Məhkəmə qərarları › İş №2(5-102)-191/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-191/2026

06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-191/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, mərhum əri xx.xx.1945-ci il təvəllüdlü X6 ilə faktiki olaraq ünvan 1 ünvanında yerləşən mənzildə daimi (faktiki) olaraq yaşamışlar. Mərhum əri X6 xx.xx.1996-cı il tarixdə vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötəri mərhum ərinə məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Mərhum ərinin vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Bununla bağlı olaraq 2 saylı Bakı Maraqlı şəxsnə müraciət etsə də, həmin qurum tərəfindən müraciəti qəbul edilməmişdir. Səbəb isə onunla əlaqələndirilir ki, ölüm haqqında tibbi şəhadətnamə əldə edilməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi mərhum əri xx.xx.1945-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki,1996-cı ildə həyat yoldaşı xəstələndiyi üçün Zığda yerləşən xəstəxanaya qoymuş, özü Rusiya Federasiyasına işləməyə getmiş, 20 gündən sonra həyat yoldaşının ölüm xəbəri gəlmiş, Bakıya qayıtmışdır. Ölüm kağızının alınması ona, ona görə lazımdır ki, Gürcüstanda həyat yoldaşının adına ev var, həmin evi öz adına keçirilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qızıdır. Atası xx.xx.1996-cı ildə vəfat edib, yas mərasimi qohumları tərəfindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. Atası xx.xx.1996-cı ildə Bakı şəhərində vəfat etmişdir və Hövsan qəsəbəsində yerləşən Zeytun sovxozu qəbistanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Gürcüstan Respublikasının Marneuli rayonu VRA-nin Marneuli xidməti tərəfindən verilmiş və azərbaycan dilinə tərcümə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Qəndəf Mahmudova ilə Xalid Həsənov arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 08 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş üzrə 2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X1 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülür. İş üzrə Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X6 xx.xx.1996-cı ildə vəfat etmişdir. xx.xx.1996-cı il tarixində Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. İş üzrə 6 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1945-ci il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixində 6 saylı X4 “Sol ağciyərin fibroz-kavernoz vərəmi” diaqnozu ilə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş daşı üzərində “X6 xx.xx.1945 – xx.xx.1996” yazılar qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə daşınmaz əmlakla bağlı sənədləşmələnin həyata keçirilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin əri X6 vərəm xəstəliyindən əziyyət çəkmiş və xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X3 xx.xx.1996-cı ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar