Məhkəmə qərarları › İş №2(3-9)-430/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-430/2026

05.05.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-430/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2025-ci il tarixli MŞL/MT/014/2025- ***** saylı barışıq sazişindən görünür ki, X3 Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş ##.##.2019-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Lənkəran 1 sayı Mediasiya təşkilatında ##.##.2024-cü il tarixdə MŞL/MT/***/****-***** saylı bağlanılmış barışıq sazişinə əsasən müəyyən edilmiş 150 (yüz əlli) manat məbləğində alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs bu sazişi imzalamaqla aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti X3 ödəyəcəyinə öhdəlik götürmüşdür. Alimentin hesablanmasının ## #### 2025-ci ildən başlanılmasına razılaşdırılmışdır. Uşaqla ünsiyyətin ata tərəfindən alınması ilə bağlı tərəflərin heç bir mübahisələri yoxdur. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: Ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Lənkəran * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞL/MT/***/****-***** saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Lənkəran 1 sayı Mediasiya təşkilatında mediasiya prosesi zamanı ##.##.2025-ci il tarixində qarşılıqlı razılığa gələrək MŞL/MT/***/****-***** saylı barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinə əsasən X3 və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti birinci tərəf X3 ödəməyi öhdəlik olaraq üzərinə götürür. Lakin, barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs öhdəliklərindən boyun qaçırmış, barışıq sazişində qeyd olunan prosedurların heç birini həyata keçirməmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli MŞL/MT/***/****-***** saylı Barışıq sazişinin aşağıdakı məzmunlu 1-ci və 2-ci bəndinin təsdiq edilməsi – “1. Sabirli (Verdiyeva) Rumiyyə Rasif qızı və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün razılaşdırılmış qaydada aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində aliment ödəməyi öhdəlik olaraq üzərinə götürür. 2. Tərəflər alimentin hesablanmasını ## #### 2025-ci ildən başlanmasına razılaşırlar”, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş ##.##.2019-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Lənkəran 1 sayı Mediasiya təşkilatında ##.##.2024-cü il tarixdə MŞL/MT/***/****-***** saylı bağlanılmış barışıq sazişinə əsasən müəyyən edilmiş 150 manat məbləğdə alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs bu sazişi imzalamaqla aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti X3 ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Buna baxmayaraq, Maraqlı şəxs həmin barışıq sazişinin alimentə dair 1-ci və 2-ci bəndini könüllü şəkildə icra etmir. Barışıq sazişinin 1-ci bəndi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün razılaşdırılmış alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ##.##.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmuş və tərəflər sazişin 1-ci, 2-ci və 3- cü bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin alimentə dair 1-ci və 2-ci bəndini icra etməməklə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci, 75.3-cü, 881.1-ci, 881.2-ci maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci, 355-25.3-cü, 355-26.1-ci, 355-26.2-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 33.1-ci, 33.3-cü, 33.4-cü, 34.1-ci, 34.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsini, barışıq sazişinin təsdiqindən imtina edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə barışıq sazişi üzrə hazırkı vaxta kimi ödənilmiş aliment məbləğinin tərəfindən ödənilmiş hissəsini nəzərə almamış, alimentin hesablanmasının barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan hesablanmalı olduğundan onun imzalandığı vaxtdan hesablanmasını qərara almışdır. Bundan başqa, məhkəmə işə baxarkən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla qətnamə qəbul etməli olduğu halda ## ####### 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “bartotravma” yəni yaralanma travma və kontuziya xəsarəti almaqla Naftalan Şəhər Mərkəzi Xəstəxanasında stasionar müəlicə almasını, vətən müharibəsi zamanı göstərdiyi sücaətlə bağlı olaraq “Qüsursuz xidmətə görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin Azad olunmasına görə”, ”Suqovuşanın azad olunmasına görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilməsi və döyüş əməliyyatları zamanı aldığı travmalarla bağlı müalicə xərclərinin olması, eyni zamanda iddiaçının da “ASAN Xidmət” mərkəzində işləməklə yüksək məbləğdə əmək haqqı alması hallarını araşdırmadan əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsində əsassız olaraq təyin etmişdir. Bundan başqa, məhkəmə Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinin tələbinə riayət edilibediməməsini araşdırmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında rəsmi nikaha xitam verilərkən qətnamə ilə alimentin məbləği 150 manat müəyyən edilmiş və aliment üzrə ödənişlərə dair çıxarışlar mövcuddur. Sonradan barışıq sazişi imzalanarkən qarşı tərəf aliment məbləğinin artırılmasını tələb etmiş, o isə valideyn olaraq uşağın normal inkişafı, sosial təminatı və təhsilinin təmin olunması məqsədilə bu tələbə razılıq vermişdir. Nəticədə mediasiya prosesində saziş bağlanmış və o, mütəmadi olaraq 300 manatdan az olmamaqla, əksər hallarda 400–500 manat məbləğində aliment ödəmişdir. Qarşı tərəf son olaraq fevral ayında məhkəməyə müraciət edəcəyini göstərmişdir. O isə cavab olaraq tərəflər arasında artıq mediasiya qaydasında razılaşma əldə edildiyini, ödənişləri vaxtında və razılaşdırılmış qaydada həyata keçirdiyini bildirmişdir. Qarşı tərəf əlavə olaraq qeyd etmişdir ki, ipoteka krediti əldə etmək məqsədilə hesabında daha yüksək məbləğin görünməsi üçün alimentin artırılmasına ehtiyac vardır. Buna cavab olaraq o, aliment məbləğinin müəyyən edilərkən hər iki tərəfin gəlirlərinin nəzərə alınmalı olduğunu bildirmişdir. Tərəflər arasında bu günədək aliment ödənişləri ilə bağlı mübahisə yaranmamış, ödənişlər razılaşma əsasında həyata keçirilmişdir. Lakin qarşı tərəfin məhkəməyə müraciəti nəticəsində Astara Rayon Məhkəməsi tərəfindən alimentin vaxtında ödənilməməsi ilə bağlı bildirişlər göndərilmiş, bu isə onun xidmət etdiyi hərbi hissədə mənfi rəyin formalaşmasına səbəb olmuşdur. Aylıq əmək haqqısı dəyişkən olmaqla 1300–1500 manat təşkil edir və o, hər ay gəlirinin 1/4 hissəsini aliment kimi ödəyir. Eyni zamanda ailədə tək oğludur və valideynləri də onun himayəsindədir. Ərizəçi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Barışıq sazişinin təsdiq edilməsinə mane olan hər hansı prosessual əsasın mövcudluğu məhkəmə tərkibi tərəfindən müəyyən edilmir. Belə ki, ərizəçi və maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, həmin sazişlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Maraqlı şəxs üzərinə düşən öhdəliyi icra etmədiyi üçün ərizəçi məhkəməyə ərizə ilə xüsusi icraat qaydasında müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də müəyyən edilir ki, məhkəmə iki halda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin təsdiq edilməsini istisna edən hər hansı bir halın mövcudluğu məhkəmə tərkibi tərəfindən müəyyən edilmir və barışıq sazişinin təsdiq edilməsindən imtina üçün heç bir əsas yoxdur. Həmçinin qeyd edilməlidir ki, maraqlı şəxs apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, adıçəkilən dəlillər yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Bununla yanaşı, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli № **/**** qərardadına görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutub QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar