Məhkəmə qərarları › İş №2(3-9)-739/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-739/2026

23.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-739/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı - cavabdeh Cavabdeh qarşı «əmlak tələbi»nə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: əmlak tələbi (qızıl-zinət). Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı - cavabdeh Cavabdeh qarşı «əmlak tələbi»nə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. N.Bağırov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı - cavabdeh Cavabdeh qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi 1440 manat dəyərində 16 qramlıq 583 əyarlı tros qızıl sep, 540 manat dəyərində 1 ədəd 6 qramlıq 583 əyarlı qızıl qolbaq, 1080 manat dəyərində 1 ədəd 12 qramlıq 583 əyarlı qızıl zəncir, 900 manat dəyərində 1 dəst 10 qramlıq 583 əyarlı qızıl sırğa-üzük və 450 manat dəyərində 1 ədəd 5 qramlıq 583 əyarlı qızıl nişan üzüyü olan qızıl əşyalarının və ya mütəxəssis rəyi cəmi 4410 (dörd min dörd yüz on) manat pulun və cehiz əmlaklarının özünün cavabdeh Cavabdeh alınıb ona verilməsi, həmçinin mediasiya xərci kimi ödədiyi 50 manat və dövlət rüsumunun əvəzi 65 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, X7 ilə 2014-cü ildə faktiki, ## #### 2017-ci ildə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından ##.##.2014-cü il tarixdə Məlikov İlham Anar oğlu və ##.##.2016-cı il taridə X1 adlı uşaqları anadan olmuşdur. Ailə qurduğları ilk vaxtdan münasibətləri normal olsa da, hal-hazırda münasibətləri pozulmuşdur. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(056)- ***/**** saylı qətnaməsinə əsasən X5 ilə onun arasında ##.##.2017-ci il tarixdə Sabirabad rayon Qasımbəyli kənd IƏD-si üzrə nümayəndəliyində 03 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından ##.##.2014-cü il tarixdə doğulmuş Məlikov İlham Anar oğlunın və ##.##.2016-cı il tarixdə doğulmuş X1 onun yanında qalmalarının müəyyən olunması, cavabdeh X5 uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin bu qaydada tutulmasının ##.##.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi, nikahın pozulması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Əsas məsələ bundan ibarətdir ki, evlilik vaxtı ona 1 ədəd qızıl qolbaq, 1 cüt sırğa və 2 ədəd üzük hədiyyə edilmişdir. Bundan başqa anası ona o evə gəlin gedən zaman tros sep almışdır. Lakin, onun ilk iddia tələbi əmlakla bağlı məhkəməyə müraciət edərkən əmlak tələbi hissəsində qızıla dair məsələyə toxunmamışdır. Səbəbi budur ki, qızıllarını hazırkı iş üzrə cavabdeh qayınanası Cavabdeh qızılları ondan almış və özünə qaytaracağı üçün bunları bildirmişdir. Çünki onlar evdə Aybənizlə mübahisə etmiş və onları evdən çıxarmışdır. Evdən çıxan zaman ona bildirilmişdir ki, qızıllarını evə qoyub getsin. Bu zaman onun oğlu, keçmiş həyat yoldaşı Anar Məlikov bildirmişdir ki “qızıllarını ver getsin”. O, da qızılları paltar dolabında olduğunu bildirmiş və geri qayıtdıqda görmüşdür ki, Aybəniz bütün qızılları paltar dolabından götürmüşdür. Amma qızılları ondan xəbərsiz götürmüşdür. Lakin şəxsən özünə məxsus tros sepi isə ondan toy məclisi adı ilə almışdır ki, toy şənliyindən qayıtdıqdan sonra özünə qaytaracağına söz vermişdir. Lakin toy məclisindən qayıtdıqda sepin onun boynunda olmamasını görmüş və sepin aqibəti barədə soruşduqda, Aybəniz cavabında “faizə vermişəm və 1 həftə ərzində geri qaytaracağam” bildirmişdir. Amma Aybəniz vəd verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq həmin özünə məxsus tros sepi və digər qızılları qərəzli və qəsdən olaraq qaytarmamışdır. Hətta telefon səs yazılarında da bildirmişdir ki, qızılları aparıb Sabirabad şəhərində fərdi qaydada qızıl alış-verişi ilə məşğul olan X8. Bu səbəbdən də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi, eyni zamanda ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxaraq iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(056)-1837/2025 qətnaməsi ilə iddiaçı İddiaçı məxsus olmuş 1440 manat dəyərində 16 qramlıq 583 əyarlı tros qızıl sep, 540 manat dəyərində 1 ədəd 6 qramlıq 583 əyarlı qızıl qolbaq, 1080 manat dəyərində 1 ədəd 12 qramlıq 583 əyarlı qızıl zəncir, 900 manat dəyərində 1 dəst 10 qramlıq 583 əyarlı qızıl sırğa-üzük və 450 manat dəyərində 1 ədəd 5 qramlıq 583 əyarlı qızıl nişan üzüyü və ya həmin əşyalar olmadıqda onların yuxarıda göstərilən pul şəklində dəyərinin Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi, məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 65 AZN və mediasiya xərcinin əvəzi 50 AZN cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilməsi, “xxxx” MMC tərəfindən aparılmış ##.##.2025ci il tarixli ƏEM/O80-678/25№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 200 manatın cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz, ədalətsiz və maddi sübutlara ziddir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir rəsmi bildiriş çatdırılmamış, məhkəmə prosesindən tamamilə xəbərsiz olmuş, bu səbəbdən iclasda iştirak edərək etirazlarını və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. Bundan əlavə, qətnamədə 16 qramlıq tros sepin tutulması qərara alınsa da, o, iddiaçıya 16 qramlıq deyil, cəmi 3 qramlıq tros sep verdiyini, bu halın ##.##.2026-cı il tarixli ekspert M.M.Hüseynovun rəyi ilə də təsdiq edildiyini, ekspertin həmin sepin çəkisini 3 qram müəyyən etdiyini, buna baxmayaraq məhkəmənin 13 qramlıq fərqi də əsassız olaraq onun üzərinə qoyduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin 3 qramlıq tros sep və sırğa-üzük dəsti Sabirabad şəhərində yerləşən “Qızıl Saat” mağazasından nisyə alınmış, borc ödənilmədiyindən mağaza sahibi tərəfindən geri götürülmüş, hazırda həmin əşyalar onun sahibliyində olmadığından onların dəyərinin ondan tutulması qanunsuzdur və bu halın təsdiqi üçün mağaza sahibinin şahid qismində dindirilməsi zəruridir. Bundan başqa, qətnamədə göstərilən 6 qramlıq qızıl qolbağı, 12 qramlıq qızıl zənciri və 5 qramlıq qızıl nişan üzüyünü iddiaçıya toyda vermədiyini, belə əmlak münasibətinin ümumiyyətlə mövcud olmadığını, heç vaxt təqdim edilməmiş əşyaların ondan tutulmasının qərəzli olduğunu bildirmiş, həmçinin qətnamənin surətini yalnız ##.##.2026-cı il tarixdə qəbul etdiyini göstərmişdir. Bundan əlavə, apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi MPM-in 217-ci maddəsinin tələblərinə əməl etməmiş, qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, onun etiraz ərizəsində göstərdiyi kimi qızılların iddiaçının razılığı ilə satılaraq müalicəsinə xərclənməsi barədə dəlilə hüquqi qiymət verməmiş, şahidləri dindirməmiş, mötəbər sübutlar olmadan qətnamə qəbul etmiş, iş üzrə təqdim olunmuş rəyə və digər sübutlara düzgün qiymət verməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh kollegiyanın iclasında apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qızılları Sabirabada mağazadan nisyə almış, toyda onları iddiaçıya hədiyyə etmiş, toydan gəlir götürə bilmədiyi üçün toydan sonra qızılları aparıb mağazaya qaytarmışdır. İddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə cavabdeh apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3-cü maddəsinə əsasən mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarında olan Sabirabad RKC-nin mütəxəssisi M.M.Hüseynov tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, 16 qr. çəkidə 583 əyarlı tros qızıl sep 1440 AZN dəyərində, 6 qr. çəkidə 583 əyarlı qızıl qolbaq 540 AZN dəyərində, 12 qr. çəkidə 583 əyarlı qızıl zəncir 1080 AZN dəyərində, 10 qr. çəkidə 583 əyarlı qızıl sırğa-üzük dəsti 900 AZN dəyərində, 5 qr. çəkidə 583 əyarlı qızıl nişan üzüyü 450 AZN dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə İddiaçı arasında ##.##.2017-ci il tarixdə Sabirabad rayon Qasımbəyli kənd IƏD-si üzrə nümayəndəliyində 03 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin övladı - ##.##.2014-cü il təvəllüdlü Məlikov İlham Anar oğlunın və ##.##.2016-cı il təvəllüdlü X1 İddiaçı yanında qalmalarının müəyyən olunması və uşaqların saxlanması üçün cavabdeh X5 hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin bu qaydada tutulmasının ##.##.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi, nikahın pozulması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ƏEM/O 80-678/25№-li rəydən görünür ki, 16 qramlıq 583 əyarlı tros qızıl sepin 1 qr. qızılın satış qiyməti 139,39 AZN olmaqla dəyəri 2230,24 AZN, 1 ədəd 6 qramlıq 583 əyarlı qızıl qolbağın 1 qr. qızılın satış qiyməti 139,39 AZN olmaqla dəyəri 836,34 AZN, 1 ədəd 12 qramlıq 583 əyarlı qızıl zəncirin 1 qr. qızılın satış qiyməti 139,39 AZN olmaqla dəyəri 1672,68 AZN, 1 dəst 10 qramlıq 583 əyarlı qızıl sırğa-üzüyün 1 qr. qızılın satış qiyməti 139,39 AZN olmaqla dəyəri 1393,90 AZN və 1 ədəd 5 qramlıq 583 əyarlı qızıl nişan üzüyünün 1 qr. qızılın satış qiyməti 139,39 AZN olmaqla dəyəri 696,95 AZN olmaqla ## ####### 2025-ci il tarixinə ümumi bazar qiyməti 6830 manat təşkil edir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qızılzinət əşyalarının qaytarılması barədə iddiası təmin edilmiş, cavabdehdən iddiaçıya məxsus olduğu göstərilən 1440 manat dəyərində 16 qramlıq 583 əyarlı tros qızıl sep, 540 manat dəyərində 6 qramlıq 583 əyarlı qızıl qolbaq, 1080 manat dəyərində 12 qramlıq 583 əyarlı qızıl zəncir, 900 manat dəyərində 10 qramlıq 583 əyarlı qızıl sırğa-üzük dəsti və 450 manat dəyərində 5 qramlıq 583 əyarlı qızıl nişan üzüyü, həmin əşyalar olmadıqda isə onların pul dəyərinin tutulması qət edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, həmin qətnamə tamamilə qanunsuz, ədalətsiz və maddi sübutlara ziddir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir rəsmi bildiriş çatdırılmamış, məhkəmə prosesindən tamamilə xəbərsiz olmuş, bu səbəbdən iclasda iştirak edərək etirazlarını və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. Bundan əlavə, qətnamədə 16 qramlıq tros sepin tutulması qərara alınsa da, o, iddiaçıya 16 qramlıq deyil, cəmi 3 qramlıq tros sep verdiyini, bu halın ##.##.2026-cı il tarixli ekspert M.M.Hüseynovun rəyi ilə də təsdiq edildiyini, ekspertin həmin sepin çəkisini 3 qram müəyyən etdiyini, buna baxmayaraq məhkəmənin 13 qramlıq fərqi də əsassız olaraq onun üzərinə qoyduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin 3 qramlıq tros sep və sırğa-üzük dəsti Sabirabad şəhərində yerləşən “Qızıl Saat” mağazasından nisyə alınmış, borc ödənilmədiyindən mağaza sahibi tərəfindən geri götürülmüş, hazırda həmin əşyalar onun sahibliyində olmadığından onların dəyərinin ondan tutulması qanunsuzdur və bu halın təsdiqi üçün mağaza sahibinin şahid qismində dindirilməsi zəruridir. Bundan başqa, qətnamədə göstərilən 6 qramlıq qızıl qolbağı, 12 qramlıq qızıl zənciri və 5 qramlıq qızıl nişan üzüyünü iddiaçıya toyda vermədiyini, belə əmlak münasibətinin ümumiyyətlə mövcud olmadığını, heç vaxt təqdim edilməmiş əşyaların ondan tutulmasının qərəzli olduğunu bildirmiş, həmçinin qətnamənin surətini yalnız ##.##.2026-cı il tarixdə qəbul etdiyini göstərmişdir. Bundan əlavə, apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi MPM-in 217-ci maddəsinin tələblərinə əməl etməmiş, qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, onun etiraz ərizəsində göstərdiyi kimi qızılların iddiaçının razılığı ilə satılaraq müalicəsinə xərclənməsi barədə dəlilə hüquqi qiymət verməmiş, şahidləri dindirməmiş, mötəbər sübutlar olmadan qətnamə qəbul etmiş, iş üzrə təqdim olunmuş rəyə və digər sübutlara düzgün qiymət verməmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona məxsus qızıl-zinət əşyalarının və ya həmin əşyalar olmadıqda onların dəyərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərmişdir ki, nikah dövründə ona hədiyyə edilmiş qızıl qolbaq, sırğa, üzüklər və anası tərəfindən alınmış tros sep cavabdehin yanında qalmış, cavabdeh həmin əşyaları qaytaracağını bildirsə də sonradan onları qaytarmamış, hətta telefon danışıqlarında qızılları satdığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını, iş materiallarında olan yazılı sübutları, ##.##.2024-cü il tarixli boşanma barədə qətnaməni, qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis və ekspert rəylərini qarşılıqlı şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçının şəxsi mülkiyyətidir və cavabdeh onları heç bir hüquqi əsas olmadan özündə saxlayır.

2. Apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış, bu səbəbdən məhkəmə baxışında iştirak edə bilməmiş, müdafiə hüququ pozulmuşdur. Kollegiya həmin dəlili iş materialları ilə təsdiq olunmadığından əsaslı hesab etmir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilə məlumatlandırılmış, lakin üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhz buna görə MPM-in 238.1-ci maddəsinin tələblərinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılmışdır. Deməli, qiyabi qətnamənin qəbul edilməsi cavabdehin prosessual hüquqlarının pozulmasının deyil, onun məhkəmə iclasında iştirak etməməsinin hüquqi nəticəsi olmuşdur. Şikayətdə isə bildirişin təqdim edilmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

3. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, qətnamədə 16 qramlıq tros sepin tutulması qərara alınsa da, əslində iddiaçıya yalnız 3 qramlıq tros sep verilmiş, bu hal ##.##.2026-cı il tarixli rəy ilə təsdiq edilmişdir. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Çünki birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən iş materiallarında olan Sabirabad Rayon Kriminalistika Mərkəzinin mütəxəssisinin qiymətləndirmə rəyinə, habelə "xxxx" MMCnin ##.##.2025-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin rəylərdə iddia tələbində göstərilən qızıl-zinət əşyalarının çəkisi və dəyəri müəyyən edilmiş, məhkəmə MPM-in 101.3 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2026-cı il tarixli rəy isə birinci instansiya məhkəməsində tədqiq olunmamış yeni sübut olmaqla yanaşı, onun birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayətçidən asılı olmayan səbəblərlə mümkün olmaması da əsaslandırılmamışdır. Buna görə həmin sənəd özlüyündə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq etmir.

4. Şikayətdə göstərilmişdir ki, 3 qramlıq tros sep və sırğa-üzük dəsti "Qızıl Saat" mağazasından nisyə alınmış, borc ödənilmədiyi üçün mağaza sahibi tərəfindən geri götürülmüşdür və bu səbəbdən həmin əşyalar cavabdehdə olmamışdır. Kollegiya hesab edir ki, bu dəlil də mübahisənin həlli üçün kifayət etmir. Çünki cavabdeh həmin halları təsdiq edən mağaza sahibi ilə bağlanmış hər hansı müqavilə, borc sənədi, təhvil-təslim aktı və ya digər yazılı sübut təqdim etməmiş, yalnız mağaza sahibinin gələcəkdə şahid kimi dindirilməsini xahiş etməklə kifayətlənmişdir. Bununla belə cavabdeh apellyasiya baxışında göstərmişdir ki, qızılları Sabirabada mağazadan nisyə almış, toyda onları iddiaçıya hədiyyə etmiş, toydan gəlir götürə bilmədiyi üçün toydan sonra qızılları aparıb mağazaya qaytarmışdır. Halbuki MPM-in 77 və 88-ci maddələrinin mənasına görə tərəf istinad etdiyi halları sübut etməlidir. Şikayətçinin ehtimal xarakterli izahatı iş üzrə toplanmış yazılı sübutları təkzib etmir.

5. Apellyasiya şikayətində qeyd olunan digər dəlil isə ondan ibarətdir ki, qətnamədə göstərilən 6 qramlıq qızıl qolbaq, 12 qramlıq qızıl zəncir və 5 qramlıq qızıl nişan üzüyü iddiaçıya toy zamanı verilməmişdir. Lakin kollegiya hesab edir ki, bu dəlil də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını, nikah münasibətlərini təsdiq edən sənədləri, qızıl-zinət əşyalarının mövcudluğunu və onların dəyərini müəyyən edən ekspert rəylərini, habelə iş üzrə digər sübutları birlikdə qiymətləndirmiş və həmin əşyaların iddiaçının şəxsi mülkiyyətinə aid olduğu qənaətinə gəlmişdir. Cavabdeh isə həmin əşyaların heç vaxt verilmədiyini təsdiq edən hər hansı obyektiv sübut təqdim etməmişdir. Bu baxımdan yalnız etiraz xarakterli izahatlar məhkəmənin müəyyən etdiyi faktiki halları təkzib etmir.

6. Şikayətdə MPM-in 217-ci maddəsinə istinad edilərək məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlmədiyi, həmçinin qızılların iddiaçının razılığı ilə satılaraq onun müalicəsinə xərcləndiyi barədə etirazlara hüquqi qiymət verilmədiyi göstərilmişdir. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Çünki iş materiallarında həmin halı təsdiq edən hər hansı mötəbər yazılı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi mülkiyyət hüququnun Konstitusiyanın 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152 və 157-ci maddələri ilə qorunduğunu göstərərək düzgün nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli qızıl-zinət əşyalarının mülkiyyətçisi olmaqla onları qanunsuz sahiblikdən geri tələb etmək hüququna malikdir. Cavabdehin həmin əşyalar üzərində hər hansı mülkiyyət və ya istifadə hüququnun mövcudluğu sübuta yetirilmədiyindən, iddiaçının əşyaların və ya onların dəyərinin qaytarılmasını tələb etməsi qanunvericiliyin tələblərinə tam uyğundur.

7. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddianın qiyməti 4410 manatdır. Belə olduqda qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar