Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-592/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının cavabdeh İsmayılov Ceyhun Şakir oğluna qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızı cavabdeh İsmayılov Ceyhun Şakir оğluna qarşı “qızıl-zinət əşyaları” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İsmayılov Ceyhun Şakir oğlu ilə nigahlarını ## #### 2009-cu il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd ərazi nümayəndəliyində qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından ## ###### 2010-cu il təvəllüdlü Məhəmməd və ## ### 2012-ci il təvəllüdlü Əli adlı övladları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə aralarında olmuş nikah pozulmuş və hər iki uşağın onun yanında saxlanılması qət edilmişdir. Buna baxmayaraq, ona məxsus olan 1 ədəd boyunbağı (Anjelika), əyarı - 585, çəkisi - 14 qram, qiyməti - 1190 manat, 1 ədəd qolbağı (sünbülü), əyarı - 585, çəkisi - 6 qram, qiyməti - 510 manat, 1 ədəd sırğa (paxlava), əyarı - 585, çəkisi - 7.5 qram, qiyməti - 637.50 manat və 1 ədəd üzük (paxlava), əyarı - 585, çəkisi - 4.5 qram, qiyməti - 382.50 manat dəyərində olan qızıl - zinət əşyaları ona verilməmişdir. Bu məqsədlə məhkəməyə müraciət etmiş və həmin qızıl - zinət əşyalarının və ya onların dəyəri olan 2720 manat pulun və qiymətləndirmə üçün ödəmiş olduğu 65 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclаsındа cаvаbdeh qismində dindirilmiş İsmayılov Ceyhun Şakir oğlu iddiаnı qəbul etməyərək izаhаtındа bildirmişdir ki, iddiaçıya məxsus heç bir əmlak onun yaşadığı evdə qalmamış, iddiaçı əmlakını onlardan götürüb aparmışdır. Həmin vaxt əmlak və qızıl-zinət əşyaları ilə bağlı hər hansı bir söz-söhbət, mübahisə olmamış, iddiaçı onlarda əmlakının və qızıllarının qalmasına dair heç bir söz deməmişdir. O, iddiaçını məcburi evdən çıxarmamış, ondan qızıl-zinət əşyalarını almamışdır. Nikahları rəsmi olaraq ## ###### 2025-ci il tarixdə pozulsa da iddiaçı faktiki olaraq sonuncu dəfə ## ###### 2017- ci il tarixdə atası ilə birlikdə rahat bir şəkildə evdən çıxıb getmişdir. Yəni, götürmək istədiyi istənilən əşyanı götürüb sərbəst formada çıxması mümkün olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməssini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Səbuhi Səfərov), iddiа rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Cavabdeh Abdullayev Orxan Nəhmət oğluna münasibətdə iddianın qismən təmin edilməsinə baxmayaraq o, qətnaməni apellyasiya qaydasında mübahisələndirməmiş, qətnaməni yalnız cavabdeh Nərgiz Abdullayeva mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.2-ci maddəsinə əsasən mikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli, *** saylı arayışdan görünür ki, iddiaçı İsmayılova X3 rayonunun, 2-ci Aşıqlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli, *** nömrəli Qiymətləndirmə rəyindən görünür ki, boyunbağı Anjelika 1190 manat, qolbağ Sünbülü 510 manat, sırğa paxlava 637.50 manat və üzük paxlava 382.50 manat olmaqla, ümumilikdə 2720 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(020)-154/2025 qətnaməsinin surətindən görünür ki, İsmayılova Dünyaxanım Nurəddin qızı ilə İsmayılov Ceyhun Şakir oğlu arasında Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində ## #### 2009-cu il tarixdə bağlanmış akt qeydləri kitabında ** nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş və birgə nikahdan doğulmuş Məhəmməd və Əli adlı uşaqlar analarının yanında saxlanılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2025-ci il tarixli, MŞC/*/***** nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı əmlak tələbi ilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən sözügedən arayış iddiaçıya təqdim edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh ## #### 2009-cu ildə Beyləqan rayonu Yuxarı Aran kənd İcra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Nikahları rəsmi olaraq ## ###### 2025-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı ona hədiyyə edilmiş 1 ədəd boyunbağı (Anjelika), əyarı - 585, çəkisi - 14 qram, qiyməti - 1190 manat, 1 ədəd qolbağı (sünbülü), əyarı - 585, çəkisi - 6 qram, qiyməti - 510 manat, 1 ədəd sırğa (paxlava), əyarı - 585, çəkisi - 7.5 qram, qiyməti - 637.50 manat və 1 ədəd üzük (paxlava), əyarı - 585, çəkisi - 4.5 qram, qiyməti - 382.50 manat dəyərində olan qızıl zinət əşyalarının cavabdehin evində qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 4 komponentin hamısının mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası tələb edilən qızıl-zinət əşyalarına münasibətdə isə bildirir ki, işin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin heç biri inkar etmir ki, iddiaçıya yuxarıda adları çəkilən qızıl-zinət əşyaları toy vaxtı hədiyyə edilmişdir. Lakin iddiaçı həmin qızıl-zinət əşyalarını özü aparmamasını, həmin əşyaların onda olmamasını sübut edə bilmir, cavabdeh isə əksinə iddiaçının 2017-ci ildə evi tərk etdiyini və gedərkən əşyaları özü ilə apardığını bildirir. İddiaçı evdən hansı şəraitdə getməsini, gedərkən özünə məxsus zinyət əşyalarını götürmək imkanın olmamasını sübut edə bilmir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilməsin” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 2720 manat manat yəni 5000 manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı İsmayılova Dünyaxanım Nurəddin qızının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.