəndən bir həftə sonra ölmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, qızı gələrkən özü ilə heç bir əşya və ya qızıl-zinət əşyası gətirməmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh Mirzəyev X7 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)1458/2024 saylı qətnaməsinın qismən “100 manat dəyərində 1 ədəd jurnalnı stol, 300 manat dəyərində qaz aspiratoru-qoşa umıvalnıkli altı dəmirli, 25 manat dəyərində 1 ədəd divar saatı, 20 manat dəyərində 1 ədəd divan üçün yastıq” hissəsində iddianın təmin edilməsi və iddianın qalan hissəsi “2600 manat dəyərində 20 qramlıq 585 əyyarlı qarnitur dəsti (briliant qaşlı), 650 manat dəyərində 5 qramlıq 585 əyyarlı qadın nişan üzüyü (briliant qaşlı), 300 manat dəyərində 3 qram 585 əyyarlı qadın üzüyü, 350 manat dəyərində 3 qram 585 əyyarlı boyunbağı qızıl-zinət əşyaları, həmin qızıl-zinət və cehiz əşyaları olmadığı halda onların dəyəri cavabdehlər Cavabdeh1 və X1 alınıb İddiaçı verilməsi» hissəsində iddia tələblərinin tamamilə əsassız olduğundan ləğv edilməsi və iddiaçının həmin hissədə iddiasının tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə qeyd olunan əmlakların Cavabdeh1 tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərməlidir. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1458/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas yaratmır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətində cavabdeh Mirzəyev X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1458/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini tələb etmişdir. Belə ki, o, “100 manat dəyərində 1 ədəd jurnalnı stol, 300 manat dəyərində qaz aspiratoru, 25 manat dəyərində 1 ədəd divar saatı və 20 manat dəyərində 1 ədəd divan üçün yastıq” hissəsində iddianın təmin edilməsinə etiraz etməmiş, faktiki olaraq həmin əşyaların cavabdehlərin evində qalmasını etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində əsasən iddianın qızıl-zinət əşyalarına dair hissəsinin – yəni 2600 manat dəyərində qarnitur dəsti, 650 manat dəyərində nişan üzüyü, 300 manat dəyərində qadın üzüyü və 350 manat dəyərində boyunbağı ilə bağlı hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsas məzmunu qızıl-zinət əşyalarına münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlıdır. Cavabdeh həmin əşyaların iddiaçı tərəfindən aparıldığını iddia etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, tərəflər qızıl-zinət əşyalarının mövcudluğu və mərhum Zəhra Qurbanlıya nişan hədiyyəsi kimi verilməsi faktını mübahisələndirməmişlər. Həmin əşyaların növü və bazar dəyəri də iş materiallarına əlavə edilmiş zərgərlik üzrə qiymətləndirici rəy ilə müəyyən edilmişdir. Bundan əlavə, işə əlavə edilmiş fotoşəkillər də həmin qızıl-zinət əşyalarının mərhuma təqdim edildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. Cavabdeh tərəf isə mübahisə predmeti olan qızıl-zinət əşyalarının mərhum Zəhranın evdən gedərkən özü ilə aparması barədə yalnız ehtimal xarakterli izahat vermiş, lakin bu halı təsdiq edən hər hansı mötəbər və obyektiv sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu norma mülki prosesdə sübutetmə yükünün tərəflər arasında bölgüsünü müəyyən edir və həmin yükün yerinə yetirilməməsi həmin tərəfin istinad etdiyi faktların təsdiq olunmamış hesab edilməsinə səbəb olur. Cavabdeh tərəf isə iddia etdiyi kimi mərhum Zəhranın qızıl-zinət əşyalarını özü ilə aparmasını təsdiq edən nə hər hansı yazılı sübut, nə şahid ifadəsi, nə də digər sübut təqdim etmişdir. Bu səbəbdən onun bu barədə izahatları sübutedici xarakter daşımır və yalnız ehtimallara əsaslandığından hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iş üzrə müəyyən edilmiş faktiki hallar da cavabdeh tərəfin mövqeyini təsdiq etmir. İş materiallarından görünür ki, mərhum Zəhra ilə cavabdeh tərəf, yəni əri və ərinin ailə üzvləri arasında ciddi ailədaxili münaqişələr olmuş, həmin münaqişələr nəticəsində o, mənəvi və psixoloji təzyiq şəraitində yaşayış yerini tərk etmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Zəhra evdən çıxdıqdan qısa müddət sonra, bir gün ərzində intihar etmişdir. Bu fakt onun həmin dövrdə ağır psixoloji vəziyyətdə olduğunu göstərir. Belə bir vəziyyətdə şəxsin qızıl-zinət əşyalarını aparması barədə cavabdeh tərəfin irəli sürdüyü ehtimal xarakterli mülahizələr həyat təcrübəsinə və məntiqi mülahizələrə uyğun gəlmir. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alaraq cavabdehin bu barədə izahatını əsaslı hesab etməmişdir. Bundan əlavə, cavabdeh X3 məhkəmə iclasında verdiyi izahat zamanı işlətmiş olduğu “elə gəlinə qızıl düşməz” ifadəsi də məhkəmə tərəfindən qiymətləndirilmişdir. Həmin ifadə tərəfin subyektiv münasibətini ifadə etməklə yanaşı, qızıl-zinət əşyalarının mərhumun ailəsində qalmaması barədə cavabdeh tərəfin mövqeyini göstərir və bu hal mübahisəli əşyaların cavabdeh tərəfin faktiki sahibliyində qalması ehtimalını gücləndirən əlavə hal kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi bu halı sübutların qiymətləndirilməsi zamanı düzgün nəzərə almışdır. Kollegiya bir daha onu vurğulayır ki, ümumi həyat təcrübəsinə əsasən, evdə yaranmış mübahisədən sonra evdən gedərkən, buna əvvəlcədən hazırlaşmadığı üçün iddiaçının qızıl-zinət əşyalarını da özü ilə götürmədiyi inandırıcıdır. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, həmin şəraitdə iddiaçının qızıl-zinət əşyalarını götürməsinə və özü ilə aparmasına cavabdehin (onun ailə üzvlərinin) maneçilik etmək imkanının yüksək olduğu ehtimalı daha qəbulediləndir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdəki mövcud sübutların məcmusunu düzgün qiymətləndirərək qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmalı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutları onların mənbəyini, mənsubiyyətini, mötəbərliyini və qarşılıqlı əlaqəsini nəzərə almaqla hərtərəfli, tam və obyektiv araşdırmalı və sübutların məcmusuna əsasən qiymətləndirməlidir “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Məhkəmənin daxili inamı” anlayışı sübutların formal qiymətləndirilməsi deyil, onların qarşılıqlı əlaqədə və məntiqi ardıcıllıqla təhlili nəticəsində formalaşan hüquqi qənaəti ifadə edir. Bu prinsip məhkəməyə iş üzrə bütün sübutları və faktiki halları kompleks şəkildə qiymətləndirmək imkanı verir. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə sübutların məcmusundan irəli gələn məntiqi və hüquqi nəticədir və məhkəmənin daxili inamı işin faktiki halları ilə uyğunluq təşkil edir. Maddi hüquq normalarının tətbiqi baxımından da birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu norma mülkiyyətçinin əmlakını qeyri-qanuni sahibliyə keçdiyi hallarda onu geri tələb etmək hüququnu təsbit edir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1458/2024 saylı qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-176/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-176/2026
04.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver