Məhkəmə qərarları › İş №2(5-102)-148/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-148/2026

06.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-148/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, Ərizəçi Aydınlı (Vəkilova) Aydan Arzu qızının iştirakı ilə, Ərizəçi Aydınlı (Vəkilova) Aydan Arzu qızı Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Aydınlı (Vəkilova) Aydan Arzu qızı Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 31 iyul 2025-ci il tarixli Barışıq sazişinin “1-ci tərəf Maraqlı şəxs 2-ci tərəfə Vəkilova Aydan Arzu qızına toy mərasimində hədiyyə kimi verilmiş 585 əyarlıq ağ qızıldan komplektə daxil olan 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1cüt sırğanı xx.xx.2026-cı il tarixində 2ci tərəf Vəkilova Aydan Arzu qızına qaytarmağı və ya qaytarılması mümkün olmadıqda ümum dəyəri 2623 manat məbləğin ödənilməsini öhdəsinə götürür” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, 31 iyul 2025-ci il tarixdə mediasiya mərhələsində barışıq sazişi imzalanmışdır. Şərtə əsasən 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəfə Vəkilova Aydan Arzu qızına toy mərasimində hədiyyə kimi verilmiş 585 əyarlıq ağ qızıldan komplektə daxil olan 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1cüt sırğanı xx.xx.2026-cı il tarixində 2ci tərəf Vəkilova Aydan Arzu qızına qaytarmağı və ya qaytarılması mümkün olmadıqda ümum dəyəri 2623 manat məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin bu şərtinə əməl etməyərək, barışıq sazişinin könüllü icrasından imtina edir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmədə iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İş materiallarında olan Vəkilova Aydan Arzu qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-ci bəndində qeyd olunmuşdur ki: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəfə Vəkilova Aydan Arzu qızına toy mərasimində hədiyyə kimi verilmiş 585 əyarlıq ağ qızıldan komplektə daxil olan 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1cüt sırğanı xx.xx.2026-cı il tarixində 2ci tərəf Vəkilova Aydan Arzu qızına qaytarmağı və ya qaytarılması mümkün olmadıqda ümum dəyəri 2623 manat məbləğin ödənilməsini öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuşdur. Daha sonra tərəflər arasında mediasiya mərhələsində barışıq sazişi imzalanmış və sazişə əsasən 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəfə Vəkilova Aydan Arzu qızına toy mərasimində hədiyyə kimi verilmiş 585 əyarlıq ağ qızıldan komplektə daxil olan 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1cüt sırğanı xx.xx.2026-cı il tarixində 2ci tərəf Vəkilova Aydan Arzu qızına qaytarmağı və ya qaytarılması mümkün olmadıqda ümum dəyəri 2623 manat məbləğin ödənilməsini öhdəsinə götürməsi barədə razılığa gəlmişdirlər. İşin hallarından və ərizəçinin izahatından aydın olmuşdur ki, həmin saziş qeyd edilən hissədə maraqlı şəxs tərəfindən icra edilməmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin 2-ci bəndinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə görə, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Vəkilova Aydan Arzu qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi “1-ci tərəf Maraqlı şəxs 2-ci tərəfə Vəkilova Aydan Arzu qızına toy mərasimində hədiyyə kimi verilmiş 585 əyarlıq ağ qızıldan komplektə daxil olan 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1cüt sırğanı xx.xx.2026-cı il tarixində 2ci tərəf Vəkilova Aydan Arzu qızına qaytarmağı və ya qaytarılması mümkün olmadıqda ümum dəyəri 2623 manat məbləğin ödənilməsini öhdəsinə götürür” hissəsində təsdiq edilsin. 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar