Məhkəmə qərarları › İş №2(3-9)-861/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-861/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-861/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının ##.##.2026-cı il tarixli *(*-*)-**/**** saylı qərarı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ləğv olunmuş, işə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə yenidən baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı həmin şəxsin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə biləcəyinin izah olunması, ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun (ödənilmə tarixi: ##.##.2025-ci il, GPP qəbz nömrəsi: 1910352536) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsi tərəfindən şikayətə baxılması üçün iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət qeyrimümkün hesab edilməli, Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.3-ü maddələrinə görə bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən edilir ki, İddiaçı tərəfindən verilmiş şikayət üzrə birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə şikayəti qəbul etsə də, qanunla müəyyən edilmiş qaydada ona yazılı icraat üzrə baxmamış, şikayətin əsaslı və ya əsassız olması məsələsini araşdırmamış, bu barədə hüquqi qiymət verməmiş və şikayətin təmin edilməsi və ya rədd edilməsi haqqında hər hansı prosessual qərardad qəbul etməmişdir. Halbuki, qərardaddan verilmiş şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən üç gün müddətində yazılı icraat qaydasında baxılmalıdır. Məhkəmə yalnız şikayətə mahiyyəti üzrə baxdıqdan və onun əsaslı olub-olmaması barədə hüquqi mövqeyini ifadə etdikdən sonra qanunda nəzərdə tutulmuş prosessual hərəkətləri həyata keçirə bilər. Hazırkı halda isə məhkəmə bu imperativ tələblərə riayət etmədən işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ######## 2020-ci il tarixli 10№-li qərarına görə məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il ######ın #-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. İddia ərizəsinin MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Göstərilən prosessual pozuntular nəzərə alınaraq, İddiaçı şikayətinə MPM-in 269.1 və 269.3cü maddələrinin tələblərinə uyğun hüquqi qiymət verilməsi, şikayət üzrə müvafiq prosessual qərarın qəbul edilməsi və bundan sonra qanunla müəyyən edilmiş qaydada sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsaslabı, MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından verilmiş şikayətə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar