Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-696/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İsmayıl qızına qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin və ## ### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 İsmayıl qızından 12.000 manat məbləğində pulu və ödənilmiş 126 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İsmayıl qızına qarşı 12000 (on iki min) manat məbləğində pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/** saylı qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə üzrə iddiaçı İddiaçı Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti iddiaçı İddiaçı qaytarılmışdır. Sonuncu qərardaddan iddiaçı İddiaçı şikayət vermiş, şikayətində apellyasiya şikayətinin mümkün hesab edilərək icraata götürülməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli qərardadından şikayətə baxmamış mülki işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti və qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmamışdır. Eyni zamanda qətnamədən verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/** saylı qərardadı ilə apellyasiya qeyrimümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hazırki halda apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-696/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-696/2026
09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver