Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-345/2026 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi Elşən oğlunun, Maraqlı şəxs Qasımlı (Əzizova) Günay Səfa qızının iştirakları ilə, Ərizəçi Elşən oğlunun maraqlı şəxs Qasımlı (Əzizova) Günay Səfa qızına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Elşən oğlu maraqlı şəxs Qasımlı (Əzizova) Günay Səfa qızına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞQ/MT051-2025-00043 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, AZ-İİ 411966 seriya nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Ərizəçi və X9 21 dekabr 2021-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 dekabr 2021-ci il tarixdə 22 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Qasımlı, arvada Qasımlı soyadı verilmişdir. X9 ilə aralarında qarşılıqlı razılıq əsasında barlışıq sazişi imzalanmışdır. İş materiallarına əlavə olunmuş Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞQ/MT051-2025-00043 saylı, 20 iyun 2025-ci il tarixli barışıq sazişində tərəflər aşağıdakılar barəsində razılığa gəlmişlər: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 22 nömrəli nikah qeydinin pozulmasına razıdır. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi atası Ərizəçi ilə hər hansı məhdudiyyət qoyulmadan həftədə 1 (bir) dəfə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4. Mediasiya prosesində Ərizəçi övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 200 (iki yüz) manat olmaqla, ümumilikdə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyinə dair öhdəlik götürür. 5. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər". Azərbaycan Respublikası Qobustan Rayon Məhkəməsinin 2(026)- 446/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs Safa qızı arasında Qobustan rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 dekabr 2021-ci il tarixdə 22 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. (hakim Samir Mayılov) Hazırda Maraqlı şəxs mediasiyada bağladıqları barışıq sazışının icrasından boyun qaçırır. İcra etmir. 4 yaşında olan övladı X5 aralarında razılıq olmasına baxmayaraq ona göstərmir, icradan yayınır. Ona görə də hazırda barışıq saziş məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Elşən oğlu ərizənin mahiyyətinə uyğun izahatat verərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Qobustan Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində uşaqla bağlı məsələ qeyd olunmamışdır. Qətnamə çıxarıldıqdan bir müddət sonra maraqlı şəxs uşaqla ünsiyyətdə problem yaratmağa başlamışdır. Uşağı 2-3 həftə görə bilməmişdi. Həftənin 6-cı günü işi olarsa, uşaqla bazar günü görüşmək istəyər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qasımlı (Əzizova) Günay Səfa qızı izahatında bildirmişdir ki, ərizəçinin övladı ilə görüşməsinə maneə yaratmır, istədiyi vaxt görüşsün. Çox vaxt həftənin 6-cı günləri görüşürdülər. Keçən həftənin 6-cı günü də görüşüblər. Ərizəçi uşağı dəqiq müəyyən edilmiş bir gündə gəlib aparmır, aparanda da qaytarıb gətirmir. Həftədə 1 gün, yəni 6-cı gün görüşmələrini müəyyən etmişlər. İstəyir ki, bir dəqiq gün olsun, ərizəçi uşağı ilə həmin gün görüşsün. Məhkəmə, tərəflərin izahatlarını, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şamaxı Regional “ASAN xidməti” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 767840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 sentyabr 2022-ci il taridə Şamaxı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Ərizəçi Elşən oğlu ilə Qasımlı (Əzizova) Günay Səfa qızı arasında 20 iyun 2025-ci il tarixdə Qobustan 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞQ/MT051-2025-00043 nömrəli Barışıq sazişinin şərtlərindən görünür ki: Sazişin 1-ci bəndinə əsasən, Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 22 nömrəli nikah qeydinin pozulmasına razıdır. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Sazişin 2-ci bəndinə əsasən, Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Sazişin 3-cü bəndinə əsasən, Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi atası Ərizəçi ilə hər hansı məhdudiyyət qoyulmadan həftədə 1 (bir) dəfə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Sazişin 4-cü bəndinə əsasən, Mediasiya prosesində Ərizəçi övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 200 (iki yüz) manat olmaqla ümumilikdə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyinə dair öhdəlik götürür. Sazişin 5-ci bəndinə əsasən, Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər. Qobustan Rayon Məhkəməsinin 2(026)-446/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında Qobustan rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 dekabr 2021-ci il tarixdə 22 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmiş, tərəflərə izah edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 523141 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Elşən oğlu ilə Maraqlı şəxs nikahı Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2026-cı il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Elşən oğlu ilə Qasımlı (Əzizova) Günay Səfa qızı arasında 20 iyun 2025-ci il tarixdə Qobustan 1 saylı Mediasiya Təşkilatında MŞQ/MT051-2025-00043 nömrəli Barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs X1 olaraq barışıq sazişini icra etmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 ilə X4 arasında 15 avqust 2025-ci il tarixdə Bakı 22 saylı Mediasiya Təşkilatında MŞB/9/2025-0 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: 1-ci bənd. Tərəflər: X8 (Bundan sonra Birinci Tərəf) və X4 (bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1-ci bənd. X6 aşağıdakı əmlaklar verilir: Ünvanı: ünvan 1 ünvanı: Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bir bağ sahəsi. 2-ci bənd. X2 aşağıdakı əmlak verilir: Ünvanı: Ağsu rayonu, NB Qazinov adına yaxınlığındakı yerləşən torpaq sahəsi. 3-cü bənd. Tərəflər təsdiq edirlər ki, yuxarıda göstərilən əmlak bölgüsü qarşılıqlı razılaşma əsasında və mübahisəsiz həyata keçirilmişdir. Tərəflərin bu bölgü ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı maddi və ya hüquqi tələbi olmayacaq. 4-cü bənd. Bu saziş hər iki tərəfin razılığı ilə tərtib edilmişdir. 5-ci bənd. Sazişin hüquqi qüvvəyə minməsi üçün tərəflər onu öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Elşən oğlu ilə Qasımlı (Əzizova) Günay Səfa qızı arasında 20 iyun 2025-ci il tarixdə Qobustan 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞQ/MT051-2025-00043 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1-ci bənd. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 22 nömrəli nikah qeydinin pozulmasına razıdır. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2-ci bənd. Tərəflər birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3-cü bənd. Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi atası Ərizəçi ilə hər hansı məhdudiyyət qoyulmadan həftədə 1 (bir) dəfə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4-cü bənd. Mediasiya prosesində Ərizəçi övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 200 (iki yüz) manat olmaqla ümumilikdə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyinə dair öhdəlik götürür. 5-ci bənd. Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(5-104)-345/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-345/2026
02.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver