Məhkəmə qərarları › İş №2(5-103)-186/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-103)-186/2026

26.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-103)-186/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 13 X3 bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00595 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Maraqlı şəxs ilə 17 dekabr 2022-ci ildə ailə həyatı qurmuş, nikahları həmin tarixində 4 saylı Bakı "Asan xidmət" mərkəzinin X1 Dövlət qeydiyyatı şöbəsində bağlanmış və "Nikahın bağlanması haqqında akt qeydləri kitabında" 2495 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 09 yanvar 2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Aralarındakı nikahın pozulması üçün ciddi əsaslar olduğundan Mediasiya Şurasına müraciət etmiş və Bakı 13 X3 aralarında xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00595 saylı aşağıdakı məzmunlu barışıq sazişi bağlanmışdır. 1.Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2022-ci il tarixində, 4 saylı “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində bağladıqları nikaha xitam versinlər. Nikahın pozulmasını Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. 2.Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər. 3 .Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi saxlanılması üçün 2-ci tərəf hər ay 235 manat sabit pul məbləğində alimenti 1ci tərəf Ərizəçi ödəyir. 4.Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə uşağa evində yaşamaq, istifadə hüququnun verilməsi tələbi üzrə razılığa gələ bilmədilər.

5. 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, 1 ədəd qızıl qolbaq) tələb edir və ya tələbin məhkəmə qaydasında həll edilməsini təklif edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, lədəd qızıl qolbaq) 1 500 (min beş yüz) manata satdığından, qeyd olunan qızıl-zinət əşyalarını 1-ci tərəf Ərizəçi qaytara bilmir, qeyd olunan tələbin məhkəmə müstəvisində həll edilməsinə razılaşır. Bu səbəbdən də Suraxanı Rayon Məhkəməsinin 2(010)-3292/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs və cavabdeh Ərizəçi arasında 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, 2495 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması qət edilmişdir. Göründüyü kimi Barışıq Sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir. Nəticə etibarilə barışıq sazişi hələ də icra edilməyib. Ərizəçi nümayəndəsi Nümayəndə ərizəçinin izahatına uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs artıq yeddi aydır ki, müəyyən edilmiş aylıq aliment məbləğini ödəmir. Nəticədə barışıq sazişi üzrə hər ay müəyyən edilmiş aliment məbləği Maraqlı şəxs tərəfindən ödənilmədiyindən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Maraqlı şəxs izahat verərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi imzalansa da, onun maddi imkanı olmadığından aylıq aliment məbləğini Ərizəçi ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aliment hissəsində təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: “1.(nikahın pozulması tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2022-ci il tarixində, 4 saylı “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində bağladıqları nikaha xitam versinlər. Nikahın pozulmasını Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. 2.(uşağın ananın himayəsində saxlanılması tələbi)Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər. 3.(aliment tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir. 4.(uşağa evində yaşamaq, istifadə hüququnun verilməsi tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə uşağa evində yaşamaq, istifadə hüququnun verilməsi tələbi üzrə razılığa gələ bilmədilər.

5. (qızılların verilməsi tələbi) 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, 1 ədəd qızıl qolbaq) tələb edir və ya tələbin məhkəmə qaydasında həll edilməsini təklif edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, lədəd qızıl qolbaq) 1 500 (min beş yüz) manata satdığından, qeyd olunan qızıl-zinət əşyalarını 1-ci tərəf Ərizəçi qaytara bilmir, qeyd olunan tələbin məhkəmə müstəvisində həll edilməsinə razılaşır.” 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2023-cü il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-3292/2025 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs və cavabdeh Ərizəçi arasında 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, 2495 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs ilə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdi. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: “1.(nikahın pozulması tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2022-ci il tarixində, 4 saylı “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində bağladıqları nikaha xitam versinlər. Nikahın pozulmasını Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. 2.(uşağın ananın himayəsində saxlanılması tələbi)Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər. 3.(aliment tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir. 4.(uşağa evində yaşamaq, istifadə hüququnun verilməsi tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə uşağa evində yaşamaq, istifadə hüququnun verilməsi tələbi üzrə razılığa gələ bilmədilər.

5. (qızılların verilməsi tələbi) 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, 1 ədəd qızıl qolbaq) tələb edir və ya tələbin məhkəmə qaydasında həll edilməsini təklif edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi nişan, toy mərasimində 1-ci tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarını (1 cüt qızıl sırğa və qızıl üzük komplekt, lədəd qızıl sep və klon, lədəd qızıl qolbaq) 1 500 (min beş yüz) manata satdığından, qeyd olunan qızıl-zinət əşyalarını 1-ci tərəf Ərizəçi qaytara bilmir, qeyd olunan tələbin məhkəmə müstəvisində həll edilməsinə razılaşır.” Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aliment tələbi ilə bağlı hissəsi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/13/2024-00595 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 3.(aliment tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir”. Ödənilməmiş - 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar