Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-1106/2026 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında alimentin artırılmasına dair mübahisə üzrə mediasıya prosesi nəticəsində bağlanılmış 25 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00403 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında birgə nikahdan olan övladlarının saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair 2(004)-9502/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamə cıxarılımışdır. 2(004)-4260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən isə Maraqlı şəxs 01 sentyabr 2016-cı il təvəllüdlü X7 və 14 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları ücün cavabdehdən iddiaçının xeyrinə tutulan alinıentin miqdarı artırılmış və hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh uzun müddət aliment ödəməkdən yayınmış, alimenti natamam ödəmişdir. 25 aprel 2023-cü ıl tarixdə tərəflər arasında, 13 saylı mediasiya təşkilatında, MŞB/13/2023-00403 saylı barışıq sazişi bağlanmışdır. Tərəflər, göstərilən şərtlər ilə razılığa gəlmişdirlər ki, Maraqlı şəxs övladları 01 sentyabr 2016-cı il təvəllüdlü X8 və 14 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına calana qədər saxlanılmaları ücün hər ay hər uşaq ücün 200 manat olmaqla cəmi 400 manat məbləğində alimenti 10 may 2023-cü il tarixindən başlayaraq hər ayın 5-10 aralığında Ərizəçi aid 4008 5844 7827 7500 nömrəli karı hesabına ödənilməsini öhdəsinə gülürmüşdür. Bundan sonra Maraqlı şəxs yenə də aliment ödəməyərək faktiki sazişin şərtlərinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, aralarında barışıq əldə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №312121 saylı, 24 aprel 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, 01 sentyabr 2016-cı il təvəllüdlü X7 və 14 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdeh Maraqlı şəxs 01 sentyabr 2016-cı il təvəllüdlü X7 və 14 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X6 ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün ətrafında nəzarət-profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə Yasamal RPİ-yə müvafiq göstəriş verilərək icrası nəzarətdə saxlanılır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının X6 ünvanladığı xx.xx.2026-cı il tarixli cavab məktubuna əsasən keçmiş həyat yoldaşı Maraqlı şəxs ona qarşı məişət zorakılığını təkrar törətməsi, təhdid etməsi, işlədiyi, yaşadığı ünvanlara gəlməsi, fiziki və psixoloji təzyiqlərə yol verməsi, iş fəaliyyətinə müdaxilə etməsi, yol gedərkən təqib etməsi, telefon zəngləri, sosial şəbəkələr və digər vasitələrlə narahat edən hərəkətlərə yol verməsi xx.xx.2026-cı il tarixdən 60 gün olmaqla X2 ilə qadağan edilmişdir. İş materiallarında olan Bakı 13 saylı X1 Günel Əziz qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 25 aprel 2023-cü il tarixli MŞB/13/2023- 00403 saylı barışıq sazişindən görünür ki, “İkinci tərəf Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz), ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimenti 10 may 2023-cü il tarixindən başlayaraq hər ayın 5-10 aralığında birinci tərəf Ərizəçi aid 4098 5844 7827 7500 nömrəli kart hesabına ödənilməsini öhdəsinə götürür”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış 25 aprel 2023-cü il tarixli MŞB/13/2023-00403 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış 25 aprel 2023-cü il tarixli MŞB/13/2023-00403 saylı aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “İkinci tərəf Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz), ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimenti 10 may 2023-cü il tarixindən başlayaraq hər ayın 5-10 aralığında birinci tərəf Ərizəçi aid 4098 5844 7827 7500 nömrəli kart hesabına ödənilməsini öhdəsinə götürür.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(5-104)-1106/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-1106/2026
10.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver