Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-252/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1938-ci il təvəllüdlü X1 Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin anası XX.XX.1938-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Xırdalan qəbristanlığında dəfn edilmişdir. Anasının ölümü ilə bağlı Qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədilə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPMnın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE № 03908983 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 XX.XX.1938-ci il tarixində anadan olmuşdur. TTTYS 1 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd edilir ki, 26 iyun 2025-ci il tarixdə X1 ünvan 1 ünvanında meyidi aşkar edilmişdir. 33 nömrəli şəhər poliklinikasının 30 iyun 2025-ci il tarixli arayışında qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə 1 saylı BŞT və Sabunçu TTYS tərəfindən verilmiş məlumata əsasən XX.XX.1938-ci il təvəllüdlü X2 vəfat etmişdir. Məzar daşının fotoşəklindən görünür ki, 1938-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, XX.XX.1938-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və AR MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1938-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 barədə ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı “ASAN XİDMƏT” Mərkəzinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(5-102)-252/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-252/2026
20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver