Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-342/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, İddiaçı “Mercedes Benz ML350” minik markalı İstehsal ili: 2003 Mühərrik №:11297031513490 BAN №:4JGAB57E03A443658 olan avtomobili etibarnamə əsasında Cavabdeh etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər ötürmüşdür. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh “BMW 528” Minik markalı İstehsal ili: 1998 Mühərrik №: 34708422, BAN №: WBADD610X0BR34255 olan avtomobili etibarnamə əsasında İddiaçı etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli ziyan aktından müəyyən edilir ki, cəmiyyətin mütəxəssisi və kənardan mütəxəssis dəvət olunmaqla avtomobilə baxış keçirilmiş və nəticə olaraq avtomobildə bir çox nasazlıqlar aşkar olunmuşdur. Odur ki, mütəxəssislər tərəfindən avtomobilə tam baxış keçirilərək, ümumilikdə avtomobilə bazar qiyməti ilə 6300 manat dəyərdə təmir və bərpa xərci təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı “ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yolnəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yolnəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələrə aid deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **** saylı hesabatından görünür ki, qərardadın birinci sualı üzrə aparılmış araşdırma və təhlil nəticəsində avtomobilə dəymiş zərərin 5400 manat olaraq müəyyən edilmiş, qərardadın 2, 3 və 4-cü sualları nəqliyyat vasitəsinin texniki vəziyyəti, texniki nasazlıqların yaranma dövrü və onların idarəetmə zamanı aşkar olunubolunmaması ilə bağlıdır. Sözügedən məsələlər xüsusi texniki ekspertiza bilikləri tələb etdiyindən, giymətləndiricinin bilik və səlahiyyət dairəsinə aid olmadığından cavablandırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin # ###### 2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı “ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yolnəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yolnəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələrə aid deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. "X1 və Ticarət” müəssisəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sözügedən halla bağlı mütəxəssis rəyinin verilməsi onların səlahiyyətlərinə aid olmadığından qərardad icra edilmədən geri qaytarılmışdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən lazımi keyfiyyətli olmayan əmlakın yəni ** CV *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobilin Cavabdeh geri qaytarılması və həmin avtomobilin barter yolu ilə əvəzində verilmiş ** CK *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” minik avtomobilinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə razılaşaraq mülkiyyətində olan ** CK *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” ML350 minik avtomobilinə olan hüquqları Cavabdeh ##.##.2024-cü il tarixli etibarnamə əsasında ötürmüşdür. Cavabdeh sözügedən avtomobilin əvəzinə iddiaçıya pul əvəzinə yəni barter yolu ilə, 1998-ci il istehsalı olan ** CV *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobil və 1000 manat pul vermişdir. Tərəflər öz aralarında barter yolu ilə alğı-satqı edərək etibarnamə ilə hüquqları bir-birlərinə ötürmüşlər. Lakin iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehdən aldığı ** CV *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobillə Kürdəmir rayonuna istiqamət götürərkən avtomobildə birdən-birə nasazlıq yaranmışdır. İddiaçı bu barədə dərhal cavabdehə məlumat vermiş, lakin Cavabdeh maşında baş vermiş hər hansı bir problemlərə görə məsuliyyət daşımadığını deyərək iddiaçının üzünə telefonu bağlamışdır. İddiaçı birtəhər evakuatorun köməkliyi ilə avtomobili Kürdəmir rayonuna gətirərək ustaya göstərmiş və usta ona “BMW 528” markalı avtomobilin istismara yararlı olmadığını demişdir. Bundan sonra iddiaçı avtomobili “xxxx” ASC-yə aparmış, cəmiyyətin mütəxəssisi və kənardan mütəxəssis dəvət olunmaqla avtomobilə baxış keçirilmiş və nəticə olaraq bir çox nasazlıqlar aşkar olunmuşdur. Mütəxəssislər tərəfindən avtomobilə tam baxış keçirilərək, ümumilikdə avtomobilə bazar qiymətilə 6300 manat dəyərində təmir və bərpa qiymət təyin edilmişdir. İddiaçı bu barədə cavabdehdən öz avtomobilini geri istəyərək yarasız halda olan ** CV *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobili geri qaytarmaq istədiyini desə də, cavabdeh ona hədə-qorxu gəlmiş və artıq “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satıldığını demişdir. Göstərilən bütün bu məsələlər üç gün ərzində, yəni ##.##.2024- ##.##.2024-cü il tarixlərdə baş vermiş, iddiaçı etibarnaməni dərhal ləğv etdirmiş və öz avtomobilini geri ona qaytarılmasını tələb etmişdir. Vəkil tərəfindən DİN DYPİ-yə ##.##.2024cü il tarixli ** nömrəli verilən məktuba cavab olaraq Cavabdeh qeydiyyatda olan, qeydiyyatdan çıxarılan və etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə mövcud olan məlumatlarda sözügedən hər iki avtomobil barədə məlumatlara rast gəlinməmişdir. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək avtomobili iddiaçıya qaytarmaqdan imtina etmişdir. iddiaçı cavabdeh tərəfindən aldadıldığını başa düşərək DİN-in 102 xidmətinə məlumat vermişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Orxan Bayramov) ilə iddia tələbinin rədd edilməsi, “xxxx” MMC-nin hesabına ödənilmiş ekspertiza xərcinin əvəzi olan 400 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tələbi Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair normalarından irəli gəlir və dəyişdirmə müqaviləsi ilə bağlı mülki mübahisələrə də tətbiq oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin tərəfləri əmlakda olan qüsurlar üçün o halda cavabdehdir ki, alıcı əmlakın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. İddiaçı bu halı sübut etmək üçün iş materiallarına “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli ziyan aktını əlavə etmişdir. Lakin sözügedən akt ##.##.2024-cü il tarixdə tərtib edilmiş və həmin aktda əmlakın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini əks etdirən heç bir məlumata rast gəlinməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizaların hər biri avtomobilin ehtiyat hissələrində mövcud qüsurların müəyyən edilməsinin vizual baxışla müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, həmin nöqsanların müəyyən edilməsi üçün avtomobil xüsusi müəyyən edilmiş yerlərdə hissələrə bölünməli və hər bir hissənin texniki göstəriciləri nəzərə alınmaqla müstəlif profilli ustalar (mühərrik ustası, sürətlər qutusu ustası, çilingər və sair) tərəfindən müayinə edilməli, yalnız bundan sonra ümumiləşdirilmiş rəy verilməlidir. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli ziyan aktında isə avtomobilin ehtiyat hissələrində aşkar edilmiş nöqsanların müəyyən edilməsi mexanizmi və həmin nöqsanların hansı üsulla aşkar edilməsi qeyd edilməmişdir. Qeyd edilən halla əlaqədar məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024cü il tarixli ***/** nömrəli ziyan aktını mötəbər sübut hesab etməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1ci, 662.3-cü, 665-ci, 588.1-ci, 588.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini araşdırarkən məhdud şəkildə yalnız cavabdehin irəli sürdüyü, lakin heç bir mötəbər sübut olmadan ehtimalla qətnamə çıxarmışdır. İş materiallarında iddiaçı tərəfindən təqdim olunan bütün mötəbər sübutlardan, ən əsası ##.##.2024-##.##.2024-cü il tarixlərində iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğvi, iddiaçı tərəfindən avtomobili yaşadığı Kürdəmir rayonuna apararkən avtomobil dayanmış, yalnız evakuator vasitəsilə aparmaq mümkün olmuşdur. Bundan başqa, ilkin olaraq “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli ziyan aktı ilə müəyyən edilmişdir ki, avtomobildə bir çox nasazlıqlar vardır. Mütəxəssislər tərəfindən avtomobilə tam baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilə bazar qiymətilə 6300 manat dəyərində təmir və bərpa xərci təyin olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “xxxx” ASC tərəfindən verilmiş rəydən əlavə, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-yə həvalə olunur. ”xxxx”MMC-nin ##.##.2025-ci il tarixli rəyinin 12,13,14,15-ci səhifələrində ekspertin real olaraq avtomobilə baxış keçirməsi və avtomobilin təmir və bərpa işlərinə 5400 manat vəsait tələb olunması qeyd edilir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, ”xxxx” ASC tərfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli rəydə avtomobildə olan nöqsanların müəyyən edilməsi mexanizmi və nöqsanların hansı üsulla aşkar edilməsi göstərilməmişdir. Maraqlıdır ki, məhkəmə bir neçə ekspertiza və qiymətləndirmə ilə bağlı müxtəlif qiymətləndirici və ekspertiza mərkəzinə müraciət edir, amma ilkin rəy verən “xxxx” ASC-dən mütəxəssis dəvət etməyi fikirləşmir. ##.##.2024-cü il tarixində iddiaçıya avtomobil satmış cavabdehin “mən avtomobili tam saz vəziyyətdə satmışam” deməsi birinci instansiya məhkəməsində heç sual doğurmur. 3 gün ərzində saz vəziyyətdə olan avtomobildə, özü də hərəkətdə olmayan avtomobildə birdən birə bu qədər nasazlıqları iddiaçı necə yaratdı? Avtomobil iddiaçı tərəfindən qəzaya düşməyib, olsaydı bu haqda dövlət yol polisində məlumat olardı, ən azından avtomobilin xarici görünüşündə zərbə almış avtomobildə iz olardı ki, daxilində olan rəydə sadalanan hissələr sıradan çıxsın. Əgər sübutetmə vəzifəsi iddiaçının üzərinə düşürsə, cavabdehin bir dənə təkzibedici mötəbər sübutu iş materiallarında və məhkəmə iclaslarında ümumiyyətlə yoxdur. Məhkəmə isə cavabdehin olmayan və görünməyən təkzibedici “mötəbər sübutları” ilə qətnamə çıxarmışdır. Buna görə də, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ümumiyyətlə əsassızdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. MM-in 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-in 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşına əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. MM-in 662-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. MM-in 663-cü maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. MM-in 665-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ** CK *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz ML350” markalı avtomobilə dair hüquqlarını etibarnamə əsasında Cavabdeh Baladaş oğluna vermişdir. Sonuncu isə həmin avtomobilin əvəzində iddiaçıya 1998-ci il istehsalı olan ** CV *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobil və 1000 manat pul təqdim etmişdir. İddiaçı iddia edir ki, “BMW 528” markalı avtomobil ona təhvil verilərkən nasaz vəziyyətdə olmuşdur. Bu səbəbdən o, ilkin vəziyyətin bərpa edilməsini, yəni öz avtomobilinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə tərkibi mütləq şəkildə nəzərə alır ki, iddiaçının verdiyi etibarnamə və qeydiyyat şəhadətnaməsi qanunla müəyyən edilmiş qaydada mübahisələndirilərək ləğv edilməmişdir. Belə olan halda, qeyd edilməlidir ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin məcəllənin 390-cı maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə tərkibi (müvafiq etibarnamə və qeydiyyat şəhadətnaməsinin mübahisələndirilmədiyi) hazırkı vəziyyətdə apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və yuxarıda qeyd edilən və araşdırılan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-342/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-342/2026
02.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver