Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-721/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X8 və X14 ibarət tərkibdə, katib X5 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, ərizəçi Ərizəçi Abəsət oğlunun barışıq sazişinin təsdiq edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Abəsət oğlu və Maraqlı şəxs Kamal qızı ##.##.2016-cı ildən nikahda olmuşlar. Bu nikahdan 2 uşaq- ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Ərizəçi Ərizəçi Abəsət oğlu xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və X1 arasında Bakı * saylı Mediasiya Təşkilatında qeydiyyatdan keçmiş mediator X10 (M-00520) iştirakı ilə bağlanmış və təsdiq edilmiş MSB/*-***** saylı ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xahişini aşağıdakı kimi əsaslandırmışdır: Tərəflər arasında bağlanmış və mediator tərəfindən təsdiq edilmiş MSB/*-***** saylı ##.##.2025-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər arasında birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 atası Ərizəçi (birinci tərəfin) yanında və himayəsində qalmasını Maraqlı şəxs öhdəsinə götürür; Tərəflərin qarşılıqlı razılığına əsasən Ərizəçi (bundan sonra “Birinci tərəf) Maraqlı şəxs (bundan sonra “İkinci tərəf) birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına maneçilik törətmədən istənilən zaman heç bir şərt olmadan ünsiyyətdə olmasına lazımi şərait yaratmağı öz üzərinə götürür; Tərəflərin qarşılıqlı razılığa əsasan birgə nikahda anadan olmuş uşaqların saxlanılması üçün bir-birlərinə aliment tələbləri yoxdur və tərəflər uşaqların saxlanılması ilə valideynlik vəzifələrini birgə həyata keçirəcəklər; Tərəflərin qarşılıqlı razılığa əsasən bir-birlərinə qarşı birgə nikah dövründə əldə olunmuş daşınar, daşınmaz, qızıl və cehiz əşyaları ilə bağlı heç bir tələbləri yoxdur və hər birinin mülkiyyətində olan əmlaklar onların ayrıca mülkiyyəti hesab edilir. Ərizədə göstəriir ki, Barışıq Sazişi könüllü icra müddətində sazişin ikinci tərəfi X1 tərəfindən qərəzli olaraq icra edilmir, qarşı tərəf ödəməyi öhdəsinə götürdüyü aliment məbləğini ödəməkdən yayınır. Əksinə birinci tərəf ona uşaqla ünsiyyətdə olması üçün heç bir problem yaratmır, ikinci tərəfin istədiyi vaxt uşağın mənafelərinə uyğun olaraq görüşmələri üçün şərait yaradır. Lakin uşaqları özündə saxlayır geri qaytarmaq istəmir və ikinci tərəf dəfələrlə barışıq sazişinin icrasına maneə yaradır. Birinci instansiya məhkəməsində ərizəçi Ərizəçi Abəsət oğlu və maraqlı şəxs X1 iştirak etməmişlər. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) ## ### 2026-cı il tarixli qətnaməsi ilə ərizəçi Ərizəçi Bakı * saylı Mediasiya Təşkilatında mediator X10 (M-00520) iştirakı ilə bağlanmış və təsdiq edilmiş MSB/*-***** saylı ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməmişdir. Qətnamədən ərizəçi Ərizəçi Abəsət oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli olsa da, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan tələbləri yerinə yetirilməmişdir. Lakin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sübutlar iş üzrə əhəmiyyət kəsb edən hallarla qarşılqlı olaraq təhlil edilməmiş, onlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən gəlinən nəticə düzgün şərh edilməmişdir. Bütün bunlar deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir. Prosessual məsələlr Ərizəçi və maraqlı şəxs apellyasiya baxışında iştirak etməmişdir. Ərizəçi və onun vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq vəkilin başqa məhkəmədə işi olduğuna görə apellyasiya baxışında iştirak edə bilməyəcəyini, işin təxirə salınmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram ünvanlamış, teleqramında barışıq sazişinin təsdiq edilməməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, bildirmişdir ki, uşaqlar onun yanındadır, məhkəmə onun xeyrinə aliment kəsmişdir, onu aldadıb barışıq sazişini imzaladıblar. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Ərizəçi Ərizəçi Abəsət oğlu barışıq sazişinin təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halarından görünür ki, Ərizəçi ilə X1 arasında ##.##.2025-ci il tarixində Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış MSB/*-***** saylı barışıq sazişindən görünür ki, tərəflər: Ərizəçi ilə Maraqlı şəxs aşağıdakılar barədə razılıq əldə etmişlər:
1. Tərəflər ##.##.2016-cı il tarixdə * saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin qeydiyyat şöbəsində 1092 nömrəsi ilə qeydiyyata alınmış nikahın davam etdirilməsi qeyri-mümkün olduğundan nikahın pozulmasına dair razılığa gəldilər və aidiyyəti üzrə rayon məhkəməsinə müraciət edəcəklər;
2. Birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 atası Ərizəçi (birinci tərəfin) yanında və himayəsində qalmasını X1 öz iradəsinə əsasən etiraz etmir;
3. Ərizəçi X1 birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına maneçilik törətmədən istənilən zaman heç bir şərt olmadan ünsiyyətdə olmasına lazımi şərayit yaratmağı öz öhdəsinə götürür;
4. Tərəflər qarşılıqlı razılığa əsasan birgə nikahda anadan olmuş uşaqların saxlanılması üçün bir-birlərinə qarşı aliment tələbləri yoxdur və tərəflər uşaqların saxlanılması ilə valdeyinlik vəzifələrini birgə həyata keçirəcəklər;
5. Tərəflər qarşılıqlı razılığa əsasən bir-birlərinə qarşı birgə nikah dövründə əldə olunmuş daşınar, daşınmaz, qızıl və cehiz əşyaları ilə bağlı heç bir tələbləri yoxdur və hər birinin mülkiyyətində olan əmlaklar onların ayrıca mülkiyyəti hesab edilir.
İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur. ... Həmin Qanunun: 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-26-cı maddəsinə əsasən: 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
Birinci instansiya məhkəməsi barışıq sazişinin təsdiq edilməsindən imtina etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsi mahiyyətcə doğru qənaətə gəlmişdir. Təqdim edilən barışıq sazişinin 1-ci bəndində nəzərdə tutulur ki, tərəflər arasında bağlanmış ##.##.2016-cı il tarixli * saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin qeydiyyat şöbəsində **** nömrəli nikahın pozulmasına razılığa gəldilər və aidiyyəti üzrə rayon məhkəməsinə müraciət edəcəklər. İlk növbədə qeyd edilməlidir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən, nikahın davam etdirilməsi şərtləri həmin Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Qanunun tələbinə görə, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir. Göründüyü kimi, təqdim edilən sazişdə nikahın davam etdirilməsi şərtləri deyil, nikahın pozulması ilə bağlı şərt vardır ki, bu da məhkəmə qaydasında təsdiq oluna bilməz. Qanunun tələbinə görə, tərəflərin qarşılıqlı razılığı olduqda nikahın pozulması müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında həyata keçirilir. Təqdim edilən barışıq sazişinin 2-ci bəndinə görə birgə nikahdan doğulmuş ##.##.2018ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 atası Ərizəçi (birinci tərəfin) yanında və himayəsində qalmasına X1 öz iradəsinə əsasən etiraz etmir. Göründüyü kimi, sazişin bu şərtinə görə tərəflər qarşılıqlı razılıqla yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerini müəyyən etmişlər. Kollegiya hesab edir ki, bu hissədə də saziş təsdiq edilməməlidir. Belə ki, Qanunun tələbinə görə, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. Bundan başqa, əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. (“Mediasiya haqqında” Qanun, maddə 26.3 və 26.4). İşin hallarından görünür ki, uşaqların yaşayış yerini müəyyən edən mediator müvafiq qəyyumluq və himayəçilik orqanının rəyini almamışdır. Sazişin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, Ərizəçi X1 birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına maneçilik törətmədən istənilən zaman heç bir şərt olmadan ünsiyyətdə olmasına lazımi şərayit yaratmağı öz öhdəsinə götürür. Bu şərtin təsdiq edilməsindən ona görə imtina edilməlidir ki, bu şərt uşaqların yaşayış yerinin müəyyən edilməsindən, yəni Sazişin 2-ci bəndinin təsdiq edilməsindən asılıdır. Uşaqların yaşayış yeri, yəni onların hansı valideynin yanında qalması müəyyən edilməmişdir. İşin hallarından görünür ki, tərəflər arasında müəyyən məhkəmə mübahisəsi vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilmiş, ##.##.2026-cı il tarixdən hesablanmaqla ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 üçün Ərizəçi hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutularaq, Maraqlı şəxs ödənilməsi qərara alınmışdır. Bu baxımdan təqdim edilən barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsindən də imtina olunmalıdır. Həmin bəndə görə tərəflər qarşılıqlı razılığa əsasan birgə nikahda anadan olmuş uşaqların saxlanılması üçün bir-birlərinə qarşı aliment tələbləri yoxdur və tərəflər uşaqların saxlanılması ilə valdeyinlik vəzifələrini birgə həyata keçirəcəklər. Digər tərəfdən, aliment tələbindən imtina edilməsi uşaqların mənafeyinə uyğun deyil. Bu hissədə barışıq sazişinin təsdiq edilməsi yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Təqdim edilən barışıq sazişin 5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən onların bir-birlərinə qarşı birgə nikah dövründə əldə olunmuş daşınar, daşınmaz, qızıl və cehiz əşyaları ilə bağlı heç bir tələbləri yoxdur və hər birinin mülkiyyətində olan əmlaklar onların ayrıca mülkiyyəti hesab edilir. Bu hissədə Sazişin təsdiq edilməsinə zərurət yoxdur, ona görə ki, bu hissədə sazişin məcburi icraya yönəldilməsi, hüquqi nəticə törədən real icra hərəkəti mümkün deyil. Halbuki, Qanunun tələbinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. (“Mediasiya haqqında” Qanun, maddə 34.3). Tərəflərin bir-birlərinə qarşı əmlak iddiasının olmaması isə müvafiq məhkəmə mübahisəsi zamanı nəzərə alına bilər. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qət etdi:
Ərizəçi Ərizəçi Abəsət oğlu apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.