Məhkəmə qərarları › İş №2(5-102)-186/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-186/2026

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-186/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı 18 oktyabr 1978-ci il təvəllüdlü X4 04 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, mərhum 18 oktyabr 1978-ci il təvəllüdlü X5 onun qızıdır. X3 04 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evdə vəfat etmişdir. Qızının səhhətində xoşagəlməz hər hansı bir xəstəlik müşahidə olunmamışdır. Lakin 04 yanvar 2026-cı il tarixdə qəflətən qızının vəziyyəti pisləşmiş, həmin vaxt o, TTTY çağırsa da, həkimlər gələnədək artıq qızı vəfat etmişdir. Qızının vəfatından sonra o, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 yanvar 2026-cı il tarixli, 5-19-3/3-9-108/2026 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3- 16-5/8-0007/2026 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi hüququnun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 «Bakı Baş Səhiyyə Mərkəzi» X14 34 nömrəli Şəhər Poliklikasının xx.xx.2026-cı il tarixli, 01 nömrəli arayışından görünür ki, X2 qeydiyyat ünvanı Cəbrayıl rayonu, Şıxalıağalı kəndi olduğuna baxmayaraq, Bakı şəhəri Abşeron rayonu Qobu qəsəbəsi ünvanında daimi yaşamış və 34 saylı şəhər poliklikasına müraciət etməmişdir. X2 xəstəliklə əlaqədar müraciət etmədiyinə, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yvnvar 2018-ci il tarixli 05 №-li qərarına müvafiq olaraq 106 №-li ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZE seriyalı 14409570 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1978-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, Cəbrayıl rayonu Şıxalıağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Təcili və X10 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 barəsində xx.xx.2026-cı il tarixdə çağırış edilmiş, aparılmış müalicə tədbirləri həkimə qədər ölüm qeyd edilmişdir. Təqdim olunmuş V-JQ seriyalı, 485945 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 oktyabr 1978-ci il təvəllüdlü X1 rayonu Şıxalıağalı kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 18 oktyabr 1978-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuşdur. X5 Ərizəçi qızı olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə qızının ölüm faktının müəyyən edilməsini xahiş edir. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X3 xx.xx.2026-cı il tarixində Abşeron rayonunda vəfat etmişdir. Ərizəçi hazırkı ərizə ilə ölüm faktının rəsmiləşdirilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Təcili və X10 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 barəsində xx.xx.2026-cı il tarixdə çağırış edilmiş, aparılmış müalicə tədbirləri həkimə qədər ölüm qeyd edilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X5 xx.xx.2026-cı il tarixində Abşeron rayonunda ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü X3nın xx.xx.2026-cı il tarixdə Abşeron rayonunda ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X4 xx.xx.2026-cı il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X4 xx.xx.2026-cı il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar