Məhkəmə qərarları › İş №2(3-9)-397/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-397/2026

05.05.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-397/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər X9 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Ərizəçi Ərizəçi Həmin qızının nümayəndəsi vəkil Hüseynov İmran Hamlet oğlunun iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs Maraqlı şəxs İlqar qızı) mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Mediator X2 tərəfindən ##.##.2025-ci ildə Ərizəçi ilə Babayev Gülər İlqar qızı arasında barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi ilə Maraqlı şəxs İlqar qızı aşağıdakı razılığa gəlmişlər:

1. Mediator X2 tərəfindən ##.##.2025-ci ildə Ərizəçi Maraqlı şəxs İlqar qızı arasında barışıq sazişi təsdiq etməklə Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat borc pul aldığını bildirir. Maraqlı şəxs İlqar qızı 19 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat olmaqla 18 ay və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərcini geri qaytaracağını öhdəsinə götürür.

2. Ərizəçi razılıq verir ki, Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat aldığı borc pulun 18 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat məbləğ və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərci daxil olmaqla cəmi 18810 (on səkkiz min səkkiz yüz on) manat qaytarılmasına razılıq verir.

3. Maraqlı şəxs İlqar qızı 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 15-də nəzərdə tutulan məbləği qaytarmağı öhdəsinə götürür.

4. Maraqlı şəxs İlqar qızı öhdəsinə götürür ki, 2025-ci ilin oktyabr ayından hər ay 1100 (bir min bir yüz) manat pulu 18 ay müddətində hər ayın 15-də Ərizəçi təqdim etdiyi bank kartına göndərəcəkdir.

5. Ödəniş zamanı 2-3 gün müddətində gecikmələrin olması nəzərə alınacaqdır.

6. 1 ay müddətində ödəniş edilmədiyi halda barışıq sazişi təsdiq edilməsi üçün Salyan Rayon Məhkəməsində ərizə verilməsi üçün əsas hesab edilir və tərəflər buna razılıq verir.

ƏRİZƏ VƏ ONUN ƏSASLANDIRILMASI:

Ərizəçi ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X2 tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs İlqar qızı arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs İlqar qızı tərəfindən qeyd olunmuş ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda olmuşdur. 1. Mediator X2 tərəfindən ##.##.2025-ci ildə Ərizəçi Maraqlı şəxs İlqar qızı arasında barışıq sazişi təsdiq etməklə Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat borc pul aldığını bildirir. Maraqlı şəxs İlqar qızı 19 ay müddətində hər ay 1100 (bir min yüz) manat olmaqla 18 ay və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərcini geri qaytaracağını öhdəsinə götürür. 2. Ərizəçi razılıq verir ki, Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat aldığı borc pulun 18 ay müddətində hər ay 1100 (bir min yüz) manat məbləğ və Ərizəçi tərəfindən ödənilmiş 210 (iki yüz on) manat xərci daxil olmaqla cəmi 18810 (on səkkiz min səkkiz yüz on) manat qaytarılmasına razılıq verir. 3. Maraqlı şəxs İlqar qızı 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 15-də nəzərdə tutulan məbləği qaytarmağı öhdəsinə götürür. 4. Maraqlı şəxs İlqar qızı öhdəsinə götürür ki, 2025-ci ilin oktyabr ayından hər ay 1100 (bir min yüz) manat pulu 18 ay müddətində hər ayın 15-də Ərizəçi təqdim etdiyi bank kartına göndərəcəkdir. 5. Ödəniş zamanı 2-3 gün müddətində gecikmələrin olması nəzərə alınacaqdır. 1 ay müddətində ödəniş edilmədiyi halda barışıq sazişi təsdiq edilməsi üçün Salyan Rayon Məhkəməsində ərizə verilməsi üçün əsas hesab edilir və tərəflər buna razılıq verir. Maraqlı şəxs İlqar qızı tərəfindən qeyd olunmuş ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki göstərilən öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. 1000 (bir min) manat bir dəfə pul ödnilmişdir. Artıq ikinci aydır ki, ödəniş yoxdur. Tərəfindən Maraqlı şəxs İlqar qızına pulun ödənilməsi üçün xəbərdarlıq da göndərilmişdir. Amma yenə də pul ödənilmir. Hesab edir ki, o, hər ay bu cür problemlərlə qarşılaşacaqdır. Ona görə də, bu ərizəni təqdim etmək məcburiyyətindədir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi, Ərizəçi və Maraqlı şəxs İlqar qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış ##.##.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə barışıq sazişinin bağlanması ilə MPM-in 355-26.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin təsdiq olunmasından imtina edir. Ərizəçinin və maraqlı şəxsin izahatlarından, ərizənin məzmunundan aydın olur ki, mediator notariat funksiyasını yerinə yetirərək tərəfin birinin digərinə pul verməsini təsdiq edir. Borc müqavilələri notarial qaydada təsdiqləndiyi zaman notarius borc olaraq veriləcək pulu notariusun depozit hesabına qəbul edib sonra digər tərəfə həmin pulu verir və borc olaraq verilmiş pulu “gördükdən sonra” həmin pulun digər tərəfə verilməsini təsdiq edir. Hazırkı halda isə mediator mübahisə predmeti olan pul məbləğini faktiki “görmədən” həmin pulun verildiyini təsdiq etməklə “şahidi olmadığı hadisəyə şahidlik etmiş olur. Həmçinin maraqlı şəxsin izahatında ərizəçinin anası tərəfindən ona hədə-qorxu gəlindiyi bildirilmişdir. Hədə-qorxu halının olması ehtimalı barışıq sazişinin tərəflərin könüllü razılığı ilə bağlanmasını şübhə altına alır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-23.1-ci, 355-24-cü, 355-25.2-ci, 355-25.3-cü, 355-26-cı və 355-26.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR:

Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs İlqar qızı tərəfindən qeyd olunmuş ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki göstərilən öhdəliklər könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Cəmi bir dəfə 1000 manat məbləğdə pul ödənilmişdir. Artıq ikinci aydır ki, ödəniş yoxdur. Tərəfindən Maraqlı şəxs İlqar qızına pulun ödənilməsi üçün xəbərdarlıq da göndərilmişdir. Amma yenə də pul ödənilmir. Hesab edir ki, o hər ay bu cür problemlərlə qarşılaşacaqdır. Ona görə də bu ərizəni təqdim etmək məcburiyyətindədir.

TƏRƏFLƏRİN İZAHATLARİ:

Ərizəçi Ərizəçi nümayəndəsi vəkil Hüseynov İmran Hamlet oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəflə barışıq yoxdur. Birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmadan qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə tərəfindən sübutlara düzgün qiymət verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan hazırkı məsələyə baxılmasını mümkün hesab etmişdir.

PROSESSUAL MƏSƏLƏLƏR:

MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ (P R O S E S S U A L) Ə S A S L A R İ :

MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli № **/**** qərardadına görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1) (39-cu bənd); Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (47-ci bənd).

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, işdən göründüyü kimi, ərizəçi və maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, həmin sazişlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Maraqlı şəxs üzərinə düşən öhdəliyi icra etmədiyi üçün ərizəçi məhkəməyə ərizə ilə xüsusi icraat qaydasında müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərkibi bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 881.1-881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır. İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri, istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. Məhkəmə tərkibi diqqətə çatdırır ki, yuxarıda adıçəkilən Sazişin 1-ci və 4-cü şərtləri tərəflər üçün mülki hüquq və vəzifələr müəyyən edir. Bu baxımdan, həmin şərtlərin təsdiqlənməsi ilə barışıq sazişinin məcburi icrasını təmin etmək mümkündür. Belə ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Hüseynova İlhamə Möhübbət qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək Ərizəçi ərizəsi təmin edilməli, Ərizəçi ilə Babayev Gülər İlqar qızı arasında Mediasiya prosesi nəticəsində bağlamış ##.##.2025-ci il tarixli MŞS/MT***/****-****MK saylı Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir:

1. Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat borc pul aldığını bildirir. Maraqlı şəxs İlqar qızı 19 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat olmaqla 18 ay və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərcini geri qaytaracağını öhdəsinə götürür.

2. Ərizəçi razılıq verir ki, Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat aldığı borc pulun 18 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat məbləğ və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərci daxil olmaqla cəmi 18810 (on səkkiz min səkkiz yüz on) manat qaytarılmasına razılıq verir.

3. Maraqlı şəxs İlqar qızı 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 15-də nəzərdə tutulan məbləği qaytarmağı öhdəsinə götürür.

4. Maraqlı şəxs İlqar qızı öhdəsinə götürür ki, 2025-ci ilin oktyabr ayından hər ay 1100 (bir min bir yüz) manat pulu 18 ay müddətində hər ayın 15-də Ərizəçi təqdim etdiyi bank kartına göndərəcəkdir. Məhkəmə tərkibi həmçinin hesab edir ki, Ərizəçi və Babayev Gülər İlqar qızı arasında Mediasiya prosesi nəticəsində bağlamış ##.##.2025-ci il tarixli MŞS/MT***/****-****MK saylı Barışıq sazişinin 5-ci və 6-cı bəndlərindəki şərtlər özündə tərəflər üçün mülki hüquq və vəzifələr müəyyənləşdirən (dəyişdirən və ya xitam verən) öhdəlik ehtiva etmədiyindən onların məhkəmə qaydasında təsdiqi hər hansı hüquqi nəticə doğurmayacaqdır. Belə ki, həmin şərtlər özündə tərəfin məhkəməyə müraciət etmək hüququnu əhatə edir və həmin hüquqdan imtina etibarsızdır. Buna görə də, məhkəmə tərkibi adıçəkilən şərtlərin təsdiq edilməməsi qənaətinə gəlir. Bu həm də ondan irəli gəlir ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Qeyd edilən (5-ci və 6-cı) bəndlər üzrə eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-ci və 3.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Göründüyü kimi, məhkəməyə müraciət etmək hüququna gətirilən məhdudlaşdırma qanunda nəzərdə tutulmalı, qanuni məqsədə yönəlməli və mütənasib olmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ərizənin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 100 (yüz) manat məbləğdə və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Maraqlı şəxs İlqar qızından alınaraq Ərizəçi verilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 392 və 393-cü maddələrini rəhbər tutub QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçi ilə Babayev Gülər İlqar qızı arasında Mediasiya prosesi nəticəsində bağlamış ##.##.2025-ci il tarixli MŞS/MT***/****-****MK saylı Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat borc pul aldığını bildirir. Maraqlı şəxs İlqar qızı 19 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat olmaqla 18 ay və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərcini geri qaytaracağını öhdəsinə götürür.

2. Ərizəçi razılıq verir ki, Maraqlı şəxs İlqar qızı Ərizəçi 18600 (on səkkiz min altı yüz) manat aldığı borc pulun 18 ay müddətində hər ay 1100 (bir min bir yüz) manat məbləğ və Ərizəçi tərəfindən ödənilmiş 210 ( iki yüz on) manat xərci daxil olmaqla cəmi 18810 (on səkkiz min səkkiz yüz on) manat qaytarılmasına razılıq verir.

3. Maraqlı şəxs İlqar qızı 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 15-də nəzərdə tutulan məbləği qaytarmağı öhdəsinə götürür.

4. Maraqlı şəxs İlqar qızı öhdəsinə götürür ki, 2025-ci ilin oktyabr ayından hər ay 1100 (bir min bir yüz) manat pulu 18 ay müddətində hər ayın 15-də Ərizəçi təqdim etdiyi bank kartına göndərəcəkdir. Ərizənin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat, cəmi 15 (yüz əlli) manat məbləğdə pul vəsaiti Maraqlı şəxs İlqar qızından alınaraq Ərizəçi verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar