Məhkəmə qərarları › İş №2(3-9)-347/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-347/2026

07.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-347/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: cehiz və qızıl-zinət tələbi. Şirvan şəhəri, # ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı, onun vəkili Vəkil və cavabdeh və digər cavabdeh cavabdeh2 nümayəndəsi (anası) cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. Z.Zeynalov) iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 ona məxsus 2000 manat dəyərində yataq dəsti, 1000 manat dəyərində kamot, 600 manat dəyərində 6 nəfərlik miz stol, 600 manat dəyərində divan və qabaq stolu, 600 manat dəyərində mətbəx mebeli, 100 manat dəyərində yük krovatı, 600 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində tozsoran, 200 manat dəyərində ətçəkən, blinder və ütü, 300 manat dəyərində 3 dəst serviz qarışıq qablar, 150 manat dəyərində çuqun tabaq, vedrə, çaynik dəsti, 200 manat dəyərində Tefal qazan dəsti, qaşıq çemodanı, 100 manat dəyərində qazan dəsti, dəst plastik qab, soğan çəkən, 150 manat dəyərində meyvə qabları, stəkan dəsti çaynik çuqun, 50 manat dəyərində paltar setkası, 300 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 2 dəst pərdə və yataq dəstləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində 10 ədəd odeyal, 100 manat dəyərində şüşə samovar, 30 manat dəyərində dörd ədəd oxlov, 100 manat dəyərində boqema güldan, 400 manat dəyərində 10 dəst ev geyimi, 10 ədəd toy geyimi, 2 ədəd gödəkcə, 3 ədəd ayaqqabı, fen, kosmetika və geyim çemodanı, 200 manat dəyərində 1 ədəd çılçıraq, 2 ədəd korniz, sənədlər, şəkillər və disklər, 400 manat dəyərində 3 dəst yorğan döşək və balışlar, 2100 manat dəyərində dəst qızıl boyunbağı qolbaq, sırqa üzük 585 əyyarlı Rusiya istehsalı, 300 manat dəyərində qızıl 2 ədəd üzük və sırğa sadə 585 əyyarlı Rusiya İstehsalı, 900 manat dəyərində 1 ədəd qızıl üzük 585 əyyarlı Rusiya istehsalı əmlakını, həmin əmlakları olmadıqda onların dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh2 ilə ## ####### 2024-cü ildə rəsmi nikaha girməklə ər arvad olmuşlar. Birgə yaşadıqları illərdə uşaqları doğulmamışdır. Qısa evlilikləri daim ona qarşı şiddət olmuşdur. ## ##### 2025-ci il tarixdə bütün bunlara dözə bilmədiyindən evdən demək olar ki, ayaqyalın çıxmışdır. Aralarında olan nikahın pozulması ilə bağlı Asan Xidmətə müraciət etmişlər. cavabdeh2 ilə evlənərkən toy edib onun evinə gəlin köçmüşdür. Toyları zamanı valideynləri tərəfindən verilmiş cehiz əmlakını cavabdehə məxsus evə aparmışdır. Hazırda ayrılsalar da dəfələrlə cavabdehdən onun evində qalmış cehiz əmlakını və qızıl-zinət əşyalarını istəsə də bundan imtina edilmişdir. Cavabdeh əmlaklarını vermir. Hazırda ona məxsus 2000 manat dəyərində yataq dəsti, 1000 manat dəyərində kamot, 600 manat dəyərində 6 nəfərlik miz stol, 600 manat dəyərində divan və qabaq stolu, 600 manat dəyərində mətbəx mebeli, 100 manat dəyərində yük krovatı, 600 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində tozsoran, 200 manat dəyərində ət çəkən, blinder və ütü, 300 manat dəyərində 3 dəst serviz qarışıq qablar, 150 manat dəyərində çuqun tabaq, vedrə, çaynik dəsti, 200 manat dəyərində Tefal qazan dəsti, qaşıq çemodanı, 100 manat dəyərində qazan dəsti, dəst plastik qab, soğan çəkən, 150 manat dəyərində meyvə qabları, stəkan dəsti çaynik çuqun, 50 manat dəyərində paltar setkası, 300 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 2 dəst pərdə və yataq dəstləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində 10 ədəd odeyal, 100 manat dəyərində şüşə samovar, 30 manat dəyərində dörd ədəd oxlov, 100 manat dəyərində boqema güldan, 400 manat dəyərində 10 dəst ev geyimi, 10 ədəd toy geyimi 2 ədəd gödəkcə, 3 ədəd ayaqqabı, fen kosmetika və geyim çemodanı, 200 manat dəyərində 1 ədəd çilçıraq, 2 ədəd korniz, sənədlər, şəkillər və disklər, 400 manat dəyərində 3 dəst yorğan döşək və balışlar, 2100 manat dəyərində dəst qızıl boyunbağı qolbaq, sırqa üzük 585 əyarlı Rusiya istehsalı, 300 manat dəyərində qızıl 2 ədəd üzük sadə 585 əyyarlı Rusiya istehsalı, 900 manat dəyərində 1 ədəd qızıl üzük 585 əyarlı Rusiya istehsalı cavabdehdə qalmışdır. Ümumi cehiz əmlaklarının və qızıl zinət əmlakının dəyəri 12300 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs əmlak tələbi ilə bağlı iddia qaldırmışdır. Cavabdeh tərəf iddianın cehiz hissəsini qəbul edir. Qızıl-zinət əşyalarını cavabdeh bildirib ki, alıb və gəlininə hədiyyə edib. Keçən məhkəmə iclasında şahidlər ifadə verərək bildirdilər ki, cavabdehlərin evinə gələrək görmüşlər ki, qayınana ailənin dağılmasının əleyhinə olub. Gedərkən iddiaçının əlində sumka olub, qayınana getməsinə mane olaraq, sumkanı dartaraq çırmışdır. Gedərkən heç bir şey aparmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, qızıl-zinət əşyalarını və paltarlarını iddiaçı gedərkən özü ilə aparmışdır. O, ailənin dağılmasını istəmirdi və indi də istəmir. Digər cehiz əmlakları evdədir, iddiaçı gəlib aparmamışdır. Məhkəmə iclasında cavabdeh cavabdeh1 vəkili Vəkilheydər Sərdar oğlu bildirmişdir ki, gəlin evdən çıxıb getməsini əvvəlcədən planlaşdırılıb və evdən gedərkən qızıllarını aparıb. Şahidlər iddiaçının doğmalarıdır və əlbəttə iddiaçının tərəfini tutacaqlar. Onların ifadələrinin doğruluğu şübhə altındadır. Hətta iddiaçı bildirir ki, gedərkən qulağındakı sırğaları da evdə qoyub getmişdir. İddia tələbini qızıl hissəsində rədd edilməsini xahiş etdi, qalan hissədə isə təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 Allahverdi qızı ifadəsində göstərdi ki, Zərgin onun bacısı qızıdır. 05 apreldə Zərgin yoldaşına zəng edərək bildirmişdir ki, gəl məni apar, yoxsa özüm gedəcəm. Onlarda gəlmişlər Masallı rayonuna. Aynur dedi ki, aparırsansa əşyalarını da apar. Heç bir şey aparmamışlar. Zərginin əlində paket var idi, Aynur aldı əlindən cırdı. Heç bir şeyi yığmamışlar və getmişlər. Tapıçkasız, corabla oturdu maşına və getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərdi ki, Zərgin onun baldızı qızı və xalası nəvəsidir. Zərgin ona zəng etmişdir. Xalası ilə danışaraq bildirmişdir ki, gəl məni apar. Onlar birinci dəfə ayrılarkən, onları barışdırmışdır. Bu səbəbdən də gəlmişlər Masallı rayonuna. Zərgin ağlayaraq bildirmişdir ki, mən bu evdə qalmayacam. Aynur demişdir ki, gedirsən əşyalarını da apar. Zərginin əlindəki paket də cırılıb tökülmüşdür, maşına ayaqyalın oturmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 Allahverdi oğlu ifadəsində göstərdi ki, Zərgin onun bacısı qızıdır. 5 apreldə bacısı zəng etdi ki, Zərgini aparmağa gedirlər və gəlib onu da götürdülər. Gəlmişlər Masallı rayonuna. Evdə söz-söhbət var idi. Zərgin dedi mən burda qalmıram. Onun əynində ev paltarları var idi. Gedərkən heç bir şey götürməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının 9-da evlənmişlər. 2025-ci ilin aprel ayının 5-də ayrılmışlar və ordan çıxmışdır. Qızılları və hər şeyi orda qalıb. Xalasının yoldaşına zəng etmiş ki, gəlib onu aparsın, yoxsa özü gedəcək. Onlarda gəlib onu aparmışlar. Ev paltarı ilə ayaqyalın çıxmışdır. Heç bir şey götürməmişdir. Qızıllar onun otağında şifonerdə saxlanılırdı. Qızıllar komplekt, 1 sırğa və 2 üzükdən ibarətdir. Qızılların əyyarını və istehsal yerini bilmir. Qızılların dəyəri 4000 manat təşkil edirdi və Masallı rayonunda alınmışdır. Birgə yaşayarkən qızıllar onda olub. Bakı şəhərində yaşayarkən qızıllardan komplekt Aynurda, 2 üzük və sırğa isə onda olub. Qayıtdıqdan sonra qızılları qoymuşdur yerinə. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qsmən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 2000 manat dəyərində yataq dəsti, 1000 manat dəyərində kamot, 600 manat dəyərində 6 nəfərlik miz stolu, 600 manat dəyərində divan və qabaq stolu, 600 manat dəyərində mətbəx mebeli, 100 manat dəyərində yük krovatı, 600 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində tozsoran, 200 manat dəyərində ətçəkən, blinder və ütü, 300 manat dəyərində 3 dəst serviz qarışıq qablar, 150 manat dəyərində çuqun tabaq, vedrə, çaynik dəsti, 200 manat dəyərində tefal qazan dəsti, qaşıq çemodanı, 100 manat dəyərində qazan dəsti, dəst plastik qab, soğan çəkən, 150 manat dəyərində meyvə qabları, stəkan dəsti çaynik çuqun, 50 manat dəyərində paltar setkası, 300 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 2 dəst pərdə və yataq dəstləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində 10 ədəd odeyal, 100 manat dəyərində şüşə samovar, 30 manat dəyərində dörd ədəd oxlov, 100 manat dəyərində boqema güldan, 400 manat dəyərində 10 dəst ev geyimi, 10 ədəd toy geyimi, 2 ədəd gödəkcə, 3 ədəd ayaqqabı, fen, kosmetika və geyim çemodanı, 200 manat dəyərində 1 ədəd çilçıraq, 2 ədəd korniz, sənədlər, şəkillər və disklər, 400 manat dəyərində 3 dəst yorğan döşək, balışın və ya onların dəyəri olan 9030 manatın alınaraq iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun 110.30 manat hissəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 aid edilərək, onlardan müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ədalətsiz və əsassız olduğundan dəyişdirilərək, iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən cehiz əmlak və qızıl zinət əşyalarının tələb edilməsinə dair iddia qismən təmin edilmiş, lakin qızıl zinət əşyalarına dair hissədə əsassız olaraq rədd edilmişdir. Məhkəmə tərəfindən işin halları dəqiq araşdırılmamış, mübahisənin predmeti olan qızıl zinət əşyalarının kimdə qalması müəyyən edilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmədə göstərilmişdir ki, tərəflər ## ####### 2024-cü ildə rəsmi nikaha daxil olmuş, birgə yaşayış dövründə iddiaçıya qarşı şiddət olmuş və ## ##### 2025-ci il tarixdə iddiaçı evdən çıxmış, həmin zaman ona toy vaxtı verilmiş 2100 manat dəyərində qızıl dəst, 300 manat dəyərində iki ədəd üzük və 900 manat dəyərində bir ədəd üzük cavabdehlərdə qalmışdır. Bununla yanaşı, məhkəmədə iddiaçı tərəfindən qızılların siyahısı, foto və video materiallar təqdim edilmiş, cavabdeh isə həmin qızılların mövcudluğunu və iddiaçıya hədiyyə edildiyini etiraf etmiş, qızılların siyahısına etiraz etməmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə göstərmişdir ki, iddiaçı qızıl zinət əşyalarının qiyməti, əlamətləri, əyyarı və çəkisi barədə sübut təqdim etməmişdir. Məhkəmədə cavabdeh tərəfindən qızılların dəyəri, əyyarı və sayı ilə bağlı etiraz bildirilmədiyi, əksinə həmin qızılların iddiaçıya hədiyyə edildiyi təsdiq edildiyi halda, iddiaçıdan əlavə sübut tələb olunması əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri ilə onun evdən tələsik və əşyasız çıxması, qızılların götürülməsinin mümkün olmaması təsdiq edildiyi halda bu hallar da nəzərə alınmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ona hədiyyə edilən qızıl-zinət əşyaları ona ayrılmış otaqda olmuş, evdən çıxarkən isə qızılları evdə qalmışdır. Həmçinin ona məxsus şəxsiyyət vəsiqəsi, mobil telefonu və nikah şəhadətnaməsi də qaynanasında qalmışdır. Evdən çıxarkən əlində yalnız balaca bir selofan kulok olmuş, həmin kulokun içərisində bir dəst dəyişik paltarı olmuşdur. Lakin qaynanası kuloku onun əlindən dartıb almış və kulok cırılaraq içərisindəki əşyalar yerə tökülmüşdür. Bundan sonra əlində heç nə olmadan maşına əyləşib evi tərk etmişdir. İddiaçının vəkili Vəkil da apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh və digər cavabdeh cavabdeh2 nümayəndəsi (anası) cavabdeh1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Suallara cavablarında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı evdən gedərkən əlində yalnız bir pinqivin kulok olmuş, onun evdən getməsini və ailəsini dağıtmamasını istədiyindən kuloku onun əlindən almaq istəmiş və buna görə də kulok cırılaraq içindəki əşyalar yerə tökülmüşdür. Bundan başqa bildirmişdir ki, toy ərəfəsində iddiaçıya təxminən 3000 manat dəyərində qızıl-zinət əşyaları alaraq hədiyyə etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi, mobil telefonu onda, nikah şəhadətnaməsi isə evdə qalmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ədalətsiz və əsassız olduğundan dəyişdirilərək, iddiamın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam və obyektiv qiymətləndirməmiş, nəticədə iddianın qızıl-zinət əşyalarına dair hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən cavabdehin qızıl zinət əşyalarının mövcudluğunu və iddiaçıya məxsus olmasını etiraf etməsinə baxmayaraq bu hal nəzərə alınmamış, iddiaçıdan əlavə sübut tələb edilmiş, halbuki sübutetmə yükü artıq yerinə yetirilmişdir. Məhkəmə qətnamədə eyni zamanda həm mülkiyyət hüququnun mövcudluğunu, əmlakın iddiaçının sahibliyindən çıxdığını və cavabdehin faktiki sahibliyində olduğunu qəbul etdiyi halda, ziddiyyətli olaraq iddianı rədd etmişdir, iddiaçı tərəfindən təqdim olunmuş qızılların siyahısı, foto və video materiallar, eləcə də şahid ifadələri ilə qızılların cavabdehlərdə qalması təsdiq edildiyi halda bu sübutlara hüquqi qiymət verilməmişdir, məhkəmə sübutlara obyektiv və hərtərəfli yanaşmayaraq yalnız formal əsasla, guya qızılların əlamətləri və çəkisi sübuta yetirilməmişdir arqumenti ilə, iddianı rədd etmiş, lakin cavabdehin həmin hallara etiraz etməməsi nəzərə alınmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.

1. Müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2lə ailə həyatı quraraq onun evinə gəlin köçmüş, həmin vaxt ona məxsus cehiz əmlakları və qızıl-zinət əşyaları həmin evə aparılmışdır. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı evdən ayrılmış və sonradan cavabdehlərin yanında qaldığını iddia etdiyi əmlakların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Masallı Rayon Məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirmədiyindən, iddianın qızıl-zinət əşyalarına dair hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi özü qətnaməsində tərəflər arasında mübahisə predmeti olan qızıl-zinət əşyalarının toy zamanı iddiaçıya hədiyyə edilməsinin mübahisəsiz olduğunu, həmin əşyaların mövcudluğunun tərəflər tərəfindən təsdiq edildiyini qeyd etsə də, sonradan həmin hissədə iddianın rədd olunması barədə nəticəyə gəlmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdeh tərəf qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsini inkar etməmiş, yalnız iddiaçının evdən gedərkən həmin əşyaları özü ilə aparmasını bildirmişdir.

3. Kollegiya hesab edir ki, cavabdeh tərəfin bu mövqeyi iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər şahid2 Allahverdi qızı, şahid3 və şahid1 Allahverdi oğlu ardıcıl və bir-biri ilə uyğun ifadələr verərək göstərmişlər ki, iddiaçı evdən olduqca gərgin şəraitdə, ayaqyalın, yalnız əlində kiçik bir paketlə çıxmış, həmin paket də cavabdeh cavabdeh1 tərəfindən dartılıb cırılmış və içindəki əşyalar yerə tökülmüşdür. Şahidlərin ifadələrindən açıq-aşkar görünür ki, iddiaçının həmin şəraitdə qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı deyildir. Cavabdeh cavabdeh1 da apellyasiya baxışı zamanı etiraf etmişdir ki, iddiaçının əlində yalnız bir “pinqivin” kulok olmuş, onu saxlamaq istədiyi üçün həmin kuloku əlindən almağa çalışmış və nəticədə kulok cırılmışdır. Eyni zamanda cavabdeh bildirmişdir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi, mobil telefon və nikah şəhadətnaməsi onların evində qalmışdır. Bu hal özü də iddiaçının evi tələsik və əşyasız tərk etməsini təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir.

4. Apellyasiya instansiyası məhkəməsi nəzərə alır ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında ardıcıl izahat verərək qızıl-zinət əşyalarının yaşadıqları otaqda şifonerdə saxlanıldığını, evdən çıxarkən həmin əşyaların evdə qaldığını bildirmişdir. Bundan əlavə, apellyasiya şikayətindən görünür ki, iddiaçı toy fotoşəkillərini və video materialları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf həmin qızılların siyahısına, növünə və iddiaçıya hədiyyə edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə isə nikah dövründə ər-arvaddan birinin hədiyyə kimi aldığı əmlak onun şəxsi mülkiyyəti hesab edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları toy zamanı iddiaçıya hədiyyə edilmiş və onun şəxsi mülkiyyətinə çevrilmişdir. Buna görə də iddiaçı həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır.

5. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qızıl-zinət əşyalarının əyarı, çəkisi və dəyəri ilə bağlı əlavə sübut təqdim etməməsini iddianın həmin hissədə rəddi üçün əsas götürməkdə yanılmışdır. Çünki cavabdeh tərəf həmin qızılların mövcudluğunu və iddiaçıya hədiyyə edilməsini etiraf etmiş, onların sayını, növünü və dəyərini mübahisələndirməmişdir. Əksinə kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh1 bildirmişdir ki, toy ərəfəsində iddiaçıya təxminən 3000 manat dəyərində qızılzinət əşyaları alaraq hədiyyə etmişdir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri, tərəflərin izahatları, toy foto və video materialları ilə işin halları kifayət qədər sübuta yetirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi iddianın qızıl-zinət əşyalarının təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. İddiaçı İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 130 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumu və ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissədə qiyməti 5000 manatdan çox deyil, buna görə qətnamədən kasassiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi “iddianın qızıl-zinət əşyalarının təmin olunmaması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 2100 manat dəyərində dəst qızıl boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət 585 əyyarlı qızıl-zinət əşyaları, 300 manat dəyərində 2 ədəd 585 əyyarlı sadə qızıl üzük və sırğa, 900 manat dəyərində 1 ədəd 585 əyyarlı qızıl üzük, həmin əşyalar naturada olmadıqda isə onların dəyəri olan ümumilikdə 3300 (üç min üç yüz) manat pul vəsaiti cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. İddiaçı İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 130 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumu və ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar