Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-112/2026 02.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 may 2025-ci il tarixli, MŞB/6-00826 nömrəli Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının Barışıq Sazişinin 2.4 və 2.5-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs MMC (ikinci tərəf) arasında xx.xx.2025-ci il tarixində MŞB/10/2025-00711 saylı Barışıq sazişi imzalanmışdır (mediator M-00259 X1). Barışıq sazişinin şərtlərinə əsasən tərəflər aralarında əmək münasibətlərindən yaranmış mübahisə ilə bağlı “GUAVALAB" MMC-nin Ərizəçi 13.463 (on üç min dörd yüz altmış üç manat) məbləğində əmək haqqı və son haqq-hesab borcunun ödənilməli olduğunu təsdiq etmişlər. Bu sazişinin 2-ci bəndinə əsasən işəgötürən ("xxxx" MMC) saziş imzalandığı tarixdən xx.xx.2026-cı il tarixinədək 13.463 (on üç min dörd yüz altmış üç) manat pul vəsaitini Ərizəçi aid bank hesab kartına köçürülməsini öz öhdəsinə götürmüşdür. Bildirmək istəyirəm ki, Maraqlı şəxs MMC Ərizəçi ilə xx.xx.2025-ci il tarixdə imzaladığı MŞB/10/2025-00711 saylı barışıq sazişinin 2-ci bəndinin şərtini pozaraq bu günə qədər heç bir ödəniş etməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs MMC məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, 1. "Tərəflər təsdiq edirlər ki, aralarında əmək münasibətlərindən yaranmış mübahisə ilə bağlı "xxxx" MMC-nin Ərizəçi 13.463 (on üç min dörd yüz altmış üç) manat məbləğində əmək haqqı və son haqq-hesab borcu ödənilməlidir. 2. Tərəflər razılığa gəldilər ki, işə götürən (“GUAVALAB" MMC) öhdəsinə götürür ki, saziş imzalandığı tarixdən xx.xx.2026-ci il tarixinə kimi 13.463 (on üç min dörd yüz altmış üç) manat pul vəsaitini Ərizəçi aid bank hesab kartına köçürülsün. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs MMC (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs MMC sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
1. "Tərəflər təsdiq edirlər ki, aralarında əmək münasibətlərindən yaranmış mübahisə ilə bağlı "xxxx" MMC-nin Ərizəçi 13.463 (on üç min dörd yüz altmış üç) manat məbləğində əmək haqqı və son haqq-hesab borcu ödənilməlidir.
2. Tərəflər razılığa gəldilər ki, işə götürən (“GUAVALAB" MMC) öhdəsinə götürür ki, saziş imzalandığı tarixdən xx.xx.2026-ci il tarixinə kimi 13.463 (on üç min dörd yüz altmış üç) manat pul vəsaitini Ərizəçi aid bank hesab kartına köçürülsün. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs MMC-dən tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova