Məhkəmə qərarları › İş №2(3-9)-703/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-703/2026

16.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-703/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: əmlakın naturada bölünməsi tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. G.Ağayeva) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona miras qalmış İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m olan fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət əmlakın naturada bölünüb verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ** saylı ünvanda olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş bölgü sxemi və ## ###### 2012-ci il tarixli, 3M/*** reyestr nömrəli bölgü müqaviləsində İmişli rayonu * saylı DNK-nın 2V/**** reyestrli, ##.##.2012-ci il tarixli 2V/**** reyestrli, ##.##.2012ci il tarixli və 2V/**** reyestrli ##.##.2012- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m fərdi yaşayış evinin 500 kv.m həyətyanı torpaq sahəsindən 140 kv.m İddiaçı mülkiyyətinə, qalan 318 kv.m torpaq sahəsində yerləşən İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 33 ünvanda yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilməsi qeyd edilmişdir. ##.##.2012ci il tarixli və 2V/**** reyestrli ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m fərdi yaşayış evinin 4/2 hissəsindən ibarət əmlak ona miras olaraq verilmişdir. Əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçülərinin verilməsini xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 6 sayl Beyləqan Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış məktubda müraciətin icrasından imtina edilmişdir. Qeyd edir ki, Cavabdeh onun qardaşıdır və İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 33 ünvanda yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ qeyd edilərək çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun iştirakı olmadan torpaq sahəsi bölünüb. Ailədə 5 uşaq olublar. Bir uşaq ögey olduğundan vərəsəlik işində adı olmayıb. Onun İmişli Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmayıb. Ona məhkəmədən heç bir bildiriş gəlməyib. Onu aldadıb imza çəkdiriblər. Cəmi 138 kv.m torpağın ona ayrılmasından xəbəri olmayıb. Reyestr xidmətinə müraciət edəndən sonra bilmişdir ki, bölgünü səhv ediblər. Halbuki ona əmlakın tam yarısı verilməli idi. Onu aldatdılar ki, evin tən yarısı onundur. Cavabdeh evi ipotekaya qoyub kredit götürmək istəyirdi. İddiaçı isə ipotekanın götürülməsinə razı olmamışdır. Bundan sonra ehtimal edir ki, cavabdeh çıxarışı dəyişmişdir. O bilməmişdir ki, bölgü planı imzalanan zaman hər şeydən məhrum edilmişdir. Sənədlər saxtalaşdırılmışdır. O həmin evdə doğulmuşdur. Bölgü müqaviləsində ona göstərmişdilər ki, ərazi onundur. Reyestr xidmətinə müraciət edəndə aldandığını bilmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ailədə 4 nəfər olublar. Bir uşaq ögey olduğu üçün mirasdan imtina etmişdir. 2 bacı və 2 qardaş hamısı imza çəkmişlər və torpaq sahəsi həmin qaydada bölünmüşdür. İddiaçı səhv deyir. O məhkəməyə gəlmədi, bu səbəbdən məhkəmə onun iştirakı olmadan qətnamə çıxardı. Torpaq sahəsinin ev hissəsi ona-cavabdehə verilib, boş torpaq sahəsi isə iddiaçıya verilmişdir. Bununla bağlı bölgü planı imzalanmışdır. 5 sot torpaq sahəsi 4 yerə bölünmüşdür. Sadəcə bacılar öz torpaq sahələrini cavabdehə pay vermişlər. 2 dəfə çıxarış alınmışdır. Belə ki, “Turanbank”da sığorta ilə bağlı problem olmuşdur. Ona görə çıxarış dəyişdirilmişdir. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(036)-3496/2025 qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, İmişli rayon Məhkəməsinin ## #### 2026-cı il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bildirilmişdir ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş bölgü sxemi və ## ###### 2012-ci il tarixli, 3M/*** reyestr nömrəli bölgü müqaviləsində, həmçinin ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin 2/4 hissəsi ona miras qalmışdır. Əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçülərinin verilməsi üçün müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən müraciətin icrasından imtina edilmişdir. Şikayət verən qeyd etmişdir ki, cavabdeh onun qardaşıdır və yaşayış evi üzərində yalnız cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış verilmiş, özü iştirak etmədən torpaq sahəsi bölünmüş, ailədə beş uşaq olsalar da, bir uşaq ögey olduğundan vərəsəlik işində iştirak etməmiş, İmişli Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmamış, məhkəmədən ona heç bir bildiriş göndərilməmiş, aldadılaraq imza etdirilmiş, cəmi 140 kv.m torpaq sahəsinin ona ayrıldığını bilməmiş, yalnız Reyestr Xidmətinə müraciət etdikdən sonra bölgünün düzgün aparılmadığını öyrənmişdir. Həmçinin göstərmişdir ki, ona əmlakın tam yarısı verilməli olduğu halda bu baş verməmiş, cavabdeh evi ipotekaya qoymaq istədikdə buna razılıq verməmiş, bundan sonra cavabdehin çıxarışı dəyişdirdiyini ehtimal etmiş, bölgü planını imzalayarkən hüquqlarından məhrum edildiyini bilməmiş, sənədlərin saxtalaşdırıldığını, həmin evdə doğulduğunu, bölgü müqaviləsində ərazinin ona məxsus kimi göstərildiyini, lakin sonradan aldadıldığını öyrəndiyini bildirmişdir. Bundan əlavə, məhkəmənin mübahisəli əraziyə baxış keçirmədən, iş üzrə ekspertiza təyin etmədən iddia tələbini rədd etdiyi, mülkiyyət hüququnu nəzərə almadığı və ona məxsus əmlakdan istifadəsinə maneələri aradan qaldırmadığı qeyd olunmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə cavabdeh apellyasiya şikayətində İmişli rayon Məhkəməsinin ## #### 2026-cı il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarında olan2V/**** reyestr nömrəli ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2007-ci ildə vəfat etmiş X2 vərəsəsioğlu Cavabdeh İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən miras əmlakda irs almış, ¾ hissə açıq qalmışdır. İşdə olan 2V/**** reyestr nömrəli ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2007-ci ildə vəfat etmiş X2 vərəsəsi- oğlu Cavabdeh həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ¼ hissəsində miras əmlakdan irs almışdır. Ən son 2V/**** reyestr nömrəli ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2007-ci ildə vəfat etmiş X2 vərəsəsioğlu İddiaçı həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 2/4 hissəsində miras əmlakdan irs almışdır. İş materiallarına əlavə edilmiş bölgü planı ilə müəyyən olunur ki, şəhadətnamələrin verilməsindən qısa müddət sonra- ##.##.2012-ci il tarixdə iddiaçı və cavabdeh notariat kontorunda imzalanmış müqavilə ilə razılığa gəlmişlər ki, İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 107.6 kv.m, köməkçi sahəsi 138.1 kv.m və ümumi sahəsi 245.7 kv.m olan yaşayış evi Cavabdeh mülkiyyətinə verilir. Bölgü eskizində göstərilmişdir ki, DNK-nun bağışlama müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsinin bağışlanan hissəsi-0.0140 ha İddiaçı aiddir, yerdə qalan hissə 0.036 ha Cavabdeh aiddir. Məhz həmin bölgü planı əsasında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli ##.##.2012-ci il tarixli çıxarış verilmiş və İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.036 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 243.6 kv.m olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh payı ¼ hissə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2020-ci il tarixli çıxarışla müəyyən olunur ki, köhnə ünvan:İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 33 ünvanda 0.0360 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 243.6 kv.m olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh payı tam göstərilmişdir. Məhkəmə tərəfindən "xxxx" Publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi İdarəsinə sorğu ilə müraciət olunaraq ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il tarixli Cavabdeh adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İdarənin ##.##.2026-cı il tarixli məktubu ilə müəyyən olunur ki, ##.##.2020-ci il tarixli Cavabdeh adına həmin çıxarış verilərkən daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli ##.##.2012-ci il tarixli çıxarış və iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun xitam olunmasına səbəb olan İmişli Rayon Məhkəməsinin ## ######## 2013cü il tarixli, *(***)***/**** nömrəli qətnaməsi əsas götürülmüş, həmin çıxarışla cavabdeh bölgü planında göstərilən ölçüdə torpaq sahəsinin və fərdi yaşayış evinin tamhüquqlu mülkiyyətçisi kimi tanınmışdır. (fərdi yaşayış evinin ölçüsü 245.7 kv.m deyil, 243.6 kv.m qeydə alınmışdır.) Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bildirilmişdir ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş bölgü sxemi və ## ###### 2012-ci il tarixli, 3M/*** reyestr nömrəli bölgü müqaviləsində, həmçinin ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin 2/4 hissəsi ona miras qalmışdır. Əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçülərinin verilməsi üçün müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən müraciətin icrasından imtina edilmişdir. Şikayət verən qeyd etmişdir ki, cavabdeh onun qardaşıdır və yaşayış evi üzərində yalnız cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış verilmiş, özü iştirak etmədən torpaq sahəsi bölünmüş, ailədə beş uşaq olsalar da, bir uşaq ögey olduğundan vərəsəlik işində iştirak etməmiş, İmişli Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmamış, məhkəmədən ona heç bir bildiriş göndərilməmiş, aldadılaraq imza etdirilmiş, cəmi 140 kv.m torpaq sahəsinin ona ayrıldığını bilməmiş, yalnız Reyestr Xidmətinə müraciət etdikdən sonra bölgünün düzgün aparılmadığını öyrənmişdir. Həmçinin göstərmişdir ki, ona əmlakın tam yarısı verilməli olduğu halda bu baş verməmiş, cavabdeh evi ipotekaya qoymaq istədikdə buna razılıq verməmiş, bundan sonra cavabdehin çıxarışı dəyişdirdiyini ehtimal etmiş, bölgü planını imzalayarkən hüquqlarından məhrum edildiyini bilməmiş, sənədlərin saxtalaşdırıldığını, həmin evdə doğulduğunu, bölgü müqaviləsində ərazinin ona məxsus kimi göstərildiyini, lakin sonradan aldadıldığını öyrəndiyini bildirmişdir. Bundan əlavə, məhkəmənin mübahisəli əraziyə baxış keçirmədən, iş üzrə ekspertiza təyin etmədən iddia tələbini rədd etdiyi, mülkiyyət hüququnu nəzərə almadığı və ona məxsus əmlakdan istifadəsinə maneələri aradan qaldırmadığı qeyd olunmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona məxsus olduğunu göstərdiyi İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsinin naturada bölünməsini tələb etsə də, eyni zamanda iş materiallarında olan ##.##.2012-ci il tarixli 3M/*** reyestr nömrəli bölgü müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş bölgü sxemi ilə vərəsələr arasında miras əmlakın artıq qarşılıqlı razılaşma əsasında bölündüyü müəyyən edilmişdir. Həmin bölgü müqaviləsinə əsasən yaşayış evi cavabdeh Cavabdeh mülkiyyətinə verilmiş, iddiaçıya isə 0,0140 ha torpaq sahəsi ayrılmışdır. Sonradan məhz həmin bölgü planı əsasında ##.##.2012-ci il tarixli dövlət reyestrindən çıxarış verilərək cavabdehin mülkiyyət hüququ qeydə alınmış, daha sonra isə ##.##.2020-ci il tarixli çıxarışla həmin daşınmaz əmlak üzərində cavabdehin tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi bu sənədləri araşdıraraq düzgün nəticəyə gəlmişdir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi üzərində qüvvədə olan dövlət qeydiyyatı mövcuddur və həmin qeydiyyat ləğv edilmədiyi, etibarsız hesab edilmədiyi və ya bölgü müqaviləsinin etibarsızlığı barədə ayrıca tələb irəli sürülmədiyi halda naturada bölünmə barədə iddianın təmin edilməsi hüquqi cəhətdən mümkün deyildir.

2. Kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülən "aldadılıb imza atması", "bölgü müqaviləsinin mahiyyətini bilməməsi", "çıxarışın sonradan dəyişdirilməsi", "torpaq sahəsinin bərabər bölünməməsi", "sənədlərin saxtalaşdırılması" və "əmlakın yarısının ona məxsus olması" barədə dəlillər mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün kifayət etmir. Belə ki, iddiaçının özünün də istinad etdiyi hallar mahiyyət etibarilə bölgü müqaviləsinin bağlanması zamanı iradəsinin düzgün formalaşmaması və ya əqdin etibarsızlığı ilə bağlı mübahisəyə aiddir. Halbuki hazırkı iş üzrə iddia tələbi əqdin etibarsız hesab edilməsi və ya daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi deyil, naturada bölgü tələbidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı iradə ifadəsinin zədələnməsinə və ya aldadılmasına istinad edirsə, ilk növbədə həmin bölgü müqaviləsinin və onun nəticəsində aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsini mübahisələndirməlidir. Hazırkı halda isə həmin müqavilə, onun əsasında aparılmış dövlət qeydiyyatı qüvvədədir və həmin hüquqi vəziyyət dəyişdirilmədən naturada bölgü tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.

3. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli əraziyə baxış keçirməmiş, ekspertiza təyin etməmiş, tərəflər arasında payların bərabər bölünüb-bölünmədiyini və bölgü müqaviləsinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığını araşdırmamışdır. Kollegiya həmin dəlilləri də əsaslı hesab etmir. Çünki iş üzrə həll edilməli olan əsas hüquqi məsələ daşınmaz əmlakın naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmaması deyil, iddiaçının belə tələb irəli sürmək üçün həmin əmlak üzərində qüvvədə olan əşya hüququnun mövcud olub-olmamasıdır. İş materiallarında olan dövlət reyestrindən çıxarışlar, bölgü müqaviləsi, bölgü sxemi, xxxx PHŞ-nin məktubları və ##.##.2013-cü il tarixli İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli yaşayış evi cavabdehin mülkiyyətindədir və iddiaçının həmin yaşayış evindən istifadə hüququna da xitam verilmişdir. Bu hallar artıq hüquqi qüvvəyə minmiş məhkəmə aktı və dövlət qeydiyyatı ilə təsdiq olunduğundan, MPM-in 82.3-cü maddəsinə əsasən yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda ekspertiza və ya yerində baxış keçirilməsi işin həlli üçün hüquqi əhəmiyyət daşımadığından, birinci instansiya məhkəməsinin həmin prosessual hərəkətləri etməməsi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

4. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139, 146, 152, 157 və 1133-cü maddələrini düzgün tətbiq etmişdir. Həmin normaların mənasına görə daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatı ilə yaranır və dövlət reyestrində qeydə alınmış hüquq hüquqi qüvvəyə malikdir. Hazırkı işdə isə mübahisəli daşınmaz əmlak üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış, bu qeydiyyatın etibarsızlığı müəyyən edilməmiş və hüquqi qüvvəsini itirməmişdir. İddiaçı isə həmin qeydiyyatın ləğvini və ya bölgü müqaviləsinin etibarsız hesab edilməsini tələb etmədən birbaşa naturada bölgü tələb etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm iş üzrə müəyyən edilmiş faktiki hallara, həm də tətbiq edilmiş maddi hüquq normalarına tam uyğundur.

5. Bundan əlavə, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, vindikasiya xarakterli və ya əmlakın naturada bölünməsi ilə bağlı tələb yalnız həmin əmlak üzərində hüququ olan şəxs tərəfindən irəli sürülə bilər. Hazırkı işdə isə iddiaçı özünün mübahisəli yaşayış evi üzərində qüvvədə olan əşya hüququnu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, əksinə, iş materialları həmin yaşayış evinin dövlət qeydiyyatına alınmış mülkiyyətçisinin cavabdeh olduğunu təsdiq etmişdir. Buna görə də iddiaçının naturada bölgü tələbi üçün zəruri hüquqi əsas mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər yalnız iddiaçının bölgü müqaviləsinin bağlanması zamanı aldadıldığını düşündüyünü ifadə edir, lakin bu iddiaları təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, həmin müqavilənin və ya dövlət qeydiyyatının etibarsızlığı barədə ayrıca məhkəmə aktı da mövcud deyildir.

6. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar