Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-1409/2026 19.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında maraqlı şəxslə arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02421 nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02421 nömrəli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinə əsasən maraqlı şəxs ərizəçiyə olan 3000 manat pulu sazişin imzalandığı gündən 4 ay müddətində xx.xx.2026-cı il tarixində tam şəkildə nağd ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin hal-hazıra kimi qeyd edilən borc ödənilməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02421 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 3000 (üç min) AZN məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2026-cı il tarixinədək (4 ay müddətində) ikinci tərəf Maraqlı şəxs tərəfindən ona tam həcmdə nağd şəkildə (akta imza atmaqla) birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 3000 (üç min) AZN məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2026-cı il tarixinədək (4 ay müddətində) nağd şəkildə (akta imza atmaqla) tam həcmdə birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), birinci tərəf Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Sadalanan normalarının təhlilindən görünür ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə baxarkən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olub-olmadığını mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıb-bağlanmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Hazırkı işdə müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2025-ci ildə MŞB/8/2025-02421 nömrəli barışıq sazişini bağlamışlar. Həmin sazişlə maraqlı şəxs ərizəçiyə olan 3000 manat məbləğində borcu etiraf edərək xx.xx.2026-cı ilədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Ərizəçi barışıq sazişi maraqlı şəxs tərəfindən icra edilmədiyindən barışıq sazişinin təsdiq olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, maraqlı şəxs barışıq sazişinin icra edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Başqa sözlə Maraqlı şəxs tərəfindən Ərizəçi olan 3000 manat məbləğində borcun ödənilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də ərizəçinin barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi edilməsinə dair tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci ildə MŞB/8/2025-02421 nömrəli barışıq sazişi qanuna zidd deyildir, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Beləliklə, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və onunla Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci ildə bağlanmış MŞB/8/2025-02421 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360, 355-25, 355-26-cı maddələrinə əsasən
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci ildə aşağıdakı şərtlərlə bağlanmış MŞB/8/2025-02421 nömrəli barışıq sazişi təsdiq edilsin:
1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 3000 (üç min) AZN məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2026-cı il tarixinədək (4 ay müddətində) ikinci tərəf Maraqlı şəxs tərəfindən ona tam həcmdə nağd şəkildə (akta imza atmaqla) birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 3000 (üç min) AZN məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2026-cı il tarixinədək (4 ay müddətində) nağd şəkildə (akta imza atmaqla) tam həcmdə birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), birinci tərəf Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim Rəşad Məmmədov