Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-394/2026 28.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixində Bakı 8 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixində Bakı 8 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişinin 3-cü bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək 235 (iki yüz otuz beş) manat məbləğində aliment ödəyəcəyi, həmin vəsaiti ona təqdim edəcəyi və ona məxsus bank kartına ödəyəcəyi razılaşdırılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs barışıq sazişinin 3-cü bəndi ilə alimentin ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi icra etmir. O, isə heç bir yerdə işləmir. Himayəsində olan azyaşlı övladının zəruri ehtiyaclarını təkbaşına ödəyə bilmir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmasına baxmayaraq Maraqlı şəxs sazişin 3-cü bəndini icra etmir. Qeyd etdiklərinin nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01023 saylı barışıq sazişinin 3-cü bəndinin tələblərindən görünür ki, İkinci tərəf-Maraqlı şəxs Dmitriyeviç bu Saziş imzalandıqdan sonra Birinci tərəf-Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçun Birinci tərəf- Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, həmin sazişlə tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş və barışıq sazişinin şərtləri icrasız qalmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, ərizəçinin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin şərtləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü tarixli MŞB/8/2024-01023 saylı barışıq sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: İkinci tərəf-Maraqlı şəxs bu saziş imzalandıqdan sonra Birinci tərəf-Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçun Birinci tərəf-Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №2(5-101)-394/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-394/2026
28.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver